Məhkəmə qərarları › İş №1(102)-1752/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1752/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1752/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləs inin (bundan sonra: Azərbaycan Respublikası CM və ya CM) 144.2.3 və 144.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(103)-1011/2023 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçək mə Müəssisəsində cəza çəkir.

2. Məhkum Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və silahdan istifadə etməklə adam oğurluğu etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs oğurlamaq məqsədi ilə tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-dən RENT A CAR icarə müqaviləsi ilə götürdükləri «Hyundai Elantra» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtom obili tanışları Şahid1 idarə etməsi ilə xx.xx.2022-ci il tarixdə, saat təxminən 17:50 radələrində Zərərçəkmiş şəxs oxuduğu Qərbi Kaspi Universitetinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi-3/21 ünvanına gəlib Universitetin binasından dərsdən çıxıb səki ilə piyada 211 nömrəli marşrut sərnişin avtobusunun dayanacağına piyada gedən Zərərçəkmiş şəxs qolundan tutub avtomaşına əyləşdirmək istəyərkən sonuncunun aktiv müqavimət göstərərək yerə yıxılıb getmək istəmədiyindən onu təkbaşına maşına mindirə bilmədikdə Məhkum kömək edib kürək nahiyəsindən tutub birlikdə maşının salonunun arxa hissəsinə mindirib onu avtomobilin arxa oturacağının döşəməsinə uzatmış, özü baş və qollarını, Məhkum isə ayaqlarını tutaraq müqavimətini qırmaqla, Məhkum isə Zərərçəkmiş şəxs apardıqları ünvanın yolunda ünvan 5 stasionar postunda polis əməkdaşı tərəfindən saxlanılarkən, qaçırılması barədə polisə məlumat verməməsi üçün özündə olan silahı - mətbəx bıçağını nümayiş etdirməklə istifadə edib qorxudaraq Zərərçəkmiş şəxs Masallı rayonu Öncəqala kəndində yaşayan Məhkum qohumu Şahid7 evinə aparıb onun mənzilində saxlayaraq adam oğurluğu cinayətini törətmişdir.

4. Həmçinin, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan istifadə etməklə adam oğurluğu etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs oğurlamaq məqsədi İlə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMCdən RENT A CAR icarə müqaviləsi ilə adına götürülən «Hyundai Elantra» markalı, **-BN*** dövlət qeydiyyat nişanlı avtomobili tanışları Şahid1 idarə etməsi ilə xx.xx.2022-ci il ta rixdə, saat təxminən 17:50 radələrində Zərərçəkmiş şəxs oxuduğu Qərbi Kaspi Universitetinin yerləşdiyi ünvan 6 ünvanına gəlib Universitetin binasından dərsdən çıxıb səki ilə piyada 211 nömrəli marşrut sərnişin avtobusunun dayanacağına piyada gedən Zərərçəkmiş şəxs qolundan tutub avtomaşına əyləşdirmək istəyən və sonuncu tərəfindən aktiv müqavimət göstərilməklə yerə yıxılıb getmək istəmədiyindən onu təkbaşına maşina mindirə bilməyən Təqsirləndirilən şəxs kömək edib kürək nahiyəsindən tutub birlikdə maşının salonunun arxa hissəsinə mindirib onu avtomobilin arxa oturacağının döşəməsinə uzatmış, Təqsirləndirilən şəxs baş və qollarını, o isə ayaqlarını tutaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaqla, apardıqları ünvanın yolunda Salyan rayonu ərazisində olan Azərbaycan Respublikası DİN-in DYPİ- n in 718 saylı stasionar postunda polis əməkdaşı tərəfindən saxlanılarkən, qaçırılması barədə polisə məlumat verməməsi üçün özündə olan silahı - mətbəx bıçağını nümayiş etdirib istifadə edib qorxudaraq Zərərçəkmiş şəxs Masallı rayonu Öncəqala kəndində yaşayan qohumu Şahid7 evinə aparıb onun mənzilində saxlayaraq adam oğurluğu cinayətini törətmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X11 və X3 ibarət məhkəmə tərkibində) 03 mart 2023-cü il tarixli, 1(101)-267/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 144.2.3, 144.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan m əhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 may 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum CM-in 144.2.3, 144.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 56.1.2-ci maddəsinə əsasən, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də hökm edilmişdir.

6. Həmin hökmdən narazı qalan Məhkum və Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) 07 noyabr 2023-cü il tarixli, 1(103)-1011/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum və Təqsirləndirilən şəxs CM-in 144.2.3 və 144.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmününməhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(103)-1011/2023 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, dostu ona şikayətin olmayacağını, qızı götürüb gedəcəklərini bildirmişdir. Hazırda da notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi var. Ailəli, iki azyaşlı uşağının olmasını, atasının pensiyada olan hərbiçi olmasını və anasının gözlərinin kor olmaqla onun himayəsində olmasını nəzərə alaraq, məhkəmədən barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə, sanksiya həddindən də aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir.

10. Həmçinin, məhkum Təqsirlənd irilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiya məhkəməsi onun barəsində olan yüngülləşdirici hallara məhəl qoymamışdır. Belə ki, o, ailə qurmaq üçün qız qaçırmanın cinayət olduğundan xəbərsiz olmuşdur. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmaması, gələcək həyat tərzi, yaşayış yerində müsbət xarakterizə edilməsi, ailə vəziyyəti, ata və anasının ağır xəstə olması nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə, yüngül cəza təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

12. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxs isə kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdu dlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azınd an həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətlərində məhkəmələr tərəfindən cinayət işinə baxılarkən onların məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etsələr də, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, onlara daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi hər hansı halla əlaqələndirməmişlər.

20. Bununla belə, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(103)-1011/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

22. Cəzanın mə qsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

24. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalan an, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

25. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

26. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

27. Cinayətə görə müəyyən edi lmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

28. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

29. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyası nın hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum və Təqsirləndirilən şəxs özlərinə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

30. Belə ki, Məhkum və Təqsirləndirilən şəxs barələrində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkumlara təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.5-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 1(101)-267/2023 nömrəli hökmü ilə hər birinə ayrı-ayrılıqda təyin edilmiş 8 il müddət ə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, məhkumların cəzasını yüngülləşdirən (məhkum Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, həmçinin Məhkum müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını) və cəzalarını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini düzgün olaraq nəzərə alıb, onlara əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.

32. Göründüyü kimi, Məhkum və Təqsirləndirilən şəxs müdafiəçilərinin apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumlara daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

33. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətlərində gətirilən digər halları Məhkum və Təqsirləndirilən şəxs cəzalarının yüngülləşdi rilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətlərində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və ap ellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

35. Qeyd olunanlar məhkumların kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

36. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumların, təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətləri təmin edilməməli, onların barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(103)-1011/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(103)-1011/2023 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfin dən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar