Məhkəmə qərarları › İş №1(102)-1754/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1754/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1754/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlunun, zərərçəkmiş şəxsin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-903/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı ndan Məhkumun müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 27 dekabr 1995-ci il tarixdə Lənkəran rayonu Əşlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Binə Aqro” MMC-də sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, x1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2. 12 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayət lər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 11 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinin qarşısındakı küçədə sonuncunun yetkinlik yaşına çatmayan qızını ona verməkdən imtina etməsini bəhanə edib əsaslı səbəb olmadan zərəçəkmiş şəxsin ünvanına uca səslə nalayiq ifadələr işlədərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi üzərində olan və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin sifət və sağ bud nahiyəsinə zərbələr endirib ona sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid sağ budun deşilmiş-kəsilmiş yarası, o cümlədən sağ üz sinirin posttravmatik nevropatiyası, asimmetriya, funksiya, hissiyyat və mimika pozğunluğu, sağ qulaqönü tüpürcək vəzinin zədələnməsi ilə müşayiət olunan sifətin sağ tərəfinin geniş ölçüdə dərin kəsilmiş yarası ilə nəticələnən, deformasiya, mimika və çeynəmə pozğunluqları və aydın nəzərə çarp an asimmetriya törədən, vaxt keçdikcə bərpa olunmayan, sifətin izi silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-552/2023 nömrəli, 25 yanvar 2023cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il müddətinə az adlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd hökmündən müdafiəçi Mirzəyev Altay Soltanağa oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cərimə cəzasının təyin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-903/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-552/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkuma Azərbaycan Resp ublikası CM-nin 126.2.4-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 06 (altı) ilə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzanın hökmlə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplamaqla Məhkuma cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum baş vermiş h adisə vaxtı zərərçəkmiş şəxs zərərçəkmiş şəxsdən özünü müdafiə etmək məqsədi ilə ona xəsarət yetirmək məcburiyyətində qalmış, zərərçəkmiş şəxsin sağlamlığına zəruri müdafiə həddini aşmaqla ağır zərər vurmuşdur. Lakin ibtidai istintaq orqanı kifayət qədər əsas olmadan məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edib, ona həmin maddələrlə ittiham irəli sürməklə məhkəməyə vermiş, birinci instansiya məhkəməsi kifayət qədər sübutlar olmadan məhkumu həmin maddələrlə təqsirli bilib ona ağır cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi də təyin olunmuş cəzanı bir il azaltmaqla kifayətlənmişdir. Bundan əlavə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs barəsində tərtib edilmiş hər iki ekspert rəyində onun sifətində kəskin nəzərə çarpan asimmetriyanın aşkar olunduğu qeyd edilməmişdir. Bundan əlavə adi vizual baxışla da görünür ki, zərərçəkmiş şəxsin sifətinin sağ yarısında olan xəsarətlər getdikcə əhəmiyyətli dərəcədə bərpa olunmuş və həmin nahiyədə kəskin asimmetriya pozğunluğu müşahidə olunmur. Buna görə də məhkum Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinməklə onun gəncliyini, sosial vəziyyətini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyini, əməlini səmimi etiraf etdiyini, əvvəllər məhkum olunmadığını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb, bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-903/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkumu Azərbaycan Respublikası CM-nin 130.1-c i maddəsi ilə təqsirli bilməklə, ona həmin maddə ilə qanuna müvafiq cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə biri nci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hü dudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində məhkum Məhkumun törətdiyi cinayət əməlinin tövsifini mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraci ətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-903/2023 nömrəli, 27 aprel 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsi ni və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin digər Plenum qərarında müəyyən edilmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 20 may 2011-ci il).

22. Eləcə də, bu növdən olan cinayət işlərinə baxış üzrə vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu z aman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, § 5, 23 mart 2004-cü il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun əməlinin h üquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçinin dəlillərini əsassız hesab edir.

24. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları hazırda mübahisəsi edilən qərarında müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış və maddi sübutun götürülməsi barədə protokol, ekspertiza rəyləri, üzləşdirmə istintaq hərəkəti protokoll arı və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi məhkumun zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən niyyətinin məhz nəyə yönəlməsi məsələsini müəyyən edərkən işin bütün hallarını, o cümlədən onların hadisədən əvvəlki qarşılıqlı münasibətlərini nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, Məhkumun əməlinin Azərbaycan Respublikası CMnin 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur, buna dair apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulan məhkumun məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş cəhddir. Belə qənaət hadisəni birbaşa görmüş kifayət qədər sayda şahidlərin mövcud olması, zərərçəkmiş şəxs tərəfindən məhkumun həyatı və ya s ağlamlığı üçün hər hansı real təhlükə yaradan hərəkət etməsinin həm məhkəməyədək, həm də məhkəmə istintaqı dövründə aşkarlanmadığı halda, onun zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurması, eləcə də bu xəsarətin zərərçəkmişin sifətinə (üz nahiyəsinə) yetirilməsi kimi hallarla əsaslandırmışdır.

26. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkumun hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, on un əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi barədə nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzər ə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların ol madığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-903/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-903/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar