Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-176/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Quba Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmünə əsasə n Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 30 noyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1994-cü il tarixdə Sabirabad rayonu, Məmişlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) i l müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən xx.xx.2020-cı il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibb i xarakterli məcburi tədbiri tətbiq edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) 15 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin 1(027)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 179.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 4 (dörd) ay, ümumilikdə 01 (bir) il 4 (dörd) ayın 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 02 (iki) il 08 (səkkiz) ay 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmış və Məhkum üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Məhkum üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulmuşdur: - yaşayış yerini - Sabirabad rayonu, Məmişlər kəndini saat 22:00-dən 07:00-dək tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orq anı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkum cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 15 iyun 2019-cu il tarixdə səhər saatlarında sifariş əsasında "xxxx" MMC-nin Bakı şəhərində yerləşən anbarından Quba və Qusar rayonlarına göndərilmiş ərzaq məhsullarını şirkətin satış təmsilçisi Şahid1lə bir likdə Şahid2 idarə etdiyi “Otego” markalı, “90-HF- 724” dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirilərək ondan 16057,98 (on altı min əlli yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində məhsulu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid3 məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən topdan satış mağazasına təhvil verilməsində, həmçinin, 305,76 (üç yüz beş manat yetmiş altı) manat məbləğində məhsulu yenə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər fiziki şəxs Şahid5 məxsus Qusar şəhəri, Ləzgi Əhməd küçəsində yerləşən pərakəndə satış mağazasına təhvil verilməsində fəhlə qismində iştirak etmiş, sonra həmin malların cəmi dəyəri olan 16363,74 (on altı min üç yüz altmış üç manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Şahid1 verilmiş, lakin son uncu Xaçmaz şəhərində olan yaxın qohumlarının yanına getməli olduğundan həmin məbləğ Şahid2 idarə etdiyi yük avtomobili ilə Bakı şəhərinə, "FF Supply Services” MMC-nin ofisinə çatdırılmasından ötrü ona verilmiş, lakin Bakı şəhərinə qayıdaraq pulu şirkətə təhvil verməli olduğu halda, həmin gün saat 23 radələrində Masazır qəsəbəsində avtomobildən düşərək şirkətə təhvil verilməsi məqsədilə ona etibar edilmiş 16363,74 (on altı min üç yüz altmış üç manat yetmiş dörd qəpik) manat məbləğində vəsaiti şirkətə təhvil verməməklə öz şəxsi ehtiyaclarına sərf edərək xərcləyib ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkəmə kollegiyası Məhkum psixi xəstəliyinin olmasını, cavan olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. İşin hallarından isə görünür ki, Məhkum tərəfindən vurulmuş maddi ziyan ödənilməmiş, bu da öz növbəsində zərərçəkmiş şəxsin haqlı narazılığına səbəb olmuş, maddi ziyanın ödənilməməsi və bu istiqamətdə təqsirləndirilən şəxs tərəfindən hər hansı cəhdin edilməməsi məhkəmə tərəfindən nəzərə almamışdır. Məhkəmə baxışında tədqiq edilən sübutlardan görünür ki, təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməl böyük ictimai təhlükə törətməyən cinayət deyil, az ağır cinayətlər kateqoriyasına aid olan əməldir. Habelə, onun hərəkətlərində həmin maddədə nəzərdə tutlmuş ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açı lamasına fəal köməklik göstərmə kimi hallar yoxdur. Təqsirləndirilən şəxs verdiyi ifadələrində qeyd edilən cinayəti törətmədiyini bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının nədə ifadə olunması, nə ilə təsdiq edilməsi əsaslandırılmamışdır. Halbuki, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə alsa da, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını, onun şəxsiyyətini səciyyələndirən halları əsassız olaraq nəzərə almamışdır. Təqsirləndirilən şəxsin cinayəti törətməsi zamanı davranışı onun şəxsiyyətini xarakterizə etmək baxımından əhəmiyyətli olmaqla, təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi cəza təyini zamanı nəzərə alınmalı olduğu halda məhkə mə bunları əsassız olaraq nəzərə almamışdır. Apellyasiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanununun normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qə rar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, qanuni nümayəndənin və müdafiəçisinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi mə sələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instans iyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tə ləblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxsl ər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin oby ektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış ed ir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəra itinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən yüngülləşdirən hallar kimi təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, cavan olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını qeyd etmiş və ağırlaşdıran halın olmamasını müəyyən etmiş, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya Məhkəməsi Məhkum cəza təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Apellyasiya məhkəməsi Məhkum təyin edilmiş cəzanın əhəmiyyətli hissəsini hə bsdə olmaqla çəkdiyinin də nəzərə alınmalı olduğunu qeyd etmiş və məhkum olunmuş şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən onun psixi xəstəlikdən əziyyət çəkməsini, şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cəzanı yüngülləşdirən halların, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, cəzanın məqsədləri Məhkum Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edən apellyasiya instansiyası məhkəməsi Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci i l tarixli hökmünü məhkuma təyin edilmiş cəzanın ağırlığına görə dəyişdirilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağl ı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əhəmiyyətli hissəsini həbsdə olmaqla çəkdiyini də nəzərə almaqla kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslı olmaqla onun islah olunması məqsədinə cavab verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 2 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qa nununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin hə yat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsi rkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyin olunması barədə mövqeyini əsaslı hesab edərək hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərkələsində cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-176/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-176/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver