Məhkəmə qərarları › İş №1(102)-1751/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1751/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1751/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tari xli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbinə Məmmədzadə (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Azad Məcidov) 13 iyun 2023-cü il tarixli, 1(101)-388/2023 nömrəli hökmü ilə xx xxxx 1983-cü ildə Ermənistan Respublikası, Stepanovan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqla müəyyən olunmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Abşeron rayonu, Yaşıl dərə deyilən ərazidə yerləşdirdiyi 01 ədəd bükümdə təmiz çəkisi 3 1,499 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və Sumqayıt şəhəri, Mərkəzi Park deyilən ərazidə eyni qaydada yerləşdirdiyi 01 ədəd bağlamada təmiz çəkisi 538,5 qram olan qəhvəyi rəngli maddə və 01 ədəd bağlamada təmiz çəkisi 115,671 qram olan tünd rəngli axıcı kütlə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqli olub kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və 01 ədəd bağlamada təmiz çəkisi 377,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini, yəni ümumi təmiz çəkisi 654,171 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda heroini və ümumi təmiz çəkisi 408,499 qr am təşkil edən psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini 13 may 2022-ci il tarixdə qeyd edilən yerlərdən götürüb əldə edərək sonradan «Babək» adlı şəxsin tapşırığına əsasən satışdan əldə olunacaq gəlirin bir hissəsinin ona veriləcəyi şərtilə sonuncunun deyəcəyi yerlərə qoymaq üçün daşımaqla yaşadığı ünvan 3 ünvanına gətirib yataq otağında saxlamış, 13 iyul 2022-ci il tarixdə 16 radələrində «Babək» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 31,499 qram təşkil edən hissəsini 01 (bir) ədəd bükümdə ayırıb əynindəki şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 16:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 31,499 qram təşkil edən, ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18:05 dəqiqədə yaşadığı ünvana baxış və axtarış keçirilərkən yataq otağında olan çantanın içərisində saxladığı 01 ədəd bağlamada təmiz çəkisi 538,5 qram qəhvəyi rəngli maddə və 01 ədəd qırmızı rəngli plastik qabda təmiz çəkisi 115,671 qram tünd rəngli axıcı kütlə olmaqla ümumi təmiz çəkisi 654,171 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqli olub kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin, 01 ədəd bağlamada təmiz çəkisi 377,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 17 avqust 2023-cü il tarixli, 1(103)-1620/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(101)-388/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhk um kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin minimum həddə yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk dəfə məhkum olunması, törətdiyi əməlin məsuliyyətini, ictimai təhlükəlilik dərəcəsini dərk etməsi, əməlindən səmimi peşmançılıq hissləri keçirməsi, övladlarının anasının himayəsində qaldığını və onun qayğısına ehtiyacı olduqlarını nəzərə alaraq, cəza müddətinin xeyli azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası cinayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçı larının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırkı cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. İş materiallarından görünür ki, Məhkum törətmiş olduğu cinayət əməli onun cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarına riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin aşkar edilməsi zamanı, axtarış, baxış və götürmə istintaq hərəkətləri zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları qanuni hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tə rəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və möt əbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alm aq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının hə yata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, habelə törətdiyi əməli səmimi etiraf etməsi və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal lar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il 6 (altı) ay müddətinə аzаdlıqdаn məhrumetmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum qanunsuz olaraq eldə etdiyi təşkil edən narkotik vasitə hesab o lunan külli miqdarda heroinin miqdarı 654,171 qram və psixotrop maddə hesab olunan külli miqdarda metamfetaminin miqdarı 408,499 qram olmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən işin halları və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmışdır. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və cəzanı yüngülləşdirən hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədal ətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, Məhkum barəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Az ərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli, 1(103)-1620/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar