Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1755/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Şair Sabir oğlu Abduləzizlinin iştirakları ilə, Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Abduləzizli Şair Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən), Aqil Musayev və Cavid Səfərli) 05 noyabr 2021-ci il tarixli 1(099)-642/2021 nömrəli hökmü 11 iyul 1953-cü ildə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonlar arası psixiatriya xəstəxanasında şöbə müdiri işləməklə, baş həkim vəzifəsini müvəqqəti icra edən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Neftçala rayonu, Qırmızıkənd kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM- in) CM-in 311.1 və 313cü maddələri ilə təqsirli bilinib, CM-in 311.1-ci maddəsi ilə ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsinə əsasən 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat cərimə cəzası, CM-in 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları toplamaqla M əhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzaları təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 04 iyun 2011-ci il tarixli, 123 saylı əmrlə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri, həmçinin 23 iyul 2021-ci il tarixli 162-K nömrəli əmrlə 05 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək şöbə müdiri kimi vəzifəsində saxlanılmaqla həmin xəstəxananın baş həkimi vəzifəsini müvəqqəti icra edərkən, 12 iyun 2 001-ci il tarixdə təsdiq edilmiş “Psixiatriya haqqında” Azərbaycan Respublikasının Qanununa və 26 iyun 1997-ci il tarixdə təsdiq edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, psixi pozuntusu olan şəxslərə stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımını həyata keçirmək, pasiyenti zəruri tibbi yardımla təmin etmək, pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq, pasiyentin təhlükəsizliyini təmin etmək, pasiyentləri müalicə etmək, onlara diaqnoz yaz maq, diaqnoza uyğun olaraq epikriz kağızı vermək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin təyin olunmasından ötrü davranış pozuntusu diaqnozu ilə əlaqədar epikriz verilməsi üçün özünə 2021-ci ilin iyun ayının əvvəllərində özünə müraciət etmiş Biləsuvar rayon sakini Şahid1 1 aydan artıq müddət ərzində stasionar müalicə alması barədə yalan qeydlər daxil etməklə mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntusu diaqnozu yazılmaqla yekunda epikriz (xəstəlik tarixi) verilməsinə görə 2021-cu ilin iyun ayının əvvəllərində sonuncudan Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatrik Xəstəxanasında xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 1000 manat məbləğində p ul vəsaitini rüşvət qismində istəyib, razılığını aldıqdan sonra 17 iyun 2021-ci il tarixdə xidməti otağında Şahid1 ilk olaraq 500 manat pul vəsaitini alıb, cinayətkar niyyətini davam etdirərək Şahid1 ümumiyyətlə heç bir stasionar müalicə növü tətbiq etmədən, davranış pozuntusu diaqnozunun olması, gündəlik kliniki söhbətlərin aparılması, laboratoriya müayinələrinin keçirilməsi, davranış və hərəkətlərinə nəzarətin edilməsi, psixoloji və somatik müayinələrin aparılması kimi qeydlərin aparılması barədə rəsmi sənəd olan epikrizin məzmununa həmin inzibati binada şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək yekunda “mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntusu” diaqnozu ilə 31 iyul 2021-ci il tarixdə stasionar müalicə müddətinin bitməsi ilə əlaqədar sonuncunun adına 17 i yun 2021-ci il tarixdə açmış olduğu “924/2021” nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixini (epikrizi) 16 avqust 2021-ci il tarixdə yenidən xidməti otağında Şahid1 verərək həmin vaxt vahid niyyətlə 300 manatı ondan alıb, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə Şahid1 ümumilikdə özü üçün birbaşa yolla vahid niyyətlə maddi nemət olan 800 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abdullayev) 08 iyun 2022-ci il tarixli, 1(106)-157/2022 nömrəli qərarı i lə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 1(099)-642/2021 nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 1(099)642/2021 nömrəli hökmü ilə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilat-sərəncamverici və inzibat-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 311.1-ci maddəsi ilə həmin məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilat-sərəncamverici və inzibat-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatsərəncamverici və inzibat-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafi əçisi Abduləzizli Şair Sabir oğlu Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Şair Abduləzizli kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi 08 iyun 2022-ci il tarixli, 1(106)-157/2022 saylı qərarı çıxararkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CM-in 8-ci və 58.3cü maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı qərarının tələblərini pozulmuş və qanunvericiliyin qeyd olunan tələblərini pozaraq hüquqlarını müdafiə etdiyi şəxsin hüquq və azadlıqlarını n təminatı istiqamətində heç bir hərəkət etməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 1(106)-157/2022 saylı qərarı çıxarılarkən məhkəmə hüquqlarını müdafiə etdiyi Məhkum ilk dələ cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ağır ailə vəziyyətinin olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, təyin edilən cəzanın ailəsinin həyat şəraitinə təsirini, himayəsində 62 yaşlı, heç bir yerdə işləməyən ömür-gün yoldaşının olmasını, bir neçə xəstəliyin ağır formasından əziyyət çəkməsini, barəsində iş yerindən verilmiş müsbət xasiyyətnaməsini, maddi və sosial vəziyyətini və s. yüngülləşdirici halları nəzərə almamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası mübahisəli məhkəmə qərarını çıxararkən Avropa Məhkəməsinin mövqeyinə zidd qərar çıxarmışdır. Belə ki, apellyasiya məhkəməsinin işə baxan cinayət kollegiyası hüquqları müdafiə etdiyi şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsasları araşdırmadan, onun barəsində 1-ci instansiya məhkəməsinin çıxardığı hökmü araşdıraraq əsaslı hesab etmək əvəzinə, birinci instansiya məhkəməsinin seçdiyi qanuni, əsaslı və ədalətli cəzanı ləğv edərək sərt və ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 404-eü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Apellyasiya instansiyası məhkəməsi Lənkəra n Ağır Cinayətlər Məhkəməsinin 1(099)-642/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli hökmünü hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə dəyişərək ağır cəza təyin etməklə CMP-in 404-cü maddəsinin tələblərini də pozmuşdur. Məhkum əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Əksinə onun yuxarıda qeyd olunan və şəxsiyyətini xarakterizə edən digər hallar hazırki iş üzrə onun cəzasını yüngülləşdirici hallar kimi nəzərə alınmalı idi. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsində Məhkum cəzasını yüngülləşdirən hallar nəzərə alınmamışdır. Bu isə Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqd im edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə məhkumun əməlinin tövsifi və təqsirliliyinin sübuta yetirilməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 311.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. İş materiallından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, onun ali təhsilli olması, himayəsində 62 yaşlı həyat yoldaşının olması, özünün 69 yaşının olmasını, bir çox xəstəliklərdən əziyyət çəkməsini, uzun müddət həkim kimi qüsursuz xidmət etməsini cəzasını yüngülləşdirən hal kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunmasını mümkün saymışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Məhkum barəsində olan birinci instansiya məhkəməsi hökmündən CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaları xaric edərək şəxs təqsirli bilindiyi CM-in 311.1 və 313-cü maddələri azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini törədil miş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun cəza hesab etmişdir. Müdafiəçi Abduləzizli Şair Sabir oğlunun kassasiya şikayətinin başlıca dəlilləri apellyasiya instansiyası məhkəməsinin cinayət qanunu normasını düzgün tətbiq etməməsi və təqsirləndirilən şəxs Məhkum oğlunun şəxsiyyətinə, işin hallarına və törədilmiş cinayətlərin ağırlıq dərəcəsinə uyğun olmayan ağır cəzanın təyin edilməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinə qiymət verərək aşağıdakıları qeyd etməyi vacib hesab edir. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza cinayətə görə sitəm deyil, sosial ədalətinin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını al maq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci mad.). Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiy ası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəc əsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsin i, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşü lür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən digər yüngülləşdirilən hallarla yanaşı məhkumun ahıl yaşını və “stabil gərginlik stenokardiyası İİİ dərəcə, arterial hipertoniyası İİİ dərəcə, xroniki ürək çatışmazlığı İİİ (bir) AF49 faiz” diaqnozu ilə xəstə olmasını müstəsna hal hesab edərək onun cəmiyyətdən tam təcrid etmədən islah olunması haqqında nəticəyə gəlmiş və CM-in 311.1-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza, CM-in 313-cü maddəsi ilə isə cərimə növündə cəza təyin edilməsi qanuna uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxıb nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum yüngül cəza təyin etmiş və ona təqsirli bilindiyi hər iki maddə ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna müvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum daha ağır cəzanın təyin edilməsi ilə əlaqədar öz mövqeyini birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın onun törətdiyi cinayətlərin ağırlığına v ə onun şəxsiyyətinə uyğun olmaması və məhkəmə tərəfindən məhkumun müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, 69 yaşında olmasını, himayəsində 62 yaşlı heç bir yerdə işləməyən həyat yoldaşının olmasını və uzun müddət qüsursuz xidmət etməsini əsassız olaraq cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması ilə əsaslandırmışdır. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın onun törətdiyi cinayətlərin ağırlığına uyğun olmamasını əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin hökmü ilə müəyyən edilmiş hallar Məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin yüksək, nəticələrinin isə ağır olmasını dəlalət edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə azadlıqdan məhrum et mə ilə bağlı olmayan yüngül cəza təyin etmişdir. Lakin apellyasiya məhkəməsi öz mövqeyini əsaslandıraraq Məhkum törətdiyi cinayətlərin ağır nəticələrinin nədən ibarət olmasını göstərməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə məhkumun törətdiyi cinayətlərin nəticəsində ağır nəticələrin baş verməsi barədə hər hansı bir xüsusat göstərilməmiş, cinayət işinin materiallarından və işin hallarından da belə bir nəticələrin baş verməsi müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum rüşvətin alınması və saxta tibbi epikrizin verilməsi zamanı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən tutulmuşdur. Həmin saxta sənəd istifadə edilməmişdir. Hətta istintaqla müəyyən edilmişdir ki, saxta tibbi epikrizdə göstəril ən diaqnoz xəstənin faktiki çəkdiyi xəstəliyinə uyğun olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən onun törətdiyi cinayətlərin ağır nəticələrinə istinad edilməsi cinayət işinin materialları və işin faktiki halları ilə uzlaşmır. Məhkum şəxsiyyətinə gəldikdə, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, o, 11 iyul 1953-cü il tarixdə anadan olmuş, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, iş üzrə və yaşayış yeri üzrə müsbət xarakterizə edilir, “Stabil gərginlik stenokardiyası İİİ dərəcə, Arterial Hipertoniya İİİ dərəcə, Xroniki ürək çatışmamazlığı İİİ dərəcə (bir) AF 49 Faiz” xəstəliklərdən əziyyət çəkir. Həmçinin cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, 1962-ci il təvəllüdlü həyat yoldaşı Məhkum himayəsin dədir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq Məhkum yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunmasını və himayəsində həyat yoldaşının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkumun ahıl yaşında olmasını, müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal qismində müəyyən etmək üçün əsaslar olmasa da, həmin hallar məhkumun şəxsiyyəti ilə, onun himayəsində həyat yoldaşının olması isə onun ailə vəziyyəti ilə bağlı olduğundan Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən nəzərə alınmalı olan hallara aiddir. Məhkəmə kollegiyası h əmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun sağlamlıq vəziyyəti ilə əlaqədar lazımi araşdırma aparılmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Məhkum “Stabil gərginlik stenokardiyası İİİ dərəcə, Arterial Hipertoniya İİİ dərəcə, Xroniki ürək çatışmamazlığı İİİ dərəcə (bir) AF 49 Faiz” xəstəliklərdən əziyyət çəkir. Lakin apellyasiya məhkəməsi həmin sənədlərə münasibət bildirməmiş, onların araşdırılması üçün heç bir tədbir görməmişdir. Məhkəmə kollegiyası həmin məsələni ona görə vurğulayır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 26 oktyabr 2010-cu il tarixdə təsdiq edilmiş "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı"nın 6.1-ci bəndində “İİİ dərəc əli qan dövranın çatışmazlığı ilə gedən ürək xəstəlikləri”, 6.2-ci bəndində “İİİ dərəcəli hipertoniya xəstəliyi”, 6.2.2-ci bəndində “İİİ dərəcəli qan dövranı çatmazlığı” cəza çəkməyə mane olan xəstəliklərə aid edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cəza ədalət və humanizm prinsiplərinə uyğun olmalı, törətdiyi əmələ görə qisas xarakteri daşımamalı, təqsirləndirilən şəxsin yaş və sağlamlığına görə hansı cəzanı çəkmək mümkünlüyü nəzərə alınmaqla təyin edilməlidir. Ona görə də, Məhkum cəza təyin edilərkən onun Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 26 oktyabr 2010-cu il tarixdə təsdiq edilmiş "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı"nda qeyd olunmuş xəstəliklərdən əziyyət çəkib-çəkməməsinin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. H əmin məsələnin araşdırılması üçün tibb sahəsində xüsusi biliklər tələb olunur. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın və işə obyektiv qiymət versin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəza hissəsində dəyişdirərək məhkuma təyin ediləcək cəzanın növü və miqdarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən halları araşdırmamış, cəza təyin edilməsi ilə bağlı öz qərarı əsaslandırmamışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyu n 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh оlunmаsınа xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normaların tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrinə əsasən məhkəmədə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq etmədikdə, məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiəçinin kassasiya şikayətinin məhkumun şəxsiyyətini nəzərə almadan ona cəza təyin edilməsi barədə dəlilləri qismən əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Şırvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 08 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cina yət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1755/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1755/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver