Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1757/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 178.1-ci maddələri ilə məhkum olunma sı barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9, X6 (məruzəçi) və X7 hov) 24 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il, 06 (altı) ay müdd ətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 67-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3.900 (üç min doqquz yüz) manat cərimə cəzasının ödənilməmiş 2960 aZn (iki min doqquz yüz altmış manat) hissəsi ona təyin edilmiş cəzaya tam birləşdirilməklə üzərində qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 2960 AZN (iki min doqquz yüz altmış manat) cərimə cəzas ına məhkum edilmiş, cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 08 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət vermiş, həmin vəsatət 02 fevral 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkum vəsatətində apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxması ilə bağlı psixi xəstəlikdən əziyyət çəkdiyini, yaddaş pozuntusunun olduğunu bildirərək apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X6) 21 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum həmin məhkəmənin 24 avqust 2021-ci il tarixli, 1(091)-124/2021 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə) 11 may 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 1(091)- 124/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində psixi xəstəlikdən əziyyət çəkməsini, İİİ qrup əlil olmasını, yaşlı və xəstə valideynlərinin olmasini bildirmiş və kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamand a həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. A zərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü 24 avqust 2021-ci il tarixdə elan olunmuş, hökmün surəti qanunla müəyyən edilmiş qaydada cinayət prosesinin tərəflərinə, eləcə də Məhkum şəxsi işinə əlavə edilməsi və özünə təqdim edilməsi üçün onun həbsdə saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə göndərilmişdir. Həmçinin məhkəmənin qeyd edilən hökmündə həbsdə saxlanılan şəxs Məhkum hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verə bilməsi hüququ izah ed ilmişdir. Apellyasiya Məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(091)-124/2021 saylı hökmündən xx.xx.2021-ci ildə apellyasiya şikayəti vermiş, cinayət işi apellyasiya qaydasında baxılması üçün xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkum xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək vermiş olduğu apellyasiya şikayətinə baxılmamasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Məhkum apellyasiya şikayətindən imtina etməsinin qəbul olunması barədə xx.xx.2021 -ci il tarixli 1(107)378/2021 nömrəli qərar qəbul etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq q eyd edir ki, məhkumun xəstə olması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yəni onun uzun müddət stress zəminində, yaxud başqa səbəbdən xəstə olmasını və müalicə müəssisəsində müalicə almasını, yaxud onun vaxtında apellyasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayə ti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Məhkum apellyasiya şikayəti tərtib edə bilmədiyi halda onun hüquqlarını müdafiə edən müdafiəçinin hüquqi yardımından istifadə edə bilərdi. Bundan əlavə isə, məhkum qanunla nəzərdə tutulmuş müddət ərzində vermiş olduğu apellyasiya şikayətini geri götürmüş və Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətindən imtina etməsinin qəbul olunması barədə xx.xx.2021 ci il tarixli 1(107)-378/2021 nömrəli qərar qəbul etmişdir. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbd ən ötürülmüşdür. Onun kassasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Mə hkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cina yət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövq eyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçir ilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə ed ilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X10rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 20 21-ci il tarixli, 1(091)-124/2021 saylı hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1757/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1757/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver