Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1753/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bil inib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) 18 yanvar 2023-cü il tarixli hökmü ilə 2 mart 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3, 228.4 və 23 4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsininn 126.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 25 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə) 23 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. İş iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(101)-171/2023 saylı hökmü “Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müd dətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 221.3cü maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi” hissəsində dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3, 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci ma ddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 4(dörd) il 6(altı) aya endirilmiş, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hök m qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanın zirzəmisində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini cüzi bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə sonuncunu yaşadığı ünvandan götürdüyü kustar üsulla hazırlanmış bir tərəfi kəsici, çapıcı, vurucuəzici, ucu deşici xassəyə malik olan xəncər-kastet tipli kombinə edilmiş, tiyəsinin orta üzərindəki xəttdən uzunluğu 425 mm, orta hissədə eni 44 mm, maksimal qalınlığı 2,7 mm, dəstəyinin uzunluğu 185 mm, orta hissədə diametri 30 mm olan soyuq silah hesab edilən xəncərin küt hissəsi ilə sonuncunun baş nahiyəsindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ona burun əsasının səthi kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmayan, başın yuxarı ənsə nahiyəsinin, başın təpə nahiyəsinin sol yan səthinin, sol qaş qövsü nahiyəsinin, başın alm nahiyəsinin sağ yan səthinin, sağ əlin arxa səthinin kəsilmiş yaraları və sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmişkəsilmiş yarası dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumi likdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, başın sağ təpə sümüyünün xətti sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sağ yan səthinin kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vuraraq xuliqanlıq etmişdir; bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,952 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə bağlı 25 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanının qarşısında Xətai RPİ-nin 35-ci P B-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PBnə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,952 qram qəhvəyi rəngli tözşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum əməlinə hüquqi qiymət verərkən səhvə yol verimiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həmçinin məhkəmələr ona ağırlığına görə açıqdanaçığa əməlinə və şəxsiyyətinə uyğun gəlməyən cəza təyin etmişlər. Cinayət işinin materialların dan və məhkəmə aktlarından görünür ki, iş üzrə toplanmış sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq olunmamış və obyektiv qiymətləndirilməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində sadalanan bütün dəlillərə obyektiv hüquqi qyimət verilməmişdir. Cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, Məhkum CM-in 234.1 və 221.3-cü maddəsi ilə verilmiş ittihamlarla bağlı məhkəmələrdə istintaqda verdiyi ifadələrdən fərqli ifadələr vermiş, lakin onun ifadələri arasındakı ziddiyyətlər aydınlaşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilməmiş, məhkəmələr sadəcə onun ifadələrini özünümüdafiə xarakteri daşıdığı qiyməti verməklə kifayətlənmişlər. Cinayət işinin materiallaırandan və məhkəmə qərarlarından gö rünür ki, ibtidai istintaq orqanı və məhkəmələr cinayət prosessual qanunvericiliyinin bu tələblərinə əməl etməmişlər. Belə ki, iş üzrə toplanılmış sübutlar qeyri mötəbərdir və biri digəri ilə təsdiq edilmədiyi halda, məhkəmələr Məhkum CM-in 234.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsini qanuni və əsaslı hesab etmişlər. Ona görə də hesab edir ki, iş materiallarında olan sübutlar əsasında məhkəmələrin Məhkum CM-in 234.1 və 221.3-cü maddələri ilə təqsirli bilib məhkum etmələri barədə gəldiyi nəticə əsassız olmaqla, iş materiallarına uyğun deyildir. Belə ki, məhkəmə aktlarından görünür ki, Məhkum əməlində zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirmə cinayətinin tərkibi əlamətlərinin olmaması qənaətinə gələrək, onun əməlini CM-in 126.2.4-cü maddəsindən, həmi n Məcəllənin 126.1ci maddəsinə tövsif edilməsini əsaslı hesab etsə də, guya hadisənin ictimai yerdə və bir çox şəxslərin gözü qarşısında törətməsinə istinad edərək, ona CM-in 221.3-cü maddəsi ilə verilmiş ittihamı əsaslı hesab etmiş və bununla cinayət qanunun normasının tətbiqində kobud səhvə yol vermişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkumla zərərçəkmiş Zərərçəkmiş şəxs bir-birini tanımışlar, bir ildən artıq müddətə aralarında normal dostluq münasibətləri olmuş, sonradan isə zərərçəkmiş başqa şəxslərin yanında məhkumun ünvanına nalayiq ifadələr işlətdiyinə görə bu mübahisə baş vermişdir. Qeyd olunan bu fakt cinayət işinin materialları ilə də təsdiq olunur. Hadisənin məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Yəni məhkumla zərərçəkmiş şəxs aras ındakı mübahisə xuliqanlıq zəmnində deyil, şəxsi münasibətlər zəmnində baş vermişdir. Həmçinin, mübahisə hər hansı ictimai yerdə deyil, şəxsi mülk hesab olunan evin yarımzirzəmi hissəsində Şahid1 yanında baş vermiş, həmin vaxtı orada digər şəxs olmamışdır. Hadisənin baş verdiyi məkan isə hasarlanmış həyət evi olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər isə məhkumla zərərçəkmiş şəxs arasındakı mübahisəni görmədiklərini, yəni Məhkum Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsini görmədiklərini, onlar hadisə yerinə gəldikdə isə artıq mübahisənin başa çatdığını, Rüfətin kənarda dayandığını və başından qan axdığını gördüklərini təsdiq etmişlər. Belə halda isə hesab edir ki, hüquqlarını müdafiə etdiyim Məhkum əməlində ona ittiham olunmuş xuliqanlıq cinayətinin, yəni CM-in 221.3-cü maddə sinin tərkibi mövcud deyildir. Cinayət işinin materiallarında toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla Məhkum hərəkətləri nəticəsində ictimai qaydanın pozulması və CM-in 221-ci maddəsində nəzərdə tutulmuş əlavə dispozitiv əlamətləridən hər hansı birinin mövcudluğu təsdiqini tapmamışdır. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Məhkumla zərərçəkmiş Zərərçəkmiş şəxs bir ilə yaxın müddətdə dostluq münasibətlərində olmuşlar, son vaxtlar isə zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr və söyüşlər işlətdiyinə görə münasibətləri pozulmuş və aralarındakı mübahisə də məhz şəxsi münasibətlər zəmnində baş vermişdir. Həmçinin, həmin mübahisə hər hansı ictimai yerdə deyil, məhz məhkum Mirağa Cəlilşovun kirayə yaşadığı evdə, məhdud dairədə baş vermiş və bu zaman hər ha nsı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər baş verməmiş, həmçinin kiminsə əmlakının məhv edilməsi, yaxud zədələnməsi halı baş verməmişdir. Belə olan halda isə bu epizod üzrə Məhkum əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi tam qanunsuz və əsassızdır. Bundan başqa,Məhkum CM-in 234.1 -ci maddəsi ilə verilmiş ittiham da təsdiqini tapmamışdır.. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı özünü CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, o, heç vaxt narkotiv vasitədən və digər təsiredici vastələrdən heç vaxt istifadə etməmişdir. Eyni zamanda göstərmişdir ki, o, artıq zərərçəkmişə qarşı ağır xəsarət yetirməsi ilə bağlı cinyət törətdiyini və artıq polis əməkdaşlarının onu axtardığını bildiyi halda, onun ü zərində narkotik vasitə saxlaması ’ inandırıcı və heç bir məntiqə uyğun deyildir. Məhkum göstərmişdir ki, o, hadisədən sonra artıq özünü polis əməkdaşlarına təslim etmək üçün evdə polis əməkdaşlarını gözləmiş və səhər saatlarında polis əməkdaşları onu yaşadığı evdən gəlib aparmışlar. O, polis əməkdaşlarının j gəldiyini bildiyi halda, hətta narkotik istifadəçisi olsaydı belə, üzərində narkotik vasitə j saxlamazdı. Məhkum göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs digər adı “Tural” olmuşdur və onun narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olduğunu sonradan bilmişdir. Hesab edir ki, zərərçəkmiş şəxslə aralarında mübahisə olduğundan, onun kurtkasmın cibinə də norkotik vasitəni məhz zərərçəkmiş qoymuş, yaxud da polis əməkdaşları bilərəkdən narkotik vasitənin “Tural” adlı şəxsdən alındığını qeyd etmişlər. Eyni zamanda məhkəmədə məlum olmuşdur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə ona müvafiq ittiham verilmiş və onun barəsində olan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib məhkum olunmuşdur. Bundan əlavə, Məhkum CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə şahidlərin(polis əməkdaşlarının) ifadələrində və istintaq hərəkəti protokollarında göstərilən Məhkum saxlanma yeri və vaxtı ilə məhumun ifadəsində göstərilənlər uyğunluq təşkil etməmiş və qeyd olunan ziddiyyətli hallar yaranmışdır. Lakin məhkəmələr nə CM-in 221.3cü, nə də CM-in 234.1-ci maddəsi ilə qeyd olunan ziddiyyətləri digər sübutlara uyğun aradan qaldırmamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr yalnız ibtidai istintaq zamanı əldə olunmuş qeyri mötəbər sübutları əsas götürüb əsassız olaraq, həmin maddələrlə Məhkum təqsirli bilmiş və ona cəza təyin etmişlər. Ona görə də hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim Məhkum CM-in 221.3 və 234.1-ci maddələri ilə verilmiş ittiham ümumi ittihamdan xaric olunmalıdır. Müdafiə tərəfi olaraq hesab edir ki, Məhkum təyin etdiyi cəza ağırlığına görə açıqdanaçığa onun əməlinə və şəxsiyyətinə uyğun olmadığından, həmin hissədə də məhkəmənin hökmü əsassız və ədalətsiz hesab edilərək dəyişdirilməli və ona təqsirli bilindiyi CM-in 126.1 və 228.4-cü maddələrilə təyin edilmiş cəza vüngülləşdirilməlidirf CM-in 221.3 və 234.1-ci maddələrlə də məhkuma ağır cəza təyin olunmasına baxmayaraq, həmin maddələrlə verilmiş ittihamlarla bağlı yuxarıda münasibət bildir ildiyindən, təyin edilmiş cəzanın da mübahisə olunmasına lüzum yoxdur). Belə ki, hökmdən görünür ki, Məhkum cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda hökmdən və cinayət işinin materiallarından görünqür ki, Məhkum ağır cinayət törətməkdə təqsirli bilinib məhkum edilmiş və ilk andan əməlini səmimi etiraf edərək ondan peşiman olduğunu bildirmiş, cinayətin predmeti olan xəncəri könüllü olaraq istintaqa təqdim etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Məhkum iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi olmamışdır. Əlavə olaraq apellyasiya baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs bir daha Məhkum qarşı şikayəti və tələbinin olmaması, onunla barışıq əldə etdiyini bildirirərək, bu barədə rəsmi ərizə təqdim etmişdir. Məhkum təqsirli bilindi CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-ni 228.4-cü maddəsində isə ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəza ilə yanaşı bir ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Mübahisələndirilən məhkəmə qərarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun təqsirli bilindiyi maddələrin orta həddindən yuxarı həddində cəza təyin etməklə, cinayət qanunvericiliyinin ədalət, humanizm prinsiplərinə əməl etməmiş, təyin etdiyi cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini ümumiyyətlə nəzərə almamışdır. Belə ki, məhkumun zərərçəkmişlə barışıq əldə etməsi CM-in 60-cı maddəsinin təsiri altına düşür və ona təyin edilən cəzanın yuxarı həddini məhdudlaşdırır. Bir qayda olaraq məhkəmə təcrübəsindən məlumdur ki, CM-in 126.1-ci maddəsi ilə cəza təyin edərkən, əgər zərərçəkmiş şəxslə barışıq əldə olnmuşdursa, onda həmin maddə ilə təyin edilmiş cəza şərti olaraq tətbiq edilir, yaxud da ona həmin maddə ilə aşağı həddən də az cəza təyin edilir. Aəzrbaycan Respublikası CM-in 228-ci maddəsini qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərinə başqa cinayət əlməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, Məhkum cinayətin predmeti olan xəncəri könüllü təhvil vermişdir və onun əməlində başqa cinayət əməlinin tərkibi olmasaydı, o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmalı idi. Lakin, məhkəmə CM-in 228.4-cü maddəsi ilə cəza təyin edərkən bu halı və maddənin sanksiyasında kifayət qədər alternativ cəzalar olduğu halda, saknsiyada nəzərdə tutulmuş daha ağır növdə olan cəzanın orta həddində ona cəza tyəin etmişdir. Məhkum cəzasını ağırlaşdıran hər hansı halın müəyyən etmədiyi, əksinə onun cəzasım yüngüllüəşdirən yuxarıda qeyd olunan halları sadalasa da, məhkəmələr faktiki onları nəzərə almamış və məhkuma ağırlığına görə əməlinə və şəxsiyyətinə uyğun olmayan ədalətsiz cəza təyin etmişdir. Müdafiə tərəfi olaraq hesab edirəm ki, Məhkum qanunla müəyyən edilmiş cəzasını yüngülləşdirən halların mövcudluğu və hökmdə sadalanan digər cəzam yüngülləşdirən halların hər biri həm ayrı-ayrılıqda, həm də məcmu halında məhkumun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün kifayət qədər əsaslar verir. Birinci instansiya məhkə məsinin qərarından isə görünür ki, məhkəmə Məhkum barəsində kifayət qədər yüngülləşdirici hallar müəyyən etməsinə baxmayaraq, bu hallara düzgün hüquqi qiymət verməmiş, məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyünü müzakirə etməmiş, bununla da cinayət qanunvericiliyinin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında« tövsiyələrini nəzərə almamış, nəticədə ağırlığına görə açıqdan-açığa məhkumun əməlinə və şəxsiyyətinə uyğun olmayan ədalətsiz cəza təyin etmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum Sücəddin oğlu haqqında 23 iyun 2023-cü il tarixli qərarının dəyişdirilərək, ona CM-in 221.3 və 234.1-ci maddələri ilə veril miş ittihamları ümumi ittihamdan xaric edilməklə cinayət təqibinə xitam verilməsi, təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinə münasibətdə barəsində həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi və 228.4-cü maddəsi ilə də sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə, qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və ape llyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar q əbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiəçi məhkum olunmuş şəxsin CM-in 234.1 və 221.3-cü maddələri ilə təqsirsiz olmasını, təyin olunmuş cəzanı mübahisələndirərək faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya q aydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinin məhkum edilmiş şəxsin Cinayət Məcəlləsini 234.1-ci maddəsi ilə olan əməli ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsus atların qeyd edilməsi qənaətindədir. Məhkum istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkəti törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası ittihamın bu hissəsi üzrə aşağı instansiya məhkəmələrinin gəldikdiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin tədqiq etdiyi: 25 fevral 2022 -ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 25 fevral 2022-ci il tarixdə Məhkum üzərinə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,05 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertiza üzrə 25 fevral 2022-ci il tarixli 6/1190 saylı espert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətandaş Məhkum üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bü kümdə təmiz çəkisi 0,952 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizası üzrə 7 may 2022-ci il tarixli 2306 saylı ekspert rəyindən görünür ki, Məhkum opioidlərin və psixostimlyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur,narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kassasiya şikayətinin məhkum edilmiş şəxs Məhkum özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittihamın xaric edilməsi, həmçinin işin hallarını şübhə altına alan digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və hesab olunmuşdur ki, həmin dəlillər konkret sübutlara əsaslanmamış, subyektiv mülahizələrdən ibarət olmaqla tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmiş dir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Nark otik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Sözügedən Qərarın 5-ci bəndində göstərilir kiQanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından art ıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilm iş, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkumun CM-in 234.1-ci maddəsi ilə təqsirli olmaması barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdir ən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin təyin etdiyi cəza növü ilə razılaşsa da, cəzanın həddi ilə razılaşmamış və haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması tam nəzərə alınmamış, ona görə də Məhkum barəsində cəzasını yüngülləşdirən halların məcmusu və cəzasını ağırlaşdıran halların olmaması, eləcə də zərər çəkmiş şəxslə barışıq əldə etməsi nəzərə al ınaraq, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və müvafiq olaraq qəti cəza yüngulləşdirilmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla tö rədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəm ə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyinə əsaslanaraq cəzan ı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədb ir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə daha yüngül cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yanaşı, həmin Məcəllənin 221.3-cü maddəsi ilə tövsif olunmasına münasibətdə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Məhkum tərəfindən xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut edilməmişdir. Belə ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanın zirzəmisində qarşılıqlı dalaşma zamanı Zərərçəkmiş şəxs əlindəki soyuq silah hesab olunan xəncərin küt hissəsi ilə qəsdən vurub sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə tövsif olunması barədə mövqeyi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Göstərilənlər Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilən aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şika yəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərək ətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar məhkəmələr tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əle yhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi il ə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə gəldikləri nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən, o cümlədən məhkəmə zamanı dindirilmiş təqsirləndirilən şəxs Məhkum, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs və ibtidai istintaq zamanı dindiirlmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş iş üzrə Şahid1 ifadələrindən görünür ki, Məhkumla Zərərçəkmiş şəxs arasında hələ hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxs Məhkum özünün və ailəsinin (anabacısının) ünvanına nalayiq sözlər və söyüşlər işlətməsi səbəbindən münaqişə başlamış, Məhkum Zərərçəkmi ş şəxs tərəfindən söyülməsinin səbəbini öyrənmək üçün sonuncunu Şahid1 vasitəsilə yaşadığı evə gətirmiş, Məhkumla Zərərçəkmiş şəxs arasında hadisə yerində yenə də söyüş söyülməsi ilə bağlı mübahisə yaranmış, Zərərçəkmiş şəxs Məhkum qarşılıqlı dalaşma zamanı yenidən söyməkdə davam etmiş və nəticədə Məhkum Rüfət Abbasovdan söydüyü söyüşlərə görə qisas almaq məqsədi ilə sonunucunu baş nahiyyəsindən xəncərin küt hissəsi ilə vuraraq sağlamlığına ağır zərər vurmuşdur. Göstərilən hallara, o cümlədən Məhkum hərəkətlərinə məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş, nəticədə onun törətdiyi cinayət əməli səhvən CM-in 221.3-cü maddəsi ilə də tövsif edilmişdir. Belə ki, aşağı instansiya məhkəmələrinin qərarlarında Məhkum zərərçəkmiş şəxsə ağır xəsarət yetirərək xuliqanlıq etməsi göstərilsə göstəril sə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin məhkum edilmiş şəxsin konkret hansı hərəkətlərində ifadə olunması açıqlanmamışdır. Hadisənin yuxarıda təsvir olunan mexanizmindən isə Məhkum tərəfindən ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi görünmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqlən diyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüng ül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, məhkumun hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Hazırki cinayət işi üzrə mübahisə tanış olan şəxslər arasında ünvan 1 ünvanın zirzəmisində baş vermiş, məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq cinayət əməlinin tərkibinin olmaması barədə dəlilləri əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri cinayət işi üzrə toplanmış və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İ btidai araşdırma orqanı tərəfindən əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və məhkəmələr də onu əsassız olaraq həmin maddə ilə məhkum etmişlər. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin əməldə cinayət tərkibi olmadıqda; xitam verilir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 353.3-ci maddəsinin tələblərinə görə məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində 353.3.1. təqsirləndirilən şəxsin məhkəməyə verildiyi ittihamın mahiyyəti; 353.3.2. məhkəmə ba xışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar; 353.3.3. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsaslarının göstərilməsi zəruridir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi üzrə icraata CM-in 221.3-cü maddəsi ilə olan hissədə xitam verilməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız b u Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X9rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin g əldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11, 416.1.15-ci maddələrinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və ya törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişd irə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə olan cinayət işinin icraatına CPMin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığına görə xitam verilməli, ona CM-in 221.3-cü maddəsi ilə cəzanın təyin edilməsi barədə müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 228.4 və 234.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılması yolu ilə ona qəti cəza təyin edilməlidir. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə və CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılması yolu ilə Məhkum həmin cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1753/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1753/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver