Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1756/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1959-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli 1(103)-24/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 1(101)-231/2023 nömrəli hökmünə əsasən (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov, E.H.İsmayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70–ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), Q.X.Babayev və H.H.Əhmədov) verilmiş apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 1(101)-231/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan taxta materiallarının gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs4 2012-ci ilin iyun ayının sonunda ünvan 2 ünvanında yerləşən ofisdə 40.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin iyul ayının ilk ongünlüyündə həmin ünvanda 20.000 manat məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi 60.000 manat məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri metronun 20 yanvar stansiyasının yaxınlığında həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 3.925 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu H.Babaşov küçəsində yerləşən adsız kafedə həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 7.850 manat təşk il edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu, Xocasən qəsəbəsində yerləşən kartof anbarının yaxınlığında həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının sonunda Bakı şəhəri metronun Xətai stansiyasının yaxınlığında həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 7 850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 27.475 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan ba şqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına satış üçün un məmulatının gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs3 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün siti” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının ortalarında Bakı ş əhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 22.000 manat məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi 68.000 manat məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-nin etibarından sui-istifadə edib sonuncuları inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək onların sifarişləri əsasında Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onları aldatmış, "xxxx" MMC Məhkum verilməsi üçü n Zərərçəkmiş şəxs2 həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində nağd pul vermiş, sonuncu həmin məbləğdə pulu götürərək özündə olan həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 146.790 manat təşkil edən 140.000 ABŞ dolları məbləğində nağd pulu da onun üzərinə qoymaqla ümumilikdə həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 387.945 manat təşkil edən 370.000 ABŞ dolları məbləğində nağd pulu hazırladıqdan sonra Məhkum Zərərçəkmiş şəxs2 2015ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 73.395 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində nağd pulu, 2015ci ilin sentyabr ayı nın sonunda Bakı şəhəri metronun N.Nərimanov stansiyasının yaxınlığında həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 209.700 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu, 2015-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 2076-cı məhəllə ünvanında yerləşən tikinti materiallarının satışı bazarında həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 52.425 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində nağd pulu və 2015-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2076-cı məhəllə ünvanında yerləşən tikinti materiallarının satışı bazarında həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 52.425 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində nağd pulu, ümumilikdə vahid niyyətlə əha tə olunan cəmi həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 387.945 manat təşkil edən 370.000 ABŞ dolları məbləğində nağd pullarını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda yəni cəmi həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 146.790 manat təşkil edən 140 000 ABŞ dolları məbləğində, digər zərərçəkmiş şəxs "xxxx" MMC-nə külli miqdarda yəni cəmi həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli 1(103)-24/2024 nömrəli qərarının ləğv edilməsi və işin apelyas iya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsinə dair hökmünü dəyişdirilmədən qüvvədə saxlayarkən kifayət qədər əsaslandırma aparmamışdır. Bundan başqa, məhkəmə Məhkum "xxxx" MMC-yə qarşı dələduzluq etməsi, eləcə də "xxxx" MMC-nin zərərçəkmiş qismində iştirakına xitam verilməsinə dair məhkəmə hökmünün ləğv edilməsinə dair apelyasiya protestini təmin etməyərkən sübutları cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu halında düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs X2 təqsirləndirilən şəxs Əlovsət Nəsirova verdiyi 370000 min ABŞ dolları məbləğində pulun 230000 ABŞ dolları hissəsi "xxxx" MMC-yə məxsus olmuş və Məhkum da bunu bilmişdir. Protestdə həmçinin qeyd olunur ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin olunarkən və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsinə dair nəticəyə gəlinərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, protest müəllifinin fikrincə, apelyasiya instansiya məhkəməsi, Azərbaycan Respublikası CPM-nin 51.6-1-ci maddəsinin tələblərinin pozulması ilə həyata keçirilən və məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını təmin etməyən birinci instansiya məhkəməsinin hökmünü d əyişdirilmədən qüvvədə saxlamaqla CPM-nin 391.6.4-cü maddəsinin imperativ tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət ittihamçısı verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxl ayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, Məhkum Əbülfəz oğlu barəsində təyin edilən azadlıqdan məhrum etmə cəzasının hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan şərti olaraq tətbiq edilməsi mübahisə edilir. Bundan başqa, protestdə qeyd olunur ki, məhkəmə Məhkum "xxxx" MMC-yə qarşı dələduzluq etməsi, eləcə də "xxxx" MMC-nin zərərçəkmiş qismində iştirakına xitam verilməsinə dair məhkəmə hökmünün ləğv edilməsinə dair apelyasiya protestini təmin etməyərkən sübutları cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu halında düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası CM-in 17 8.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilk növbədə protestdə məhkəmənin Məhkum "xxxx" MMC-yə qarşı dələduzluq etməsi, eləcə də "xxxx" MMC-nin zərərçəkmiş qismində iştirakına xitam verilməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri bununla bağlı geniş şərh verilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaş ır və bununla əlaqədar geniş şərhi zəruri hesab etmir. Məhkəmə kollegiyası "xxxx" MMC-yə qarşı dələduzluq epizodu üzrə olan ittihamdan Məhkum "xxxx" MMC-yə qarşı dələduzluq etməsi, eləcə də "xxxx" MMC-nin iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsinə dair kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ibtidai istintaq orqanı düzgün olmayaraq, "xxxx" MMC-ni zərərçəkmiş kimi tanımışdır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmış və "xxxx" MMC-nin zərərçəkmiş kimi iştirakına xitam vermiş, apelyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülm üş ittihamda onun "xxxx" MMC-nin etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək, onun sifarişləri əsasında Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldatması həm iş materialları, həm də "xxxx" MMC-nin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində verilən ifadələrlə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, “...Onlar təqsirləndirilən şəxs Məhkum tanımamışlar, Zərərçəkmiş şəxs2 tanımışlar... Məhkum onlara qarşı dələduzluq etməmişdir, onlar şirkət olaraq onu yox Zə rərçəkmiş şəxs2 tanımışlar... Onlar pulu Məhkumə yox, X10yə vermişdir. O heç Məhkumi tanımır, onunla heç bir iş ortaqlıqları olmayıb... Onlar pulu Məhkum tələb etmirlər. Onların nümayəndələri pulu Zərərçəkmiş şəxs2 vermişdir...” Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkum еdilmiş şəхs Məhkum cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və ci nayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyi n edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın əda lətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhk əmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd ed ilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirə n və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum münasibətdə – zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını məhkumun cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, məhkuma təqsirli bilindiyi maddəninin sanksiyasının aşağı həddində cəza təyin edildiyi halda, kifayət qədər əsaslandırma aparmadan təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunması qənaətinə gələrək təqsirləndirilən şəxsin barəsində CM-in 70-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyas iya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyas ı məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşd ıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasia protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024cü il tarixli 1(103)-24/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.
Məhkəmə qərarları › İş №1(102)-1756/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1756/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver