Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1756/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-152/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdak ı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum xx xxxx 1975-ci il tarixdə Qazaxıstan Respublikası, Cambul vilayəti, Çuysk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 29 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1, 234.4.3, 234.4.4 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 noyabr 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olun muşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair “Şoşu” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “Samsung Galaxy J3” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daş ınmış, Astara-Ələt avtomobil yolunda üzərində “4” yazılmış yol nişanının altında gizlədilmiş külli miqdarda, 5730,364 qram çəkidə narkotik vasitə heroini, 12325 qram çəkidə tiryəki, 2660 qram çəkidə qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in İİ siyahısına daxil olan külli miqdarda – təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan 1000 ədəd metadon həbini və “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxil olan külli miqdarda – təsiredici maddəsinin ümumi miqdarı 42,75 qram olan 285 ədəd preqabalin kapsulunu götürərək əldə etmiş, daşıyaraq Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evin həyətindəki anbar tipli tikilidə saxlamış, narkotik vasitə heroinin bir hissəsini isə üzərind ə saxlamaqla Astara-Ələt avtomobil yolunun Astara rayonu, Ərçivan kəndindən keçən 6-cı kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 14 avqust 2022-ci il tarixdə saat 22:15də Astara-Ələt avtomobil yolunun Astara rayonu, Ərçivan kəndindən keçən 6-cı kilometrliyində saxlanılaraq Şöbənin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 23:15-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 50,364 qram olan narkotik vasitə heroin aşkar edil ərək götürülmüşdür. Tədbirin davamı olaraq 15 avqust 2022-ci il tarixdə saat 00:15-dən Məhkum razılığı və iştirakı ilə yaşadığı Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətində olan anbar tipli tikilidəki iki ədəd çantadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 21 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1000,0 qram, 995,0 qram, 1005,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 995,0 qram, 1000,0 qram, 460,0 qram, 990,0 qram, 100,0 qram, 100,0 qram, 100,0 qram, 100,0 qram, 100,0 qram, 100,0 qram, 105,0 qram, 90,0 qram, 100,0 qram və 995,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 12325,0 qram olan narkotik vasitə tiryək, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2880,0 qram və 2800,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 5680,0 qram olan narkotik vasitə heroin, üzərində “Pregabalin 150” yazısı olan 19 ədəd konvalyutda ümumi sayı 285 ədəd kapsullarda, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 42,75 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, 100 ədəd konvalyutda ümumi sayı 1000 ədəd olan, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 40,0 qram olan narkotik vasitə metadon həbi və 11 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 240,0 qram, 240,0 qram, 240,0 qram, 240,0 qram, 250,0 qram, 240,0 qram, 240,0 qram, 240,0 qram, 250,0 qram, 240,0 qram, 240,0 qram olmaqla ümumi təmiz çəkisi - 2660,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər M əhkəməsinin 1(099)-684/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum verilmiş ittiham üzrə Azərbaycan Respublikası CMnin 32.5,206.3.2-ci maddəsi ilə olan hissədə cinayət təqibinə xitam verilmiş, Məhkum barəsində cinayət təqibi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4 və 240.3.2-ci maddələri ilə davam etdirilmişdir.
6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-684/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM- nin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Məhkum daha ağır azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-152/2023 nömrəli, 04 aprel 2023- cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-684/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğu iddia edilərək, müraciətdə göstərilənlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirməsi, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-152/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul e dilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsas lar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-152/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsas lılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birba şa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
23. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığ ına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
24. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
25. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əs aslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəzanın “açıq-aydın” yüngül olduğunu aşkar etdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
26. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə onun təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
27. Kassasiya protestində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
28. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4 və 240.3.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
29. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
30. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəm əsi Məhkum cəza təyin edərkən, sonuncunun 15 oktyabr 1993-cü il tarixdən 10 may 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd və Beyləqan istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində təhlükəli residivin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4-cü və 240.3.2-ci maddələri üzrə həmin maddələrin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az olmayan təhlükəli residivə görə müəyyən edilmiş qaydada cəza təyin etmiş və həmin cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaqla ona qəti olaraq 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
31. Məhkəmə kollegiyası Məhk um barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir və apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkuma təyin edilmiş cəza qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
32. Qeyd olunanlar nəzərə alınmaqla, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına və digər məqsədlərin təmin edilməsinə, eləcə də ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-ay dın yüngül cəza kimi qiymətləndirilə bilməz.
33. Qeyd edilənlər kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-152/2023 nömrəli, 04 aprel 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-152/2023 nömrəli, 04 aprel 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.