Məhkəmə qərarları › İş №1(102)-1757/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1757/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1757/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxx 1959-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeyd iyyatda olmaqla yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli 1(105)-270/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2023-cü il tarixli 1(124)-70/2023 nömrəli hökmü ilə (hakimlər: H.S.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və A.T.Rzayeva) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 17 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını c iddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023cü il tarixli 1(105)-270/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2013-cü ildən öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayan oğlu Zərərçəkmiş şəxs1 öz ailəsinə lazımi diqqət və qayğı göstərmədiyinə görə gəlininin nəvələri ilə birlikdə 2021-ci ilin ma y ayından küsüb Qobustan rayonunun Təklə kəndinə, atası evinə getdiyindən oğlunun öz arvadı ilə barışmaq üçün lazımi səy göstərməməsi səbəbindən, eyni zamanda oğlu Zərərçəkmiş şəxs1 başqa qadınla münasibət saxlaması qənaətinə gələrək, sonuncuya 2021-ci ilin dekabr ayının əvvəllərində öz iradlarını bildirməsi və şillə ilə vurmasından sonra, 2021-ci ilin oktyabr ayından etibarən oğlu ilə birlikdə yaşayan arvadı Zərərçəkmiş şəxs2 bu münaqişədə oğlunun tərəfini tutmasından və hər ikisinin ondan küsməsindən əsəbləşib, oğlunun ailəsinin dağılmasında təqsirkarın oğlunun özü olması qənaətinə gələrək həm oğlunu, həm də oğlunun tərəfini saxlayıb ondan küsən arvadı Zərərçəkmiş şəxs2 öldürmək qərarına gəlmiş, bu məqsədlə 18 dekabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan məişət əşyala rının saxlanıldığı şkafdan dəstəyinin uzunluğu 320 mm, tiyəsinin ümumi ölçüsü 165x118mm, ümumi uzunluğu 370 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı baltanı götürüb saat 15 radələrində oğlunun və arvadının yaşadığı ünvan 2 ünvanına gəlib darvazanı döydükdə qapını açan arvadı Zərərçəkmiş şəxs2 onu görüb, heç bir söz demədən arxasını ona çevirərək evə doğru gedən zaman əlində olan balta ilə ona başın sağ təpə gicgah nahiyəsinin dərialtı hematoması və sağ gicgah əzələsinə qansızma kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirdikdən sonra sonuncunun yıxılaraq yerdə hərəkətsiz qaldığını görüb öldüyünü zənn edərək, cinayət əməllərini davam etdirib həmin vaxt evdə olan oğlu Zərərçəkmiş şəxs1 da öldürmək məqsədi ilə evə daxil olmuş, e vin yataq otağında olan Talehə yaxınlaşıb ona əlində olan balta ilə sol saidin 1 (bir) ədəd və sol əlin bükücü vətərinin zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd çapılmış yaraları kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirdikdən sonra sonuncu çevik davranıb baltanı onun əlindən alıb qaçaraq həyətə çıxan zaman anasının yerdə hərəkətsiz olduğunu görüb, özünü itirərək baltanı atması və anasının vəziyyəti ilə maraqlanmasından istifadə edib, o, evin mətbəxinə keçərək tiyəsinin uzunluğu 118 mm, dəstəyinin uzunluğu 117 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək yenidən həyətə çıxıb Zərərçəkmiş şəxs1 yaxınlaşıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, ona xüsusi ağrılar yetirdiyini də rk etməklə, əlindəki bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyəsindən, yəni döş qəfəsindən 8 xəsarət yetirməklə ona daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı və aşağı paylarının zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, həmçinin döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 6 (altı) ədəd daxilə nüfuz etməyən sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 atasının onu öldürəcəyini başa düşdüyündən küçəyə qaçdıqda onun arxasınca küçəyə çıxıb ətrafda insanların yığışdığını görərək yenidən həyətə daxil olub arvadı Zərərçəkmiş şəxs2 yerdə xırıldadığını görüb, sonununcunun ölmədiyini başa düşərək onu öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə ona qarşı müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib əlindəki bıçaqla arvadının boğaz nahiyəsini kəsməklə və zərbələr endirməklə həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni boyun nahiyəsindən 4 ədəd, sağ yanaq nahiyəsindən 1 ədəd, sol qarınüstü nahiyəsindən 1 ədəd xəsarət yetirməklə boyun nahiyəsinin xarici yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarasının və sol qarınüstü nahiyənin daxilə nüfuz edərək qaraciyəri dəlib keçən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin ön sol yan hissəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sol qarınüstü nahiyəsini n 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, həmçinin boyun nahiyəsinin ön səthinin 1 (bir) ədəd, boyun nahiyəsinin ön səthinin sol yarısının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, habelə boyun nahiyəsinin və sağ yanaq nahiyəsinin səthi kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmiş, həmçinin atasının onu öldürəcəyini bilən Zərərçəkmiş şəxs1 evdən çıxaraq küçəyə qaçması, daha sonra isə sonuncunun qısa müddətdə tibb müəssisəsinə çatdırılaraq ona ixtisaslı yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmək niyyətini başa çatdırmamaqla iki şəxsi qəsdən öldürüb həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edi lməsi ilə bağlı müdafiəçi R.Qocayevin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götür mək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar