Məhkəmə qərarları › İş №1(102)-175/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-175/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-175/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Prospekt” Vəkil Bürosunun vəkili Xankişiyev Mirzə Aslan oğlunun iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qe ydiyyatda olmaqla, ünvan 2 yaşamış, hal-hazırda həbsdə olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli 1(103)-1057/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Prospekt” Vəkil Bürosunun vəkili Xankişiyev Mirzə Aslan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(101)-102/2024 nömrəli hökmü ilə (anlaşılmazlıq qərarı nəzərə alınmaqla) (hakimlər: S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini tör ətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 65 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qi smən toplamaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 13 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli 1(103)-1057/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), S.X.Bəhrəmzadə və M.A.Məmmədov) apelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(101)-102/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhk əməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti müəyyən edilməmiş şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 18,372 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd OE-205 N-li, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 5 ədəd patronları, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, bircərgəli, zav od üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı əldə edərək üzərində saxlayıb daşımaqla gəzdirmiş, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdşaları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum İsmaylov 13 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş, 13 iyul 2022-ci il tarixdə saat 17:30-da Polis Şöbəsində xidməti otaqların birində hal şahdərinin iştirakları ilə Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən həmin 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 18,372 qram olan psixotrop maddə metamfetamin və şalvarın kəmərinin arxa hissəsi ndə daşıyaraq saxladığı yuxarıda qeyd olunan 1 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ittiham aktında yazılanların həqiqət olmadığı nı, 13 iyul 2022-ci il tarixdə saat təxminən 15-16 radələrində əvvəlcədən tanıdığı, bundan əvvəlki cinayət işində onu tutmuş polis əməkdaşlarından biri olan, hazırda Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsində işləyən X10 tərəfindən tutularaq, 3-cü PŞ-nə aparıldığını, orada ona fiziki zor tətb olunduğunu, üzərində narkotik və silah olmadığını, ibtidai istintaqda ifadə vermədiyini, ondan imzalamağı tələb olunan sənədləri məzmununu bilmədən imzaladığını demişdir. Cinayət işinin materiallarına görə Məhkum ibtidai istintaq zamanı 3 dəfə dindirilmişdir: müstəntiq X11 tərəfindən müdafiəçi Namiq Mustafayevin iştirakı ilə 14 iyul 2022-ci il taixdə saat 14:30-dan saat 15:05-ə kimi şübhəli şəxs qismində (protokol cinayət işinin 1-ci cildinin 71-73-cü vərəqlərindədir) və 15 iyul 2022-ci il tarixdə saat 10:00-dan saat 10:35-ə kimi təqsirləndirilən şəxs qismində (protokol cinayət işinin 1-ci cildinin 90-92ci vərəqlərindədir), eləcə də, X13 tərəfindən müdafiəçi Namiq Mustafayevin iştirakı ilə 28 oktyabr 2022-ci il tarixdə saat 11:30-dan saat 12:10-a təqsirləndirilən şəxs qismində. Sorğu əsasında əldə etdiyim və hazırda cinayət işinin materiallarında olan Xəzər RPİ-nin “MSY-də saxlanılan şəxslərin uçotu kitabı”nın və “MSY-da saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı kitabı”nın vərəqlərinin surətlərindən görünür ki, Məhkum tutulduqdan sonra 13 iyul 2022-ci il tarixdə saat 20:30-da Xəzər RPİnin MSY-nə təhvil verilmiş, bundan sonra, o, 14 iyul 2022-ci il tarixdə saa 14:05-də kameradan çıxarılaraq, müstəntiq və vəkilin görüşünə aparılmış, həmin tarixdə saat 14:15də isə kamerasına geri qaytarılmışdır. Həmin sənədlərdən məlum olur ki, Məhkum barəsində həbs seçilməsi haqqında məhkəmənin qərarı 15 iyul 2022-ci il tarixdə saat 17:05-də qeydiyyata alınmış və o, həmin tarixdə Bakı İstintaq Təcridxanasının əməkdaşına təhvil verilmişdir. Beləliklə, bu sübutlarla müəyyən olunur ki, Məhkum 13 iyul 2022-ci i tarixdə saat 20:30-da Xəzər RPİ-nin MSY-nə təhvil verildikdən sonra, orada olduğu 14 iyul 2022-ci il tarixdə saat 14:30-dan saat 15:05-ə kimi, 15 iyul 2022-ci il tarixdə saat 10:00-dan saat 10:35-ə kimi olan vaxtlarda müdafiəçi və müstəntiqlə görüşməmiş və müdafiəçinin iştirakı ilə müstəntiqə ifadələr verməmişdir. X13 tərəfindən tərtib olunmuş Məhkum təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 28 oktyabr 2022-ci il tarix protokolu ilə ba ğlı müdafiə tərəfi qeyd edir ki, hazırkı cinayət işi üzrə ittiham aktı X13 tərəfindən 15 oktyabr 2022-ci i tarixdə tərtib olunmuş, həmin ittiham aktı Xəzər rayon prokuroru tərəfindən 20 oktyabr 2022-ci il tarixdə təsdiq olunmuş və məhkəməyə göndərilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasını keçirilməsinə və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan sonra, Məhkum 28 oktyabr 2022-ci il tarixdə X13 tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilməsi və bunun protokollaşdırılması həqiqəti əks etdirə bilməz. Beləliklə, qeyd olunanlar, Məhkum “ibtidai istintaq zamanı ifadə verməməsi” barədə məhkəmə istintaqında dediklərinin həqiqət olduğunu təsdiq edir. Belə olan halda, həmin dindirilmə barədə olan protokolların həqiqəti əks etdirmədiyi aşkardır və bu protokollar Məhkum qarşı irəli sürülmüş ittihamın təsdiqedici sübutu kimi qiymətləndirilə bilməz. Hazırkı ittihamın sübutları siyahısında cinayət işi materiallarına görə Məhkum tutmuş polis əməkdaşları olan Şahid1 4 avqust 2022-ci il tarixdə (protokol cinayət işinin 1ci cildinin 110-111-ci vərəqlərindədir) və Şahid2 (protokol cinayət işinin 1-ci cildinin 112113-cü vərəqlərindədir) 9 avqust 2022-ci il tarixdə şahid qismində verdikləri ifadələr də vardır. Bu ifadələrin məzmunları hətta nöqtə və vergülünə kimi eyni olmaqla, biri digərinin surətidir, başqa sözlə, şahidlərin sərbəst ifadələri kimi qiymətləndirilə bilməz. “Copy+paste” qaydasında tərtib olunduğundan, h ətta Şahid2 ifadəsində onun adından yazılıb ki, “həmin əməliyyat qrupunda mən və Xəzər RPİ-nin 3-cü PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir.” Bu ifadə Şahid2 ifadəsində əvvəl ifadəsi yerləşdirilmiş Şahid1 ifadəsində də yazılıb. Görünən odur ki, müstəntiq, əməliyyat müvəkkili Şahid1 ifadəsinin məzmunun eynilə Şahid2 ifadəsi kimi köçürüb protokollaşdırmış, bu zaman isə Şahid2 adından olan ifadədə onun adını Şahid1 adı ilə əvəz etməyi belə unutmuşdur; cinayət işinin 1-ci cildinin 4-cü vərəqində olan əməliyyat qrupunun yaradılması barədə 13 iyul 2022-ci il tarixli əmrdə və cinayət işinin 1-ci cildinin 5-ci vərəqində olan əməliyyat qrupunun təşkil edilməsi barədə 13 iyul 2022-ci il tarixli protokolda əməliyyat qrupunda 3-cü PŞ-nin sahə rəisi X5 da iştirak etdiyi yazılsa da, Şah id1 və Şahid2 ibtidai istintaqdakı ifadələrində əməliyyat tədbirində X12nin iştirak etdiyi göstərilməmişdir. Bu ziddiyətli halların araşdırılması məqsədilə müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə dindirilmiş X12 sərbəst ifadəsində və sualları cavablandırarkən Məhkumla tanışlığının, görüşünün olmadığını, Məhkum tutulmasında iştirak etmədiyini, əməliyyat qrupunda olmadığını, Məhkum tutulduğu gün Binə qəsəbəsi ərazisində xidmət apardığını, Məhkum PŞ-nə gətiriləndən və o, PŞ-nə gələndən sonra onun saxlanılması barədə məlumatının olduğunu əminliklə və dəfələrlə demiş, bundan sonra, cinayət işinin 1-ci cildinin 5-ci vərəqində olan əməliyyat qrupunun təşkil edilməsi barədə protokol X12yə təqdim olunmuş, X12 protokolda adının qarşısındakı imzanın on aid olduğunu təsdiq etsə də, Məhkum tutulması və bu tutulmadakı iştirakı barədə heç nə xatırlamadığını bildirmişdir. Daha sonra, Məhkum bundan əvvəl tutulması barədə videogörüntüyə şahid X12nin iştirakı ilə baxış keçirilərkən, Məhkum yaşayış otağında mülki geyimli şəxslərin əhatəsində olaraq, onlar tərəfindən təzyiqə və fiziki zorakılığa məruz qaldığının əks olunduğu həmin videoda Məhkum bir addımlığında X12nin də olduğu görünmüş, bu video görüntü və Məhkum bundan əvvəlki tutulmasındakı iştirakı barədə X12nin münasibəti soruşulanda, o, çaşqın halda heç nə xatırlamadığını demişdir. Cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan əməliyyat müvəkkili Şahid1 13 iyul 2022-ci il tarixli raportunda Məhkum həmin tarixdə saat 17-də Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi yaxınlığında 3-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq, 3-cü PŞ- nə aparıldığı yazılır. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan tutma haqqında protokola görə, həmin protokol 3-cü PŞ-də müstəntiq X11 tərəfindən Məhkum müdafiəçinin iştirakları ilə saat 17:15-də tərtib olunmuşdur. Cinayət işinin 1-ci cildinin 27-30-cu vərəqlərində olan baxış və götürülmə keçirilməsi barədə 13 iyul 2022-ci il tarixli protokola görə, 13 iyul 2022ci il tarixdə 3-cü PŞ-də saat 17:30-dan saat 18:30-a kimi keçrilmiş baxış və götürülmə istintaq hərəkətində əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 da iştirak etmişlər. 3 oktyabr 2023-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdin edilmiş fotodan müəyyən olunur ki, DİN-nin rəsmi saytında Xəzər rayonu 3-cü PŞ-nin ünvanı ünvan 3 zamanı əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömr əsi ilə bağlı (bu nömrə Şahid2 9 avqust 2022-ci il tarixli dindirilmə protokolunda yazılmışdır) məhkəmə istintaqı zamanı əldə olunmuş müştəri zənglərinin detallaşması barədə məlumatalara görə, həmin nömrə 13 iyul 2022-ci il tarixdə saat 17:24-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvan 4 ünvanında, saat 17:39-dan saat 18:38-ə kimi isə ünvan 6. 3 oktyabr 2023-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş yandex.az saytından əldə olunmuş fotodan müəyyən olunur ki, 3-cü PŞ-nin yerləşdiyi Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 3 ünvanı ilə Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsi arasında azı 19 dəqiqəyə qət oluna bilən azı 20 km-lik məsafə vardır. Deməli, əməliyyat müvəkkili Şahid2 cinayət işinin materiallarında yazıldığı kimi 13 iyul 2022 -ci il tarixdə saat 17-də Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi yaxınlığında Məhkum tutmamış, onu 3-cü PŞ-nə aparmamış, eləcə də, saat 17:30-dan başlamış baxış və götürmə istintaq hərəkətində iştirak etməmişdir. Əməliyyat tədbiri zamanı əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə bağlı (bu nömrə Şahid1 4 avqust 2022-ci il tarixli dindirilmə protokolunda yazılmışdır) məhkəmə istintaqı zamanı əldə olunmuş müştəri zənglərinin detallaşması barədə məlumatlara görə, həmin nömrə 13 iyul 2022-ci il tarixdə saat 16:52-dən saat 18:15-ə kimi yalnız bir ünvanda - ünvan 6. 3 oktyabr 2023-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş yandex.az saytından əldə olunmuş fotodan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi ünvanı ilə 3-cü PŞ-nin yerləşdiyi ünvan 7da təxminən 4 dəqiqəyə qət oluna bilən 1,16 km-lik məsafə vardır. Bu sübut isə həmin saatlarda Şahid1 3-cü PŞ-də olmadığını göstərir. Həm Şahid2, həm də Şahid1 qeyd etdiyi telefon nömrələri ilə bağlı məhkəmə istintaqında əldə olunmuş müştəri zənglərini detallaşması barədə məlumatlara görə, bu iki nömrə arasında 13 iyul 2022-ci il tarixdə saat 17:41-də 11 saniyə davam edən telefon zəngi qeydə alınmışdır. Bu zəng isə həmin vaxtda hər iki şəxsin birlikdə olmadığını təsdiq edir. Başqa sözlə, guya, 13 iyul 2022-ci il tarixdə saat 17:30-dan başlayaraq bir saat davam etmiş baxış və götürmə istintaq hərəkətində əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirak etmələri bu məlumatlarla təkzib olunur, çünki, əgər hər iki şəxs həmin müddətdə bir ot aqda olsaydılar, onların nömrələri arasında 11 saniyəlik danışığın qeydə alınması mümkün olmazdı, axı kim yanında, onunla bir otaqda olan şəxsə zəng edərək, danışar?! Əməliyyat müvəkkillərinin ifadələrində göstərdikləri, o cümlədən, cinayət işinin materiallarında Məhkum guya 13 iyul 2022-ci il tarixdə saat 17-də 3-cü PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilərək tutulması barədə yazılanlar, məhkəmə istintaqı zamanı dindirilmiş X13 və Elçin Hüseynovun ifadələri ilə təkzib olunur. Hər iki şahid bildirdilər ki, 13 iyul 2022-ci il tarixdə saat təxminən 15 radələrində Məhkum tikib satdığı evə baxması üçün Xəzər rayonu, Binə qəsəbəsi ünvanına müştəri gətirmişdilər, müştəri evə baxdıqdan sonra, onlar maşında həmin küçədən çıxarkən Niva markalı maşın onların qarşını kəsmiş, maşında n iki nəfər düşmüş, sərnişin yerindən düşən şəxs özünü polis əməkdaşı X10 kimi təqdim etmiş, onlardan burda nə iş gördüklərini soruşmuş, onların üstünü yoxlamış, bu zaman aralıdan baş verənləri izləyən Məhkum maşını ilə onlara yaxınlaşmış, maşından düşərək, X10la görüşmüş və ondan nə baş verdiyini soruşmuş, məhkumı görən kimi Elnur məhkuma onunla getməli olduğunu demiş, məhkum isə getməyə etiraz etməmiş, X28 maşınına mindirmiş, onlara isə məhkumın maşınını 3-cü PŞ-nə sürüb gətirmələrini demiş, bu zaman, X24 maşınında olan azyaşlı oğlunu məhkumın evinə aparıb təhvil vermiş, daha sonra, məhkumın maşınını sürərək, 3-cü PŞ-nə aparmışlar. Bu ifadələr isə Məhkum 13 iyul 2022-ci il tarixdə 3-cü PŞ-nin əməkdaşları tərəfindən deyil, Xəzər RPİ-nin CAŞ-nin rəisi X10 tərəfindən tutulması barədə dedikl ərini tam təsdiq edir. Burda həm də diqqət çəkən fakt odur ki, X10 polis olduğunu bildiyi halda, Məhkum özü ona yaxınlaşır. Bu hərəkəti isə Məhkum üzərində narkotik və silah olmamasına dair dediklərini təsdiq edir. Çünki, Məhkum üzərində narkotik və silah olmuş olsaydı, o, özü polis olduğunu bildiyi X10a yaxınlaşmazdı, əksinə, uzaqdan onu gördüyü andan gizlənərdi, yaxud, üzərindəkiləri gizlədərdi. Beləliklə, Məhkum 13 iyul 2022-ci il tarixdə saat 17-də 3-cü PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilərək tutulması və PŞ-yə aparılması barədə cinayət işinin materialları həqiqətə uyğun olmamaqla, qeyd etdiyi sübutlarla tam təkzib olunur. Əməliyyat müvəkkillərinin şahidlikləri ilə bağlı həm də onu qeyd etmək istəyir ki, cinayət işinin materiallarına görə, Şahid1 və Şahid2 3-cü PŞ-n in əməkdaşları kimi 13 iyul 2022-ci il tarixdə onlara daxil olduğunu iddia etdikləri əməliyyat məlumatı üzrə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs Məhkum tutmuş şəxslərdir. Başqa sözlə, həmin şəxslər hazırkı cinayət prosesində öz prosessual səlahiyyətlərini həyata keçirmiş şəxslərdir. Hüquq-mühafizə orqanının əməkdaşının öz prosessual səlahiyyətini həyata keçirməsi ilə bağlı etdiyi hərəkətlər bilavasitə özünə aid olan, özü tərəfindən edilmiş hərəkətlər olduğundan, şəxs öz səlahiyyətlərinin icrası ilə əlaqədar özünə şahidlik edə bilməz və bu məqsədlə şahid qismində dindirilə bilməz, çünki bu səlahiyyətlər üzrə edilmiş hərəkətlər hazırkı ittihamın əsasını təşkil etməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Hazırkı məhkəmə istinta qında məhz həmin hərəkətlərin qanuniliyi yoxlanılır. Hərəkətlərinin qanuniliyi yoxlanılan şəxsin bu yoxlama prosesində, yəni, hazırkı cinayət prosesində şahidliyi mümkün ola bilməz. Çünki, aldığı əməliyyat məlumatı üzrə tutduğu şəxsdən ona daxil olmuş məlumatda göstərilənlərin aşkar edilməsindəki hərəkətlərinin qanuni hesab olunmasında şübhəsiz maraqlı olan əməliyyat müvəkili, bitərəf olmaması və işdə şəxsi marağının olması səbəbindən şahid qismində dindirilə bilməz. Hazırkı ittihamın sübutları siyahısında cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqlərində olan hal şahidi X3 və 120-121-ci vərəqlərdə olan hal şahidi Şahid4 şahid qismində dindirilmə protokolları da vardır. Məhkəmə istintaqı zamanı bu iki hal şahidindən yalnız X6 məhkəmədə dindirmək mümkün oldu, Şahid4 məhkəmədə dindirilməs i təmin olunmadı. Belə olan halda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş Şahid4 özünü məhkəmə istintaqı zamanı dindirmək və ifadəsinin həqiqiliyi yoxlamaq mümkün olmadığından, həmin şahidin ifadəsi ittihamın təsdiq edici sübutu kimi qiymətləndirilə bilməz. Hal şahidi X9 isə məhkəmədəki ifadəsində göstərdi ki, hal şahidliyi etdikdən sonra müstəntiq ifadə verməsi üçün onu çağırmayıb və o, müstəntiqə ifadə verməyib. Bundan sonra, cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqlərində olan onun adından yazılmış ifadə Şahidə təqdim olundu protokola baxan şahid protokolun sonunda adının qarşısında olan imzanın ona aid olmadığını bildirdi. Beləliklə, şahid X3 adından ibtidai istintaqda yazılmış ifadə də ittihamın təsdiq edici sübutu kimi qiymətləndirilə bilməz. Bundan başqa, hazırkı cinayə t işi materiallarında cinayət törətmiş şəxs barəsində əməliyyat subyektinə məlumatın daxil olub-olmaması, bu məlumatı verən mənbənin etimad doğuran, məlum və qərəzsiz olması hər hansı sübutla təsdiq olunmur. Beləliklə, 13 iyul 2022-ci il tarixli əməliyyat tədbirinin keçirilməsinin qanuni əsas və səbəbinin olması müəyyən olunmur. Bu isə həmin tədbirlərin qanunsuz olmasını təsdiq edir. Baş əməliyyat müvəkkili Şahid1 13 iyul 2022ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarında “hakimin qərarı olmadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” nəzərdə tutulmuşdur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin V hissəsinin və Cinayət Prosessual Məcəllənin 445.2-ci mad dəsinin tələbin görə, belə olan halda, əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Cinayət Prosessual Məcəllənin 447.2-ci maddəsinin tələbinə görə “məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin uzadılması və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır’. Cinayət işinin 1-ci cildinin 8-ci vərəqində 3-cü PŞ-nin rəsinin Xəzər rayon prokuroruna ünvanlanmış 13 iyul 2022-ci il tarixli ***-**** sayl məktubunun əsli vardır. Məktubda ba ş əməliyyat müvəkkili Şahid1 13 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarının məlumat üçün prokurora göndərildiyi yazılıb. Bu sənəddən sonra gələn növbəti vərəq isə “8A” kimi nömrələnmişdir. Öncə qeyd edir ki, bu cür nömrələmə Cinayət Prosessual Məcəllənin tələbinə uyun deyildir. Cinayət Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələbinə görə “hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şik ayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir’. Görünən odur ki, 8A kimi nömrələnmiş sənəd daha sonra əldə olunmuşdur, bu zaman istintaq orqanı daha sonradan əldə etdiyi sənədi artıq nömrələnmiş cinayət işinin materillarında əvvəldə yerləşdirə bilməsi üçün hərfli nömrələmədən istifadə etmək məcburiyyətində qalmışdır. Bununla da, Cinayət Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələbi pozulmuşdur. Bəs 8A kimi nömrələnmiş vərəqdə nə vardır?! Həmin vərəq ksero surət olmaqla, guya 3-cü PŞ-nin rəisinin adından Xəzər Rayon Məhkəməsinə ünvanlanmış məktubdur, çünki, bu sənədə baxdıqda dərhal məlum olur ki, 8A kimi nömrələnmiş həmin kserosurət sənəd 8-ci vərəqdəki 3-cü PŞ-nin rəsinin Xəzər rayon prokuroruna ünvanlanmış 13 iyul 2022-ci il tarixli ***-**** saylı məktubunun kserosurə tinin saxtalaşdırılmış surətidir: 3-cü PŞ-nin rəisinin Xəzər rayon prokuroruna ünvanlanmış 13 iyul 2022-ci il tarixli ***-**** saylı məktubunda sağ tərəfdə “Xəzər rayon prokuroru baş ədliyyə müşaviri cənab X”, mətndə isə “Prokuror” çap yazıları və “Qoşma” yazısının qarşısındakı “02” əlyazmasının üstü ağ kağız qoyulmaqla, yaxud ağardılmaqla kserosurəti çıxarılmış, əldə olunmuş kserosurətdə “341-4089” nömrəsinin ardınca “-1222”, “Hörmətli cənab” ifadəsinin ardınca “Sədr!”, “Qoşma” yazısının qarşısında isə “02” əlyazmaları əlavə olunmuş bununla guya, yeni məktub görünüşü yaradılmış, həmin yeni məktubun surəti çıxardılaraq, 8A nömrəsi ilə işə yerləşdirilmişdir. Bu halların həqiqət olması həm də onunla müəyyən olunur ki, baş əməliyyat müvəkkili Şahid1 13 iyul 2022-ci il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarının qanuniliyinin yoxlanılmasına dair olan Xəzər Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı da hazırkı cinayət işi materiallarında məhkəməyə ünvanlanmış məktub kimi sonradan əldə olunaraq, hərflə nömrələnmişlər, həmin qərarın olduğu cinayət işinin materilları 102A, 102B və 102C kimi nömrələnmişdir. Bu hal da, eynilə Cinayət Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələbinin pozulması olmaqla yanaşı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın tələb olunduğu kimi 48 saat ərzində məhkəməyə təqdim olunmadığını, yaxud, qanunla müəyyən olunmuş müddətdə baxılmadığını sübut edir. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan 13 iyul 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, protokolun mətnində 4-cü cümlədə ma terialın nömrəsi pozulmuş, protokolda tutulmanın aparıldığı yer, tarix və vaxt yazılmamış, tutulan şəxsə onun hüquq və vəzifələri izah olunmamış və bu barədə protokolda qeyd aprılmamışdır. Bununla da, protokolun məzmununa dair Cinayət Prosessual Məcəlləsinin 247-ci maddəsində müəyyən olunmuş tələblər pozulmuşdur. Müdafiəçi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum aşağıdakı prosessual hüquqları kobud şəkildə pozulub: -tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə aldırmaq (CPM 153.2.2); -hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanın rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məl umat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir) (CPM 153.2.3); -tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (CPM 153.2.4); -tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək (CPM 90.7.6); -tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq (CPM 90.7.3.); Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi M.Xankişiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edi r ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyas iya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəll əsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdard a əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə: “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdəüç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hə r hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra b ilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahı nı verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci madd ələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.1-1 və 228.1-ci maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Belə ki, ibtidai araşdırma orqanının və aşağı in stansiya məhkəmələrinin gəldikləri nəticəyə görə: - “Məhkum şəxsiyyəti müəyyən edilməmiş şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 18,372 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd OE-205 N-li, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 5 ədəd patronları, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzə rdə tutulmuş, bircərgəli, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı əldə edərək üzərində saxlayıb daşımaqla gəzdirmiş, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdşaları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum İsmaylov 13 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş, 13 iyul 2022-ci il tarixdə saat 17:30-da Polis Şöbəsində xidməti otaqların birində hal şahdərinin iştirakları ilə Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən həmin 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 18,372 qram olan psixotrop maddə metamfetamin və şa lvarın kəmərinin arxa hissəsində daşıyaraq saxladığı yuxarıda qeyd olunan 1 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 1 ədəd daraq və döyüş sursatı olan 5 ədəd patron aşkar edilərək götürülmüşdür.” Aşağı instansiya məhkəmələri Məhkum elan olunmuş ittihamda təqsirli olması nəticəsinə gələrkən əsasən onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə və onun tutulmasında iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərin ifadələrinə istinad etmişlər. O cümlədən: -təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində 228.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəsbəsi, O.İsazadə küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində və qanunsuz odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiəsi üçün 8 saylı vəkil bürosunun vəkili Mustafayev Namiq Cuma oğlu müdafiəçi qismində təyin edilmiş və iki nəfər əvvəllər tanımadığı hal şahidlərinin iştirakı ilə müstəntiq tərəfindən üzərinə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı ona üzərində gəzdirilməsi və daşınması qadağan edilmiş hər hansı bir əşya və ya maddə vardırsa təqdim etməyi təklif edilmiş, o əvvəlcə əynindəki boz rəngli kətan şalvarın sağ yan cibindən olan bir ədəd sellofan bükümdə içində metamfetamin psixotrop maddəsi olan kütləni çıxararaq təqdim etmişdir; daha sonra isə şalvarının kəmərinin arxa hissəsinə keçirdiyi bir ədəd Makarov markalı tapançanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bükümə baxış zamanı həmin bükümün içindən ağ rəngli kristal maddəyə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş Makar markalı tapançaya baxış keçirilən zaman tapançadan patron sandığının içindən 5 ədəd həmin tapançanın patronları aşkar edilmişdir. Daha sonra üzərinə axtarış keçirilmiş və başqa qanunla daşınması və istifadəsi qadağan edilmiş əşya və ya maddə aşkar edildməmişdir. Üzərindən aşkar edi lmiş bir ədəd tapança, tapança sandığı və 5 ədəd patronu ilə birlikdə bir ədəd böyük zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra, üzərindən aşkar edilmiş bir ədəd içində metamfetamin psixotrop maddəsinə oxşar kütlə də, başqa bir ədəd zərfdə qablaşdırılmış və üzəri imzalar ilə təsdiq edilərək möhürlənməklə götürülmüşdür. Üzərinə baxış və götürmə keçirilməsi haqqında protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamışdır. Protokolun düzgünlüyü imzalar ilə təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o həmin metafetamin psixatrop maddəsni, bir ədəd Makarov tipli taançanı və 5 ədəd patronunu tanımadığı şəxsdən almış, metamfetamini şəxsi istfadəsi üçün əldə etmişdir. Tapançanı və 5 ədəd patronunu isə özü üçün əldə etmişdir. Özünü müdafiə məqsədi ilə üzərində gəzdirmişdir. O, həmin tapança ilə heç bir cinayət törətməmiş, heç kəsə psixotrop maddə satmamış və verməmişdir. Tapançanı və metamfetamini əldə etdiyi şəxsi tanımır və şəxsiyyəti yadında deyildir. - şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçıları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə Məhkum qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi, narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü məhkum adlı şəxsi evinin yaxınlığında saxlamış və Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. O etiraz etməyərək polis bölmə sinə gəlmişdir. Polis Bölməsində vəkilinin iştirakı ilə üzərinə axtarış keçirilmiş, axtarış zamanı üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin, 1 ədəd “makarov” tipli silah və 5 ədəd patron aşkarlanmışdır. Məhkum üzərindən aşkar edilənləri könüllü şəkildə təqdim etmiş və heç bir etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən Məhkum qarşı hər hansı formada psixi, fiziki təsir və təzyiq göstərilməmişdir. - şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə Məhkum qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi, narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə əməli yyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında günün ikinci yarısında evinin yaxınlığında şübhəli şəxs olan Məhkum yaxınlaşmış və onu Xəzər RPİ-nin 3-cü PŞ-ə dəvət etmişlər. Polis bölməsində vəkilinin iştirakı ilə üzərinə axtarış həyata keçirilmiş və şalvarının sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və şalvarının arxa hissəsində kəmərində saxladığı “makarov” tipli tapança ilə təxminən 4-5 ədəd patron aşkar edilərək götürülmüşdür. Aşkar olunanlar qablaşdırılmış və müvafiq ekspertiza aparılması üçün təyinatı üzrə göndərilmişdir. Polis bölməsində Məhkum hər hansı formada təsir və təzyiq göstərilməmişdir. - hal şahidi Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçıları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. Binə qəsəbəsində dostugildən qayıdarkən 2 nəfər mülki geyimdə şəxs yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmiş və onu hal şahidi qismində cəlb etmək istədiklərini söyləmişlər. O da buna etiraz etməmiş və polislərlə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-ə gəlmişdir. Polis bölməsində Məhkum üzərinə onun və digər hal şahidinin iştirakı ilə axtarış həyata keçirilmişdir. Axtarış zamanı Məhkum üzərindən 1 ədəd tapança, yəni silah, 1 ədəd isə sellofan bükümdə psixotrop maddə aşkar edilmişdir. məhkum üzərindən aşkar edilənlərin ona aid olmadığı barədə heç nə bildirməmiş, etiraz etməmişdir. Onun yanında Məhkum qarşı hər hansı təsir və ya təzyiq edilməsinin şahidi olmamışdır, bu barədə hər hansı məlumatı yoxdur. - ibtidai istintaq zamanı dindirilmiş digər hal şahidi Şahid4 işin faktik i hallarına və hal şahidi Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. - əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçıları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur, Xəzər RPİ-nin 3-cü PŞ-də sahə rəisi vəzifəsində işləyir. Binə qəsəbəsində xidmət aparmış, Məhkum tutulmasında iştirak etməmişdir, məhkumın üzərində silah gəzdirməsi barədə ərazidən məlumat eşitmiş, Məhkum Binə qəsəbəsi ərazisində tutulmasını bilsə də, dəqiq olaraq harada tutulduğu haqqında məlumatı olmamış, hadisənin üzərindən 1 il keçdiyinə görə hadisənin tam təfərrüatlarını xatırlıya bilməmişdir. - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum şəxsi axtarış zamanı əynindəki boz rəngli şa lvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir, bundan sonra əynindəki şalvarın kəmərinin arxa hissəsindən 1 ədəd Makarov tipli tapançanı təqdim etmişdir. Tapançaya baxış keçirildikdə sandığından 5 ədəd həmin silaha aid patron aşkarlanmışdır (cild 1, iş vərəqi 27-53); - 14 iyul 2022-ci tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Məhkum ifadəsində qeyd etdiyi xüsusatları, eləcə də saxlanıldığı yeri əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 74-78); - məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli 6/3804 saylı rəyi ilə müəyyən edilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi və “... Məhkum sağ yan cibindən aşk ar edilərək götürülmüş 1 ədəd sellofan büküm, hal şahidləri-iki imza; iştirak etdilər dörd-imza, qablaşdırdı; X11-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 18,372 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 59-63). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyul 2022-ci il tarixli 22/487R saylı rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş 1 ədəd OE-205 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilmə mişdir. - Tədqiqata təqdim edilmiş 5 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olamqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 1 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 sentyabr 2022-ci il tarixli 5332 saylı ekspert rəyindən görünür ki, Məhkum psixostimulyatorlardan istifadə etmə halları olmuşdur, lakin hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs məhkum İsmayıılovun birinci və apelyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrlə onun ibtidai istintaq zamanı verdiyi izahat və ifadələr arasında kəskin ziddiyyətlər mövcud olmuş və bu fərqlər həm aşkar edilmiş psioxtrop maddələrin və yivli odlu döyüş silahı və odlu silahın komplekt hissəsi olan daraq və patronların Məhkum məxsus olub-olmaması ilə, həm də onun polis işçiləri tərəfindən tutulma şəraitinin iş materiallarında sənədləşdirilmiş vəziyyətinin gerçəkliyi əks etdiribetdirməməsi ilə bağlı olmuşdu r. Lakin həm birinci instansiyası məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin ziddiyyətlər araşdırılmadan yekun məhkəmə qərarları qəbul edilmişdir. Halbuki, aşkar edilmiş psixotrop maddələrin və yivli odlu döyüş silahın və odlu silahın komplekt hissəsi olan daraq və patronların Məhkum məxsus olub-olmamasının və onun polis işçiləri tərəfindən tutulma şəraitinin iş materiallarında sənədləşdirilmiş vəziyyətinin gerçəkliyi əks etdirib-etdirməməsinin müəyyən edilməsi üçün təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışları zamanı verdiyi ifadələrində irəli sürdüyü dəlillərin yoxlanılması məqsədi ilə istintaq hərəkətlərinin aparılması zəruri idi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum məhkəmədə verdiyi ifadəsinin yoxlanılması məqsədi ilə heç bir tədbir görülmədən onun ibtidai araşdırma zamanı verdiyi qismən etiraf edici izahat və ifadələri və əməliyyatı keçirmiş polis əməkdaşlarının və hal şahidlərin dindirilməsi ilə kifayətlənilərək onun əməlini Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə ittiham hökmü çıxarılmış, apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin hökmü dəyişdirilmədən saxlamışdır. İş materiallarından görünür ki, müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dəlillər irəli sürülmüş, həmin dəlillər kassasiya şikayətində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, aşağıda sadalanan səbəblərə görə apelyasiya instansiyası məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz. Belə ki: -məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Məhkum ona qarşı CM-in 228.1 və 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ittiham aktında yazılanların həqiqət olmadığını, 13 iyul 2022-ci il tarixdə saat təxminən 1516 radələrində əvvəlcədən tanıdığı, bundan əvvəlki cinayət işində onu tutmuş polis əməkdaşlarından biri olan, hazırda Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsində işləyən X10 tərəfindən tutularaq, 3-cü PŞ-nə aparıldığını, orada ona fiziki zor tətb olunduğunu, üzərində narkotik və silah olmadığını, ibtidai istintaqda ifadə vermədiyini, ondan imzalamağı tələb olunan sənədləri məzmununu bilmədən imzaladığını bildirmişdir. Məhkum həmçinin bildirmişdir ki, uzun müddət Azərbaycanda yaşamamış, atası xəstə olduğundan Azərbaycana gəlmiş və burada ev tikərək, kirayəyə verməklə qazanc əldə etmək niyyətinə düşmüşdür, bir müddət evlərin tikintisinə davam etdikdən sonra onu qanunsuz tikinti ilə məşğul olması adı ilə Xəzər RPİnin 3-cü PŞ-nə dəvət etmişlər, orada ondan tikintiyə davam etməsinə icazə vermək müqabilində müəyyən məbləğdə pul vəsaiti tələb etmiş o isə bununla razılaşmayaraq pul verməkdən imtina etmişdir, üstündən bir müddət keçdikdən sonra ustalara zəhmət haqlarını ödəmək üçün tikinti apardığı evlərin birində olarkən, təxminən 10 nəfərə yaxın polis əməkdaşı daxil olaraq onları yerə yıxmış və onu ayrıca otağa salmışlar, orada qolları bağlı şəkildə olarkən məhkum adlı polis əməkdaşı 3 büküm narkotik vasitəni onun cibinə qoyaraq narkotik va sitənin ona məxsus olmasını etiraf etməsini tələb etmiş, bundan imtina etdikdə təzyiqlərə məruz qalmış və polislər tərəfindən döyülmüşdür, daha sonra polis bölməsinə aparılmış Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmişlərdirilikdən sonra iş məhkəməyə göndərilmiş və 29 iyun 2022-ci il tarixdə məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək azadlığa çıxmışdır, 13 iyul 2022-ci il tarixdə məhkəmə qərarını götürmək üçün oğlu ilə birlikdə evdən çıxdıqda polis əməkdaşlarının “Niva” markalı avtomobillə dayandıqlarını görmüş və avtomobilini saxlamışdır, polis əməkdaşlarından ona məxsus tikintidə istifadə etdiyi materialların yerini soruşduqda,əvvəllər onun tutulmasında iştirak etmiş X10, X14və Məhkum adlı polis əməkdaşları bu haqda məlumatlarının olmadığın ı bildirərək qəflətən onu maşına mindirmiş və Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər, azyaşlı oğlunu isə digər X14 adlı polis əməkdaşı evə aparmışdır, polis bölməsində onu döyərək təzyiqlərə məruz qoymuş silahı və narkotik vasitəni boynuna qoyaraq etiraf etməsini tələb etmişlər, o, isə bu cür fiziki və psixi təzyiqlərə dözməyərək etirafedici sənədlərə qol çəkmişdir. -iş materiallarından görünür ki, Xəzər RPİ 3-cü PŞ-nin rəsinin 13 iyul 2022-ci il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” əmri ilə Xəzər RPİ 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvvəkili Şahid1 tərəfindən tərtib olunmuş raportun əsasında, Məhkum qanunsuz olaraq odlu silahın gəzdirilməsi və narkotik vasitələrin əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məluma tların yoxlanılması, cinayət əməlinin ifşa olunması və digər tədbirlər üçün Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi X12 və həmin polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektor polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, X5 əməliyyat qrupunun tərkibində iştirak etməsi qeyd edilsə də, iş materiallarında olan şahidlər Şahid2 və Şahid1 ifadələrindən görünür ki, X12 əməliyyat tədbirində iştirak etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsi baxışı üzrə məhkəmə iclasının 22 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, dindirilmiş X12 ifadələrində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Məhkum tanımış, hadisə baş verən gün xidmət aparmış, lakin təqsirləndiriən şəxs Məhkum tutulm ası məqsədilə yaradılmış əməliyyat qrupunda və Məhkum tutulmasında iştirak etməmişdir. İş materiallarında görünür ki, məhkəmə baxışı zamanı 13 iyul 2022-ci il tarixli raport elan olunandan sonra X12 bildirmişdir ki, raporta olan imza ona məxsus olmuş, lakın həmin raportun məzmununu uzun zaman keçdiyindən xatırlamır. Müdafiə tərəfinin təqdim etdiyi Məhkum daha əvvəl tutulması barədə videogörüntüyə şahid X12nin iştirakı ilə baxış keçirilmişdir. Videogörüntüdə Məhkum yaşayış otaqında mülki geyimli şəxslərin əhatəsində olaraq, onlar tərəfindən təzyiqə və fiziki zorakılığa məruz qaldığını, şahid X12nin də orda işitrak etməsi müəyyən edilmişdir. Bununla bağlı X12 bildirmişdir ki, hadisədən uzun zaman keçdiyindən xatırlamır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarınd a olan 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, yuxarda qeyd edilən videogörüntü ilə bağlı müdafiəçinin suallarına cavab olaraq Məhkum bildirmişdir ki, həmin videogörüntü 19 mart 2022-ci il tarixdə onun tikdiyi evərin birində çəkilmiş, polis əməkdaşları X12 və X10da orada olmuşlar, həmçinin orada 3-cü PŞ-nin əməkdaşı X14 da orada olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, Binə qəsəbəsində Məhkum satışa çıxardığı evə müştəri ilə birlikdə baxmağa getmişlər, oradan aralməhkumkən “Niva” markalı avtomobil onları saxlamış, bir nəfər düşüb vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir və onların burada nə işlə məşğul olduqlarını soruşmuşdur. Buna cavab olaraq makler olduğunu və evə baxıb getdiklərini bildirmişdir. “Niva” markalı avtomobilin sürücüsü düşüb yanındakı digər X15 adlı maklerə yaxınlaşaraq onunla salamlaşmış və kənara çəkilərək söhbət etmişlər. Bu zaman Məhkum öz avtomobili ilə yanında azyaşlı oğlu ilə oraya gəlmiş, daha sonra onlara yaxınlaşmış və nə baş verdiyini soruşduqda, “bizə elə sən lazımsan” deyərək bizi oradan göndərmiş, məhkumı isə “Niva” markalı avtomovilə oturdaraq oradan uzaqlaşmışlar. məhkumın yanında olan azyaşlı oğlunu polis əməkdaşlarından biri məhkumgilin evinə aparmışlar, orada qalan avtomobilini isə işə sala bilməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X10 şahid X8 ifadələrinə uyğun ifadə verərək, X13in ifadəsini bir daha təsdiq etmişdir. -hal şahidi X9 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, hal şahidi kimi Məhkum üzərində axtarış aparılm asında iştirak etdikdən sonra o müstəntiq tərəfindən yenidən dindirilməmişdir. Bundan başqa, şahid həmçinin göstərmişdir ki, Məhkum barəsində olan cinayət işi üzrə dəvət olunub hal şahidi qismində dindirilməmişdən əvvəl 2 dəfə başqa cinayət işləri üzrə polis əməkdaşlsrı tərəfindən dəvət olunaraq hal şahidi qismində iştirak etmiş, həmçinin bu işdə dindirilərkən özü azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum olunmuş, dindirilən zaman “qolbağ” ayağında olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hal şahidi Şahidin ibtidai istintaq zamanı dindirilmədiyini bildirməsi və adından yazılan ifadəsini təsdiq etməməsi, təqdirləndirilən şəxs Məhkum əleyhinə ifadə vermiş digər hal şahidi Şahid4 məhkəmə istintaqı zamanı dindirilməsini zəruri edirdi. Lakin aşağı instansiya məhkəmələri digər hal şahidi Şahid4 məhkəməyə gətirilməsini təmin etməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunması ilə kifayətlənmişlər. Bu istintaq hərəkətlərinin edilməsi ona görə zəruri idi ki, 13 mart 2022-ci il tarixdə məhkum İsmyaılovun ibtidai istintaqda verdiyi ifadələrində göstərdiyi xüsusatların, yaxud da məhkəmə baxışında verdiyi ifadəsində göstərdikləri xüsusatların həqiqəti əks etdiribetdirmədiyi müəyyən edilsin. Cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan əməliyyat müvəkkili Şahid1 13 iyul 2022-ci il tarixli raportunda Məhkum həmin tarixdə saat 17-də Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi yaxınlığında 3-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq, 3-cü PŞ-nə aparıldığı qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan tutma haqqında protokola görə, həmin p rotokol 3-cü PŞ-də müstəntiq X11 tərəfindən Məhkum və müdafiəçisinin iştirakları ilə saat 17:15-də tərtib olunmuşdur. Cinayət işinin 1-ci cildinin 27-30-cu vərəqlərində olan baxış və götürülmə keçirilməsi barədə 13 iyul 2022-ci il tarixli protokola görə, 13 iyul 2022-ci il tarixdə 3-cü PŞ-də saat 17:30-dan saat 18:30-a kimi keçirilmiş baxış və götürülmə istintaq hərəkətində əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 da iştirak etmişlər. 4 oktyabr 2023-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş fotodan müəyyən olunur ki, DİN-nin rəsmi saytında Xəzər rayonu 3-cü PŞ-nin ünvanı ünvan 10i zamanı əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə bağlı (bu nömrə Şahid2 9 avqust 2022-ci il tarixli dindirilmə protokolunda yazılmışdır) məhkəm ə istintaqı zamanı əldə olunmuş müştəri zənglərinin detallaşması barədə məlumatlara görə, həmin nömrə 13 iyul 2022-ci il tarixdə saat 17:24-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvan 4 ünvanında, saat 17:39-dan saat 18:38-ə kimi isə ünvan

6. Əməliyyat tədbiri zamanı əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə bağlı (bu nömrə Şahid1 4 avqust 2022-ci il tarixli dindirilmə protokolunda yazılmışdır) məhkəmə istintaqı zamanı əldə olunmuş müştəri zənglərinin detallaşması barədə məlumatlara görə, həmin nömrə 13 iyul 2022-ci il tarixdə saat 16:52-dən saat 18:15-ə kimi yalnız bir ünvanda - ünvan

6. İş materiallarından müəyyən edilmişdir ki, həm Şahid2, həm də Şahid1 qeyd etdiyi telefon nömrələri ilə bağlı məhkəmə istintaqında əldə olunmuş müştəri zən glərini detallaşması barədə məlumatlara görə, bu iki nömrə arasında 13 iyul 2022-ci il tarixdə saat 17:41-də 11 saniyə davam edən telefon zəngi qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 cinayət işinin materiallarında olan raportda qeyd olunduğu kimi 13 iyul 2022-ci il tarixdə saat 17-də Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi yaxınlığında Məhkum tutması, onu 3-cü PŞ-nə aparılması, habelə saat 17:30-dan başlamış baxış və götürmə istintaq hərəkətində həqiqətəndə iştirak edib-etməmələri barədə xüsusatlar araşdırılmamışdır. Bu xüsusatların araşdırılması ona görə zəruri idi ki, Məhkum ifadələrindən görünür ki, onun tutulmasında Şahid2 və Şahid1 iştirak etməmişlər. Bundan başqa, mobil telefonlarının ant en məlumatlarına və danışıq cədvəllərinə görə Məhkum tutulan zaman Şahid2 və Şahid1 eyni ünvanda olmamış, hətta biri digəri ilə telefonla danışıq əlaqəsi saxlamışdır. Həmin xüsusatların araşdırılması ona görə zəruri idi ki, Şahid1 və Şahid2 eyni ünvanda olub-olmaması aydınlaşdırılsın və digər şəxslərlə birlikdə Məhkum tutulması ilə əlaqədar sənədləşmələrin aparılmasında iştirak etmələrinin təfərrüatları məlum olsun. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan tutma haqqında protokoldan görünür ki, Məhkum tutulduqdan sonra həmin tarixdə saat 20:30-da Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan müdafiə tərəfinin sorğusuna əsasən əldə olunmuş Xəzər RPİ-nin MSY-də aparılmış qeydlərin kserosurətlərindən görünür ki, Məhkum Xəzər RPİ-nin MSY-nə da xil olduqdan sonra 14 iyul 2022-ci il tarixdə saat 14:05də müdafiəçi X7 1110 nömrəli çağırış tələbnaməsi əsasında kameradan çıxarılaraq müstəntiqin və müdafiəçinin görüşünə aparıldıqdan sonra saat 14:15-də kameraya geri qaytarılmış, 15 iyul 2022-ci il tarixdə saat 17:05-də isə qeydiyyata alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı əsasında Bakı İstintaq Təcrixanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 1-ci cild 71-73-cü vərəqələrində, 1-ci cild 90-92-ci vərəqələrində və 1-ci cild 165-166-cı vərəqələrində olan protokollardan görünür ki, Məhkum müstəntiq X11 tərəfindən müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 14:30-dan saat 15:05-ə kimi şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə saat 10:00-dan saat 10:35-ə qədər, habelə X13 tərəfindən müdafiə çinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 11:30-dan saat 12:10-na qədər təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müvəqqəti saxlama yerində olduğu müddət ərzində yalnız bir dəfə müdafiəçinin tələbnaməsi əsasında MSYdən çıxarılmasına baxmayaraq, onun MSY-də olduğu müddətdə 3 dəfə dindirilməsinə dair xüsusatlar məhkəmələr tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıld ıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin kifayət qədər araşdırma aparmadan, təqsirləndirilən şəxsin tutulması və üzərində axtarışın aparılması zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasını, şəxsin qanunla qorunan hüquql arının təmin edilib-edilməməsini araşdırmadan gəldiyi həmin nəticəni əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azə rbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası i nsanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanu ni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yarməhkumsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılma

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar