Məhkəmə qərarları › İş №1(102)-1755/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1755/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1755/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 2025-ci il 3 fevral tarixli, 1(107)-14/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: X16 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə) 2023-cü il 13 mart tarixli 1(091)-22/2023 nömrəli hökmü ilə, xx.xx.1990-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Ağdaş Rayon Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş 6 (altı) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 3 (üç) ay 11 (on bir) günü azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 1 iyun 2022-ci il tarixdən hesablanması, Məhkum heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 13 mart tarixli 1(091)-22/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X1 (sədrlik edən), X12 və X8 ibarət tərkibdə) 2023-cü il 28 noyabr tarixli, 1(107)-217/2023 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs Məh kum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 1(107)-217/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (X4 (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 2024-cü il 22 may tarixli 1(102)-1016/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 28 noyabr tarixli 1(107)-217/2023 nömrəli hökmü ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X18 və X9 ibarət tərkibdə) 2025-ci il 3 fevral tarixli 1(107)-14/2025 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü 13 mart il tarixli 1(091)-22/2023 nömrəli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi 2,752 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq, ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətində olan hamam otağında saxlamış və həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram narkotik vasitə olan heroini üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şahid2 20 (iyirmi) manata Ağdaş şəhəri Ş.Şamil küçəsində yerləşən yaşadığı evin qarşısında qanunsuz olaraq satmış və həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 01,06.2022-ci il tarixdə saat 11:50 dəqiqədən 11:59 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 ə ynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:18 dəqiqədən 20:30 dəqiqəyədək Məhkum yaşadığı Ağdaş şəhəri Ş.Şamil küçəsi ev 24-də yerləşən evə keçirilmiş baxış zamanı satış məqsədilə əldə edib saxladığı həmin nasrkotik vasitələrdən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 0,681 qram, yəni-ümumi təmiz çəkisi 1,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər isə sonuncunun yaşadığı həmin evin həyətində yerləşən istifadəsiz hamamda sökülmüş vəziyyətdə olan kafellərin arasından aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram narkotik vasitə olan heroini i stintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şahid2 20 (iyirmi) manata Ağdaş şəhəri Ş.Şamil küçəsində yerləşən yaşadığı evin qarşısında qanunsuz olaraq satmış və həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 1.6.2022-ci il tarixdə saat 11:50 dəqiqədən 11:59 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə ittihamın “əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:18 dəqiqədən 20:30 dəqiqəyədək Məhkum yaşadığı Ağdaş şəhəri Ş.Şamil küçəsi ev 24-də yerləşən evə keçirilmiş baxış zamanı satış məqsədilə əldə edib saxladığı həmin narkotik vasitələrdən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 0,681 qram, yəni-ümumi təmiz çəkisi 1,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər isə sonuncunun yaşadığı həmin evin həyətində yerləşən istifadəsiz hamamda sökülmüş vəziyyətdə olan kafellərin arasından aşkar edilərək götürülmüşdür” hissəsi ittihamdan xaric edilmiş və Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hökmdə göstərmişdir ki, istintaq hərəkətinin aparıldığı videoçəkilişlə müəyyən olunur ki, həmin vid eoçəkilişin olduğu 3-cü CD diskdə həyətdə olan köhnə yaşayış evində axtarış aparılan zaman çəkilişin 6-cı dəqiqəsində istintaq hərəkətini aparan təhqiqatçı Ruhid Yaqublu orada olmamış, istintaq hərəkətinin iştirakçılarından bir nəfər “Ruhid” deyə səsləyərək çöldə olan təhqiqatçı R.Yaqublunu artıq gəlib istintaq hərəkətini başa çatdırmasını xahiş etmiş, bundan sonra iştirakçılar çölə çıxaraq artıq çöldə olan təhqiqatçı R.Yaqublu ilə birlikdə həyətdə olan digər tikilidə axtarış apardıqdan sonra həyətdə olan istifadəsiz hamama doğru getmiş, həmin hamama da ilk olaraq polis əməkdaşları, daha sonra şübhəli Məhkum və müdafiəçisi daxil olmuşdur. Lakin məhkəmənin həmin mövqeyindən fərqli olaraq haqqında bəhs edilən videoçəkilişə baxdıqda aydın olur ki, təhqiqatçı R.Yaqublu istintaq hərəkətinin işt irakçılarından bir nəfərin onu səsləməsi zamanı yaşayış evinin otağının giriş qapısının yaxınlığında həyətdə olmuş, R.Yaqublunun həmin an üçün (digər vaxtlarda R.Yaqublunun axtarışın aparıldığı yerlərdə olmaması təsdiq olunmur) axtarışın aparıldığı və hər hansı narkotik vasitənin aşkar olunmadığı otaqda olmamasının istintaq hərəkətinin etibarlılığı baxımından heç bir əhəmiyyəti olmamış, iştirakçılar otaqdan bayıra çıxarkən R.Yaqublu otağın giriş qapısının yaxınlığında qulağında mobil telefon tutmuş vəziyyətdə dayanmış halda, narkotik vasitənin aşkar olunduğu hamamdan uzaq məsafədə olmuş, iştirakçılar hamısı birlikdə istifadəsiz hamama doğru hərəkət etdikdən sonra hamama ilk olaraq polis əməkdaşları, dərhal ardınca təqsirləndirilən şəxs və müdafiəçisi daxil olmuş, həmin şəxslərin bir-birilə rinin ardınca hamama daxil olması isə hər hansı şəxs tərəfindən kafellərin altında narkotik vasitəni gizlətmək imkanını istisna etmiş, narkotik vasitə təhqiqatçının gözləri önündə aşkar olunmuş, buna baxmayaraq məhkəmə hökmdə istintaq hərəkətinin gedişində təhqiqatçının özünün axtarış aparılan tikilini tərk edərək bayırda olmasını, narkotik vasitənin aşkar olunduğu istifadəsiz və mühafizəsi əvvəldən təşkil edilməyən hamama əvvəlcə polis əməkdaşlarının daxil olmasını göstərmiş, aşkar olunan narkotik vasitəyə şübhəli şəxs və onun müdafiəçisinin israrla etiraz edərək Məhkum aid olmamasını bildirməsinə istinad edərək istintaq hərəkətini etibarsız hesab etməklə narkotik vasitənin polis əməkdaşları tərəfindən istifadəsiz hamamda gizlədilməsinə işarə etmişdir ki, bütün bunlar məhkəmənin işin fakt iki hallarına uyğun olmayan nəticəyə gəlməsinin göstəricisidir. Məhkəmə istintaqının nəticəsində müəyyən olunmuşdur ki, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslərdən başqa nəinki istifadəsiz hamama, heç Məhkum yaşadığı evin həyətinə hər hansı şəxsin videoçəkilişdən kənar girməsi öz təsdiqini tapmamış, reallıqda mövcud olmayan bu hal ibtidai istintaq zamanı təqsirləndirilən şəxs, həmin vaxt evdə olan onun anası, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən mübahisələndirilməmiş, təqsirləndirilən şəxsin sonradan məhkəmə istintaqında isə belə halı mübahisələndirməsi məhz onun özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi hökmdə narkotik vasitənin aşkar olunduğu istifadəsiz hamamın müəyyən edilərək h əmin tikilinin sonradan ardıcıllıqla axtarış aparılmasını təmin etmək məqsədilə mühafizəsinin təşkil edilməməsini göstərmiş, həmin tikilinin mühafizəsinin də polis əməkdaşları tərəfindən aparılacağını, təqsirləndirilən şəxsin bu dəfə mühafizəni təşkil edən polis əməkdaşları tərəfindən narkotik vasitənin hamama qoyulmasını bildirəcəyini, hazırki işdə olduğu kimi digər sübutlarla qarşılıqlı şəkildə təhlil etmədən, sadəcə Məhkum məsuliyyətdən kənar qalmaq üçün bildirdiklərini əsas tutaraq onun istifadəsində olmuş hamamdan narkotik vasitənin aşkar olunması ilə bağlı polis əməkdaşlarının hərəkət və davranışlarına, ifadələrinə məhkəmə tərəfindən hər bir halda əsassız olaraq şübhə ilə yanaşılacağını, bu vəziyyətdə hamamın mühafizəsinin təşkil edilib - edilməməsinin də heç bir əhəmiyyətinin qalmad ığını nəzərə almamışdır. Bununla yanaşı, xüsusi vurğulanmalıdır ki, məhkəmənin hökmü ilə Məhkum 1,602 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şahid2 20 manata satmaqda təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin materiallarında olan 02 iyun 2022-ci il tarixli, 17/451 saylı ekspert rəyində göstərilmişdir ki, Məhkum götürülmüş 2 ədəd bükümdə olan (istifadəsiz hamamdan aşkar olunmuş bükümlər nəzərdə tutulur) heroinlərlə Şahid2 götürülmüş 1 ədəd bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Həmin ekspertin rəyində heroinlərin tərkibinin eyni olmasına dair göstərilənlər istifadəsiz hamamda narkotik vasitə heroin gizlədən, həmin epizod üzrə də təqsirli olması sübuta yetirilən Məhkum ifşa olunması ilə nəticələnən iş üzrə toplanmış digər sübutların (şahid ifadələri, istintaq hərəkəti protokolları və s.) həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələrin olmamasını bir daha təsdiq etməsinə baxmayaraq birinci instansiya məhkəməsi hökmdə bununla bağlı göstərmişdir ki, ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut növü rolunu oynayır. Məhkəmənin həmin əsaslandırması anlaşılan olm amış, lap təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinin şərti olaraq qəbul edilməsi, Məhkum uydurduğu kənar şəxslər tərəfindən narkotik vasitə heroinin istifadəsiz hamamda kafellərin altında gizlədilməsinin “həqiqət” olmasının müəyyən edilməsi halında belə kənar şəxslərin tarix etibarilə hamamda heroinin aşkar olunmasından əvvəl Məhkum Şahid2 satmış olduğu heroinlə eyni tərkibli heroini haradan əldə edərək hamama qoymaları, yaxud Məhkum Şahid2 satmış olduğu heroini həmin kənar şəxslərdən almasının mümkün olub-olmaması ilə bağlı ortaya çıxan sadə suallara cavab verməmişdir. Bu hal ona görə mümkün olmuşdur ki, məhkəmə işin faktiki hallarını formalaşdıran sübut növü olan ekspert rəyində olduğu kimi, təqsirləndirilən şəxsi ifşa edən, yuxarıda təhlil edilən digər sübutlara da heç bir əhəm iyyət verməmiş, ibtidai istintaq zamanı ümumiyyətlə dindirilməmiş, sonradan müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər X14 və X6 yaxın münasibətdə olmaları səbəbindən Məhkum müdafiə etmək məqsədi ilə guya Məhkum evə daxil olduqdan sonra digər polis əməkdaşlarının həyətə dağıldıqlarını gördüklərini bildirdiklərini, onların ifadələrində göstərdiklərinin iş materialları ilə, xüsusən Məhkum özünün, müdafiəçisinin iştirakı ilə Məhkum yaşadığı evin giriş darvazasının önündə videoçəkiliş zamanı, istintaq hərəkətinin əvvəlində onun iştirakçılarının elan edilməsi ilə bağlı videogörüntülərlə təkzib edildiyini nəzərə almadan, təqsirləndirilən şəxsin, habelə onun mənafeyindən çıxış edən adları çəkilən şahidlərin ifadələrinə tənqidi yanaşmamış, bu mənada qanunun deyil, yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmişdir. Qeyd olunmalıdır ki, iş üzrə keçirilən ikinci apellyasiya baxışı zamanı qərar qəbul edən məhkəmə kollegiyası yuxarıda göstərilən dəlillərə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin hökmündə göstərilənlərin əsaslı olmasını vurğulamaqla kifayətlənmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 2025-ci il 3 fevral tarixli 1(107)-14/2025 nömrəli qərarının ləğv olunmasını və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəmə sində barəsində olan işə yenidən baxılarkən şahid qismində iştirak edən Şahid2 ifadələri nəzərə alınmamışdır. Belə ki, Şahid2 Ağdaş Rayon Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı onun narkotik satışıyla məşğul olmadığını bildirmişdir, həmçinin onun telefonu yoxlanmış və narkotik satışıyla məşğul olmasına dair sübut tapılmamışdır. Buna baxmayaraq, Şahid2 Ağdaş RPŞ-də təzyiq göstərilmiş və barəsində əsaslı olmayan ittiham xarakterli ifadələr alınmış, bu ifadələr də Şəki Apellyasiya Məhkəməsi tərəfindən sübut kimi qəbul olunmuşdur. Bununla yanaşı, o bildirmişdir ki, himayəsində 1 azyaşlı övladı var, atası vəfat etmişdir və övladı hal-hazırda yaşlı anasının himayəsindədir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin 2025-ci il 3 fevral tarixli 1(107)- 14/2025 nömrəli qərarının ləğv olunmasını və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli qərarının ləğv edilməsini və yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məh kəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkum barəsində CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmalı olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmi şlər. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu, eləcə də cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblər inə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Kassasiya protestinin əsas iki dəlili mövcuddur: 1) hamama baxışın etibarsız hesab edilməsinin qanunsuz və əsassız olması; 2) Məhkum satdığı narkotik vasitə ilə hamamdan aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması və bu fakta məhkəmələr tərəfindən düzgün hüquqi qiymə t verilməməsi. Birinci dəlillə bağlı qeyd edilməsi zəruridir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi, məhkəmələrin sübuta münasibətdə mövqeyini işin konkret hallarına istinad etməklə kifayət edici səviyyədə əsaslandırmışlar. Belə ki, CPM-in 145-ci maddəsində sübutun qiymətləndirilməsinin meyarları müəyyən edilmişdir. Bu qiymətləndirmə zamanı sübutun mümkünlüyünün və mötəbərliyinin böyük əhəmiyyəti vardır. Sübut bütün hallarda əsaslı şübhədən kənar standarta uyğun olmalıdır. Yəni istər ittiham, istərsə də müdafiə tərəfinin sübutunun mötəbərliyinə heç bir şübhə yeri olmamalı, istintaq hərəkətini aparan şəxs də qanunu və vicdanını rəhbər tutmaqla, sübutun mötəbərliyinə xələl gətirə biləcək hərəkət və davranışlardan çəkinməlidir. Yəni sübut o səv iyyədə mötəbər olmalıdır ki, qarşı tərəfin həmin sübutu mübahisələndirmək üçün ağlabatan imkanı və dəlili olmasın. Hazırda mübahisələndirilən sübut baxımından qeyd edilməsi zəruridir ki, videoçəkilişin əlavə edildiyi diskdən göründüyü kimi, məhkumun müdafiəçisi öz vəzifəsinə vicdanla və qanunun tələblərinə uyğun yanaşan bir vəkildir və 1 saata qədər davam edən evə axtarış zamanı istər təhqiqatçıya, istərsə də polis əməkdaşlarına dəfələrlə etirazını bildirir, etdikləri hərəkətlərin qanunsuzluqlarını onların nəzərinə çatdırır. Evə baxış davam etdiyi müddətdə isə evin həyətində olan və sonradan narkotik vasitənin tapıldığı hamam polis əməkdaşlarının nəzarətində qalır. Sonradan qısa bir müddətlik (5-7 dəqiqə) axtarışdan sonra isə həmin hamamdan narkotik vasitə aşkar edilir. Göründüyü kimi, ist intaq orqanın əməkdaşları tərəfindən həyata keçirilən axtarış və götürmə istintaq hərəkəti əsaslı şübhədən kənar sübut standartının tələblərinə uyğun gəlmir, şübhəlidir və bu şübhə CPM-in 145.3-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İkinci dəlillə bağlı qeyd edilməsi vacibdir ki, iki, ayrı qablaşdırılmış heroinin eyni tərkibli olması ilə bağlı protestin dəlili müvafiq ekspertizanın 2 iyun 2022-ci il tarixli 17/451 nömrəli rəyindən qaynaqlanmışdır. Həmin ekspert rəyinin müvafiq hissəsindən görünür ki, ekspert eyni tərkibli olma ilə bağlı sualı cavablandırarkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “NTX analizinin nəticəsində tədqiq olunan 2 (iki) ədəd sellofan bükümdə olan maddələrdən və digər 1 (bir) ədəd sellofan bükümdə ola n heroindən götürülmüş nümunələrin müqayisə sahəsində heroin – diasetilmorfinə (DAM) məxsus eyni səviyyəli zonaların yaranması müşahidə edildi.” Ekspert tədqiqatı və əsaslandırma yalnız bundan ibarətdir. Bu araşdırma nəticəsində ekspert belə nəticəyə gəlmişdir ki, təqdim olunmuş heroinlər tərkibinə görə eynidir. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi məhkəmə tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşdılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Ekspert rəyinin təhlilindən görünən mənzərə ondan ibarətdir ki, ekspert NTX analizindən istifadə etdiyini göstərir və götürülmüş nümunələrin müqayisə sahəsində heroin – diasetilmorfinə (DAM) məxsus eyni səviyyəli zonaların yaranması müşahidə edildiyi qənaətinə gəlir. Göründüyü kimi, ekspert rəyi əsaslandırılmamış, rəydə əks olunan ifadələr, üsulların mahiyyəti açıqlanmamış, eyni səviyyəli zonaların eyni tərkiblə hansı əlaqəsinin olmasına aydınlıq gətirilməmişdir. Eyni zamanda, narkotik vasitə heroinin eyni tərkibdə olmasının mahiyyəti barədə rəydə heç bir məlumat verilməmiş, nəticədə əsaslandırılmamış rəy verilmişdir. Bundan əlavə, ümumiyyətlə, müxtəlif şəxslərə məxsus, müxtəlif yerlərdə olan narkotik vasitə heroinin də eyni tərkibli olması mümkündür və bu eyniliyi müasir elm istisna etmir. Eyni zamanda, ekspertə təqdim edilmiş müxtəlif narkotik vasitələrin eyni tərkibli olması, hər iki narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması qənaətinə gələrək, onun təqsirini müəyyən edən mötəbər sübut kimi qəbul edilməməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliy i məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş c əzanı onun əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.2.2025-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 13 mart tarixli 1(091)-22/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(107)-14/2025 nömrəli qərarı məhkumun kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar