Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1755/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Maraqlı şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ilkin baxış və apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında 07 iyun 2022-ci il tarixli qərarından xüsusi müsadirə hissəsində şikayət vermiş şəxs Maraqlı şəxs və onun nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X21 Ağa oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə) 13 aprel 2022-ci il tarixli hökmü ilə 27 dekbr 1984-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər mə hkum olunmamış, Ağdam rayonu, Sarıcalı ərazi dairəsi, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni massivdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti sahəsində təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmək və vəzifə tutmaq, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti sahəsində təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmək və vəzifə tutmaq, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə Nəsimi Rayon Məhkəmə sinin 03 may 2021-ci il tarixli, 5(006)-275/2021 saylı əmlak üzərinə həbs qoyulması haqqında qərarı qüvvədə qalmaqla, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, lakin faktiki Məhkum sahibliyində olan Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 5 saylı cərimə meydançasında saxlanılan, avtomobilin açarları Nərimanov RPİ- nin İstintaq Şöbəsində saxlanılan mühərrik nömrəsi BSF141509, ban nömrəsi WVWZZZ1KZAM163291 olan, 2010-cu il buraxılışlı, **-LE-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Jetta” minik markalı nəqliyyat vasitəsi müsadirə olunaraq zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri vermişdir. Hökmdən həmçinin Maraqlı şəxs nümayəndəsi və vək ili Müdafiəçi3 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə) ilkin baxış və apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında 07 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmündən məhkum, Zərərçəkmiş şəxs1 və Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri hərəkətsiz saxlanılmış və zərərçəkmiş şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsinin tələblərin in yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X21 Ağa oğlu) 07 iyul 2022ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs2 tərəfindən buraxılmış apellyasiya şikayəti vermə müddəti üzürlü hesab edilib bərpa edilmişdir. Proses iştirakçısı olmayan Maraqlı şəxs nümayəndəsi vəkil Müdafiəçi3 verdiyi apellyasiya şikayətini vermə müddətinin bərpası təmin edilmədən rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: F aiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X10 və X4 ibarət tərkibdə) 26 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmündən məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri hərəkətsiz saxlanılsın və zərərçəkmiş şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq cinayət işi məhkəmə baxışından çıxarılaraq kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz hazırladığı saxta sənədlərdən istifadə edərək özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da satış meneceri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Kəpəz-M" MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən i stifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün “Kəpəz-M" MTK-ya məxsus ünvan 1 ünvanındakı A girişi, 11-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 46605 manat təşkil edən 71,7 kv metr sahəsi olan 39 saylı mənzili Zərərçəkmiş şəxs4 hissə-hissə ödəmək şərti ilə 46605 manata satacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 38605 alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs4 adına saxta xx.xx.2020-ci il tarixli maliyyə arayışını və xx.xx.2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib sonuncudan eyni ünvanda xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, x x.xx.2020-ci il tarixdə 3000 manat, ümumilikdə 46605 manat pulunu ələ keçirdikdən sonra qeyd edilən mənzilin şirkət sahibi tərəfindən başqa şəxsə söz verildiyini bəhanə edib həmin pulun müqabilində Zərərçəkmiş şəxs4 ünvan 1 ünvanındakı A girişi, 8-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 68640 manat təşkil edən 105,6 kv metr sahəsi olan 91 saylı mənzili, bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs4 adına saxta maliyyə arayışını və xx.xx.2018-ci il tarixli 1№-li protokolundan çıxarışı verib, Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 46605 manat xeyli miqdarda və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********72-05301-093075 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya isə 68640 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünvanındakı A girişi, 12-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 55900 manat təşkil edən 86 kv metr sahəsi olan 108 saylı mənzili Zərərçəkmiş şəxs5 hissə- hissə ödəmək şərti ilə 55900 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 25500 manat alıb əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs5 adına bağlanmış saxta xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib sonuncudan 2020-ci ilin sentyabr ayının ilk günlərində həmin ofisdə 30400 manat pulunu ələ keçirməklə, əvəzində bilə- bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs5 adına saxta maliyyə arayışını və xx.xx.2018ci il tarixli 1 №-li protokolundan çıxarışı verərək Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55900 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********72-05301-093074 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya isə 55900 manat külli miqdarda ziyan v urmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 596 ünvanındakı A girişi, 5-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 68640 manat təşkil edən 105,6 kv metr sahəsi olan 79 saylı mənzili X7 66528 manata satacağına dair yalan vəd verib aldatmaqla, 2020-ci ilin sentyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 596 ünvanındakı ofisdə bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Vüsalə Bayramovanın adına saxta maliyyə ara yışını və xx.xx.2018-ci il tarixli 1 №-li protokolundan çıxarışı verib etibarını qazanmaqla həmin gün eyni ünvanda Vüsalə Bayramovadan 5000 manat, 2020-ci ilin sentyabr ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 596 ünvanındakı ofisdə 61000 manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs X7 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 66000 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********72-05301-093077 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs "Kəpəz- M” MTK-ya 68640 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 11-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 61581 manat təşkil edən 94,74 kv metr sahəsi olan 56 saylı mənzili Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə 60000 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 oğlu Şahid9 vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 40000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs2 adına saxta xx.xx.2020-ci il tarixli maliyyə arayışını və 1№-li protokoldan çıxarışı verib, sonuncudan oğlu Şahid9 vasitəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək eyni ünvanda hissə-hissə 20000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 60000 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********72-05301-093083 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs "Kəpəz-M” MTK-ya isə 61581 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 8-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 41600 manat təşkil edən 64 kv metr sahəsi olan 39 saylı mənzili Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə 41600 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 oğlu Şahid9 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 21600 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs2 adına saxta xx.xx.2021-ci il tarixli maliyyə arayışını və kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib Zərərçəkmiş şəxs2 ümumilikdə 21600 manat və zərərçəkmiş hüquqi şəxs "Kəpəz-M” MTK-ya 41600 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-y a məxsus ünvan 1 ünvanındakı B girişi, 3-cü mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 57850 manat təşkil edən 89 kv metr sahəsi olan 12 saylı mənzili Zərərçəkmiş şəxs1 56070 manata satacağına dair yalan vəd verib aldadaraq bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs1 adına saxta maliyyə arayışını və 1 №-li protokolundan çıxarışı verib etibarını qazanmaqla, Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayının ortalarında ünvan 1 ünvanındakı ofisdə 56070 manatını ələ keçirməklə Zərərçəkmiş şəxs1 56070 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********7205301-093087 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs "Kəpəz-M” MTK-ya 57850 manat külli miqdarda zi yan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci ii tarixədək "Kəpəz-M” MTK-da satış meneceri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 7-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 85150 manat təşkil edən 131 kv metr sahəsi olan 34 saylı mənzili Zərərçəkmiş şəxs3 hissə- hissə ödəmək şərti ilə 85150 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanındakı ofisdə 30000, xx.xx.2020-ci il tarixdə həmin ofisdə 22000 manat alaraq əvəzində bilə-bilə saxta sənə dlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs3 həyat yoldaşı Şahid4 adına saxta xx.xx.2020-ci il tarixli saxta maliyyə arayışını və xx.xx.2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib sonuncudan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 8-in qarşısında hissə-hissə 22000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 76000 manat və zərərçəkmiş şəxs "Kəpəz-M” MTK-ya 85150 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlak ını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 3-cü mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 85150 manat təşkil edən 131 kv metr sahəsi olan 10 saylı mənzili Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə 77290 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 oğlu Şahid9 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 60000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs2 adına saxta xx.xx.2021-ci il tarixli maliyyə arayışını verib, sonuncudan oğlu Şahid9 vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək eyni ünvanda hissə-hissə 10000 manat pulunu ələ keçirməklə, bilə-bilə saxta sənədlərdən ist ifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı X6 adına saxta maliyyə arayışını və 1 №-li protokoldan çıxarışı verərək Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 70000 manat və zərərçəkmiş hüquqi şəxs "Kəpəz-M” MTK-ya 77290 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Kəpəz-M” MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus ünvan 1 ünvanındakı A girişi, 5-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 68640 manat təşkil edən 105,6 kv metr sahəsi olan 79 saylı mənzili Şahid1 hissə-hissə ödəmək şərti ilə 68640 manata satacağına dair yalan vəd verib aldatmaqla, Şahid1 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 55000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün qanunsuz hazırladığı həmin mənzilə dair Şahid1 adına saxta xx.xx.2021-ci il tarixli maliyyə arayışını və kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib, sonuncunun tanışı Şahid5 vasitəsi ilə xx.xx.2021-ci ildə ünvan 1 ünvanındakı ofisdə 3000 manat və xx.xx.2021-ci il tarixdə isə ünvan 2 ünvanında 5000 manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs Şahid1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 63000 manat və zərərçəkmiş hüquqi şəxs "Kəpəz-M” MTK-ya 68640 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs və onun nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən birgə verilmi ş kassasiya şikayətində göstərmişlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmündən 29 aprel 2022-ci il tarixində apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti həmin tarixdə xəbərnaməli poçt vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbəmamənin üzərindəki poçt möhüründə “Bakı xx-xx-2022” göstərilmişdir. Bu onu göstərir ki, tərəflərindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixində göndərilmişdir. Həmin poçt göndərişinin verilməsi haqqında xəbəmamənin digər tərəfində isə xx.xx.2022-ci il tarixində apellyasiya şikayətinin Bakı Ağır Cinayətlər Məhkməsinə daxil olduğu qeyd edilmişdir. Hökmdən apellyasiya şikayəti 04 may 2022-ci il tarixədək verilməli idi. Yəni apellyasiya şikayətinin son verilmə tarixi 04 ma y 2022-ci il tarixidir. Beləliklə, 29 aprel 2022-ci il tarixində apellyasiya şikayəti verilərək apellyasiya şikayəti verilmə müddəti ötürülməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin poçta təqdim edildiyi günü apellyasiya şikayətinin verildiyi gün kimi hesab etməli idi. Apellyasiya şikayəti 29 aprel 2022-ci il tarixdə göndərilmiş və 10 may 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Yəni apellyasiya şikayəti qanunda göstərilən müddətdə göndərilmiş və qanunda nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətini buraxmamışdır. Apellyasiya İnstansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəməyə daxil olma tarixinə apellyasiya şikayətinin verilmə tarixi kimi istinad etməklə səhvə yol vermişdir. Kassasiya şikayətində Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli 1(103)-1191/2022 saylı qərarının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə nümayəndənin (vəkil) və kassasiya şikayətinə münasibətdə qanunauyğun qərar qəbul edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edil məlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üz rə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmündən görünür ki, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 5(006)-275/2021 saylı əmlak üzərinə həbs qoyulması haqqında qərarı qüvvədə qalmaqla, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, lakin faktiki Məhkum sahibliyində olan Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 5 saylı cərimə meydançasında saxlanılan, avtomobilin açarları Nərimanov RPİ- nin İstintaq Şöbəsində saxlanılan mühərrik nömrəsi B SF141509, ban nömrəsi WVWZZZ1KZAM163291 olan, 2010-cu il buraxılışlı, **-LE-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Jetta” minik markalı nəqliyyat vasitəsinin müsadirə olunaraq zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 15 may 2020-ci il tarixli etibarnamədən görünür ki, etibar edən Maraqlı şəxs 2010-cu il buraxılışlı, **-LE-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Jetta” minik markalı avtomobili etibar edilən Məhkum etibar edilməsinə razılıq verilmişdir. Həmin etibarnaməyə əsasən Məhkum həmin nəqliyyat vasitəsi barədə idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları yaranmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 5(006)-275/2021 saylı əmlak üzərinə həbs qoyulması haqqında qərarından görünür ki, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, lakin faktiki Məhkum sahibliyində olan mühərrik nömrəsi BSF141509, ban nömrəsi WVWZZZ1KZAM163291 olan, 2010-cu il buraxılışlı, **-LE-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Jetta” minik markalı nəqliyyat vasitəsinin üzərinə cinayət təqibi müddəti ərzində həbs qoyulmuşdur. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərhedilməsinə dair» 24 fevral 2022-ci il tarixli Qərarında qeyd edilir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak et məyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən də cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqların ın və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Sözügedən qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrl ü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 391.3.1-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci il tarixində, yəni hökmün elan olunduğu tarixdən 14 gün sonra göndərilmişdir. Həmin poçt göndərişinin verilməsi haqqında xəbəmamənin digər tərəfində isə xx.xx.2022-ci il tarixində apellyasiya şikayətinin Bakı Ağır Cinayətlər Məhkməsinə daxil olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti mübahisələndirilən 13 aprel 2022-ci il tarixli hökmün elan edildiyi vaxtdan 16 gün müddətində, yəni 29 aprel 2022-ci il tarixdə rabitə orqanına təqdim etmişdir, yəni Maraqlı şəxs hökmün xüsusi müsadirə hissəsindən verdiyi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətini ötürməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin: 202.3.-cü maddəsinə əsasən cinayət mühak imə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. 202.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Apellyasiya məhkəməsi Maraqlı şəxs birinci instansiya məhkəməsinin hökmündən vermiş olduğu apellyasiya şikayətini müddət ötürdükdən sonra verilməsi qənaətinə gələrək hesab etmişdir ki, verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmaqla, ona Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 gün müddəti müəyyən olunmalı və təyin edilmiş müddət ərzində qeyd olunan tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin verilməmiş hesab ediləcəyi və baxılmamış saxlanılacağı izah olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiy i nəticəni əsassız hesab edərək qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən Maraqlı şəxs oğdunun apellyasiya şikayətini vaxtında, yəni hökmün elan olunduğu andan 16 gün müddətində verməsi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu mü ddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə q ərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönə lmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X12rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən halları düzgün qiymətləndirmədiyindən apellyasiya şikayətini əsassız olaraq hərəkətsiz saxlanılmışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, Azərbaycan Respublikası CPM-nin 416.1.2-cı maddəsin də nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və həmin məhkəmədə yenidən baxılmağa təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin baxış və apellyasiya şikayəti nin hərəkətsiz saxlanılması haqqında 07 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və iş həmin məhkəmədə yenidən baxılmağa təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1755/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1755/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver