Məhkəmə qərarları › İş №1(102)-1751/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1751/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1751/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-30/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarında n dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1986-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində beş azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamışdır. 2. 22 aprel 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 fevral 2021-ci il tarixdə Qarad ağ Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, əri X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X5 qızı Şahid2 « tibb kollecinə » daxil olmasına köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 27 avqust 2018-ci il tarixdə Ağbəniz Kərəmovanın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində sonuncunun 3000 manat pulunu, həmin ərəfələrdə X4 Ziyad Habil oğlunu mü hafizə polisinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 04 sentyabr 2018-ci il tarixdə Ağbəniz Kərəmovanın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində Ağbəniz Kərəmovanın 3000 manat pulunu, Şahid2 «tibb kollecinə» daxil olması məsələsinin həlli ilə bağlı 20 sentyabr 2018-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında Şahid2 vasitəsilə Ağbəniz Kərəmovanın 350 manat pulunu, 21 sentyabr 2018-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında eyni işə görə Ziyad Kərəmovun vasitəsilə Ağbəniz Kərəmovanın 350 manat pulunu, Şahid2 qiyabi təhsilə keçirtməsi və işə düzəldəcəyi adı ilə 04 oktyabr 2018-ci il tarixdə Ağbəniz Kərəmovanın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində Ağbəniz Kərəmovanın 1500 manat pulunu, 11 oktyabr 2018-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında eyni işə görə Şahid2 vasitəsilə Ağbəniz Kərəmovanın 300 manat pulunu, Ziyad Kərəmovun mühafizə polisinə işə düzəlməsi ilə bağlı əlavə olaraq 25 oktyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Mərkəzi Poçt”un qarşısında Şahid2 vasitəsilə Ağbəniz Kərəmovanın 1500 manat pulunu alıb zərərçəkmiş şəxs X5 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa o, əri X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X6 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əri X8 Cəzaçəkmə müəssisəsindən azad etdirəcəyinə yalandan vəd verib aldadaraq 30 avqust 2018-ci il tarixdə təxminən saat 20 radələrində Sürəyya Sultanovanın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə k üçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qrupun üzvü olan əri X21 Sultanovanın 2100 manat pulunu, 11 sentyabr 2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə Sürəyya Sultanovanın 1400 manat pulunu, 15 noyabr 2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə Sürəyya Sultanovanın 1000 manat pulunu, 18 noyabr 2018ci il tarixdə təxminən saaat 20 radələrində həmin ünvanında eyni işə görə Sürəyya Sultanovanın 1000 manat pulunu alıb zərərçəkmiş şəxs X6 ümumilikdə 5500 manat məbləğində xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “KristalAbşeron” yaşayış kompleksində ipoteka yolu ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 23 noyabr 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal - Abşeron 1” yaşayış kompleksində yerləşən 8 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Hünkar Sofrası” adlanan restoranda Zərərçəkmiş şəxs1 5000 manat pulunu, 16 yanvar 2019-cu il tarixdə həmin ünvanda eyni işə görə Zərərçəkmiş şəxs1 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 7000 manat xeyli miqdarda pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X9 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-Abşeron 1” yaşayış kompleksində ilkin ödəniş etmədən mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 08 yanvar 2019-cu il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksində yerləşən 8 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Hünkar Sofrası” adlanan restoranda X7 800 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-Abşeron 1” yaşayış kompleksində aşağı faiz ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 02 mart 2019-cu il tarixdə ünvan 5 ünvanında Qəribova Səlimovanın 4000 manat pulunu, 05 mart 2019-cu il tarixdə eyni ünvanda eyni işə görə Zərərçəkmiş şəxs3 2000 manat pulunu sonuncunun oğlu Şahid4 vasitəsilə qrupun üzvü olan əri Zamiq Mayılov alaraq ümumilikdə Zərərçəkmiş şəxs3 6000 manat xeyli miqdarda pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, X1 X3 borc verdiyi 6000 manat pulu X2 hüquqi yardım göstərməklə məhkəmə yolu ilə geri almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 05 aprel 2019-cu il tarixdə Xəyalə Əliyevanın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-ünvan 7 ünvanında X10 1400 manat pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 Abşeron rayonu,Xırdalan şə hərində yerləşən “Kristal-Abşeron 1” yaşayış kompleksində aşağı faiz ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 03 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 satıcı işlədiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək TM-nin Elit Zonası, 5-ci sıra, 15 saylı mağazasında Zərərçəkmiş şəxs5 1000 manat pulunu, bundan sonra 10 gün ərzində 15 iyun 2019cu il tarixə kimi olan müddət ərzində eyni işə görə hissə-hissə olaraq eyni ünvanda Zərərçəkmiş şəxs5 4000 manat pulunu, 22 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” adlanan parkda eyni işə görə qrupun üzvü olan əri X24 Zeynalovanın 1000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs5 6000 manat xeyli miqdarda pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-6/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökmlə təyin olunmuş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş yeni cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-15/202 0 nömrəli, 04 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8(səkkiz) ay 27(iyirmi yeddi) gün təşkil edən azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Məhkum qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan 01 yanvar 2021-ci il tarixdə doğulmuş oğlan cinsli uşağının 14 (on dörd) yaşına çatanadək təxirə salınma sı hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün dəyişdirilməsini - Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-30/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin olunmamış, hökmlə Məhkum təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 19 mart 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 19 gün müddət çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 11 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla dəyişdirilmədən saxlanılmış, Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmə si qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

9. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 79-cu maddəsini tətbiq edərkən hökmdə bunun əsaslarını açıqlamamış, Bakı Apellyasiya Məhkəməsi də əsassız olaraq birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarın ləğv edilməni və işin yenidən apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir.

10. Kassasiya protestinə qarşı eti raz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Ci nayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsi nin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin maddələrinə müvafiq surətdə tədqiq edib qiymətləndirmədiyini, nəticədə əsassız və qanunsuz olaraq Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyasə dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası CM-nin 79.1ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

18. Bu in stitutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir.

19. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai maraq Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törədilmə halları da nəzərdən qaçırılmamalıdır.

20. Onu da nəzərə almaq lazımdır ki, cinayət və cinayət-prosessual qanunvericili yi cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Azərbaycan Respublikası CM-nin müvafiq normalarının, o cümlədən 8, 58.3-cü maddələrinin tələbləri gözlənilməklə cəzalandırılmalı olmalarını təsbit edir (cinayət-mühakimə icraatının vəzifələrindən biri kimi göstərir). Bununla yanaşı Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin dispozitiv xarakter daşımayıb bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi onu göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarında n törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin ittiham hökmünün qüvvəyə minməsindən sonra cəzaya məruz qalmamasına bəraət qazandırmaq, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

21. Belə təfsirlə müqayisədə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş birinci instansiya məhkəməsinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair hökmünün dəyişdirlmədən saxlanılmasına dair qərarına baxdıqda aydın olur ki, məhkəmə nə bu institutun tətbiq edilməsinin zəruriliyini, nə də ki, Məhkum azyaşlı uşağın hüquqlarını təmin etmə yə hazır olub-olmamasını lazımınca araşdırmamışdır.

22. Belə ki, Məhkum cinayət əməlini müşayiət edən və işin digər hallarından görünür ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Qeyd edilən cinayətləri törədərkən artıq onun 31 may 2012-ci il və 25 may 2014-cü il təvəllüdlü övladları olmuş, həmçinin sonradan üçüncü övladını 01 yanvar 2021-ci il təvəllüdlü uşağı dünyaya gətirmişdir. Belə hallar olduqda, azyaşlı uşaqlarının hüquqlarını (Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin məqsədlərini) təmin etmək baxımından lazımi araşdırmalar aparmaqla, Məhkum həyat şəraitini, uşaqlarının tərbiyə edilməsini, qayğıya olan tələbatını təmin etmək iqtidarında olubolmamasını dərindən öyrənmək tələb olunsa da, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmadan, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsini tətbiq edərək, ona təyin olunmuş cəzanı 01 yanvar 2021-ci ildə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salmışdır.

23. Hazırki işin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarında həmçinin görünür ki, məhkəmələr məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsini tətbiq edib ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasını uşağının 14 yaşına çatmasınadək təxirə salarkən, məhkum edilmiş şəxsin əmək fəaliyyəti və uşağa layiqli həyat şəraiti təmin edən daimi yaşayış yeri olmasının aydınlaşdırılması, məhkumun yaşayış yeri üzrə uşağın normal həyat şəra itinin, tərbiyəsinin və məişətinin təmin edilməsinin mümkünlüyünün araşdırılması üçün icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının işə cəlb edilməsi, onların müvafiq rəyinin alınması üçün heç bir tədbir görməmişlər.

24. Məhkəmə kollegiyası hesab edir ki, heç bir araşdırma aparmadan məhkum edilmiş şəxsə real cəzanın təyin edilməməsi, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol verir. Nəticədə himayəsində azyaşlı uşaqlar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanunvericiliyinin xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranır.

25. Belə olan halda Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsini n tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni və əsaslı nəticə kimi qiymətləndirilə bilməz.

26. Bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini, dövlət ittihamçısının kassasiya protestinin əsaslı olduğunu göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 aprel 2022-ci il tarixli qərarı ləğv edi lməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-30/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar