Məhkəmə qərarları › İş №1(102)-1759/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1759/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1759/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Fərzəliyeva Nardanə Sədi qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, 1 may 1985-ci il tarixdə Zəngilan rayonunun Qaraqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç ye rdə işləməmiş, Zəngilan rayonunun Ağbənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşamış, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 6 oktyabr 2022-ci il tarixdən 8 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum başqa mənbədən satış məqsədi ilə külli miqdarda,yəni ümumi təmiz çəkisi 2,994 qram psixotrop maddə metam fetamin əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 6 oktyabr 2022-ci il tarixdə saat 23:10-da Bakı şəhəri Sabunçu rayonu Baybakov küçəsində yerləşən yataqxananın yaxınlığında saxlanılıb ərazi aidiyyəti üzrə 12-ci PŞ-yə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd üzərində «silver style» yazısı olan boz rəngli qutuda saxladığı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,439 qram, 0,565 qram, 0,990 qram, ümumi təmiz çəkisi 2,994 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi N.S.Fərzəliyeva tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 19 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilərək Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 6 oktyabr 2022-ci il tarixdən 8 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzada n çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1 və ya 234.1-ci maddəsinə tövsif edilməsini və cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin olunmuş cəza müddətinin azaldılmasını, məhkumun müdafiəçisi N.S.Fərzəliyeva isə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr onun barəsində yekun məhkəmə aktları qəbul edərkən cəzanı yüngülləşdirən halları nəzərə almadan ədalətsizliyə yol vermişlər, onun törətdiyi cinayəti isə düzgün tövsif etməmişlər. Belə ki, onun ilk məhkumluğu, Zəngilan rayonundan məcburi köçkün olması, yataqxanada ağır şəraitdə yaşaması, törətdiyi əməldən səmimi peşman olması, narkotik asılılığından əziyyət çəkməsi, 44 günlük İİ Qarabağ müharibəsində fəal iştirak edərək qazi olması, müxtəlif medallarla təltif olunması, evin tək ö vladı olmaqla himayəsində yaşlı ata və anasının olması məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə aşkar edilməmiş, o, yalnız narkotik vasitələrin istifadəçisi olmuş, belə vasitələrin satışı ilə məşğul olmamışdır. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə, tərəzi aşkar olunmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların mövcudluğu, o cümlədən telefon yazışmalarının olması müəyyən edilməmiş, bu haqda hansısa şahidlərin ifadələri əldə olunmamış, ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız polis əməkdaşlarının qərəzli ifadələrinə əsaslanmışdır. Odur ki, Məhkum kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 27 dekabr 1996cı il tarixli, 4 saylı Qərarına, hüquqlarını müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi N.S.Fərzəliyeva həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsə elan olunmuş ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, müvək kilinin hüquqları ibtidai istintaq orqanı və məhkəmə tərəfindən kobud şəkildə pozulmuş, faktiki olaraq ona istinad edilən cinayət əməlini törətmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, bu da Məhkum ağır cəza təyin edilməsi ilə nəticələnmişdir. Məhkum narkotik vasitələrin istifadəçisi olsa da, belə vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, o şahidlərin və özünün ilkin fiziki təzyiq altında verdiyi izahatında göstərdikləri kimi, Sabunçu rayonu, Baybakov küçəsində yerləşən yataqxananın yaxınlığında saxlanılmamış, evində olan vaxtı polis əməkdaşları evə daxil olmuş, onu və həmin vaxt onunla birlikdə olmuş X adlı tanışını Polis Bölməsinə aparmış, sonradan isə Tofiqi buraxmışlar. Onun evindən heç bir qadağan olunmuş əşya tapılmamış, həmç inin üzərində də narkotik vasitə olmamışdır. Məhkum Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə gətirilən gün polis əməkdaşları tərəfindən döyüldüyünü, polis əməkdaşları qapını çırparaq onun əlini qapıda qoymaqla barmaqlarını qırdıqlarını, ona qarşı edilmiş fiziki təzyiqin, işgəncələrin nəticəsində imzalar etdiyini söyləmiş, dövlət hesabına təyin olunan vəkildən isə niyə onu tək qoyub getdiyini soruşduqda, sonuncu orderini unutduğunu bildirmiş, sonradan da onun hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirməmişdir. Tutulduqdan sonra Məhkum Müvəqqəti Saxlama Yerinə, daha sonra isə rayon prokurorunun qəbuluna aparılmış, orada prokurora polis əməkdaşlarının qanunsuz əməllərindən danışmışdır. Bundan başqa Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıma sına dair özündən qanunsuz yolla alınmış ifadələrdən başqa hər hansı sübut istər ibtidai arşdırma zamanı, istərsə də cinayət işinə məhkəmələrdə baxılarkən əldə edilməmiş, onun barəsində fiziki zorakılığın tətbiqi vasitəsilə əldə olunmuş sübutlar isə qanuni yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmələrin sübut kimi istinad etdikləri 9 mart 2023-cü il tarixli protokolda əks olunmuş yazışmalarda isə Məhkum hər hansı narkotik vasitənin kiməsə satması halı müəyyən edilmir, həmin yazışmalarda yalnız Məhkum özü də narkotik vasitənin istifadəçisi olduğundan tanıdığı narkotik vasitə aludəçisi olan şəxslərə narkotik vasitənin yarı-yarıya pulunu ödəyib qəbul etdiklərini bildirmiş, özü də həmin narkotik vasitəni başqa adamlardan alaraq digər şəxslərlə birlikdə qəbul edirmişdir. B ununla yanaşı müstəntiq tərəfindən ittiham aktı tərtib olunarkən, habelə məhkəmələr tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi həll olunarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi N.S.Fərzəliyeva onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkumun müdafiəçisi N.S.Fərzəliyeva məhkəmə iclasına naməlum səbəblərdən gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rə yini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum və onun müdafiəçisi N.S.Fərzəliyevanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi N.S.Fərzəliyevanın ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli iclasına təyin edilmiş və kassasiya şikayətlərinə məhkəmə baxışı iclası keçirilməzdən əvvəl Məhkum 7 oktyabr 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin onlara baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsi rəisinin 7 oktyabr 2024-cü il tarixli 3-16-17/29/2-4618/2024 nömrəli məktubu ilə müşaiyət edilmiş və həmin sənədlər poçt vasitəsilə Ali Məhkəməyə göndərilmişdir. Məhkum həmin ərizəsi ilə b ağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüqu quna malikdir. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib həmin ərizənin təmin edilməsi və kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi N.S.Fərzəliyeva tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmalı və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi N.S.Fərzəliyeva tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın və həmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar