Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1750/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in ) 150.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 1(103)-24/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2019-cu ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin qəbiristanlığının yaxınlığında yerləşən bağ sahəsində əncir yığan həmkəndlisi Zərərçəkmiş şəxs1 yaxınlaşıb onunla birlikdə meyvə yığıb söhbət edərkən sonuncuya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs1 könüllü cinsi əlaqədə olmağa razılaşmadıqda o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onun başına bir neçə dəfə yumruq zərbələri vurmaqla onu döyüb fiziki zor tətbiq edərək cinsi ehtirasını pozğun formada təmin etməyə yönəlmiş hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs1 şalvarının soyunmasına nail olub öz cinsi orqanını onun anal dəliyinə daxil etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq və seksual xarak terli digər zorakılıq hərəkətləri etmişdir.
3. Bundan başqa o, həmkəndlisi xx.xx.2003-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 başqa şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bilərək bu məlumatdan cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə istifadə edib 2020-ci ilin aprel-may aylarında iki dəfə Zərərçəkmiş şəxs2 ev işlərini görməkdə köməklik göstərməsi adı ilə aldadaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətinə çağırıb oradakı tut ağacının yanında hər dəfə onun başqa şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını valideynlərinə və digər qohumlarına xəbər verəcəyi ilə psixoloji təsir göstərməklə hədələyib Zərərçəkmiş şəxs2 başına yumruqla vurub müqavimətini qıraraq hərəkətlərini məhdudlaşdırmaqla fiziki zor tətbiq edib əynind ə olan şalvarı aşağı çəkərək eyni üsullarla köməksiz vəziyyətindən istifadə edib cinsi orqanını gərginləşdirmək üçün əli ilə oynatmağa məcbur etdikdən sonra gərginləşmiş cinsi orqanını ilk əvvəl onun ağız boşluğuna, daha sonra isə anal dəliyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X9 və X6 ibarət məhkəmə tərkibində) 15 sentyabr 2021-ci il tarixli, 1(101)-857/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum hazırkı iş üzrə 24 iyul 2020-ci i l tarixdən 24 fevral 2021-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ayın ona təyin edilmiş cəza müddətinə daxil edilməsi və onun tərəfindən çəkilməli cəzanın qalan müddətinin 05 (beş) il 05 (beş) ay müəyyən olunması, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 15 sentyabr 2021-ci il tarixdən hesab edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən nar azı qalan məhkum edilmiş şəxsin müdafiəçisi və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət məhkəmə tərkibində) 21 noyabr 2023-cü il tarixli, 1(103)24/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 202 3-cü il tarixli, 1(103)-24/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum kassasiya şikayətinin dəlilləri qismində tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verilməsi, düzgün araşdırma aparılmaması qeyd edilərək, həmin əsaslarla məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxs isə kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlill ərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanı mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciə tlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 1(103)-24/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən ye ni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hal lar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
25. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddi ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3 və 150.2.5-ci maddələri ilə cəza təyin edilərkən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzasını ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərin şikayətlərin in olmaması nəzərə alınmış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
26. Göründüyü kimi, Məhkum barəsində təqsirli bilindiyi maddə ilə bəraət verilməsinə həsr olunmuş məhkumun müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncuya bəraət verilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş tələblərin fonunda onun cəzasının yüngülləşdirilməsi üçün də əlavə əsaslar müəyyən etməmiş və bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı hallara da hüquqi qiymət vermişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilə n yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
28. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdir ilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 1(103)-24/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 1(103)-24/2023 nömrəli qərarı Məhk um tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.