Məhkəmə qərarları › İş №1(102)-1759/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1759/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1759/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Telman Hüseynov, hakimlər Əhməd Quliyev və Fərid Namazov) 15 mart 2024-cü il tarixli hökmü ilə xx xxxxxx 1976-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hal-hazırda Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü mad dələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olmadığından, ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2022-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) 1(103)-1304/2024 nömrəli 05 iyun 2024- cü il tarixli qərarı ilə məhkum X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-253/2024 nömrəli, 15 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz və dövlət ittihamçısı tərəfindən kassasiya protesti daxil olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İttiham aktına və hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istin taq orqanının gəldiyi nəticəyə görə, Məhkum qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq “Seyid” adlı İran İslam Respublikası vətəndaşının qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Yasamal rayonu ərazisində qrupun digər üzvü istintaqa mə lum olmayan şəxsə verdiyi bir ədəd bükümdə təmiz çəkisi 3,042 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 24 noyabr 2022-ci il tarixdə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus “Xiaomi Redmi A9” markalı “M2006C3LG” modelli “**********63175, **********63178” “imei” kodlu mobil telefon aparatına yüklənmiş “Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşının istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkana, yəni Yasamal rayonu ərazisinə gələrək istintaqa məlum olmayan şəxsdən həmin narkotik vasitə olan külli miqdarda heroini əldə edərək sonradan satışdan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə üzərində saxlamaqla daşımış, 25 noyabr 2022- ci il tarixdə saat 20:50 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasmal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,042 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, məhkəmələr qərar qəbul edərkən heç bir əsası olmayan sübutlara əsaslanmış və barəsində ədalətsiz qərar qəbul etmişlər. Bu səbəbdən məhkum barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini və ya Bakı Apellyasiya Məhkəməsinin (103)-1304/2024 nömrəli 05 iyun 2024cü il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyə n edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini C PM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qəra r kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və X6 bəraət verilməsi iddia edilərək, faktiki olar aq mübahisələndirilən hökmün ləğv edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi X2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqd a və məcmu halında qiymət verən Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq X2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsa sən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi veril mişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daş ıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməli alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məc əllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlaması nı təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin madd ələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində tutulana qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 1 ünvanında Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında yaşadığını, Füzuli rayonundan olduğunu, 2 il öncə dövlət tərəfindən ona ev verildiyini, 25 noyabr 2022-ci il tarixdə səhər saat 11-12 radələrində onun telefonuna zəng gəldiyini, zəng edən şəxsin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin əməkdaşı olduğunu bildirdiyini göstərmişdir. O, ifadəsinə davam edərək qeyd etmişdir ki, zəng edən şəxs onun evində olduğunu və ondan Füzuli rayonuna getmək istəyib-istəmədiyini soruşaraq görüşmək istədiyini bildirmişdir. O isə həmin şəxsə hazırda işdə olduğunu, yalnız işdən çıxdıqdan sonra görüşə biləcəklərini bildirmişdir. Bir az keçdikdən sonra ona iki nəfərin yaxınlaşdığını görmüşdür. Ona yaxınlaşan şəxslər, yəni polis əməkdaşları onun telefonunda Qəribala adlı şəxslə narkotiklə bağlı yazışmasını görmüşlər, hansı ki, həmin yazışmada o, Qəribalaya, “bu nə maldır mənə vermisən, torpaq kimidir” sözlərini deyir. Polislər ona Qəribala ilə bağlı nəsə etməyəcəklərini bildirmişlər, lakin narkotikin satışı ilə məşğul olan İran İslam Respublikası vətəndaşı olan şəxsin yaxalanmasında onlara kömək edilməsi üçün həmin şəxslə danışmasını, həmin şəxsi yola gətirməsini bildirmişlər ki, narkotik göndərilməsi zamanı polislər həmin şəxsi yaxalasınlar. Ona görə də o, həmin şəxslə, yəni narkotikin satışı ilə məşğul olan şəxslə danışıqlar aparmış, yalandan həmin şəxsə narkotiki satmasında köməklik edəcəyini demişdir. Lakin o, nə qədər cəhdlər etsə də, həmin iranlı şəxs ona narkotik vasitə göndərməmişdır. Daha sonra polislər onunla əlaqə saxlayıb saat 9-un yarısında onunla görüşüb, onu 28-ci Polis Bölməsinə aparmışlar. Bölmədə polislərin ona hədə-qorxu gələrək, onların dedikləri ilə razılaşmayacağı təqdirdə evindən narkotik vasitə çıxardacaqlarını və ailə üzvləri üçün də problem yaranacağını bildirmişlər. Polislər onun evinin içərisinin necə olduğunu, hansı əşyanın harada yerləşdiyini dəqiqliyi ilə dedikdən sonra, o əmin olmuşdur ki, polislər artıq onun evində olublar. O da öz ailə üzvlərinə görə qorxduğu üçün narkotik vasitəni boynuna götürmüşdür. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Məhkum bildirdirmişdir ki, sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı Səid adlı bir iranlı şəxslə tanış olub, ondan narkotik satmasını istəmiş, lakin həmin Səid adlı şəxs ona heç bir narkotik vasitə göndərməmişdir. O, polis əməkdaşlarının Səid adlı şəxsi yaxalaya b ilməsi üçün, Səidə yalandan narkotik vasitəni satıb pulunu ona verəcəyini demiş, lakin Səid adlı şəxs ona narkotik vasitə göndərməmişdir. Telefonunda olan yazışmaların polislərin tapşırığı əsasında edildiyini, metadon suyu içdiyi üçün narkotik vasitəni hər gün deyil, arabir qəbul etdiyini, şəxsi istifadəsi üçün narkotik vasitəni 10 manata Yasamal ərazisində satışı ilə məşğul olan şəxslərdən aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşı Şahid2 ilə birlikdə noyabr ayının 25-i, axşam saat 8-9 radələrində Məhkum Yasama l rayonu, Şərifzadə küçəsində gedərkən saxlayaraq 28-ci Polis bölməsinə aparmışlar. Daxil olan əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, lakin sonradan müəyyən olunmuşdur ki, Məhkum sadəcə narkotik vasitə istifadəçisidir. Polis bölməsində təhqiqatçı, müdafiəçi, Şahid2 və özünün iştirakı ilə videoçəkiliş vasitəsilə Məhkum üzərinə axtarış keçirilən zaman onun üzərindən heroin aşkar olunmuşdur. Məhkum təklif edilmişdir ki, üzərində nəsə varsa təqdim etsin, o da heroini sağ yan cibindən çıxardıb təqdim edərək, öz istifadəsi üçün əldə etdiyini demişdir. Daxil olan əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olsa da bu, öz təsdiqini tapmamışdır. Bundan başqa Məhkum telefonunda İran İslam Respublikası vətəndaşı ilə yazışmaları aşkar edi lərək, onun İran İslam Respublikası vətəndaşından narkotik vasitə aldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Məhkum üzərindən aşkar olunmuş heroin təxminən 3-4 qram olmuşdur. Bundan başqa o, Məhkum saxladıqları gündən öncə görmədiyini, heç bir tanışlığının olmadığını, onu axtarmaq üçün Qobu qəsəbəsində və ya evində hər hansı əməliyyat tədbiri keçirmədiklərini, təqsirləndirilən şəxs Məhkum narkotiki vasitəni özünün təqdim etdiyini, onlar tərəfindən onun boynuna qoyulmadığını, onun mobil telefonunda narkotik vasitəni İran vətəndaşı ilə yazışmalarını görmələri, yazışmalarda Məhkum İran vətəndaşından narkotik vasitə istəməsi, lakin narkotiki kiməsə verməsi barədə yazışmaların olmadığını bildirmişdir. Şahid1 ifadə verdi kdən sonra çarpaz suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, tutulmamdan bir müddət əvvəl Şahid1 onunla üzbəüz danışmış, sonuncu ona yaşadığı evdən, yəni Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasından çıxmasını tələb etmiş, tutulmağından bir gün öncə şahid Yasamal rayonu, Dağlı məhəlləsində onunla görüşüb onu tutacağını bildirmişdir. Şahid1 təqsirləndirilən şəxs Məhkum dedikləri yalan və cəfəngiyyat adlandırmış və həmin ifadələri təkzib etmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı X11 göstərmişdir ki, noyabr ayının 25-i günortaya yaxın qapıları döyülmüş, qapını açnda 2 nəfər cavan oğlanın ondan Rövşəngilin evi olub-olmamasını, Rövşənin evdə olubolmamasını soruşmuşlar. Rövşənin evdə olmadığını deyəndə, onlar harada olduğunu soruşmuş, o, Rövşənin Yasamalda işdə olduğunu və evə axşam gələcəyini demişdir. O, həmin şəxslərə nəyə görə soruşduqları barədə sual verdikdə onlar “Qaçqınkom”dan gəldiklərini, Rövşənlə işləri olduqlarını demişlər. O, Rövşənin gəlməyini gözləmiş, lakin Rövşən axşam gəlməmişdir. O, yaxınlardan, qohumlardan, tanışlardan “Qaçqınkom”dan kiminsə onlara gəlib-gəlmədiyini soruşduqda, “yox” cavabı almış, Rövşəndən xəbər çıxmadıqda sonuncunu axtarmışlar. Təxminən 3-4 gün sonra Rövşən zəng edərək özünün “Qaçqınkom” adı ilə çağırılıb tutulduğunu demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X11 3 ilə yaxındır ki, Qobu qəsəbəsində məcburi köçkün kimi yaşadıqlarını, heç kimin onları evdən çıxmağa və evi əllərindən alm ağa məcbur etmədiklərini, evdən çıxarılmaq və köçürülmək təhlükələrinin olmadığını bildirmişdir. İşdə olan 25 dekabr 2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda 26 dekabr 1976-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4) İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarı ş və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 070-333-13- 20 simkart nömrəsi olan “Redmi” markalı mobil telefonu, 11 (on bir) manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində 4098 5844 6421 4509 nömrəli plast ik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Məhkum təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 3,61 (üç tam yüzdə altımış bir) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd bank kart bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 11 (on bir) manat pul isə şübhıli şəxsin özünə geri qaytarılmışdı r. Məhkum verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsin vasitəsilə bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisindən şəxsi istifadəçisi üçün 60 manata aldığını, heç kimə narkotik vasitə satmadığını başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30- 32). İşdə olan mobil telefona baxış keçirilməsi barədə 15 fevral 23-cü il tarixli protokoldan görünür ki, iş üzrə şəxsi axtarış zamanı Məhkum götürülmüş “Xiaomi Redmi A9” markalı “M2006C3LG” modelli “**********63175” və “**********63178” İMEİ kodlu mobil telefona baxış keçirilm iş, müəyyən edilmişdir ki, telefon aparatında olan +99 933-792- 61-64 nömrəsindən Məhkum istifadə etdiyi “Whatsapp” mobil tətbiqinə 24 noyabr tarixdə saat 16:49-da “Salam”, həmin tarixdə saat 17:23-də “Nejasan” ismarışlarının olduğu müşahidə edilmiş, Məhkum isə həmin ismarışlara cavab olaraq saat 18:09-dəqiqədə 09 saniyə müddətində səs ismarışı göndərmişdir. Həmin ismarışda “sağol qardaşım şükür Allahın birliyinə sağol belə də genə işimizi görürük də beləncinə” ifadələri vardır. Daha sonra saat 18:26-dəqiqədə qarşı tərəf Məhkum “bu gun mal goturasan gadan alım” ismarışını göndərmiş, saat 18:28-dəqiqədə 5 saniyə müddətində “dayı gündə nə vaxt götürüsən qadan alım, günə nə qədər saata bilirsən” 18:29-dəqiqədə 6 saniyə müddətində “gə bu gün hərəsindən götür bidənə gə hərəsindən birini verim” 18:33 dəqiqədə 03 saniyə müddətində “gə bir az götür hərəsindən”, 18:33 dəqiqədə 04 saniyə müddətində “qiymətində də səni gözlüyərəm arxayın ol” ifadələrinin olduğu aşkar edilmişdir. Daha sonra 26 dekabr 2022-ci il tarixdə saat 07:08 dəqiqədə qarşı tərəf “Salam” ismarışı göndərmiş, Məhkum həmin ismarışa cavab olaraq həmin tarixdə saat 12:05 dəqiqədə 49 saniyə müddətində səsli ismarış göndərmişdir. Həmin ismarışda Məhkum “qaqa sə bir söz deyim qardaşımsan qadan alaram, mən srokdan təzə çıxmışam mənim əlimdə maya yoxdu, amma qəşəy qlyentdərim var, mənə elə əsas de Səid arada nisyə atır, oları şey eliyirəm pulunu qaytarıram Allah köməyi olsun səid qardaşdı. Belə nisyə atsan misalcün 10 dənə 15 dənə 5 dənə, axşama elə bil nə vaxt atsan, axşam atsan səhər axşamı pulun verirəm, nə vaxt atdın həm in axşam yox səhər axşamı pulun verirəm, lap 30 dənə də atsan sabah axşama pulun verirəm, lap 40 dənə də atsan sabah axşama pulun verirəm, fərqi yoxdu səid məni tanıyır” ifadələrini işlətmişdir. Daha sonra qarşı tərəf həmin tarixdə saat 20:32 dəqiqədə “Seyid dedi Rovshan sana klent verajay” ismarışını göndərmişdir. Bundan başqa həmin tətbiqdə Seyit adı ilə qeyd edilmiş +98 901-752 -20-30 nömrəsini istifadə edən şəxslə Məhkum yazışmalarına baxan zaman 25 noyabr 2022-ci il tarixdə saat 14:02 dəqiqədə 11 saniyə müddətində Seyit kimi qeyd edilmiş şəxs Məhkum səs ismarışı göndərmişdir. Həmin səs yazısında “problemi yoxduye danışginən danışginən mə desə deyəcəm atginən müşgülü yoxdu, təhqiredici ifadələr, Gülağa mənə cavab vermədi sən oradasan sən orda ola ola mənim pulumu yedi” ifadələri qeyd edilmişdir. Buna cavab olaraq Məhkum həmin tarixdə saat 14:02 dəqiqədə 7 saniyə müddətində səsli ismarış göndərmişdir. Həmin ismarışda “sən narahat olma da qaqa narahat olma da qaqa narahat olma verəjəydi mən saa dünən söz dedim axı” ifadələrini işlətmişdir. Daha sonra Məhkum saat 14:04- dəqiqədə 21 saniyə müddətində yenidən səsli ismarış göndərmişdir. Həmin ifadədə “sa mən necə dəfə dedim ay qaqa ümumiyyətcə nisyə heç kimə vermə, mənim özüm sənə yalvarıram mənə nisyə vermirsən” ifadələri qeyd edilmişdir. Saat 14:14-də Seyit adlı şəxs 21 saniyə müddətində ismarış göndərərək “kaş onda deyərədim onun 5- ni sənindi onun 5-i onundu, 5 dənəni ondan götürərsən” ifadələrini qeyd etmişdir. Daha sonra saat 15:30 dəqiqədə Məhkum Seyit adlı şəxsə 35 saniyə müddətində səsli ismarış göndərərək “Səid A llaha and olsun ağrıyıram lomkadayam, bir nəfər var ona da pul verdim 20 manat, 20-cə manat pulum var idi o da atdı getdi, mən də ölürəm mənə bidənə metadon tabletkası yarım dənə də olsa, yada nə bilim nol iki zad, kola zad nətər bitəhər düz qoş elətdirə bilərsən” ifadələrini qeyd etmişdir. Daha sonra Seyit adlı şəxs saat 15:41 dəqiqədə 12 saniyə müddətində səsli ismarış göndərək “qaqaş başıva dolanım təhqiredici ifadələr, vəziyyətim xarabdı, Əşrəf də dayanıbdı Əşrəfə də mal göndərə bilmirəm, Gülağa təhqiredici ifadələr məni pis vəziyyətdə qoydu” ifadələri qeyd edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 116-117). İşdə olan məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli, 789 saylı rəyindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya x əstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140- 141). Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 15 mart 2023cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Məhkum heroini əldə etdiyi “Seyid” adlı şəxs və digər şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 176-177). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, İmanov X8 Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli hökmü nə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 86-87, 88-95, 128-131). Bakı şəhər Probasiya İdarəsindən verilmiş 11 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 (dörd) ay 24 (iyirmi dörd) gün hissəsindən şərti vaxtından əvvəl şərti azad edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qərarı 04 noyabr 2019-cu ildə Yasamal rayon İcra və Probasiya şöbəsi nin icraatına daxil olmuş, onun 26 fevrak 2019-cu il tarixdə cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunm ası bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tət biq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təkcə bu faktın mövcudluğu məhkum barəsində bəraət hökmünün çıxarılması üçün kifayət deyildir. CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülür. Lakin məhkum X2 ittiham olunduğu cinayət əməlini törətməsi təkcə onun etirafedici ilkin izahatları ilə deyil, həmçinin, iş materiallarında olan digər sübutlarda da təsdiq olunur. Qanunun tələbinə əsasən isə təqsirləndirilən şəxsin təqsirsizliyi ni şübhə altına alan hallar mövcud olduqda, onun barəsində bəraət hökmünün çıxarılmasına yol verilmir. Qeyd olunan halların mövcudluğu əməliyyat fəaliyyətinin qüsurlu aparılmasına dəlalət edir, ancaq heç bir halda məhkum barəsində bəraət hökmünün çıxarılması üçün əsas deyildir. Çünki, yuxarıda qeyd olunduğu kimi, məhkumun ittiham olunduğu cinayət əməlini törətməsi digər mötəbər və mümkün sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin y uxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, X2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas lar mövcud deyildir. Məhkumun ona həmin hökmlə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət t əqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin tə qsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əm əli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349. 4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cin ayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu m üəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. X2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, a pellyasiya instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və ən aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericil iyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinay ətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum X9 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaq ı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, X2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1304/2024 nömrəli 05 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar