Məhkəmə qərarları › İş №1(102)-1754/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1754/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1754/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli 1(106)-20/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(099)-154/2022 nömrəli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.İ.Nuriyev) xx.xx. ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, X qeydiyyatda olan və yaşamış, hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, c əzaçəkmə müddətinin başlanğıcı isə 14 iyun 2021-ci ildən hesablanmaqla 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx. il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, X qeydiyyatda olan və yaşamış, hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddət inin başlanğıcı 14 iyun 2021-ci ildən hesablanmaqla 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Babayev Çingiz Hamlet oğlu, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Məmmədli Ənnağı Əbdül oğlu və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məh kum1 və Məhkum2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təyin edilmiş 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 10 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirlmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihama əsasən onlar qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, bir-biri ilə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq sat ış məqsədi ilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmişlər, cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədilə əldə edilib saxlanılıb daşınmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəbrayıl ra yonu ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə 11009,1 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə 65775 qram heroini, təsir maddəsinin ümumi miqdarı 162,8 qram olan 4070 həbdə külli miqdarda narkotik vasitə metadonu və külli miqdarda psixotrop maddə olan 11695 qram metamfetamini gizlədildiyi yerdən götürmək məqsədi ilə 14 iyun 2021-ci il tarixdə özünün idarə etdiyi "x" markalı, ** ZL *** dövlət nömrə nişanlı avtomobil ilə Cəbrayıl rayonu Soltanlı kəndi ərazisinə getmiş, həmin gün saat 04 radələrində qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, özünün idarə etdiyi avtomobilə yükləyərək daşımış, həm in gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Cəbrayıl rayonu ərazisində saxlanılmış və idarə etdiyi x" markalı, ** ZL *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi qaçaqmalçılığı ilə bağlı ittihamda göstərilən əməllər üzrə Məhkum2 və Məhkum1 təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, CM-in 206.3.2-ci maddəsi ilə onlara bəraət vermiş, hər iki şəxsi yalnız CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşmış və sonunculara qeyd olunana maddələrlə təyin edilmiş aza dlıqdan məhrum etmə cəzasını müddətini 1 il 06 ya həddə endirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliilikləri kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun müddəalarını, o cümlədən 143-146-cı maddələrinin tələblərini pozmuş, nəticədə ibtidai istintaqın gedişində əldə olunmuş sübutları əsassız olaraq qəbul etməyib, Məhkum2 və Məhkum1 qaçaqmalçılıq cinayətində iştirak etmələrinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib onlara CM-in 206.3.2-ci maddəsi ilə əsassız olaraq bəraət verm iş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət ilə bağlı nəticəni dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Həmçinin verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq bir sıra halları Məhkum2 və Məhkum1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirdiyini, onların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə onlara Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 11 il 06 aydan 10 ilədək azaltmaqla sonuncuların şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 58.3, 41. 2-ci maddələrinin, Cinayət-Prosessual Məcəllənin 139.0.5ci maddəsinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassas iya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 və Məhkum1 qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın CM-in 206.3.2-ci maddəsi ilə olan hissəsi üzrə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq hökmü həmin hissədə dəyişdirilmədən saxlamaqla kifayətlənməyib onlara Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə aşağı həddə cəza təyin etməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci inst ansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edilib, saxlayaraq daşımaları yəni Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilsə də, onların adları çəkilən həmin vasitələrin qaçaqmalçılığı cinayətində iştirak etmələri, yəni CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli olmaları sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, cinayət təqibi orqanı tərəfindən təqdim edilən və məhkəmədə araşdırılmış sübutların heç birində narkotik vasitələrin, psixotrop və gü clü təsir edən maddələrin Azərbaycan Respublikasının dövlət gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə Məhkum1 və Məhkum2 iştirakı ilə keçirildiyini göstərən məlumatlar əksini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, verilmiş ittihamda qeyriləri kimi təsbit edilmiş şəxslər məhkum edilmiş şəxslərə artıq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş, Cəbrayıl rayonu ərazisində bəlli yerə yerləşdirilmiş narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qoyulduğu yer barədə məlumat vermişlər və məhz həmin məlumat alındıqdan sonra satış məqsədilə həmin maddələr Cəbrayıl rayonu Soltanlı kəndi ərazisində qoyulduğu yerdən götürülmüşdür. Məhkum1 və Məhkum2 da ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrində, narkotik vasitələrin, psixo trop və güclü təsir edən maddələrin qoyulduğu yerdən götürməsi barədə digər şəxslə danışıq aparmaqlarını, aralarında olan razılıq əsasında qeyd olunan maddələrin qoyulduğu yerdən götürmək üçün Məhkum1 həmin əraziyə getməsini, narkotik və psixotrop və güclü təsir edən maddələrin olduğu yer barədə Məhkum1 məlumatı Məhkum2 verməsini, Məhkum1 tərəfindən qoyulduğu yerdən götürüldükdən sonra Məhkum2 təhvil verilməli olmasını, qarşılığında beş min manat pul almaqla, ondan iki min manatı Məhkum2, üç min manatı isə Məhkum1 çatmalı olmasını bildirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarda, o cümlədən şahidlər Dövlət Sərhəd Xidmətinin əməkdaşları Şahid1, Şahid2 ifadələrində narkotik, psixotrop və güclü təsir edən maddələrin Cəbrayıl rayonu Soltanlı kəndi ərazisinə qoyulanadək qeyd olunan qan unsuz maddələrlə bağlı Məhkum1 və Məhkum2 hansı hərəkətlərin yerinə yetirdiklərini, onların nə vaxt, necə, kim tərəfindən dövlət gömrük sərhədindən keçirildiyini, bunda Məhkum1 və Məhkum2 rollarının nədən ibarət olmasını (qaçaqmalçılıq cinayətinin baş tutması üçün nə kimi hərəkətlər etdiyini) xarakterizə edə biləcək hər hansı məlumata təsadüf edilmir. İttiham tərəfi birinci və apellyasiya instansiyası məhkəmələrində narkotik vasitənin qaçaqmalçılığı cinayətində Məhkum1 və Məhkum2 iştirak etmələrini göstərən (buna dair hər hansı məlumatı əks etdirən) başqa sübutları təqdim edə bilməmişdir. İttiham tərəfinin məhkum edilmiş şəxslərin qaçaqmalçılıq cinayətində iştirak etmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum1 və Məhkum2 qarşı CM-in 206.3.2-ci ma ddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda Məhkum2 və Məhkum1, biri-biri ilə və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama aid olan “faktiki hallar” kimi aşağıdakılar qeyd olunmuşdur: 1) “şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən”; 2) “naməlum vaxtda və şəraitdə”; 3) “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə” 4) “İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəbrayıl rayonu ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə 11009,1 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə 65775 qram heroini, təsir maddəsinin ümumi miqdarı 162,8 qram olan 4070 həbdə külli miqdarda narkotik vasitə metadonu və külli miqdarda psixotrop maddə olan 11695 qram metamfetamini gizlədildiyi yerdən”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1- 223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Cinayət Məcəlləsinin qaçaqmalçılıq cinayətinin əsas tərkibini təsbit edən 206.1-ci maddəsində malların, digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən kənar və gömrük nəzarətindən gizli keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. Belə ki, malların (digər əşyaların) gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə ittiham, onun faktiki məzmununun malların (digər əşyaların) gömrük nəzarətinin təşkil olunduğu xüsusi yerl ərdən kənarda (sərhəd-gömrük məntəqələrinin olmadığı yerlərdən) və yaxud gömrük nəzarəti məntəqələrindən, lakin onların fəaliyyət göstərmədiyi vaxtda keçirilməsi kimi əməllərdən ibarət olmasını şərtləndirir. Malların (digər əşyaların) gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə ittiham isə bunların gömrük məntəqələrindən, lakin gömrük nəzarətindən yayındırmaqla keçirilməsində ifadə olunan hərəkətləri ehtiva edir. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qaçaqmalçılıq cinayətini törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, cinayətin hansı üsulla törədilməsini və müvafiq üsulu təşkil edən hərəkətləri əks etdirməsi tələb olunur. Məhkum2 və Məhkum1 qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci madd əsi ilə irəli sürülmüş ittihamda isə qaçaqmalıçılıq cinayətinin “dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, gömrük sərhədindən, gömrük nəzarətindən kənarda” törədildiyi qeyd olunmaqla CM-in 206.1-ci maddəsinin dispozisiyasına görə cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti olan cinayətin törədilmə üsulu konkretləşdirilməmiş, həmin əlamət və müvafiq olaraq bu və ya digər üsulu təşkil edən Məhkum2 və Məhkum1 hərəkətlərinin konkret məzmunu müəyyən edilməmişdir. Ümumiyyətlə, Məhkum2 və Məhkum1 qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara və CPM-in 139.0-cı maddəsinə görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “digər şəxslər tərəfindən” “gömrük sərhədindən, gömrük nəzarətindən kənar” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum2 və Məhkum1 qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə - narkotik vasitənin gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirilmələri əməlini icra etmələri barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum2 və Məhku m1 qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. (məsələn, məhkəmə kollegiyası üçün aydın deyil cinayət təqibi orqanı qaçaqmalçılıq cinayətinin törədilmə vaxtını bilmədiyi halda necə olub ki, adları çəkilə şəxslər digər şəxslərlə qabaqcadan (yəni cinayətin icra edilməyə başlandığı andan əvvəl) qaçaqmalçılıq cinayətinin törədilməsini öz aralarında razılaşdırmaları barədə nəticə gəlmişlər və yaxud necə olub ki, cinayət təqibi orqanına qaçaqmalçılığın tərkibinin obyektiv cəhətinə aid heç bir fakt məlum olmadığı vəziyyətdə onları həmin cinayətin obyektiv cəhətini icra etməsi barədə nəticə çıxarmışdır). İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstə rilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda birinci instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 CM-in 206.3.2-ci maddəsi ilə təqsirliliklərinin sübuta yetirilməməsinə görə bəraət verməsi və onları yalnız Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilməsi əsassız və qanunsuz nəticə kimi, kassasiya protesti verməklə həmin nəticəni mübahisələndirən və onların Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi üzərində israr edən dövlət ittihamçısının mövqeyi isə sübutlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq müəyyən edilmiş işin həqiqi halları, eləcə də cinayət və cinayətprosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə k i, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, birinci instansiya məhkəməsinin Məhkum2 və Məhkum1 yalnız ittihamın sübuta yetirilmiş hissəsi üzrə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilib CM-in 206.3.2-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə göstərilən halla razı laşması cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Təsvir olunanlar kassasiya protestinin məhkəmələr tərəfindən Məhkum2 və Məhkum1 CM-in 206.3.2-ci maddəsi ilə təqsirliliklərinin sübuta yetirilməməsinə görə qanunsuz bəraət verilməsi ilə bağlı dəlillərinin əsassız olduğunu göstərir. Dövlət ittihamçısının Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının apellyasiya məhkəməsi tərəfindən 10 ilə endirilməsinə həsr olunmuş kassasiya protestinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya müraciətin bu hissəsi ilə də razılaşmaq üçün əsas tapmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyi n edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhk umlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2 -ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddəl əri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarl arına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum2 və Məhkum1 münasibətdə apellyasiya məhkəməsi tərəfindən 10 ilə endirilmiş cəzanın açıqaydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur. Belə ki, Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri – (hazırki işin kontekstində) şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması Cinayət Məcəlləsinin 15.3-cü maddəsind ə ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddələrin sanksiyasında aşağı həddi 5 il olmaqla yuxarı həddi isə 12 ilədək müddətə olan azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum2 və Məhkum1 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olmaqla sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin yuxarı həddindən 02 il az, aşağı həddən isə 05 il çox cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Vətən Müharibəsində iştirak etməsi, medalla təltif edilməsi (“Şuşanın azad olunmasına görə”), Məhkum2 himayəsində azyaşlı uşağının olması, ilk dəfə ci nayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Vətən Müharibəsində iştirak etməsi (Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib), cəzalarını yüngülləşdirən və şəxsiyyətlərini səciyyələndirən hallar kimi qiymətləndirilmiş, həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmış əlavə olaraq sonuncuların əməllərindən peşman olmalarını əlavə yüngülləşdirən hal kimi nəzərə almışdır. Qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə də zidd deyil. Belə ki, məhkum edilmiş şəxslərin himayələrində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində birbaşa nəzərdə tutulmuş, məhkəmə tərəfindən Cinayət Məcəllə sinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına isə artıq yuxarıda istinad olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi yol verir. Cəzanın yüngülləşdirilməsi barədə nəticəyə gələrkən apellyasiya məhkəməsinin nəzərə aldığı, yuxarıda şərh edilən hallar müvafiq və yolverilənliyi təkzib edilməyən sübutlara əsaslanır. Bu səbəbdən apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müd dəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəinki 10 il mü ddətə azadlıqdan məhrum etmə cəzasının, hətta ondan da az müddətə (5 ildən başlayamaqla) azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi cəza (10 il müddətə azadlıqdan məhrum etmə) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləs inin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıqaydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən həmin müraciətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının Məhkum2 və Məhkum1 barəsində olan 28 mart 2023-cü il tarixli 1(106)-20/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli 1(106)-20/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar