Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1757/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili İmanzadə Nicat Ramiz oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 1(099)14/2023 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1 yanvar 1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, xxx-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əmə lini törətməkdə təqsirli bilinib ona 1 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 17 dekabr 2021-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 il 1 ay müddət ona təyin edilmiş 1 il 1 ay azadlıqdan məhrum etmə cəzasına 1 günə 1 gün hesabı ilə hesablanmış və cəzasını çəkib qurtarmış hesab edilmişdir. Hökmdən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Bağırov Məhəmməd Ənvər oğlu və Əhməd ov İsmayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) 20 aprel 2023-cü il tarixli 1(106)-205/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü apellyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 17 dekabr 2021-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 il 1 ay müddət ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X5 qarşı CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 17 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində İmişli şəhəri, Ə.V ahid küçəsi, ev 40-da yaşayan, qonşusu Zərərçəkmiş şəxs1 xx.xx.1940-cı il təvəllüdlü yaşlı anası Zərərçəkmiş şəxs2 ilə evdə tək olduğunu qabaqcadan müəyyən edərək, onların əmlakını ələ keçirmək məqsədi ilə hasardan aşaraq həmin fərdi yaşayış evinin həyətinə girmiş, evin Zərərçəkmiş şəxs1 yataq otağı tərəfdən pəncərə şüşələrini istintaqa məlum olmayan alətlə sındırıb pəncərədən qanunsuz olaraq evin yaşayış sahəsinə daxil olmaq istəyərkən, səsə gələn Zərərçəkmiş şəxs1 onu dəmir parçası ilə vuracağı ilə hədələdiyindən, o evin qapısına tərəf gedib zor tətbiq etməklə evin giriş qapısını açıb qanunsuz olaraq qapıdan evin yaşayış sahəsinə daxil olmuş və mətbəxdə əlində bıçaqla Zərərçəkmiş şəxs1 üzərinə gedərkən, sonuncu isti halda olan çaydanı əlinə götürərək ona yaxınlaşacağı təqdirdə qaynar suy u üstünə tökəcəyini bildirdiyindən o, qonaq otağındakı divanda uzanan Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 əynindəki uzunqol köynəyin və gecə köynəyinin yaxa hissəsini bıçaqla kəsmiş, əli ilə Zərərçəkmiş şəxs2 yaxasından tutub möhkəm silkələyib, başını divara çırparaq, sonuncuya ənsə nahiyəsində yumşaq toxumanın şişkinliyi ilə müşayiət olunan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travmasından ibarət, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra bıçağı Zərərçəkmiş şəxs2 boğazına dirəyərək sonuncudan pul tələb etməyə başlamış, Zərərçəkmiş şəxs1 ona və anası Zərərçəkmiş şəxs2 qarşı zor tət biq ediləcəyindən qorxub, həyat və sağlamlıqlarının təhlükə altında olduğunu başa düşərək ona pulun yataq otağındakı gödəkçəsinin cibində olduğunu söylədikdən sonra o, Zərərçəkmiş şəxs2 məxsus 170 manat pulu həmin yerdən götürüb hadisə yerini tərk etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin Məhkum barəsində gəldikləri nəticələr əsassız və ədalətsizdir. Məhkəmə istintaqı zamanı X3 oğlu Şahid1 bir yerdə yaşamış həyat yoldaşı Şahid4 məhkəmə istintaqında sərbəst ifadəsində həqiqətdə təqsirləndirlən şəxs Məhkumlə Zərərçəkmiş şəxs1 şəxsi münasibətini təsdiqləyərək borc aldığını bildirmişdir. Məhkəmə istintaq zamanı "xxxx" mobil operatorundan alınmış məlum atlarda Zərərçəkmiş şəxs1 Şahid1 yazdığı xx.xx.2022-ci il saat 19:25:08-dəki SMS-də qeyd etmişdir ki. “Pərvin mamon qurban bunlar nə qədər dese vermə pulu. Elməddin öz əlinə verhaa. O kimə verir versin.”. Bu sms-lə Zərərçəkmiş şəxs1 Feyyaz qızının təqsirləndirlən şəxsə Məhkum borcu olduğun təsdiq etmişdir. Cinayət hadisəsinin uydurma olduğunun telefon anten və danışıqları ilə bir daha sübuta yetirilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində icraatda olan cinayət işi 1(099)439/2022 maddi sübut olan bıçaq yoxdur. İttiham ancaq zərərçəkmiş şəxs X3 anası Zərərçəkmiş şəxs2 ifadələrinə və ekspertiza rəylərinə əsaslanmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci tarixli 979 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar olunmuş ənsə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi baş beyin sirkələnməsi halında qapalı kəllə-beyin travması bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən xx.xx.2021-ci ildə əmələ gələ bilər, qeyd olunmuş xəsarətin dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2021-ci tarixli 979 nömrəli rəyi İmişli şəhər Dəmir yol xəstəxanasinin Həkimnevropotoloqu xx.xx.2021-ci ildə göndəriş vərəqəsində yazdığı xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 Cəlal qızı xx.xx.2021-ci ildə X25u xəstəxanasına müraciət etmişdir və müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Şikayəti baş ağrılar, baş gicəllənməsi, ürək bulanmasi yaddaş zəifliyi və halsızlıqdır. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmi yyətinin Həkim-Sanitar xidməti X25 Xəstəxanası MMC-yə verilmiş sorğuya cavab verilərək qeyd olunmuşdur ki, 1 avqust 2022-ci il tarixli 241 nömrəli məktubunuza cavab olaraq bildirmişdir. X13 Dəmir yol xəstəxanasında xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixinə kimi stansionar və ambulotor qaydada müalicə almamışdır. Lənkaran Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının üzrə tam hərtərəfli və obyektiv araşdırma aparılması üçün hadisə baş verən gün, yəni 17 dekabr 2022-ci ildə təqsirləndirlən şəxs Məhkum münasibətdə Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildə X25u xəstəxanasina müayinə edilməmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmünün ləğv edilərək Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında mə hkumun müdafiəçisi İmanzadə Nicat Ramiz kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini, məsələnin borcla bağlı olduğunu, zərərçəkənlərdən birinin məhkumla sevgi münasibətində olduğunu, məhkumun öz maşınını sataraq əldə olunan pulu zərərçəkənə borc verdiyini bildirib, məhkuma bəraət hökmü verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahi ş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə koll egiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində bəraətverici əsasların olmasına baxmayaraq, məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kas sasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət ed ən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxla nılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara ə sasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ veri lən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmə ilə bağlı ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş iş materialları ilə sübuta yetirilmədiyi barədə qənaətə gəlinmiş, onun əməli CM-nin 322.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, sonradan işə baxan apellyasiya məhkəməsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilərək, istintaq orqanı tərəfindən Məhkum verilən ittiham ilə razılaşaraq yeni hökm çıxarılmış və sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məh kəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndində qeyd edilir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhl ükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Müdafiəçi kasassiya şikayətində Məhkum törədilmiş cinayətlə heç bir əlaqəsinin olmadığını, onun tərəfindən həmin cinayət əməlinin törədilmədiyini qeyd etsə də, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətini törətməsi öz təsdiqini tapır. Belə ki, apellyasiya məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan iş üzrə əldə olunmuş sübutları təkrar olaraq tədqiq və təhlil edilərək keçirilmiş, məhkəmə Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə basqın edib talayacağı qanunsuz olaraq evin yaşayış sahəsinə daxil olaraq Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 əynindəki uzunqol köynəyin və gecə köynəyinin yaxa hissəsini bıçaqla kəsmiş, əli ilə Zərərçəkmiş şəxs2 yaxasından tutub möhkəm silkələyib, başını divara çırparaq, sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra bıçağı Zərərçəkmiş şəxs2 boğazına dirəyərək sonuncudan pul tələb etməyə başlamış, Zərərçəkmiş şəxs1 ona və anası Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq ediləcəyindən qorxub, həyat və sağlamlıqlarının təhlükə altında olduğunu başa düşərək ona pulun yataq otağındakı gödəkçəsinin cibində olduğunu söylədikdən sonra o, Zərərçəkmiş şəxs2 məxsus 170 manat pulu həmin yerdən götürüb talamaqla quldurluq etmişdir. İş materiallarında olan “baxış keçirilməsi” haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, Ə.Vahid küçəsi 40 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Ev bir eyvan və iki otaqdan ibarətdir. Zərərçəkmiş şəxs1 evin eyvanındakı qapını göstərərək, həmin qapını dəmir süzgəcli çömçə ilə bağladığını və Məhkum qapını zorla açan zaman çömçənin əyildiyini bildirməklə, həmin çömçəni təqdim etmişdir. Yataq otağında pəncərənin 2 ədəd şüşəsi sınmış vəziyyətdədir, şüşə qırıqları pəncərə altının və döşəmənin üzərinə səpələnmişdir. Qonaq otağındakı masanın üzərində olan nəlbəkinin içərisində iki ədəd siqaret kötüyü və siqaretə aid kül vardır. Zərərçəkmiş şəxs1 pəncərənin şüşəsini Məhkum vuraraq sındırdığını və evdə iki dəfə siqaret çəkib külünü və kötüyünü masa üzərindəki nəlbəkiyə qoyduğunu qeyd etməklə, dəmir parçası təqdim edərək, hadisə vaxtı Məhkum özünü müdafiə etmək üçün həmin dəmir parçasından istifadə etdiyini bildirmişdir. Hadisə yerinə baxış zamanı bir ədəd çömçə, bir ədəd dəmir parçası, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol köynək və bir ədəd gecə köynəyi, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd qısa mayka, bir ədəd alt şal varı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 18 dekabr 2021ci il tarixli 554 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan - ənsə nahiyəsində yumşaq toxumasının şişkinliyi ilə müşayiət olunan baş beyin silkələnməsi halında kəllə-beyin tramvası bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. O cümlədən iş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 8 aprel 2022-ci il tarixli 3/344 nömrəli rəyindən göstərilmişdir ki, təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 gö türülmüş...” yazıları olan bağlamadan aşkar edilmiş bir ədəd bej rəngli uzunqol köynəyin və bir ədəd gecə köynəyinin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr (uzunqol köynəyin səthindəki “b” zədəsi istisna olmaqla) istiağızlı kəsici predmetin (qayçı və s.) təsiri nəticəsində yaranmağa xarakterik kəsilmə və bu zədənin davamı kimi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. -Təqdim edilmiş uzunqol köynəyin səthində “b” zədəsi itiağızlı kəsici predmetin (qayçı və s.) təsiri nəticəsində yaranmağa xarakterik kəsilmə zədəsidir. -Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 götürülmüş...” yazıları olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd maykanın, bir ədəd qısa maykanın, bir ədəd alt şalvarın səthində zəd ə yoxdur. Odur ki, kassasiya məhkəmə kollegiyası da apellyasiya məhkəməsinin Məhkum quldurluq etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşması və özünü müdafiə üsulu kimi qiymətləndirməsi barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ittiham olunduğu cinayət əməli üzrə təqsirliliyindən imtina edir. Cinayət işi materiallarına əlavə edilmiş və cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum 17 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə təsdiq edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kolle giyası haqlı olaraq Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələri sübut növü kimi qəbul edilməməli olması, Məhkum özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Belə ki, Məhkum verdiyi ifadələrində zərərçəkmişlərin evindən 170 manat pulu götürməsində məqsədinin ona məxsus olan əmlakını qaytarmaq olduğu barədə dəlilə münasibətdə kassasiya məhkəmə kollegiyası onu müəyyən etmişdir ki, məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs2 öz ifadəsində, X1 X2 qızına 2000 manat verdiyini, onun həmin puldan 200 manatını Məhkum anası Gülşənə verdiyini, pulun qalan hissəsini isə hissəhissə o, özü Səbin ədən aldığını, hətta pulun 200 manatını Səbinə qaytara bilmədiyi üçün və bununla əlaqədar Elməddinin narazılıq etdiyinə görə özü hadisədən 2-3 ay əvvəl 200 manat faizə pul götürərək Elməddinin pulunu qaytardığını və bununlada Elməddinin onlarda pulunun qalmadığını göstərmişdir. O cümlədən, iş materiallarında olan 31 mart 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Məhkum xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərində istifadəsində olan mobil nömrələrdən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə “Neney vacabda meni bolok eledun neney”, “Cavab niye vermirsen”, “Yenə bilok”, “Elediyin hereket qehbeliydi menide bilok elemisen mamida”, “Salam mene elmeddin teze nomremdi biliok eledun diye teze nomre aldim sabah bakiya gedecem gelim seni n basu agridacam bi hereketue gore sen bilirsen men deli seyem hemde ki bildyi seyler sene pis serbe vura biler dunen neceb demedun birici sene birakdim sen diyesen demedun men diyerem qoy bakidan gelim sen cox qedar adamsan neney bes meni sobet elemeye cagiracaqdin noldu idide meni bilok edirsen neney” və “Meni bilokdan cixard isim var sene 10 de” məzmunlu mesajlar yazmışdır. Məhkum isə öz ifadələrində bu mesajları Zərərçəkmiş şəxs1 onun 2000 manat pulunu aldığını və avtomobilindən istifadə etdiyini, lakin aldadaraq onunla cinsi əlaqədə olmadığı üçün əsəbləşərək yazdığını qeyd etmişdir. Bundan başqa "xxxx" MMC-dən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli CD-diskdə olan məlumatlara nəzər yetirdikdə, SMS tarixçəsinə dair hissədə 5 oktyabr 2021-ci il saat 19:25:08-də **********44 nömrə li mobil telefon nömrəsindən **********46 nömrəli mobil telefon nömrəsinə “Pervin mamon qurban Bular neqeder dese verme pulu.Elmeddinin oz eline verhaa..ozu kime verir versin.” mesajı yazıldığı müəyyən olunur və bununlada Məhkum Zərərçəkmiş şəxs1 17 dekabr 2021-ci il tarixdə baş vermiş hadisədən əvvəl müəyyən məbləğdə pul verdiyi, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin münasibətlərinin pisləşməsi səbəbindən Məhkum pulunu zərərçəkmiş şəxs oğlu Şahid1 vasitəsilə sonuncunun özünə qaytardığı təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilən ədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Odur ki, Məhkum onlara ittiham aktı ilə istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə t utulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəf inin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şika yətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instan siyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə hökmünün bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən (44 günlük Vətən Müharibəsində iştirak etməsi, «Füzulinin azad olunmasına görə», Qubadlının azad olunmasına görə», Cəsur döyüşçü medalları ilə təltif edilməsi, döyüş əməli yyatları zamanı yaralanması, zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmaması, ilk dəfə cinayət əməlini törətməsi, yaşayış yerindən müsbət xarakterizə olunması) və ağırlaşdıran (qoca şəxsə qarşı törətməsi) halların olmasını, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1757/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1757/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver