Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1756/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Müdafiəçi - Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-389/2021 saylı, saylı, 22 iyun 2021-ci il tarixli hökmü (hakimlər M.M.Ağalarovun sədrliyi ilə, Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Səbail rayonu, BibiHeybət qəsəbəsi, Məktəb Meydanı küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 iyun 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəy ə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-62/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və və həmin ittihamla razılaşa n birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 32,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, Namiq Quliyev küçəsi, Bibiheybət məscidi yaxınlağına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 iyun 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum saat 20.10-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 1otiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qar a rəngli pul kisənin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 8,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, BibiHeybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb Meydanı küçəsinin kəsişdiyi yerə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nətic əsində Məhkum saat 16.00 radələrində qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətinə qarşı e tiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator şikayətində göstərmişdir ki, Bakı Apellyasiya məhkəməsində işin hallarına düzgün qiymət verilməmiş, məhkəmə istintaqı qismən aparılsada işin faktiki halları tam olaraq araşdırlmamış, araşdırlmış hallara isə faktiki olaraq düzgün qiymət verilməmiş, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olsada məhkəmə tərəfindən bu hallara obyektiv qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş digər əlavə şahidlərin dindirlməsi və sair vəsatətlər təmin edilməmişdir. Məhkəmələr Məhkum təqsirli olması barədə nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də istinad etmişdir. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə də həmin qərara istinad edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində Məhkum işgəncə verilməsi nəticəsində üstünə polis əməkdaşları tərəfindən qoyulmuş beş ədəd bükümün olmasını satışa dəlalət edən sübut kimi nəzərə almışdır. Belə olan halda Baş Narkotiklə Mübarizə İdarəsində baxış keçirilərkən aşkar edilmiş 1 ədəd bükümə isə qiymət verməmdişdir. Məhkəmənin məntiqi ilə yanaşsaq bir büküm aşkar edilibsə onda satış deyil, satış deyilsə bəs nədir? Məhkum üzərindən “aşkar edilmiş” narkotik vasitələrin hec biri ona məxsus olmamış, polis əməkdaşları tərəfindən çox saylı işgəncələr verilərək üzərindən aşkar edilmiş kimi rəsmiləşdirilmişdir. Əgər onun üzərində narkotik vasitələr həqiqətən olmuşdursa, üzərinə baxış nə üçün saxlanıldığı Bibiheybət məscidi yaxınlığında deyil, polis idarələrinə aparılıb keçirilmişdir. Məhkəmə bu hissəni hökm çıxararkən qiymətləndirməmişdir. Bu sual məhkəmədə dindirilmiş polis əməkdaşlarına da verilmiş, lakin hec biri bunun cavabını verə bilməmişdilər. Bundan başqa hökmdə qeyd olunub ki, polis əməkdaşları məhkəmədə verdikləri ifadələrdə onun 5 ədəd metamfetamin bükümlərini 1 gün əvvəl yerdən tapdığını göstəriblər. Həqiqətdə həmin xüsustla bağlı dindirilmiş 2 nəfər polis əməkdaşları həmin məzmunda ifadə vermədilər, Məhkum da ümumən hec vaxt belə ifadə verməmişdir. Həmçinin qeyd etməliyəm ki, məhkəmə Baş Narkotiklə Mübarizə idarəsində Məhkum üzərinə baxış keçirirkən iştirak etmiş hal şahidlərinin ifadələrini almadan hökm çıxarmışdır. Məhkum dəfələrlə həmin hal şahidlərinin həmin idarə ilə davamlı əməkdaşlıq edən şəxslər olduqlarını bildirmişdir. Həmin şəxslərin istifadələrində qeyd olunan mobil nömrələrlə bağlı mənim verdiyim vəsatəti məhkəmə tututarlı əsas gətirmədən təmin etməmişdir. Hal bu ki, həmin vəsatət təmin edilsəydi protokolda qeyd olunan baxış keçirilən saatlarda həmin şəxslərin başqa yerdə olduqları açıq aşkar bəlli olardı. Beləliklə Məhkum üzərinə hal şahidlərinin iştirakları olmadan keçirilmiş və guya üzərindən narkotik vasitənin aşkar edilməsi faktı qanunsuz olmasına baxmayaraq hökm çıxarılmışdır. Məhkəmə həmçinin digər sübutları araşdırarkən Məhkum istifadəsində olan mobil nömrə üzrə 08 iyul 2020-ci il tarixdə baş vermiş telefon danışıqlarına da qiymət verməmişdir. Məhkum məhkəmədə verdiyi ifadəsində qeyd etmişdi ki, Səbail rayon polis idarəsinə müstəntiqin çağırışı ilə saat 16 radələrində evdən çıxıb polis idarəsinə getdiyi zaman Baş Mütəşəkkil Cinayətkarrlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan 2-3 saat əvvəl müstəntiqlə telefon danışığı olmuşdur. Belə çıxır müvəkkilim üzərində 5 büküm metamfetaminlə polis idarəsinə getmişdir. Bütün qeyd olunan boşluqlar və şübhələrlə bağlı verdiyim apellyasiya şikayə ti Bakı Apellyasiya Məhkəməsində qismən istintaqla araşdırılmış və bir daha Məhkum təqsirsiz olması təsdiqini tapsa da Bakı Ağır Cinayətlər Məhkəməsinin nökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, birinci xüsusat üzrə Məhkum üzərinə baxış keçirilərkən 'iştirak etmiş” hal şahidlərindən biri Şahid6 məhkəmə baxışında cindirilsə də, ifadəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında ilk dəfə belə bir istintaq hərəkətində iştirak etdiyini vurğulayıb Məhkum üzərinə baxış keçirilərkən narkotik vasitələrin aşkar edildiyini təsdiq etmiş və ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq etmişdir. Lakin məhkəmə kollegiyası Şahid6 ifadəsinə tənqidi yanaşmamışdır. "Elektron Məhkəmə” portalında axtarış nəticəsində Şahid6 ifadəsinin əksinə olaraq 0 9 iyun 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilmiş şəxsi axtarış tədbirindən əvvəl də bir neçə dəfə Bakı şəhəri Nəsimi rayon məhkəməsində (1(106)- 313/2019 saylı, 1(106)-101/2019 saylı və 1 (106)-145/2020 saylı cinayət işləri) və Bakı Ağır Cinayətlər məhkəməsində (1(101)-837/2018 saylı cinayət işi) üzrə narkotik vasitələrin istifadəsi və satışı ittihamı üzrə baxılmış cinayət işlərində hal şahidi kimi iştirak etdiyi müəyyən edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Şahid6 cinayət işləri üzrə şahid qismində iştirak edib dindirilməsinə qiymət verməmişdir. Şahid6 öyrədilmiş hal şahidi olması, dəfələrlə polis əməkdaşları ilə əməkdaşlaq etməsi və yalan ifadə verməsi müvəkkilim Məhkum verdiyi ifadələrdə öz əksini tapmışdır. Məhkəmə isə sübut olaraq həmin öyrədilmiş şahidin ifadəsini əsas götürmüşdür. Bununla yanaşı, tərəfimdən həmin hal şahidinin iştirak etdiyi 1(101)-837/2018 saylı cinayət işi üzrə ittiham hökmü məhkəməyə təqdim edilmiş, lakin həmin hökmün mövcudluğu barədə 25 yanvar 2022-ci il tarixli, 1(103)-62/2022 saylı iş üzrə qərarda hər hansı qeyd belə aparılmamışdır. Digər hal şahidi Şahid7 isə ümumən tapıb dindirmək mümkün olmamışdır. Buna baxmayaraq verdiyimiz vəsatət əsasında mobil operatordan alınmış məlumatlardan onun istintaq hərəkəti keçirilən zaman, yəni Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında, olmaması istifadəsində olmuş 070 *** **** saylı nömrənin Məhkum üzərinə baxış keçirilən zaman, daha sonra izahatının alındığı zaman yəni xx.xx.2020-ci il tarixdə saat 20:10-dan xx.xx.2020-ci il tarixdə saat 02:30-dək şəhərin tam başqa bir ərazisində istifadə edildiyi müəyyən edilmişdir. Lakin məhkəmə həmin xüsusata da hec bir qiymət verməyərək yalnız qərarında qeyd etməklə kifayətlənmişdir. Beləliklə də, Bakı Apellyasiya məhkəməsində tərəfimdən verilmiş apellyasiya şikayətinə baxılarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xx.xx.2020-ci il tarixdə Məhkum üzərinə baxış əvvəlcədən öyrədilmiş 1 nəfər hal şahidinin və tam başqa yerdə olan hal şahdinin iştirakları ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bütün bu sübutlara baxmayaraq apellyasiya şikayətini araşdıran Bakı Apellyasiya məhkəməsinin hakimlər kollegiyası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin in zibati binasında xx.xx.2020-ci il tarixdə Məhkum üzərinə baxış keçirilərkən aşkar edilmiş bir bükümdə 32 qram narkotik vasitə olan heroinin sonuncunun satması ittihamını qüvvədə saxlamışdır. Hal bu ki, qeyd olunan pozuntularla yanaşı Məhkum narkotik vasitələrin satışına dair hər hansı sübut nə istifadəsində olan mobil nömrənin son 1 illik danışığına baxış nəticəsində, nə də ki yaşadığı evə və üzərinə keçirilmiş axtarış və baxış zamanı əldə edilməmiş, ondan narkotik vasitələrin aldığını təsdiq edən hər hansı şahid belə müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət Kollegiyası Məhkum təqsirləndirildiyi digər xüsusat üzrə də araşdırmanı sona qədər aparmamış və yekun olaraq düzgün qiymət verməmişdir. Belə ki, cinayət işi materiallarında olan Məhkum istifadəsində olan mobil nömrə üzrə 08 iyul 2020-ci il tarixdə baş vermiş telefon danışıqlarından aydın görsənir ki, həmin günü saat 12:39-da Səbail RPİ İş-nin müstəntiqi Musa Məhərrəmov istifadəsində olan 055 224 15 12 saylı nömrədən onun istifadəsində olan nömrəyə zəng edilmişdir. Həmin zənglə bağlı Məhkum ifadəsində göstərmişdir ki, Musa Məhərrəmov icraatında olan Salayev qardaşlarının cinayət işi ilə bağlı onu, qonşuları Elvin Həsənovu və Asif Tahirovu dindirmək istədiyini, hər üçünün saat 14 radələrində polisə idarəsinə gəlmələrini bildirmiş, lakin Məhkum saat 14 deyil 16-da gələ biləcəyini demiş və həmin saat gələmlərini razılaşmışlar. Bundan sonra saat 16 radələrində Elvin Həsənov və Asif Tahirovla birlikdə yaşadığı evdən çıxıb Bibiheybət Məscidi yaxınlığına avtodayanacağa gələrkən polis əməkdaşları tərəfindən dayandırılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, nə baş verdiyini anlamadığı üçün razılaşaraq getmiş, Elvin Həsənov və Asif Tahirov isə orada qalmışlar. Daha sonra idarənin inzibati binasında baxış keçirilərkən üzərindən 5 büküm narkotik vasitə metamfetamin aşkar edilmişdir. Belə çıxır müvəkkilim üzərində 5 büküm metamfetaminlə Səbail RPİ-nə ifadə verməyə getmişdir. Məhkəmə Kollegiyası qeyd olunan xüsusatı sona qədər araşdırmamış, həmin telefon danışığının mövcudluğuna qiymət verməmişdir. Məhkəmə baxışı zamanı nə müstəntiq Musa Məhərrəmovu, nə də şahidlər Elvin Həsənovu və Asif Tahirovu dindirməmişdir. Hal bu ki son iki şahid Məhkum polis əməkdaşları tərəfindən saxlanmasının detalları, onların polis idarəsinə getməli olduqları təsdiq edəcək ifadələr verəcəkdi lər. Məhkəmə Məhkum tutulandan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsi nəticəsində hər hansı narkotik vasitə və vasitələrin satışını təsdiq edəcək hər hansı sübutun aşkar edilmədiyinə qiymət verməmiş, satışa dəlalət edən xüsusat kimi 5 ədəd bükümün olmasını, polis əməkdaşlarının ifadələrini və şəxsi axtarış keçirilən zamanı çəkilmiş videogörüntünü əsas götürmüşdür. Məhkum tutuladan sonra fiziki işgəncələrə məruz qalmasını və bunun nəticəsi kimi Bakı İstntaq Təcridxanasına gətirələndən sonra 1 ildən artıq müddətdə səhhətində yaranmış sağalmaz travmalar səbəbi ilə yalnız Tibbi hissədə saxlandığını, dəfələrlə stasionar müalicə aparılması üçün Müalicə Müəssisəsinə köçürlməsinə qiymət verməmişdir. Bütün bunların nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyası Bakı Ağır Cinayət Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Biz bu şübhələrin bizim xeyrimizə şərh olunacağına ümid edirik, əks təqdirdə məhkəmə hökmü Azərbaycan Respublikası CPM-nin 1.2.2., 8.0.3., 8.05., 19.1. 28.4.1, 28.4.3., 32.2.6., 323.5. və 325.5.l.-ci maddələrində təsbit olunmuş təqsiri olmayan heç kəsi məhkum etməmək, tam, hərtərəfli və obyektiv araşdırma aparmaq qanunvericinin imperativ tələblərini kobud surətdə pozmaqla çıxarılmışdır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddədə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə deyil, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna əsaslanmalı olması ifadəsini tapmışdır. Bu iş üzrə ittiham tərəfi ziddiyyətli biri-digərini inkar edən sübutlara istinad etdi. Yu xarıda qeyd edilənlərə və Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(103)-62/2022 saylı qərarının ləğv edilməsini, Məhkum tötədilmiş cinayətə aidiyyəti olmadığından bəraət verici əsaslarla cinayət işinə xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü y oxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsəl ələrinə öz münasibətini bildirir. Verilmiş şikayətdə Məhkum istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət m ühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətiri b çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yeku nlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təh lükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əl aqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.4-cü maddəsində Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddə sinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə görə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş və saxlamış şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitənin və ya psixotrop maddənin külli miqdarda olması ilə yanaşı həmin şəxsin onları satmaq məqsədi və ya satma faktı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. İşdən görünür k i, 1-ci epizod üzrə Məhkum naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 32,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin həmin epizod üzrə Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Həmçinin, dig ər cinayət işləri üzrə çıxarılmış hökmlərə əsasən müəyyən edilmişdir ki, Məhkum barəsində keçirilmiş “baxış və götürmə”də hal şahidi qismində iştirak etmiş Şahid6 dəfələrlə oxşar işlərdə hal şahidi qismində iştirak etmiş, yəni Cinayət-Prosessual Məcəllənin 94.1-ci maddəsinin hal şahidinə qarşı irəli sürdüyü tələbə (“cinayət prosesində şəxsi marağı olmayan şəxs” meyarına) cavab verməmişdir. Şahid6 məhkəmə iclasına dəvət edilib dindirilsədə onun bu qəbildən olan başqa cinayət işləri üzrə hal şahidi qismində iştirak edib etməməsini məhkəmə tərəfindən araşdırılmamış və bu xüsusata qiymət verilməmişdir. Cinayət-Prosessual Məcəllənin 94-cü maddəsinə əsasən “cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olu nması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər”. CPM-in 115.1 və 115.2-ci maddələrinə görə, şəxsin cinayət-prosessual qanunun 94.1-ci maddəsinin tələblərinə cavab verməməsi və Şahid6 istintaq hərəkətlərinin icraatında mütəmadi olaraq iştirak etməsi onun hal şahidi qismində cinayət prosesində iştirakını istisna edən hallardır. Cinayət-prosessual qanunun bu tələbləri, Şahid6 hal şahidi qismində Baş Narkotiklərlə Mübarizə İdarəsində Məhkum üzərinə şəxsi axtarış keçirilən baxışda iştirak etməsinin yolverilən olub-olmamasının ciddi araşdırılmasını tələb etməsinə baxmayaraq, müdafiə tərəfinin həmin məsələnin araşdırılmasına yönələn vəsatəti də birinci instansiya məhkəməs i tərəfindən rədd edilmiş, CPM-in 121.2-ci maddəsinin pozuntusunu təşkil edən həmin nöqsan apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır (bu normada nəzərdə tutulmuş müddəaya görə “cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərətərfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəlmiş vəsatət və xahişlər rədd edilə bilməz”). İş üzrə diğər hal şahidi Şahid7 məhkəmə iclasına gətirib dindirmək mümkün olmasada onun istifadəsində olan mobil operatordan alınmış məlumatlardan onun istintaq hərəkəti keçirilən zaman, yəni Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binası nda olmaması, istifadəsində olmuş 070 *** **** saylı nömrənin Məhkum üzərinə baxış keçirilən zaman, daha sonra izahatının alındığı zaman yəni xx.xx.2020-ci il tarixdə saat 20:10-dan xx.xx.2020-ci il tarixdə saat 02:30-dək şəhərin tam başqa bir ərazisində istifadə edildiyi müəyyən edilmişdir. Lakin məhkəmə həmin xüsusata da hec bir qiymət verməyərək yalnız həmin məlumatları öz qərarında qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Məhkum həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellya siya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntularını aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. Kassasiya şikayətində mübasiləndirilən məslələrdən biridə Məhkum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanaraq polis idarəsinə aparılaraq orada üzərinə narkotik vasitənin qoyulması və qanunsuz ittiham edilməsi ilə bağlıdır. Həmçinin işdən görünür ki, 2-ci epizod üzrə Məhkum təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 8,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki g öy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin epizod üzrə cinayət işi materiallarında olan Məhkum ifadəsindən və istifadəsində olan mobil nömrə üzrə 08 iyul 2020-ci il tarixdə baş vermiş telefon danışıqlarından aydın görsənir ki, həmin günü saat 12:39-da Səbail RPİ İş-nin müstəntiqi Musa Məhərrəmov istifadəsində olan 055 224 15 12 saylı nömrədən onun istifadəsində olan nömrəyə zəng etmişdir. Həmin zənglə bağlı Məhkum ifadəsində göstərmişdir ki, Musa Məhərrəmov icraatında olan Salayev qardaşlarının cinayət işi ilə bağlı onu, qonşuları Elvin Həsənovu və Asif Tahirovu dindirmək istədiyini, hər üçünün saat 14 radələrində polis idarəsinə gəlmələrini bildirmiş, lakin Məhkum saat 14 deyil 16-da gələ biləcəyini demiş və həmin saat gələmlərini razılaşmışlar. Bundan sonra saat 16 radələrində Elvin Həsənov və Asif Tahirovla birlikdə yaşadığı evdən çıxıb Bibiheybət Məscidi yaxınlığına avtodayanacağa gələrkən polis əməkdaşları tərəfindən dayandırılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, nə baş verdiyini anlamadığı üçün razılaşaraq getmiş, Elvin Həsənov və Asif Tahirov isə orada qalmışlar. Daha sonra idarənin inzibati binasında baxış keçirilərkən üzərindən 5 büküm narkotik vasitə metamfetamin aşkar edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmək istəyir ki, Məhkum Səbail RPİ-nə ifadə vermək üçün dəvət olunmuş və həmin polis idarəsinə şahid qismində ifadə verməyə gedərkən üzərində 5 büküm metamfetaminlə getməsi inandırıcı deyil və həqiqətə uyğun gəlmir. Birinci və Apellyasiya instansiya məhkəməsi işi araşdırarkən qeyd olunan xüsusatı sona qədər diqqətlə araşdırmamış, həmin telefon danışığının mövcudluğuna qiymət verməmiş, məhkəmə baxışı zamanı nə müstəntiq Musa Məhərrəmovu, nə də həmin vaxt Məhkum yanında olan Elvin Həsənovu və Asif Tahirovu məhkəmə iclasına dəvət edib dindirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tut ulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum külli miqdarda narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddələri məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələr in, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanu nun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmadığını təsdiq edir. Belə ki, Məhkum qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması şahid ifadələri, onun haqqında daxil olan əməliyyat məlumatı və ya əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmur, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən heç biri Məhkum narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi, və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, cinayət işinin istin taqını aparan müstəntiq tərəfindən Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmiş və sübuta yetirilməmişdir. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, mə hkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarş ı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə da ir məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhk əməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işind ə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da ara şdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)62/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1756/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1756/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver