Məhkəmə qərarları › İş №1(102)-1759/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1759/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1759/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Bədəlov Emil Nizami oğlunun iştirakları ilə Masallı Rayon Məhkə məsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ayaz Səlimov) xx xxxxxx 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Masallı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmünə əsasən CM-nin 244.2.2-ci maddəsi ilə təsqirli bilinib 3 (üç) il müddətə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, məhkumluğu olan, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Masallı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının qismən birləşdirilməsi və üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin, X10 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlu vəə məhkum X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər R.M.Cəfərov və E.İ.Əliyevdən ibarət tərkibdə) 22 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Masallı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Masallı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama barədə tanışı X10 ilə razılaşı b cinayət əlaqəsinə girərək istifadəsində olan, Masallı şəhərində yerləşən “Olimp” istirahət mərkəzinin otaqlarını cinsi əlaqədə olmaq üçün 2019-cu ilin iyul ayında çarpayı və yataq dəsti ilə təchiz edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bundan sonra zərərçəkən1 tanışları X3, X6, X4 və X7 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib, onların həmin istirahət mərkəzində kişi müştəriləri ilə cinsi əlaqədə olmaları üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otaqlarında müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaradıb bunun müqabilində hər qadından 10 manat pul alıb Məhkum verməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 13 fevral 2020-ci il tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan istirahət mərkəzinin əxlaqsızlıqla məşğul olmaq üçün təşkil edilmiş dörd saylı otağında X2, X3 ilə’ X1 Arzu İsabala qızı ilə cinsi əlaqədə olarkən həmçinin istirahət mərkəzinin ərazisində fahişəliklə məşğul olan X6 və X4 aşkar edilmiş, Kənan Novruzov və X12 X19 ilə cinsi əlaqədə olmağa görə verdikləri 60 manat pul aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum törətdiyi əməli səmimi olaraq etiraf etmiş, eyni zamanda, zərərçəkmiş şəxslər tərəfindən heç bir şikayət və tələbin olmamağı barədə məhkəməyə ərizə təqdim olunmuşdur. Müdafiə tərəfi olaraq Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzadan daha yüngül, yəni azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza təyin olunmasını xahiş edilsə də, məhkəmə hansı əsaslara görə imtina etdiyini öz qərarında əsaslandırmamışdır. Odur ki, qeyd olunanlara əsasən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yenidən araşdırma aparılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi E.N.Bədəlov çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsind ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının t ətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi E.N.Bədəlov tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəza nın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayət inin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu, məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilm əli olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir k i, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq e dilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təy in edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin ed ilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan şəxs olması, əməlindən səmimi peşiman olması, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmaması), cəzasını ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən əd alətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən veril miş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Bədəlov Emil Nizami oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar