Məhkəmə qərarları › İş №1(102)-1755/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1755/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1755/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-vəkil Ələkbərov Namiq Ələkbər oğlunun və vəkil X9 oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən və məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri vəkil Ələkbərov Namiq Ələkbər oğlu və vəkil X9 oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən və məruzəçi), M.A.Xankişiyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) 15 oktyabr 2020-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs - 13 avqust 1959-cu il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 4 (dörd) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublika sının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından ona bəraət verilmiş, iş üzrə maddi sübutlar - 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilənin, 22 dekabr 2008- ci il tarixli 107/26-06m nömrəli müqavilənin, 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilənin, 15.09.2014-cü il tarixli razılaşma protokolunun, 30 aprel 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilənin, 23.10.2017-ci il tarixli barışıq sazişin, 17 oktyabr 2013-cü il tarixli 107/26-68 nömrəli müqavilənin, kassa mədaxil orderlərinin cinayət işinin materiallarında saxlanılması, ibtidai istintaq mərhələsində Azərbaycan Re spublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159000 (bir yüz əlli doqquz min) manat və 60000 (altmış min) ABŞ dolları pul vəsaitlərinin Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq həm də bu cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə h əmin cəmiyyət tərəfindən 2003-cü il tarixdən Ünvan 3də inşa olunaraq 2008-ci ildə inşası başa çatmış 5 nömrəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 424,13 kv.m, yaşayış sahəsi 205,81 kv.m olan 6 otaqlı mənzilin 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilə əsasında Şahid1 satılmasına və həmin mənzilin 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilə əsasında 254460 ABŞ dollarına sonuncuya satılmasını bir daha rəsmiləşdirərək tərtib olunmuş alqı-satqı müqaviləsini imzalamaqla təsdiq etməsinə baxmayaraq, 2014-cü ilin yay aylarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər təsisçisi və Şahid1 əri olan Zərərçəkmiş şəxs2 ilə Şahid1 adına rəsmiləşdirilmiş qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətin qarşısında olan öhdəliyinin icrası kimi cəmiyyətin sərə ncamına verilməsi və bunun qarşılığında cəmiyyətin Şahid1 140000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 109816 manat məbləğində pul verəcəyini yalandan bildirib, Şahid1 məxsus həmin mənzili 830000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 647400 manat məbləğində qiymətləndirib, 140000 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 109816 manat məbləğində qalan borcu isə 15 sentyabr 2014- cü il tarixdə Şahid1, Zərərçəkmiş şəxs2, özü və cəmiyyətin digər məsul şəxsləri arasında “Razılaşma protokolu” bağlayaraq protokolun 2-ci və 5-ci bəndlərinə əsasən Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 417 kv.m-ə görə 130000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 101400 manat, 7,13 kv.m-ə görə isə 10000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7800 manat ödənildikdən sonra Şahid1 hə min müqaviləni imzalaması və qeyd olunan mənzilin yalnız bundan sonra satılması barədə razılaşmaqla sonuncuya pul ödənilməyənə qədər mənzili satmayacağını, mənzil satıldığı təqdirdə isə ilk olaraq həmin pulun ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb yalan vədlər verməklə qeyd olunan mənzili Şahid1 məlumatı və razılığı olmadan 30 aprel 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilə bağlamaqla Şahid3 466000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 488694 manat 20 qəpiyə satılmasını həyata keçirdikdən sonra əldə olunmuş qeyd edilən pul vəsaitindən Şahid1 pul vəsaiti ödəməyərək mənzilin başqa şəxsə satılmasını sonuncudan gizlətmiş, Şahid1 pulu tələb etdikdə isə özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsü yaratmaq üçün həmin mənzilin guya satılmamasını, mənzilin pulunu hiss ə-hissə ödəyəcəyini, bu mümkün olmadığı halda isə həmin mənzili geri qaytaracağını yalandan bildirib, sonuncu ilə 23 oktyabr 2017-ci il tarixdə təsdiqlənmiş barışıq sazişi imzalanmasına nail olub özünün əməllərinin aşkar olunmaması və barəsində şikayət edilməməsi üçün bir neçə ay ərzində hissə-hissə olmaqla 24000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 18720 manat məbləğində Şahid1 pul ödəyib, sonuncuya məxsus 109816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib Şahid1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs iki epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 7 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin həmin tarixdən təsisçisi olmaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən və həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2008-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 özünün təsisçisi olduğu "xxxx" MMC-nin tikinti layihələrinə pul vəsaiti qoyduğu təqdirdə yaxşı gəlir verəcəyini yalandan bildirib sonuncuda inam yaratmaqla onu aldadaraq həmin adla Zərərçəkmiş şəxs1 22 dekabr 2008-ci il tarixdə "xxxx" MMC-nin ünvan 3 ünvanında inşa etdiyi 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisdə 210.000 (iki yüz on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168.420 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitini alıb inandırmaq üçün aldığı pula zəmanət qismində ünvan 3 ünvanında özünün inşa etdiyi 16 mərtəbəli binanın «B» blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139,42 kv.m olan 153.360 manat dəyərdə 4 otaqlı mənzili Zərərçəkmiş şəxs1 arvadı Şah id5 Qeysər qızının adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirəcəyini bildirib aldığı pulu qaytardıqdan sonra həmin mənzilin geri qaytarılacağını razılaşmaqla sonuncu ilə özü arasında 22 dekabr 2008-ci il tarixli 107/26-06m nömrəli alqı-satqı müqaviləsi bağlayıb, Zərərçəkmiş şəxs1 bir müddət sonra pul vəsaitinin geri qaytarılmasını tələb etdikdə isə buna çətinlik çəkdiyini, lakin Şahid5 adına sənədləşdirdiyi 68 saylı mənzili satmaqla həmin pulu qaytara biləcəyini yalandan bildirib sonuncuların buna dair razılığını aldıqdan sonra həmin mənzili təkrarən 17 oktyabr 2013-cü il tarixdə 107/26-68 nömrəli müqavilə ilə X8 153.360 (bir yüz əlli üç min üç yüz altmış) manata satılmasını təmin etdikdən sonra əldə olunmuş pul vəsaitindən Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul vəsaiti ödəməyib, Zər ərçəkmiş şəxs1 aldığı 210.000 (iki yüz on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 168.420 (bir yüz altmış səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək sonuncuya məxsus həmin pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, "İşıq İnşaat” MMC-nin təsisçisi olmaqla həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmin cəmiyyət tərəfindən 2003-cü il tarixdən Ünvan 3də inşa olunmaqla 2008-ci ildə inşası başa çatmış 14 mərtəbəli 5 n ömrəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 424,13 kv.m, yaşayış sahəsi 205,81 kv.m olan 6 otaqlı mənzilin 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilə əsasında Şahid1 satılmasına və həmin mənzilin 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilə əsasında 254.460 (iki yüz əlli dörd min dörd yüz altmış) ABŞ dollarına sonuncuya satılmasını bir daha rəsmiləşdirərək tərtib olunmuş alqı-satqı müqaviləsini şəxsən imzalamaqla təsdiq etməsinə baxmayaraq, 2014- cü ilin yay aylarında "xxxx" MMC-nin digər təsisçisi və Şahid1 əri olan Zərərçəkmiş şəxs2 ilə Şahid1 adına rəsmiləşdirilmiş qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 MMC qarşısında olan öhdəliyinin icrası kimi MMC-nin sərəncamına verilməsi və bunun qarşılığında MMC-nin Şahid1 140.000 (bir yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 109.816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul verəcəyini yalandan bildirib, Şahid1 məxsus həmin mənzili 830.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 647.400 manat məbləğində qiymətləndirib, 140.000 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 109.816 manat məbləğində qalan borcu isə 15.09.2014-cü il tarixdə Şahid1, Zərərçəkmiş şəxs2, özü və MMC-nin digər məsul şəxsləri arasında «razılaşma protokolu bağlayaraq protokolun 2 və 5-ci bəndlərinə əsasən Şahid1 "xxxx" MMC-nin 417 kv.m-ə görə 130.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 101.400 manat, 7,13 kv.m-ə görə isə 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.800 manat ödənildikdən sonra Şahid1 həmin müqaviləni imzalaması və qeyd olunan mənzilin yalnız bundan sonra satılması b arədə razılaşmaqla Şahid1 pul ödənilməyənə qədər mənzili satmayacağını, mənzil satıldığı təqdirdə İsə ilk olaraq həmin pulun ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb yalan vədlər verməklə qeyd olunan mənzili Şahid1 məlumatı və razılığı olmadan 30 aprel 2015-cİ il tarixli 97(14)-1 nömrəli müqavilə bağlamaqla Şahid3 466.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 488.694,2 manata (dörd yüz səksən səkkiz min altı yüz doxsan dörd manat İyirmi qəpiyə) satılmasını həyata keçirdikdən sonra əldə olunmuş qeyd edilən pul vəsaitindən Şahid1 heç bir məbləğdə pul vəsaiti ödəməyərək mənzilin başqa şəxsə satılmasını sonuncudan gizlədib, Şahid1 pulu tələb etdikdə isə özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsü yaratmaq üçün həmin mənzilin guya satılmamasını, mənzilin pulunu hissə-h issə ödəyəcəyini, bu mümkün olmadığı halda isə həmin mənzili geri qaytaracağını yalandan bildirib, sonuncu ilə 23.10.2017-ci İl tarixdə barışıq sazişi imzalanmasına nail olub özünün cinayətkar əməllərinin aşkar olunmaması və barəsində şikayət edilməməsi üçün bir neçə ay ərzində hissə- hissə olmaqla 24.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 18.720 manat məbləğində Şahid1 pul ödəyib, sonuncuya məxsus 109.816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən ve rilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə, məhkum edilmiş şəxsin müdafiəçiləri Cəbrayılov Mehman Humsi oğlu və Ələkbərov Namiq Ələkbər oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2021-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən və məruzəçi), Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) məhkum edilmiş şəxsin müdafiəçiləri Cəbrayılov Mehman Humsi oğlu və Ələkbərov Namiq Ələkbər oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti və Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ləğv e dilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 04 (dörd) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bi r) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. İbtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 (yüz qırx doqquz min yüz altmış iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 verilməsi, Depozit hesabına qo yulmuş qalan məbləğin Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2021-ci il tarixli qərarından Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-vəkil Ələkbərov Namiq Ələkbər oğlu və vəkil X9 oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçiləri ilə birgə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından biri odur ki, Zərərçəkmiş şəxs1 öz təşəbbüsü ilə 22 dekabr 2008-ci il tarixdə faizlə gəlir əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs vasitəsi ilə sonuncunun təsisçisi olduğu “ Fərəh İnşaat “ MMC-yə 153.360 manat məbləğində pul vəsaitini yatırmışdır. Həmin pulun zəmanəti kimi Nərimanov rayonu, Hidayə tzadə küçəsi, 1933-cü məhəllədə tikilməkdə olan 16 mərtəbəli binanın “ B” blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139, 42 kv.m olan 153.360 manat dəyərində olan 4 otaqlı mənzili Şahid5 satılması barədə 22 dekabr 2008-ci il tarixdə MMC ilə Şahid5 arasında 107/26-06 nömrəli alqı-satqı Müqaviləsi bağlanmışdır. Zərər çəkmiş şəxs kimi tanınmış- Zərərçəkmiş şəxs1 və şahid kimi ifadə vermiş Şahid5 həm ibtidai istintaqda və həm də məhkəmə istintaqında verdikiəri ifadələrində pullarını faizlə qazanc əldə etmək məqsədi ilə X1ə verdiklərini və faizlə verdikləri pulun tam qaytarılmadığından şikayət etmişlər. Verilmiş ittihamdan isə görünür ki, Zərərçəkmiş şəxs1 22 dekabr 2008-ci ii tarixdə “ Fərəh İnşaat “ MMC-nin ofisində 163.800 manat məbləğində pul vəsaitini qazanc əldə etmək məq sədi ilə faizlə Təqsirləndirilən şəxs vermişdir. Lakin rəsmi maliyyə Arayışı ilə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsə ittihamın göstərdiyi kimi 163.800 manat məbləğində pul vəsaitini deyil, 153.360 manat vermişdir. 153.360 manat rəsmi sənədlə təsdiq olunduğu halda, 163.800 manatın verilməsi ancaq Zərərçəkmiş şəxs1 və işin nəticəsi ilə maraqlı olan ailə üzvülərinin şübhəli, ziddiyyətli ifadələrinə istinad edilmişdir. X1 153.360 manat ( 120.000 AZN və 30.000 dollar ) pulun 18% məbləğində 2008-ci ilin noyabr ayından 2015-ci ilin may ayına kimi, yəni 78 ay hər ay Zərərçəkmiş şəxs1 2150 manat, cəmi 167.000 manat faiz ödənmişdir. Təqsirləndirilən şəxs tərəfindən 78 ay müddətində hər ay Zərərçəkmiş şəxs1 2.150 manat pul ödənilməsini istər ibtidai istintaqda və istərsədə birinci instansiya məhkəməsində ifadə vermiş Təqsirləndirilən şəxs və şahidlər–X11 (1-ci cild, i.v. 177-180), X5 (1-ci cild i.v. 173-175), X10 (1-ci cild i.v. 167- 172), X12 (1-ci cild i.v. 181-183) və digərləridə təsdiq etmişlər. Həmin şahidlərin ifadələrindəki məlumatları təkzib edən sübular iş materiallarında mövcud deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs yaranmış krizislə bağlı 2015-ci ilin mayında işi dayandırmış və Zərərçəkmiş şəxs1la hesablaşmışdır. Hesablaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun verdiyi pulun həcmindən “Toyota Land GRUİSER“ markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 60.000 manatı çıxmışdır. Zərərçəkmiş şəxs1 bununla razılaşmamış, lakin Təqsirləndirilən şəxsə nə torpağı və nədə avtomaşını qaytarmamışdır. Təqsirləndirilən ş əxs əsas puldan Zərərçəkmiş şəxs1a 40.300 dollar ( 68.510 manat ) şəxsən vermiş və bu barədə razılaşma protokolu tərtib edilmişdir. Yəni hətta 153.360 həmin vəsaitdən 68.510 manat pulun hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən Zərərçəkmiş şəxs1 verilməsini Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli Razılaşma Protokolu və Zərərçəkmiş şəxs1 istər ibtidai istintaqda və istərsə də birinci və apelyasiya məhkəməsində verdiyi ifadələri ilə və yazılmış protokollarla, qərarlarla təsdiq olunur və mübahisələndirilmir. Təqsirləndirilən şəxs tərəfindən 2018-2019-cu illərdə Zərərçəkmiş şəxs1 "xxxx" ASC–da olan şəxsi hesabına 29.500 manat pul köçürmüşdür. Bu pulların köçürülməsini iş materiallarında olan “Mədaxil üzrə kassa orderi“ləri ilə təsdiq olun ur. "xxxx" ASC-nin Nəsimi filialının 20.04.2018-ci il tarixli mədaxil üzrə kassa orderindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hesabına 15.000 manat pul ödəmişdir. "xxxx" ASC-nin Nəsimi filialının 01.08.2018-ci il tarixli mədaxil üzrə kassa orderindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hesabına 2.500 manat, 20.09.2018-ci il tarixdə isə həmin filialda eyni hesaba 1.000 manat, cəmi 3.500 manat ödənilmişdir. "xxxx" ASC-nin Elmlər filialının 09.12.2019-cu il tarixli mədaxil üzrə kassa orderindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hesabına 11.000 manat pul ödəmişdir. Turizm şirkətinin iş materiallarına əlavə edilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 ailə üzvülərinə 5.414 manat dəyərind ə təyyarə biletləri alınmışdır. Zərərçəkmiş mülki iddia vermiş və İddia ərizəsinin 5-ci səlfhəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, “ 2013-cü ildən Təqsirləndirilən şəxsdən pulu tələb etməyə başladım. Ona müxtəlif dövrlərdə 600, 700, 1000, və 2.000 manat civarında pullarda faiz deyil, ana məbləğdən qaytarılmışdır. Təqsirləndirilən şəxsin sürücüsü Akif həqiqətən ona 5-6 dəfə, hər dəfə də 500-700 manat olmaqla pul gətirib vermişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs1 özü etiraf edir ki, o, ana puldan 13.000 manat almışdır. Bu halda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 116.424 manat pul qaytarmışdır. Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtihan idarəsinin kompüter uçot bazasaından əldə edilmiş məlumatlara əsasən, 07.12.2009-ci il tarixdə “İşiq İnşaat “ MMC-nin adın dan qeydiyyatdan çıxarılmış və yeni **-GH-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq ünvan 4 ünvanda qeydiyyatda olan Şahid5 Qeysər qızının adına təkrar dövlət qeydiyyatına alınmışdır. “Toyota Land GRUİSER“ markalı **AS-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.08.2005-ci il tarixdə 01900/5080522 nömrəli 13.08. 2005-ci il tarixli yük gömrük bəyannəməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1058 ünvanında qeydiyyatda olan “ İşiq İnşaat “ MMC-nin adına qeydiyyata alınmışdır. “Qiymətləndirmə Xidməti Mərkəzi“ MMC-nin QXM 234/1 nömrəli, 20.04.2021-ci il tarixli hesabatından görünür ki, “TOYOTO Land Cruiser“ markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2005-ci il buraxılışı olmaqla, 2009-cu ilə anoloji bazar dəyəri vəziyyətindən asılı olaraq 60.000-65.000 manat müəyy ən edilmişdir. “TOYOTO Land Cruiser“ markalı avtomobilin dəyərini, yəni 60.000 manatı həmin pulun üstünə gəlsək 176.500 manat edir. Bu haldada göründüyü kimi hətta ittihamın verdiyi məbləğdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı puldan 12.700 manat artıq qaytarmışdır. Zərərçəkmiş şəxs Şahid1 dair epizod üzrə onun həyat yoldaşı X23 digər şəxslər o, cümlədən Təqsirləndirilən şəxslə bir yerdə "xxxx" MMC -nin təsisçisi olmuşlar və təsisçi olaraq tikilən binalarda tamamlama işlərini aparmaq üçün əlavə vəsaitin ödənilməsinə ehtiyac yaranmışdır. Belə olan halda X23 təsisçi olaraq şirkətə borclu olduğu məbləği nəğd pul ilə deyil ona məxsus (uşaqları və həyat yoldaşının adında olan ) əmlak ilə ödəmək qərarına gəlmişdir. X23un arvadı Şahid1nın adına olan əmlakın satış qiyməti müəyyən olunm uşdur. Razılaşmaya görə həmin əmlak satıldıqdan sonra X23un şiirkətə olan borcu şirkətə ödənilməli, MMC-yə oian borc ilə (əvvəlcədən razılaşdırılmış) satış məbləği arasında olan fərq isə, yəni həmin o 140 000 ABŞ dolları Xın ailəsinə qaytarılmalı idi. Yəni göründüyü kimi Xlara qaytarılmalı olan 140 000 ABŞ dolların məhz əmlak satılandan sonra Xa qaytarılmalı olduğu rəsmi sənədlə təsdiqlənir. Lakin, tərəflər arasında mövcud olan rəsmi razılaşmanın məzmununa, həmin pulun Xlara qaytarıldığı, mübahisənin MTK ilə Xların arasında baş verdiyinə, bu pulun Xlara qaytarılması barədə qanunu qüvəsini almış Bakı Apelyasiya məhkəməsinin mülki kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərardadının olmasına, Şahid1nın 140.000 dolların "xxxx" MMC tərəfindən tam ödənilməsi barqdə ərizəsinin olmasına, m əhkəmə qərarının icrasından, yəni 140.000 ABŞ dolların Xlara qaytarmamasına görə İşıq - İnşaat MMC-nin Direktoru Şahid2 məsul şəxş kimi Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən ********* saylı cinayət işi üzrə CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair 14 yanvar 2020-ci il tarixli Qərarın olmasına, borc ödənildikdən sonra isə cinayət işinin icraatına xitam verilməsinə və başqa sözlə bu mübahisənin artıq mülki icraat qaydasında həll olunmasına əhəmiyyət verilmir və məhkəmə hesab edir ki, mənzilin satışı zamanı rəsmi razılaşmada öz iradəsini ifadə edən şəxsdən təkrar razılıq alınmadığından və mənzilin satışı barədə o xəbərdar edilmədiyindən MMC-nin təsisçisi Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsində ehtiva olunan cinayət əməlini törətmişdir; Halbu ki, 15 sentyabr 2014-cü il tarixli «razılaşma protokolu “ 6 nəfər şəxsin arasında bağlanmış, o cümlədən zərərçəkmiş Şahid1 və həyat yoldaşı Zərərçəkmiş şəxs2 imzalamış və Təqsirləndirilən şəxs hətta "xxxx" MMC-nin deyil, "xxxx" MMC-nin rəhbəri kimi iştirak etmişdir. 15 sentyabr 2014-cü il tarixli razılaşma protokolunun 1-ci bəndində göstərilir ki, “ tərəflər razılığa gəlir və təsdiq edirlər ki, “ İşıq İnşaat “ MMC tərəfindən Ünvan 3də inşa edilmiş 6 ədəd yaşayış binalarının dövlətə təhvil verilməsi və dövlət Aktının alınması, təmir-bərpa işlərinin başa çatdırılması, zəruri cari xərclərin yerinə yetirilməsi üçün Cəmiyyətin təsisçilərindən olan Zərərçəkmiş şəxs2 bir təsisçi kimi üzərinə düşən hissədə ödənişlərin həyata keçirilməsi məqsədi ilə "xxxx" MMC-də yerləşən ona məxsus 417 kv/mdən iba rət yaşayış sahəsini İşıq İnşaat MMC-və təhvil verməsini öhdəsinə götürür. Göründüyü kimi Əubov özü könüllü surətdə, borcunü ödəmək məqsədi ilə 417 kv.m yaşayış sahəsini Təqsirləndirilən şəxs Şirəlievə deyil, İsıq İnşaat MMC-yə təhvil verir. 15 sentyabr 2014-cü il tarixli «razılaşma protokolunun 2-ci bəndində göstərilir ki, “ tərəflər razılığa gəlir və təsdiq edirlər ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid1 Ramiz qızı arasında bağlanmış 14 iyul 2005-ci il tarixli müqaviləyə əsasən, sonuncuya məxsus Ünvan 3də inşa edilmiş 14 mərtəbəli binanın 14-cü mərtəbəsində bir ədəd 6 otaqlı, ümumi sahəsi 424,13 kv.m olan mənzil X3 razılığı ilə Razılaşma Protokolunun 1-ci bəndində göstərilən öhdəliyin yerinə yetirilməsi üçün - razılaşdırılmış qiymətlə "xxxx" MMC-yə təhvil verir. 15 sent yabr 2014-cü il tarixli «razılaşma protokolunun 3-cü bəndində göstərilir ki, “ tərəflər razılığa gəlirlər və təsdiq edirlər ki,Zərərçəkmiş şəxs2 razılaşma protokolunun 1-ci bəndində qeyd olunan öhdəliyi razılaşma protokolunun 2-ci bəndində gqştərilən əmlak hesabına yerinə, yetirəcək, və bunun üçün onun həyat yoldaşı Şahid1 ilə arasında tam razılaşma mövcud olduğundan bundan irəli gələn bütün məsuliyyəti üzərinə götürür. 15 sentyabr 2014-cü il tarixli «razılaşma protokolunun 4-cü bənddə açıq aydın yazır ki, tərəflər razılığa gəlir və təsdiq edirlər ki, "xxxx" MMC-nin hal-hazırda Zərərçəkmiş şəxs2 130 000 ABŞ dolları borcu vardır. ("xxxx" MMC-nin borcu yaranır Təqsirləndirilən şəxs yox.) 15 sentyabr 2014-cü il tarixli «razılaşma protokolunun 5-ci bənddə göstərilib ki, həmin əmlakın satılması ndan sonra İşıq İnşaat MMC-nin Y. Xa olan 130 000 ABŞ dolları borcu Şahid1 ödəniləcəkdir. Göründüyü kimi bu razılaşmanın heç bir bəndində Təqsirləndirilən şəxs tərəfindən 130 000 ABŞ dolları pulun Şahid1 ödəniləcəyi göstərilməmişdir. Bundan əlavə Bakı Şəhər Prokurorluğunda baş verən üzləşmə zamanı da Zərərçəkmiş şəxs2 və Şahid1 ifadələrində bildirdilər ki, bizim Təqsirləndirilən şəxs qarşı tələbimiz yoxdur. Bizim tələbimiz lşıq -İnşaat MMC-yə qarşıdı. Təqsirləndirilən şəxs ilə yox, "xxxx" MMC ilə Şahid1 arasında bağlanmış 13 sentyabr 2017-ci il tarixli barışıq sazişindən də görünür ki, - 3 cü bəndə əsasən İşıq İnşaat MMC Şahid1 borclu olduğu 140 000 ABŞ dollarını axırıncıya ayda 5000 olmaqla 28 aya, yəni 2020-ci il yanvar ayının 17 -nə qədər ödəyəcəkdir. Buna baxmayaraq axırıncı saziş üz rə ödəmə müddətinin başa çatmasına hələ 2 ay qalmış Təqsirləndirilən şəxs həmin məbləğə görə 2019-cü ilin dekabr ayında cinayət məsuliyyətinə cəlb olunur və həbs olunur. Bundan əlavə, eyni vaxtda, yəni 2019-cu ilin noyabr dekabr aylarında həmin 140 000 ABŞ dollarına görə İşıq - İnşaat MMC-nin direktoru Şahid2 məsul şəxs kimi Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən ********* saylı cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunur. Bu nə demekdir? Əyər İşıq- İnşaat borcludursa və məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunursa Təqsirləndirilən şəxs nəyə görə məsuliyyət daşıyır? Yox əyər borc Təqsirləndirilən şəxs məxsusdursa şirkəti nəyə görə məsuliyyətə cəlb edirlər. Daha sonra Təqsirləndirilən şəxs Xlara 24 000 ABŞ doları ödəniş etmədiyi halda və bütün ödəmələrin İşıq - İnşaat MM C tərəfindən həyata keçirildiyinə baxmayaraq məhkəmə hesab etmişdir ki, həmin ödəməni Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Halbuki, Təqsirləndirilən şəxs hərəkət və hərəkətsizliyinin nəticəsi olaraq onun tərəfindən zərərçəkmiş şəxs kimi tanınmış şəxslərdən heç birinə zərər dəyməmiş və aldatma və ya etibardan sui-istifadə etməklə əmlakları ələ keçirilməmişdir. Göütərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəmə kollegiyası ona vurulmuş zərərin ödənməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkum Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzi olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 159000 manat və 60000 ABŞ dolları məbləğində pul vəsaiti qoymuşdur. Yə ni Təqsirləndirilən şəxs dələduzluğa görə məhkum olunmaqdan qorxaraq ziyanın ödənilməmiş hissəsi olan 149 162,36 ABŞ dollarını ona qaytarmaq üçün depozitə qoymuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanması və həmin maddələrin bəzi müddəalarının şərh olunmasına dair qərarının 3-cü və 4-cü bəndlərinə də istinad etməklə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159000 manat və 60000 ABŞ dolları məbləğində pul vəsaitindən 149162,36 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatına məzənnəsi ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi özlərinin kassasiya şikayətinin təmin edilməsi barədə Təqsirləndirilən şəxs və onun müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçilərinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Təqsirləndirilən şəxsn barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinin təsviri yuxarıda göstərilmiş iki epizoddan ibarətdir. Cinayət işinin ilkin epizodu üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ibtidai istintaq müddətində Bakı şəhər Baş polis idarəsinə yazdığı ərizəsində və ilkin izahatında Təqsirləndirilən şəxs onun 600000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini göstərmişdir. 03 dekabr 2019-cu il tarixli şahid qismində ifadəsində bankda qayınanasının və həyat yoldaşının adına olan hazırda məbləğini dəqiq xatırlamadığı depoziti çıxardaraq ümumilikdə 210000 ABŞ dollarını 22 dekabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 15 yanvar 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində ifa dəsində də eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin 05 mart 2020-ci il tarixli məhkəmə iclasındakı ifadəsində isə göstərmişdir ki, həmin vaxt qaynanasının adına depozitdə 100 min ABŞ dolları, həyat yoldaşının adına 60 min ABŞ dolları və özünün adına isə 30 min ABŞ dolları pul olmuşdur. 2008-ci ilin dekabr ayının 22- də özü, həyat yoldaşı, qaynanası və X adlı sürücüsü ilə birlikdə Təqsirləndirilən şəxsin Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən ofisinə getmişlər. Həmin vaxt müavini Xa zəng vurub bankda depozitdən bütün məbləği çıxardıb gətirməsini tapşırmışdır. X qeyd etdiyi bütün məbləği çıxarıb ofisə gətirmiş və onlara vermiş, onlar da bütün məbləği Təqsirləndirilən şəxsə vermişlər. Cinayət işinin materiallarında olan ifadələrlə müəyyən edilir ki, verilmiş pulun təminatı olaraq əslində girov kimi qoyulmuş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid5 arasında 22 dekabr 2008-ci il tarixli MMC-ə məxsus ünvan 6 ünvanında 16 mərtəbəli yaşayış kompleksinin “B” blokunun 1-ci mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 139,42 kv.m təşkil edən 4 otaqlı 1 ədəd mənzilin hər bir kv.m-nin qiyməti 1100 manat olmaqla, cəmi qiyməti 153360 manat olam mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni tarixli maliyyə arayışında göstərilir ki, Şahid5 həmin mənzilin tam dəyərini ödəmişdir. Lakin 17.10.2013-cü il tarixli müqavilə ilə Şahid5 adından Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və "xxxx" MMC-nin direktoruna təqdim edilmiş razılıq ərizəsinə əsasən mənzil X1 adına keçirilmişdir. Lakin cinayət işi üzrə tərəflərin heç biri ifadələrində Zərərçəkm iş şəxs1 Təqsirləndirilən şəxs verdiyi pulun məbləğinin 153360 manat olması barədə göstərməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında apellyasiya protesti və apellyasiya şikayət üzrə işə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu məhkəməyə yazılı vəsatət təqdim edərək Bank of Azerbayjan bankının 15 saylı filialındakı Şahid5, Zərərçəkmiş şəxs1 və onun qayınanasının depozit hesablarından 22 dekabr 2008-ci il tarixdə 100000, 60000 və 30000 ABŞ dollarının çıxarılıb-çıxarılmamasını müəyyən etmək üçün məhkəmə sorğusu verilməsi barədə vəsatət versə də, məhkəmə kollegiyası heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 ona 120000 manat və 30000 ABŞ dolları verdiyini göstərmişdir. Verilmiş pulun məbləği barədə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri arasında uyğunsuzluq olmasını nəzərə alaraq, hansı tərəfin daha həqiqi ifadə verdiyinin müəyyən edilməsi üçün həmin vəsatətin təmin olunması əlavə məlumat əldə edilməsinə gətirə biləcəyi və irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edəcəyi halda həmin vəsatətin təmin edilməməsi müdafiə tərəfinin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Bu hal həm də Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının ləğv edilməsi əsasalarındandır. Azərbaycan Respublikası CPM-nin 33.3-cü və 33.4-cü maddələrinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ha kimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki cinayət işi üzrə ilk növbədə müəyyən edilməli olan fakt zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə verildiyi iddia olunan pulun məbləğidir. Tərəflər arasında pulun verilməsini təsdiq edən hər hansı yazılı sənəd tərtib edilməmişdir. Onların fərqli ifadələrindən başqa bu halı təsdiq edən başqa mötəbər sübut da mövcud deyildir. Pulun məbləği barədə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 əvvəl ərizəsində və izahatında verilmiş pulun məbləğini 600000 manat sonra isə 210000 ABŞ dolları göstərmişdir. Onun hansı səbəbdən pulun məbləği barədə fərqli ifadə verməsi barədə irəli sürdüyü dəlilin həqiqiliyi də ağlabatan deyil. O ifadələrində Təqsirləndirilən şəxsin ondan əvvəl 600000 manat istədiyinə görə əvvəlki izahatında belə göstərdiyini bildirmişdir. Lakin, o polisə yazdığı şikayət ərizəsində də Təqsirləndirilən şəxsə 600000 manat verdiyini göstərmişdir. Beləliklə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs həyat yoldaşının, qayınanasının və özünün depozitdə olan pullarının bankdan çıxarılaraq verilməsi barədə ifadəsinin həqiqiliyinin yoxlanması işin düzgün həlli üçün vacibdir. Əgər zərərçəkmiş şəxsin göstərdiyi bu hallar təsdiq olunmazsa onda Təqsirləndirilən şəxsə verilmiş pulun məbləği barədə zərərçəkmiş şəxsin, yoxsa Təqsirləndirilən şəxs ifadələrinin əsas götürülməsinə hüquqi qiymət verilməlidir. Lakin iş ə baxan apellyasiya instansiyası məhkəməsi həqiqiliyi şübhə doğurmasına baxmayaraq pulun məbləği barədə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 ifadələrinə qanunun tələbinə zidd olaraq üstünlük vermişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Hazırkı işə bu müddəanın tətbiqi onu nəzərdə tutur ki, kimin kimə nə qədər pul verdiyini təsdiq edən mötəbər sübutlar yoxdursa, bu məsələ ilə əlaqədar hər iki tərəfin iddiaları şübhəlidirsə aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Belə vəziyy ətdə işə baxmış apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 ifadəsini mütləq həqiqiət kimi qəbul etdiyinin və pulun məbləği barədə bütün ifadələrində eyni məbləğlər göstərən Təqsirləndirilən şəxs ifadələrini isə həqiqi olmayan kimi qəbul etməsinin səbəblərini hökmündə əsaslandırmamışdır. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 il müddətində heç bir pul tələb etməmiş və almamışdır, yalnız 2013-cü ildən başlayaraq işləri yaxşı getmədiyindən Təqsirləndirilən şəxsdən pulunu qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs1 iddia etdiyi 210000 ABŞ dollarını Təqsirləndirilən şəxs verənədək bankın depozitində olmaqla ona hər ay faizlər qazandırdığı halda həmin pull arı bankdan çıxarıb Təqsirləndirilən şəxsə verməsi və 5 il müddət ərzində ondan əsas borcu və faizlər tələb etməməsinin ağlabatan olmamasına düzgün hüquqi qiymət verilməmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən pullar Təqsirləndirilən şəxs verilərkən mənzil girov qoyulmasını tələb etməsi də onun 5 il ərzində verdiyi pullara görə qazanc tələb etməməsi barədə dəlilini təkzib edir. Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs işçilərindən pullar aldığını inkar etməmiş, həmin pulları ana puldan qaytarılan hissələr kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasındakı ifadəsində isə Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs mənə işçiləri vasitəsilə həqiqətən pullar vermişdir, göndərmişdir. Mən bunu inkar etmirəm və təsdiq edirəm. Amma ümumilikdə 32 5114 manat pul almağım düz deyil, bu yalan rəqəmdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs mənə qaytardığı pulu hesablayıb dəqiqləşdirmiş və beləliklə Təqsirləndirilən şəxs tərəfindən ona 2017-ci ildə 40300 ABŞ dolları, 2018-ci ildə ayrı-ayrı vaxtlarda 15000 manat, 2500 manat, 1000 manat (cəmi 10882,35 ABŞ dolları), 2019-cu ildə 11000 manat (6470,59 ABŞ doll) yəni cəmi 57652,94 ABŞ dolları pul qaytarmışdır. İbtidai istintaq müddətində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs1 pul aparmış şahidlər ifadələrində 2013-cü ilədək olan müddətlərdə də dəfələrlə Təqsirləndirilən şəxsin göstərişi ilə pullar aparıb Zərərçəkmiş şəxs1ə verdiklərini təsdiq etmişlər. Lakin apellyasiya instansiyası məhkəməsi şahidlər X4 (2014-2015-ci illərdə Zərərçəkmiş şəxs1ə 700,800,1000, 1500, 3000,3500 manat aparıb vermişdir), X2 (20082015-ci illərdə Zərərçəkmiş şəxs1ə və ya onun sürücüsünə üzərində qələmlə 2150 manat yazılmış konvertlərdə pul aparıb vermişdir), X6 (2013-cü ildən başlayaraq 1600, 3000, 3500 manat, 2015-ci ildən dolların kursu qalxdığı üçün ayda 1500-2000 ABŞ dolları, sonuncu dəfə 2016-cı ildə 5000-6000 ABŞ dolları aparıb Zərərçəkmiş şəxs1ə vermişdir), X7 (2008-ci ildən 7-8 ay 2000-5000 manat arası Zərərçəkmiş şəxs1ə pullar aparıb vermişdir), Şahid2 Aydəmir oğlunun (2014-cü ilin aprel ayından 2017-ci ilədək təxminən 3 il əzində 8-10 dəfə üzərində 2000-3000 yazılmış paketlərdə pul vermişəm) ibtidai istintaq müddətində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələri onların iştirakı ilə elan edib tədqiq etməmiş, Təqsirləndirilən şəxs tə rəfindən adları göstərilən şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs1 hansı müddətlərdə hansı məbləğlərdə pul verildiyini dəqiqləşdirməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qərar qəbul edərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 borcun hesabına ödədiyi digər məbləğləri, o cümlədən sonuncunun ailə üzvlərinə onun xahişi ilə aldığı 5414 manat dəyərində təyarə biletlərini, əvəzi ödənilmədən Zərərçəkmiş şəxs1ə verdiyi “Toyota Land Cruiser” avtomobilinin qiymətini nəzərə almamasının səbəblərini də hökmdə əsaslandırmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ona aylıq dividentlər (qazanc) vermək məqsədi ilə alınmış pullara görə ona dövrü olaraq dividentlər verilməsini sübut edən şahid ifadələrinə düzgün hüquqi qi ymət verilmədiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulları dələduzluqla ələ keçirmək niyyətinin olması sübut olunmuş hesab oluna bilməz. Faktiki olaraq tərəflər arasında kredit müqaviləsi bağlanmasına dəlalət edən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kredit müqaviləsinin yazılı formasına riayət edilməməsi bu pozuntuya cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında qiymət verilməsini nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, tərəflər arasındakı mübahisə yalnız Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi və sonuncunun ona qaytardığı pulların məbləği ilə bağlıdır. Bu mübahisənin həlli isə mülki mühakimə araşdırmasına aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə t əcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının ə vəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Plenum qərarının 27-ci bəndində məhkəmələrə izah edilmişdir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazd an əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 aid epizod üzrə Təqsirləndirilən şəxs hərəkətlərinə düzgün hüquqi qiymət verilməməsi barədə müdafiə tərəfinin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və hesab edir ki, bu hissədə kassasiya şikayəti təmin edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 qarşı epizod üzrə elan edilmiş ittihamda göstərilmişdir ki, o, "İşıq İnşaat” MMC-nin təsisçisi olmaqla həmin cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmin cəmiyyət tərəfindən 2003-cü il tarixdən Ünvan 3də inşa olunmaqla 2008-ci ildə inşası başa çatmış 14 mərtəbəli 5 nömrəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 424,13 kv.m, yaşayış sahəsi 205,81 kv.m olan 6 otaqlı mənzilin 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilə əsasında Şahid1 satılmasına və həmin mənzilin 11.06.2013-cü il tarixli 97(14) nömrəli müqavilə əsasında 254.460 (iki yüz əlli dörd min dörd yüz altmış) ABŞ dollarına sonuncuya satılmasını bir daha rəsmiləşdirərək tərtib olunmuş alqı-satqı müqaviləsini şəxsən imzalamaqla təsdiq etməsinə baxmayaraq, 2014- cü ilin yay aylarında "xxxx" MMC-nin digər təsisçisi və Şahid1 əri olan Zərərçəkmiş şəxs2 ilə Şahid1 adına rə smiləşdirilmiş qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 MMC qarşısında olan öhdəliyinin icrası kimi MMC-nin sərəncamına verilməsi və bunun qarşılığında MMC-nin Şahid1 140.000 (bir yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 109.816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul verəcəyini yalandan bildirib, Şahid1 məxsus həmin mənzili 830.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 647.400 manat məbləğində qiymətləndirib, 140.000 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 109.816 manat məbləğində qalan borcu isə 15.09.2014-cü il tarixdə Şahid1, Zərərçəkmiş şəxs2, özü və MMC-nin digər məsul şəxsləri arasında «razılaşma protokolu bağlayaraq protokolun 2 və 5-ci bəndlərinə əsasən Şahid1 "xxxx" MMC-nin 417 kv.m-ə görə 130.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənn əsi ilə 101.400 manat, 7,13 kv.m-ə görə isə 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.800 manat ödənildikdən sonra Şahid1 həmin müqaviləni imzalaması və qeyd olunan mənzilin yalnız bundan sonra satılması barədə razılaşmaqla Şahid1 pul ödənilməyənə qədər mənzili satmayacağını, mənzil satıldığı təqdirdə İsə ilk olaraq həmin pulun ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb yalan vədlər verməklə qeyd olunan mənzili Şahid1 məlumatı və razılığı olmadan 30 aprel 2015-cİ il tarixli 97(14)-1 nömrəli müqavilə bağlamaqla Şahid3 466.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 488.694,2 manata (dörd yüz səksən səkkiz min altı yüz doxsan dörd manat İyirmi qəpiyə) satılmasını həyata keçirdikdən sonra əldə olunmuş qeyd edilən pul vəsaitindən Şahid1 heç bir məbləğdə pul vəsaiti ödəməyə rək mənzilin başqa şəxsə satılmasını sonuncudan gizlədib, Şahid1 pulu tələb etdikdə isə özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsü yaratmaq üçün həmin mənzilin guya satılmamasını, mənzilin pulunu hissə-hissə ödəyəcəyini, bu mümkün olmadığı halda isə həmin mənzili geri qaytaracağını yalandan bildirib, sonuncu ilə 23.10.2017-ci İl tarixdə barışıq sazişi imzalanmasına nail olub özünün cinayətkar əməllərinin aşkar olunmaması və barəsində şikayət edilməməsi üçün bir neçə ay ərzində hissə- hissə olmaqla 24.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 18.720 manat məbləğində Şahid1 pul ödəyib, sonuncuya məxsus 109.816 (bir yüz doqquz min səkkiz yüz on altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə y olu ilə ələ keçirib Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda istinad edilən 15 sentyabr 2014-cü il tarixli razılaşmanın 2-ci bəndində göstərilmişdir ki, “tərəflər razılığa gəlir və təsdiq edirlər ki, "xxxx" MMC ilə Şahid1 arasında bağlanmış 14 iyul 2005-ci il tarixli müqaviləyə əsasən, sonuncuya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti, 1058-ci məhəllədə inşa edilən 14 mərtəbəli, 5 saylı binanın 14-cü mərtəbəsində bir ədəd 6 (altı) otaqlı, ümumi sahısi 424,13 kv.m olan mənzil Şahid1 razılığı ilə Razılaşma protokolunun 1-ci bəndində göstərilən öhdəliyin yerinə yetirilməsi üçün razılaşdırılmış qiymətlə "xxxx" MMC-ə təhvil verilir”. Razılaşmanın 5-ci bəndində göstərilir ki, “tərəflər razılığa gəli r və təsdiq edirlər ki, Razılaşmanın 2-ci bəndi yerinə yetirildikdən və həmin əmlakın satılmasından sonra "xxxx" MMC-nin Zərərçəkmiş şəxs2 olan 130000 ABŞ dollarında borcu və "xxxx" MMC-yə təhvil verilən mənzil ilə ödənilməsi nəzərdə tutulan sahə arasındakı fərq (424,13 kv.m əmlak-417 kv.m öhdəlik) təşkil edən 7,13 kv.m-in dəyəri hazırkı mənzilin razılaşdırılmış məbləği həcmində Şahid1 ödəniləcəkdir. Göründüyü kimi ittiham aktında göstəriləndən fərqli olaraq, tərəflər arasında bağlanmış yazılı əqd olan “razılaşma protokolu”nun 2 və 5-ci bəndlərində Şahid1 "xxxx" MMC-nin 417 kv.m-ə görə 130.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 101.400 manat, 7,13 kv.m-ə görə isə 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.800 manat ödənildikdən sonra Şahid1 həmin müqaviləni imzalamas ı və qeyd olunan mənzilin yalnız bundan sonra satılması barədə şərt nəzərdə tutulmamışdır. Əslində razılaşmanın 5-ci bəndində ittihamda göstərilənin əksinə olaraq mənzil satılmasından sonra "xxxx" MMC-nin Zərərçəkmiş şəxs2 olan 130000 ABŞ dollarında borcu və "xxxx" MMC-yə təhvil verilən mənzil ilə ödənilməsi nəzərdə tutulan sahə arasındakı fərq (424,13 kv.m əmlak-417 kv.m öhdəlik) təşkil edən 7,13 kv.m-in dəyəri hazırkı mənzilin razılaşdırılmış məbləği həcmində Şahid1 ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa “razılaşma protokolunda” Şahid1 ödənilməli olan pul məbləğinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. “Razılaşma protokolunda” Şahid1 ödənilməli olan pul məbləğinin "xxxx" MMC tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra "xxxx" MMC tərəfindən razılaşma protokolunda nəzərdə tutulmuş ödəmələr gecikdirildiyindən Şahid1 "xxxx" MMC-yə qarşı mənzilin ona qaytarılması barədə Nəsimi rayon məhkəməsinə mülki iddia vermiş. Həmin iddianın təmin edilməsi barədə Nəsini rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş və Nəsini rayon məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 24 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına qaytarılmışdır. Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq edilmiş 13 sentyabr 2017-ci il tarixli “Razılaşma sazişi”ndən müəyyən edilir ki, Şahid1 ilə "xxxx" MMC-nin direktoru Şahid2 arasında bağlanmış yeni sazişə əsasən "xxxx" MMC-nin üzərinə 25 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay 5000 ABŞ dolları olmaqla 28 ay müddətində Şahid1 140000 ABŞ dollarının ödənilməsi vəzifəsi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərardadı ilə həmin razılaşma sazişinin şərtləri təsdiq edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və həmin qərardad qanuni qüvvəyə minmiş və hazırda da qanuni qüvvədədir. Yuxarıda göstərilənlərdən müəyyən edilmişdir ki, 140000 ABŞ dollarının Şahid1 qaytarılması barədə mübahisə onunla "xxxx" MMC arasında davam etmiş və bütün bu müddət ərzində Şahid1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 "xxxx" MMC-nin təsisçilərindən biri olaraq qalmışdır. Cinayət işinin materiallarında olan 24.10.2017-ci il tarixli payın alqısatqısı müqaviləsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 "xxxx" MMC-də olan payını Şahid2 satmışdır. Ümumiyyətlə cinayət işinin materiallarından Şahid1 adına rəsmiləşdirilmiş bir ədəd 6 (altı) otaqlı, ümumi sahısi 424,13 kv.m olan mənzilin "xxxx" MMC-yə qaytarılması barədə Təqsirləndirilən şəxs hər hansı təşəbbüs göstərməsi müəyyən edilməmişdir. Bu mülki əqd Şahid1 ilə "xxxx" MMC arasında birincinin həyat yoldaşı, "xxxx" MMC-nin təsisçilərindən biri Zərərçəkmiş şəxs2 MMC qarşısında üzərinə düşən hissədə ödənişlərin həyata keçirilməsi məqsədi ilə bağlanmışdır. Həmin əqd üzrə "xxxx" MMC-nin də Şahi d1 qarşısında ona 140000 ABŞ dolları ödəmək öhdəlikləri yaranmışdır. Tərəflər arasında bağlanmış əqddə (razılaşma protokolunda) əqdin icra edilmə vaxtı, yəni 140000 ABŞ dollarının Şahid1 ödənilmə vaxtı konkret göstərilməmişdir. Buna baxmayaraq, Şahid1 6 (altı) otaqlı mənzili "xxxx" MMC-yə qaytardıqdan qısa müddət sonra mənzil satılmasından əldə olunan puldan 140000 ABŞ dollarının Şahid1 dərhal ödənilməməsinin dələduzluq kimi qiymətləndirilməsi qanunun tələbinə uyğun hesab edilməməlidir. Digər tərəfdən bu mübahisə mülkü mühakimə icraatı qaydasında həll edildikdən sonra, mülki işə baxmış məhkəmələrin də Azərbaycan Respublikası MülküProsessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarması barədə xüsusi qərardadı olmadığı halda Təqsirləndirilən şəxs dələduzluqda təqsirli bilinməsi işin faktiki hallarına uyğun hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Cinayət işinin materiallarında olan “razılaşma protokolunda” Şahid1 140000 ABŞ dollarının ödənilməsinin geçikdirilməsinə görə Təqsirləndirilən şəxs üzərinə hər hansı məsuliyyət qoyulmamışdır. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bakı şəhər Yasamal rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərardadına əsasən e yni tarixli icra sənədi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə borclu hüquqi şəxsin rəhbəri kimi "xxxx" MMC-nin direktoru Şahid2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 manat məbləğində inzibati cərimə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 istintaqa təqdim etdiyi ərizəsində göstərilmişdir ki, “13 sentyabr 2017-ci il tarixli barışıq sazişinə və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 23 oktyabr 2017-ci il tarixli qərardadına əsasən mənə "xxxx" MMC tərəfindən ödənilməli olan 140.000 ABŞ dollarından ödənilməmiş 116000 ABŞ dolları (hissə-hissə 04.12.2019-cu ildə 60000 ABŞ dolları, 04.12.2019-cu ildə 4800 ABŞ dolları və 09.12.2019-cu ildə 51200 ABŞ dolları) "xxxx" MMC tərəfindən tam ödə nilmişdir. (cild-3 i.v.-35) Məhkəmə kollegiyası hesab edir ki, Şahid1 140000 ABŞ dollarının ödənilməsinin geçikdirilməsi üzrə mübahisənin onunla "xxxx" MMC arasında olmasına, bu mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs Şahid1 məxsus əmlakın ələ keçirilməsi üçün hər hansı təşəbbüs göstərməsinə, 140000 ABŞ dollarının ona ödənilməsinə hər hansı maneə törətməsinə, onu aldatmasına və ya etibarından sui-istifadə etməsinə, onun zərərçəkmiş şəxsin əmlakını ələ keçirənədək belə niyyətinin olmasına dəlalət edən mötəbər sübutlara işə baxan birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən istinad edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasn şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilən prosessual hüquq normalarına əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015- ci il tarixli qərarının yuxarıda istinad edilən izahlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Şahid1 140000 ABŞ dollarının ödənilməsinin geçikdirilməsi üzrə mübahisənin onunla "xxxx" MMC arasında olmasına, bu mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməli olmasına və artıq həll edilməsinə düzgün hüquqi qiymət verilməmişdir. ona görə də bu epizod üzrə də kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilərək təmin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat müddətində mülki iddia verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında işə baxılarkən 22 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilmiş mülki iddia məhkəmə kollegiyası nın 18 mart 2021-ci il tarixli qərarı ilə vaxtında verilmədiyindən icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin yekun hökmündən görünür ki, məhkəmə kollegiyası faktiki olaraq icraata qəbul etməkdən imtina etdiyi mülki iddianı təmin edərək hökmdə göstərmişdir ki, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 (yüz qırx doqquz min yüz altmış iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 verilsin. Bununla da məhkəmə Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələbini pozmuşdur. Həmin qanuna əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası CPM-nin 180.2-ci madəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilən hər iki qanunun mənasına görə mülki iddia verilməmişsə (mülki iddia vaxtında verilmədiyindən icraata qəbul edilməmişsə) o zaman iddia vermək hüququ olan şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər. Azərbaycan Respublikası CPM-nin 188-ci maddəsinə nəzərdə tutulmuş qaydanın hazırkı işə tətbiq edilməsi üçün heç bir qanuni əsas olmamış və apellyasiya məhkəmə kollegiyasının hökmündə də belə əsasların mövcudluğu əsaslandırılmamışdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı qaydasında vurulmuş zərərin tələbi, təqsirləndirilən şəxsə elan edilmiş ittiham həcmində mümkündür. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmündə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 (yüz qırx doqquz min yüz altmış iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnəsi ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 verilməsi, Depozit hesabına qoyulmuş qala n məbləğin Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. Mülki iddianın verilməsi ilə əlaqədar olaraq yuxarıda göstərilən qanun pozuntuları yeni apelyasiya baxışında yoxlanmalı, işin nətıcəsi ilə əlaqədar mülki iddiaya cinayət mühakimə icraatında baxılmalı olub-olmamasına da hüquqi qiymət verilməlidir. Ona görə də zərərçəkmiş şəxsin kassasiya şikayəti hazırkı mərhələdə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli müdafiə tərəfinin kassasiya şikayəti isə qismən təmin edilərək, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən qərar ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs və onun müdafiəçiləri vəkil Ələkbərov Namiq Ələkbər oğlu və vəkil X9 oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2021-ci il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar