Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1759/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçiləri Müdafiəçi2 və X7 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü il ə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X18 (sədrlik edən), X22 və X11 ibarət tərkibdə) 14 mart 2022-ci il tarixli hökmü ilə 2 yanvar 1979-cu ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Zərdab şəhəri Samir Bayramov küçəsi 1 saylı evdə qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədi lməsində təqsirli bilinmiş və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 6 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X32 (sədrlik edən), X8 və X12 ibarət tərkibdə) 24 may 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 1(099)203/2022 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 1(099)203/2022 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 14 avqust 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 166-cı kilometrliyində özünə məxsus, idarə etdiyi «Mercedes-Benz E220» mark alı, **-GX-*** qeydiyyat nişanlı minik avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanının) tələblərinə riayət etməyərək sürətin 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120 km/saat sürətlə idarə etmiş, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda «Mercedes-Benz Axor» mark alı yük avtomobilinin sağ zolaqla hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gələrsə, sola doğru təhlükəsiz manevr aparmaqla həmin yük avtomobilinin sol tərəfindən ötüb getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında yuxulamaqla avtomobilin idarə olunması ilə əlaqədar olan hərəkətləri təhlükəsiz yerinə yetirməyib avtomobilin qabaq hissəsini qarşıda 60 km/saat sürətlə hərəkətdə olan, Şahid1 yol vərəqəsi ilə idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Mercedes-Benz Axor» markalı, **-JK-*** qeydiyyat nişanlı yəhərli dartıcı tipli yük avtomobilinin «Schmıtz» markalı, 99- ZB-711 qeydiyyat nişanlı tentli-furqon tipli yarımqoşqusunun arxa hisəssi ilə toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan üç şəxsin«Mercedes-Benz E220» markalı minik avtomobilinin sərnişinləri 1986-cı il təvəllüdlü, zərərçəkmiş X1 əsası sümüklərinin sınığı, beyin qişaları altına və mədəciklərinə, beyinin alın payına qansızma, alın nahiyəsinin geniş ölçülü sıyrığı kimi xəsarətlərlə müşayiət edilən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində ölümünə, 1975-ci il təvəllüdlü zərərçəkmiş X9 döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yarısının, qabırğaların çox saylı sınıqları, döş sümüyünün sınığı, ağ ciyərin sağ payının çoxsaylı didilib cırılmış yaraları, hemopnevmatoraks, başın üz hissəsinin 3 ədəd cırılmış yaraları kimi xəsarət lərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində ölümünə, 2010-cu il təvəllüdlü zərərçəkmiş X2 əsası sümüklərinin sınığı, beyin qişaları altına və mədəciklərinə, beyinin alın payına qansızma, alın nahiyəsinin geniş ölçülü sıyrığı kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində ölümünə, digər sərnişinlər- 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 alın nahiyəsinin yarası, sol yanaq nahiyəsinin sıyrığı xəsarətləri almaqla sağlamlığın qısa müddət pozulmasına səbəb oduğundan sağlamlığına yüngül zərər vurulmasına, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 alın nahiyəsinin və burunüstü nahiyənin sıyrığı ilə -müşayiət edilən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, «Schmıtz» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı tentli-furqon tipli yarımqoşqunun zədələnməsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2175.26 (iki min yüz yetmiş beş manat iyirmi altı qəpik) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum əvvəllər məhkum olunmamış, törətdiyi əməldən səmimi peşmandır. Bundan başqa ibtidai istintaqın gedişinə mane olmamış, verdiyi ifadələrlə istintaqın gedişinə fəal köməklik etmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamışdır. Himayəsində 2 övladı vardır. 20 yaşında övladı ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Valideyn himayəsindən kənar ehtiyaclarını qarşılaya bilmir. Məhkum arvadı X13 isə İİ qrup əlildir. Bundan başqa Zərdab rayonu Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin xx.xx.2021-ci il tarixli arayışından da göründüyü kimi Məhkum yaxın qohumu, mayor X15 2-ci Qarabağ Müharibəsində şəhid olmuşdur. Eyni zamanda zərərçəkmiş şəxslər X4 və X10 hüquqi varisi kimi tanınmış X19, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəyyumları Şahid3 Məhkumla barışdıqlarını, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, şikayət və tələblərinin olmadığını göstərmişlər. Məhkum oğu ailədə tək gəlir gətirən şəxsdir. Buna görə də, hazırda onun ailəsinin maddi vəziyyəti olduqca ağırlaşmışdır. O, avtomobildən düşdükdən sonra sol arxa qapını açmış, iki nəfər uşaqları çıxa rtmışdır. Ölən qız uşağını avtomobildən çıxarıb yolun sağ kənarına qoymuşdur və üzərini örtmüşdür. Yaralanan bir qız və bir oğlan uşağını oradan keçən avtomobillərdən biri ilə Kürdəmir Rayon Xəstəxanasına yola salmışdır. Yəni özü yaralı olsa da, avtomobildəki şəxslərə tibbi yardım göstərilməsi üçün müvafiq tədbirlər görmüşdür. Bütün bunlar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (099)-203/2022 saylı, 14 mart 2022-ci il tarixli hökmündə öz əksini tapsa da, cəza təyini zamanı kifayət qədər nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasına baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxs səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu da bir daha təsdiq edir ki, göstərilən yüngülləşdirici hallar cəza təyin edilərkən nəzərə alınmamışdır. Şirvan Apellyasiya Məhkəməsi isə bütün bunların apellyasiya şikayətində qeyd olunmasına baxmayaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmünü dəyişdirmədən qüvvədə saxlamışdır. X6 Məhkəməsi tərəfindən apellyasiya şikayətində mübahisələndirilən hallara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. Kassasiya şikay ətində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarını cəzanın təyin olunmasına dair hissədə dəyişərək Məhkum cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunmaqla onun azadlıqdan məhrum etməmə növündə cəzaya məhkum edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkum kassasiya şikayətini eyni dəlillərlə əsaslandırıb eyni tələbi irəli sürmüşdür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquq i məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəmə si birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün t ətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, məhkum və müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin şikayətlərində cəzanı yüngülləşdirən halların nəzərə alınmamasını, ağır cəza təyin olunmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişilməli olması haqqında tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir Kassasiya məhkəmə kollegiyası Məhkum təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrüb əsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şərait i və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 say lı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayəti n xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları (zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, arvadı Elnarə Abbasovanın 2-ci dərəcəli əlil olmasını və qohumunun 2-ci Qarabağ müharibəsində şəhid olmasını) və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, bir inci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.1-ci maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları və ağırlaşdırıcı halın olmamasını kifayət qədər nəzərə alaraq, Məhkum həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da Məhkum cəzasını yüngülləşdirən hər hansı bir hal müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyas ı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkuml arı islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, t əqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstəril məli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışlar. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngüll əşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa sö ykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlan ılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1759/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1759/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver