Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1757/2025 12.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi7 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikas ının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-122/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-569/2022 nömrəli 28 aprel 2022-ci il tarixli (hakimlər F.Ə.Qəniyevin sədrliyi, İ.A.Mahmudov və M.H.Əkbərovdan ibarət tərkibdə) hökmünə əsasən Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməl lərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 10 (on) il 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 28 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(103)-42/2023 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü dəyişdirilərək, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat ola 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyin dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları əl keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurması barədə Məhkum qarşı irəli sürülmüş ittihamın (ziyanın) həcmi azaldılaraq 852.348,00 manat müəyyən edilmiş, Məhkum təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılara q ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün ona təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq ona qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024cü il tarixli 1(102)-1808/2024 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, zərər çəkmiş şəxs Zər ərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-42/2023 nömrəli 1 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-122/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), Z.V.İbrahimov və M.A.Məmmədov) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-c i il tarixli 1(101)-569/2022 nömrəli hökmü dəyişdirilmişdir. Həmin qərarla özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurması barədə Məhkum qarşı irəli sürülmüş ittihamın (ziyanın) həcmi azaldılaraq 852.348,00 manat müəyyən edilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cə zası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və onun üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilmişdir оna görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə k i, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül dəmir bazarı”nda tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-122/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni apellyasiya baxışınının təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərində göstərilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi Orucəli Abbasovu Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilərkən Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Orucəli Abbasovun həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntusunu aradan qaldırmamışdır. Qeyd olunanlar yuxarı instansiya məhkəməsinin göstərişləri hesab olunur ki, bunlara apellyasiya instansiyasında əməl edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafi əçi7, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, b u instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi tərəfindən verilən kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2025-ci il qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə nin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməli cinayət məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində bu əməlin xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. C inayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu t ətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən bi ri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq mü əyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Cinayət işinin materialları ətraflı nəzərdən keçirildikdə müəyyən ol unur ki, Zərərçəkmiş şəxs məxsus 11600 metr uzunluğunda dəmir boruların Məhkum tərəfindən qanunsuz və əvəzsiz olaraq ələ keçirilməsi işdə olan mötəbər sübutlarla kifayət qədər təsdiq olunur. Belə ki, cinayət işində olan zərərçəkmiş şəxsin ifadəsində bildirdiyi faktlar şahid ifadələri (Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 ifadələri) ilə, həmçinin işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qaimələri, məhkəmə-xətşünaslıq və məhkəməfonoskopik ekspertizasının rəyləri ilə təsdiq olunmuş, bunun əksinə olaraq, xüsusilə qismən məhkəmə istintaqı ilə keçirilən apelyasiya baxışında təqsirləndirilən şəxsin və onun müdafiəçilərinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiəsini müdafiəçi zərərçəkmiş şəxsə verilmiş çoxsaylı sualların üzərində qurmuş, verilən bütün suallara zərərçəkmiş şəxs dəqiq və ətraflı cavablar vermiş, daha sonra təqsirləndirilən şəxsin dindirilməsi zamanı isə o, xüsusilə iddia etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlərin görülməsi ilə bağlı verilmiş çoxsaylı suallara cavab verə bilməmiş və şikayətində işləri zərərçəkmiş şəxslə bir yerdə görməsinə dair dəlilləri təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş şahidlərlə bağlı təqsirləndirilən şəxsə onlar arasında hər hansı ədavət və düşmənçiliyi olması ilə bağlı sual verilmiş, o da öz növbəsində heç bir ədavətinin olmadığını bildirmiş və onun əleyhinə ifadə verilməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətdiyi dələduzluq əməli iş materialları və cinayət işinə əlavə edilmiş sənədlər, zərər çəkmiş ş əxsin və şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Lakin cinayət işi üzrə apellyasiya məhkəməsi məhkumun törətdiyi dələduzluq əməlinin həcmi məsələsini düzgün araşdırmamışdır. Belə ki, Məhkum verilmiş itiihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül dəmir bazarı”nda tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusilə küll i miqdarda ziyan vurub dələduzluq etmişdir. Göründüyü kimi, 11600 metr uzunluğunda boruların hansı diametrdə, hansı qalınlıqda olması, onların köhnəlmə dərəcəsi ittihamda dəqiq göstərilməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və nümunələri təqdim edilmiş dəmir boruların orta istismar parametrlərinə uyğun olaraq 2019cu ilin yanvar-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 852.348,00 manat müəyyən edilir. Buna baxmayaraq, ibtidai istintaq qurumunun “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 13 dekabr 2021-ci il tarixli qərarında boruları aşkar etmək müəyyən olunmadığından maddi ziyanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi əsasında 1.044.000 manat kimi qəbul edilməsi göstərilmişdir. Sonrakı məhkəmə araşdırmalarında ziyanın dəqiqləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, hətta apellyasiya instansiyası məhkəmələri tərəfindən 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurması barədə Məhkum qarşı irəli sürülmüş ittihamın (ziyanın) həcmi azaldılaraq 852.348,00 manat müəyyən edilməsinə baxmayaraq, qeyd olunanlar obyektiv həqiqətin tam və dürüst aşkar olunması, talanmış boruların həqiqi dəyərinin müəyyənləşdirilməsi zərurəti baxımından kifayət deyil. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 904 nömrəli xx.xx.2018-ci tarixli əmrdən görünür ki, 1984-cü ildən Siyəzən-Broyler ASC balansından istifadəyə yararsız olan, köhnələn və xarab olan uzunluğu 6289,46 metr olan 377 millimetrlik dəmir turba boru, 2104, 41 metr olan 273 millimetrlik dəmir turba boru və 2020,6 metr olan 426 millimetrlik dəmir turba boruların balansdan çıxarılması və tullantıların əvəzi kimi Məhkum verilməsi qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən göndərilmiş 1 noyabr 2021-ci il tarixli məktubla cinayət işinə "xxxx" ASC-nin 1 noyabr 2021-ci il tarixli 1455 №-li əmri əlavə edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş 904 nömrəli xx.xx.2018-ci tarixli əmr və "xxxx" ASC tərəfindən verilmiş 15 avqust 2018-ci il tarixli əmlakın (qiymətlilərin) ləğvi aktı tamamilə ləğv edilmişdir. Həmin 1455 nömrəli əmrdə göstərilmişdir ki, “29 oktyabr 2021-ci il tarixdə Məhkum tərəfindən Binəqədi RPİ-nin İŞ-nə təqdim edilmiş üzərində 904 nömrəsi olan 15 avqust 2018-ci il tarixli əmrlə və 15 avqust 2018-ci il tarixli əmlakın (qiymətlilərin) ləğvi aktı ilə tanış oldum, Məhkum əvəzsiz verilməsi nəzərdə tutulan metal borulara aid sənədlər tərəfimizdən araşdırıldıqdan sonra məlum oldu ki, həmin metal borular 1984-cü ildən Siyəzən Broyler ASC-nin istifadəsində olan, çürüməsinə və korroziyaya uğramasına baxmayaraq qismən yararlı olmuşdu, qismən yararlı olan metal borular Məhkum bizə verdiyi məlumata görə onun şəriki Zərərçəkmiş şəxs Siyəzən Broyler ASC-də götürdüyü işlərin qarşılığında verilmişdir.” İşdə olan məhkəmə-xətşünaslıq ekspert izasının 11 noyabr 2021-ci il tarixli 4/1455 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 10.5 sm X 14.5 sm, 13.0 sm X 23.0 sm və 12.5 sm X 14.5 sm karton kağız parçalarının üz və arxa tərəfində olan rəqəmlər və yazılar - Məhkum tərəfindən icra olunmuşdur. Həmin əlyazmanın məzmunundan görünür ki, Məhkum əlyazma ilə Zərərçəkmiş şəxs məxsus dəmir boruları qəbul etməsini təsdiqləmişdir. Həmçinin məhkumun müdafiəçisi vermiş olduğu kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə xx.xx.2025-ci il tarixdə dindirilmiş ekspert Şahid10 müdafiəçinin və sədrlik edən hakimin “Əgər müstəntiqin ekspertiza təyin edilməsi barədə qərarında tədqiqatı tələb edilən boruların 1984-cü ildən torpaq altında basdırılmış halda olması, 36 ildən artıq bu halda saxlanması təsvir edilsəydi və ya cinayət işin in materialları Sizə təqdim edilsəydi, sizin rəydə verilmiş yekun qiymətlər eyni ola bilərdimi?” sualına (sual iki dəfə verilib, əvvəl müdafiəçi, sonra sədrlik edən hakim tərəfindən) ekspert birbaşa qəti şəkildə bildirmişdir ki, belə məlumatlar və ya cinayət işinin materialları mənə təqdim olunmuş olsaydı, qiymətləndirmə fərqli olardı. Bundan başqa kassasiya şikayətində göstərilmişdir ki, həmin tarixdə ekspertə həm müdafiə tərəfinin həm də sədrlik edən hakimin verdiyi - “az işlənmiş su boruları hansılar hesab olunur?” - sualına, ekspert “10-15 il istismarda olmuş borular az istifadə olunmuş, istismara qismən yararlı hesab olunur” cavabını vermişdir. Həmçinin bildirmişdir ki, rəy müstəntiqin istismar müddəti göstərilməyən, boruların en kəsiyindən nümunələr əsasında verilmiş, tədqiqat zama nı Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında” xx.xx.2001-ci il tarixli 6 saylı qərarına və Ədliyyə Nazirliyinin xx.xx.1998-ci ildə təsdiq etdiyi “Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat”a əsaslanmamış, nümunələrin üzərində pas izləri olmasına baxmayaraq cinayət işinin materiallarının tələb olunması barədə vəsatət verməmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçinin kassassiya şikayətinin bu hissəsi ilə razılaşır və qeyd edir ki, məhkəmə kollegiyası bu xüsusatlarada diqqət yetirməmiş və nəticədə məhkumun zərər çəkmiş şəxsə vurduğun ziyanın məbləği dəqiq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertizaya göndərilən nümunələrin haradan əldə edilməsinə, o cümlədən həmin nümunələrin "xxxx" ASC-yə aid olan borulardan kəsilib-kəsilmədiyini təsdiq edə biləcək hər hansı məlumat cinayət işinin materilallarında yoxdur. Belə ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs qismində tanınmış şəxs Zərərçəkmiş şəxs ifadələrində gördüyü işlərin müqabilində 1 milyon 44 min manatlıq dəyərində, 11600 metr uzunluqda, 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm diametrliyində olan, 7-8 mm qalınlıqda olan su borularını və digər lom şəkildə olan dəmir məmulatlarını götürdüyünü bildirmişdir. Lakin həmin boruların ölçülərini və metrəsini hansı məbləğə verilməsini göstərməmişdir. 11 oktyabr 2021-ci il tarixli məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilməsi barədə qərarda göstəril ən su borularının qiymətinin hansı dövrə uyğun müəyyən edilməsi, nümunə üçün götürülmüş dəmir boruların hardan götürülməsi və boruların köhnə, yaxud təzə olub-olmaması, istifadəyə yararlı və ya qismən yararsız olması qeyd edilməmişdir. Göründüyü kimi, ekspertizaya təqdim edilmiş boru nümunələri cinayət işi üzrə hardan götürülməsi barədə qərar olmamışdır. Cinayət məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi Məhkum dələduzluq əməlinin ittihamdada həcmi düzgün müəyyən edilməmişdir. Yəni özg ənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əlamətinin iş üzrə sübuta yetirilməməsi dedikdə qərardan anlaşılmaz qalmış, ümumiyyətlə, məhkəmənin gəldiyi nəticələrin hansı maddi və prosessual hüquq normalarına istinad olunmaqla əsaslandırılması qeyri-müəyyənlik yaratmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 6-ci bəndində göstərilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işl ərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Ali Məhkəməsinin 8 avqust 2024cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin üzərinə qoyulmuş vəzifə zıyanın məbləğinin dəqiq müəyyənləşdirilməsi hissəsində apellyasiya məhkəməsi tərəfindən tam yerinə yetirilməmişdir. Bundan başqa apellyasiya məhkəməsi CPM-nin 391, 392, 394, 397 və 398-ci maddələrinin pozuntularına yol vermişdir. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələ rində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı cinayət nəticəsində vurulmuş ziyanın həcmi, yəni talanmış 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruların, onların diametrləri fərdiləşdirilərək və köhnəlməsi də nəzərə alınaraq, dəyəri müəyyən olunmalı, bu zaman işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkum və onun müdafiəçisi Müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-122 /2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin
Məhkəmə qərarları › İş №1(102)-1757/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1757/2025
12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver