Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1759/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından Məhkum3 müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi4 verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: G əncə Ağır Cinayətər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.T.Əliyev, hakimlər D.H.İmanov və F.N.Mahmudovdan ibarət məhkəmə tərkibi) Məhkum3 (xx xxxxx 1962-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5000 (beş min) manat miqdarında cərimə cəzasına, CM-in 32.4,312.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10000 (on min manat) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Məhkum3 barəsində qətimkan tədbiri qismində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, həmin qətimkan tədbirinin hökm qanuni qüvv əyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum3 təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmışdır. Həmin hökmlə Məhkum2 və X11 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2 və 313-cü maddələri ilə məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər E.İ.Xasməmmədov və İ.T.Həsənovdan ibarət məhkəmə tərkibi) Məhkum2 və onun müdafiəçisinin, məhkum X6 müdafəçisinin apellyasiya şikayətləri (məhkumlar Məhkum2 və X7 münasibətdə) qismən təmin edilərək, Gəncə Ağır Cinayətlər Məhkə məsinin 31 yanvar 2022-ci il tarixli hökmü Məhkum2 və Məhkum11ə aid hissədə dəyişdirilmiş, Məhkum3 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, Gəncə Ağır Cinayətər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü Məhkum3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir İşin halları: Hökmə əsasən Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəc əyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2011-ci il tarixli sərəncamı ilə XXX16nin başçısı vəzifəsinə təyin edilmiş Məhkum2 və XXX16nın 27 iyun 2012-ci il tarixli 96 nömrəli sərəncamı ilə XXX18nin müdiri vəzifəsinə təyin edilmiş X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2014-cü ilin əvvəllərində ünvan 2 ünvanının arxasında yerləşən 0,04 ha torpaq sahəsini Gəncə şəhər sakini Şahid9 adına sənədləşdirilib istifadəsinə verilərək orada həyata keçirəcəyi tikintiyə dair İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün XXX16nin başçısı kimi Məhkum2 və Məhkum11yə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 7.500 (yeddi min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.884 (beş min səkkiz yüz səksən dörd) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə Şahid9 razılığını alaraq, özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə sonuncudan 2014-cü ilin əvvəllərində XXX17ndə yerləşən 48 nömrəli binanın qarşısında 7.500 (yeddi min beş yüz) ABŞ dolları, həmin dövrün r əsmi məzənnəsi ilə 5.884 (beş min səkkiz yüz səksən dörd) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Məhkum2 və Məhkum11 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid9 5.884 (beş min səkkiz yüz səksən dörd) manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Məhkum2 və Məhkum11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid9 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə XXX16nin başçısı vəzifəsində işləyən Məhkum2 və XXX18nin müdiri vəzifəsində işləyən X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, XXX17 ərazisində dövlət mülkiyyətində olan 0,13 ha torpaq sahəsini Gəncə şəhər sakini Şahid10 adına sənədləşdirilib istifadəsinə verilərək onun orada aparacağı tikintiyə dair İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün XXX16nin başçısı kimi Məhkum2 və Məhkum11yə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 39.000 (otuz doqquz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 30.587 (otuz min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaiti nin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə Şahid10 razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə sonuncudan 2014-cü ilin əvvəllərində Gəncə şəhəri ərazisində özü və cinayətdən xəbərsiz olan Şahid11 vasitəsilə 39.000 (otuz doqquz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 30.587 (otuz min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Məhkum2 və Məhkum11 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 30.587 (otuz min beş yüz səksən yeddi) manat məbləğində - xeyli miqdarda ziyan vurm aqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Məhkum2 və Məhkum11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid10 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə XXX16nin başçısı vəzifəsində işləyən Məhkum2 və XXX18nin müdiri vəzifəsində işləyən X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2014-cü ilin iyun ayının əvvəllərində ünvan4 ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin övladı Rahil Ələkbərovun adına sənədləşdirilib istifadə sinə verilərək orada həyata keçiriləcək tikintiyə dair İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün XXX16nin başçısı kimi Məhkum2 və Məhkum11yə xidməti vəzifələrinin icrası ilə əlaqədar Rahil Ələkbərovun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 5.000 (beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.920 (üç min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunun atası, Gəncə şəhər sakini Şahid12 yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə Şahid12 razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə sonuncudan 2014-cü ilin iyun ayının əvvəllərində Gəncə ş əhəri ərazisində 5.000 (beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.920 (üç min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Məhkum2 və Məhkum11 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid12 3.920 (üç min doqquz yüz iyirmi) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Məhkum2 və Məhkum11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə e tmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə XXX16nin başçısı vəzifəsində işləyən Məhkum2 və XXX18nin müdiri vəzifəsində işləyən X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2014-cü ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə XXX17, Qocalar evinin şimal tərəfində yerləşən 0,06 ha torpaq sahəsinin kürəkəni X2 adına sənədləşdirilib faktiki olaraq Şahid23 istifadəsinə verilərək orada həyata keçiriləcək tikintiyə dair İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün XXX16nin başçısı kimi Məhkum2 və Məhkum11yə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid23 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 12.000 (o n iki min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9.411,60 manat (doqquz min dörd yüz on bir manat altmış qəpik) məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid23 razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə sonuncudan 2014-cü ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Gəncə şəhəri ərazisində 10.000 (on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Məhkum2 və Məhkum11 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncularla qabaqcadan əlbir olan bir qrup ş əxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid23 7.843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid23 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Məhkum2 və Məhkum11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid23 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə XXX16nin başçısı vəzifəsində işləyən Məhkum2 və XXX18nin müdiri vəzifəsində işləyən X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2014-cü ilin yay aylarında Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində Azərbaycan Respublikası Təhsil Nazirliyi XXX19in arxasında yerləşən 0,08 ha torpaq sahəsinin Gəncə şəhər sakinləri X5 və qardaşı X3 adına hər biri 0,04 ha olmaqla sənədləşdirilib istifadələrinə verilərək onların orada aparacağı tikintiyə dair İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün XXX16nin başçısı kimi Məhkum2 və Məhkum11yə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 26.500 (iyirmi altı min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 20.785 (iyirmi min yeddi yüz səksən beş) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını x20 və x21a yalandan bild irib, həmin məbləğin rüşvət qismində verilməsinə sonuncuların razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə sonunculardan 2014-cü ilin yay aylarında Gəncə şəhəri ərazisində 15.000 (on beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.765 (on bir min yeddi yüz altmış beş) manat, habelə eyni niyyətlə, bir neçə gün sonra qalan 11.500 (on bir min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9.020 (doqquz min iyirmi) manat pul vəsaitini x20un yaşadığı ünvan 4 ünvanının yaxınlığında sonuncunun qardaşı x21dan ona məxsus avtomobildə alıb, həmin pul vəsaitini Məhkum2 və Məhkum11 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə x20 və x21a 20.785 (iyirmi min yeddi yüz səksən beş) manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar x20 və x21un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Məhkum2 və Məhkum11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində x20 və x21u təkrarən təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum3 əməlində cinayət tərkibinin əlamətlərinin olması sübut olunmadığı halda o, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4cü maddələrində nəzərdə tutulmuş dələduzluq cinayətini, habelə 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə cinayətlərini törətməkdə təqsirli bilinmişdir. Müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2, X6 və Məhkum3 barəsində olan 27 aprel 2022-ci il tarixli qərarının Məhkum3 aid hissədə ləğv edilməsini, Məhkum3 barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə əməllərində dələduzluq və rüşvət verməyə təhrik etmə cinayətlərinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq edən sübutlar olmadığı halda Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilindiyini iddia etməklə, fa ktiki olaraq Məhkum3 aid hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsi ilə yanaşı, 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığ ını Məhkum3 münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum3 ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum3 müdafiəçisinin apellyasiya şikayətində gətirdiyi Məhkum3 Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhk əməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən məhkəmə-fonoskopik ekspertizasının rəyi, şahidlərin ifadələri, sənədlər, istintaq hərəkətlərinin protokolları, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Məhkum3 hərəkətlərində ona isnad edilən cinayətlərin tərkibləri ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuş və sübuta yetirilmişdir. Apellyasiya məhkəməsinin şərh olunan məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edili b qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum3 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının müəyyən edilməməsi, yəni mübahisələndirilən qərarın kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.6, 416.1.15-ci maddələrində göstərilən əsaslarla ləğv edilməsi, M əhkum3 barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində müvafiq dəlilin irəli sürülməməsinə baxmayaraq, mübahisələndirilən qərar aşaşğıdakı hallara görə dəyişdirilməlidir. Məhkum3 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilindiyi cinayətlərin ittiham aktında və məhkəmələrin yekun qərarlarında verilmiş təsvirlərindən görünür ki, o, bütün epizodlar üzrə əməllərini 2014-cü ildə (2014-cü ilin əvvəllərində, 2014-cü ilin iyun ayında, 2014-cü ilin avqust ayında və 2014-cü ilin yay aylarında) törətmişdir. Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsində isə təsbit edilmişdir ki, “müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır”. CM-in 15-ci maddəsində nəzərdə tutulmuş müddəaya görə CM-in 178.2-ci maddəsində göstərilən dələduzluq əməlləri az ağır cinayətlər kimi təsnif edilirlər. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin ittiham hökmü 31 yanvar 2022-ci il tarixdə çıxarılmışdır. Bundan görünür ki, Məhkum3 cinayət əməllərini törətdiyi 2014-cü ildən hətta onun haqqında ittiham hökmünün çıxarıldığı tarixə qədər 7 ildən artıq müddət ötməklə, dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Lakin, bəraətverici sayılmayan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş həmin əsasla (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə) şəxsin cinayət məsuliyyətindən azad edilməsinə (cinayət təqibinə xitam verilməsinə) yalnız müdafiə tərəfinin razılığı ilə yol verilir (CPM, maddə 43.3). Hazırki iş üzrə müdafiə tərəfi belə təşəbbüs irəli sürməmiş, bəraətverici sayılmayan əsasla cinayət təqibinə xitam verilməsinə razılığını da heç bir şəkildə ifadə etməmiş, əksinə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraatlarda olduğu kimi, kassasiya şikayətində də Məhkum3 bəraət verilməli olduğunu iddia etmişdir. CPM-in 44.2.1-ci maddəsinə əsasən, belə olan halda Məhkum3 barəsində ittiham hökmü çıxarılarkən ona təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2. 178.2.4-cü maddələri ilə cəza təyin olunmamalı, o, yalnız CM-in 32.4,312.2 -ci maddələrinə əsasən cəzalandırılmalı idi. Lakin, Gəncə Ağır Cinayətlər Məhkəməsi 31 yanvar 2022-ci il tarixli hökmlə Məhkum3 CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə də cəza təyin etmiş və yekun cəzanı cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydalarına (CM-in 66.3 və 66.4-cü maddələrinə) müvafiq surətdə müəyyən etmişdir. Qeyd olunan məhkəmə səhvi apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd həmin halı məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 416.1.9-cu maddəsində nəzərdə tutulmuş pozuntu kimi qiymətləndirir və hesab edir ki, məhkəmə qərarlarından Məhkum3 CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə və CM-in 66.3, 66.4-cü maddələrinə müvafiq olaraq – cinayətlərin məcmus u üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilməli, onun üzərində yalnız CM-in 32.4,312.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9000 manat miqdarında cərimə cəzası saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, lakin kassasiya instansiyası məhkəməsinin hüququn tətbiqi üzrə məsələləri kassasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq yoxlamaq vəzifəsini nəzərdə tutan CPM-in 419.1-ci və 419.1.9-cu maddələrinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının Məhkum2, X6 və Məhkum3 barəsində olan 27 aprel 2022-ci il tarixli qərarı Məhkum3 aid hissədə yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2, X6 və Məhkum3 barəsində olan 27 aprel 2022-ci il tarixli qərarı, habelə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü Məhkum3 aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin hökm və yekun qərardan Məhkum3 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, habelə CM-in 66.3, 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum3 üzərində yalnız Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat miqdarında cərimə cəzası saxlanılsın. Məhkum3 aid qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1759/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1759/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver