Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1752/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2021-ci il tarixli,1(103)-141/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1985-ci il tarixdə Bakı şəh ərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin e dilmiş cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müəyyən edilmişdir.
3. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. 4. 25 sentyabr 2020-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum Firkət oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyas iya protesti təmin edilmiş, Məhkum Firkət oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü Məhkum Firkət oğluna münasibətdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi” hissəsində dəyişdirilərək Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq, Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir..
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.
5. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respubli kası Ali Məhkəməsinə müraciət edib, müdadiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürümüşdür.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri
7. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(103)-141/2022 saylı qərarının ləğv edilməsini və ona ədalətli cəza verilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 9..Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 10.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 11.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. 12.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onlara daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha aşağı həddə cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Resp ublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdirlər. 13.Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2021-ci il tarixli, 1(103)-141/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
14. Kassasiya məhkəməsi Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, yəni qabaqcadan əlbir olan bir qrup halında narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi ilə bağlı birinci instansiya və apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və nəticədə sonuncu daha ağır cinayət əməlini törətməsinə görə məhkum edilmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarındqeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
16. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş və birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş ittihama münasibət bildirərək qeyd edir ki, toplanmış sübutlarla məhkum istinad ed ilən qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunur və belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır.
17. Belə ki, mübahisələndirilməyən işin faktiki hallarına əsasən, Təqsirləndirilən şəxs və Məhkum şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etmə, saxlama, Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Abbasov X4 Res publikasında qrupun istintaqa məlum olmayan üzvündən 26 avqust 2019-cu il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilmiş külli miqdarda psixotrop maddələri: 02 ədəd sellofan torbalarda təmiz çəkiləri 495 və 510 qram, ümumi təmiz çəkisi isə 1005 qram olan metamfetamini, 02 ədəd sellofan torbalarda təsiredici maddəsinin ümumi miqdarı 160,23 qram təşkil edən 763 ədəd yaşıl rəngli və təsiredici maddəsinin ümumi miqdarı 210,84 qram təşkil edən 1004 ədəd çəhrayı rəngli tablet MDMA (metilendioksimetamfetamini, ekstazi) əldə edib qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında Gömrük sərhədindən gömrük nəzarətindən kənar çantada gizli keçirib özündə saxlamaqla Türkiyə Respublikasından Azər baycan Respublikasına hava yolu ilə daşıyaraq əvvəlcədən aralarında olan razılığa əsasən həmin psixotrop maddələri Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında onu qarşılayan qrupun digər üzvü Məhkum çatdırmış, sonuncu isə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddələri çantada saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, «DSK» adlanan əraziyədək daşımışdır. Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş axtarış əməliyyat tədbirləri nəticəsində Məhkum 27 avqust 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «DSK» adlanan ərazidə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində gəzdirdiyi qara rəngli əl çantasının içərisindən 1005 qram olan külli miqdarda psixotrop maddə metamfetami n və ümumilikdə 1767 ədəd tablet olmaqla külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) aşkar olunaraq götürülmüşdür.
18. Göründüyü kimi, Məhkum törədilən cinayətdə qrup üzvi kimi rolu narkotik vasitə və psixotrop maddələri daşımaqdan ibarət olmuşdur.
19. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin onun qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda, başqa sözlə qaçaqmalçılıq cinayətlərində nəzərdə tutulan obyektiv cəhətin hər hansı hissəsini icra etməyə yönəlməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına əsasən narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. 20. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tə rəfindən törədilmiş qaçaqmalçılıq hesab edilirAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti malı bilavasitə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlər ini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir.
21. Hazırda cinayət işi üzrə toplanmış sübutlardan müəyyən edilir ki, məhkum edilmiş şəxs yalnız qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasında realizə edilməsində digər şəxslə əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş narkotik vasitəni daşımağı qabaqcadan vəd etmişdir. 22. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri -qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
23. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya və apellyasiya məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. 24.Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cəza törədilən cinayətə görə dövlətin reaksiyası olmaqla cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir.
19. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli; “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 20.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır. 21.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 22.Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 23.Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanı n və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolun u təmin edə bilsin. 24.Məhkəmə kollegiyası Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ağırlıq dərəcəsinə görə kifayət qədər sərtdir.
26. Belə ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayətdə rolu narkotik vasitə və psixotrop maddənin daşıması ilə məhdudlaşır.
27. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ilk dəfə cinayəyt törətməsi, əvvəllər məhkumluğunun olmaması, narkotik vasitə və psixotrop maddənin miqdarı, onun yalnız qrup üzvi kimi daşımada iştirak etm əsi, əməlində ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli və əsaslı olardı.
28. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 19 mart 2021-ci il tarixli, 1(103)-141/2022 saylı qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin və ona 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təyin edilmiş cəza azaldılsın və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılsın, onun üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun.