Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-176/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2022-ci il tarixli, 1(103)-1344/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1992-ci ildə Ağdam rayonu, İsmayılbəyli kəndində doğulmuş, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olub, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 25 oktyabr 2021-ci il tarixdə, təxminən saat 1 radələrində Bakı şəhərində telefon vasitəsi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Samir» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun «Samir» adlı üzvü, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin saxlanıldığı yeri Məhkum bildirdikdən sonra, sonuncu həmin psixotrop maddə metafetamini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu» yaşayış kompleksinin yaxınlığında gizlədilmiş yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, həmin psixotrop maddə metafetamini cinayətkar qrupun «Samir» adlı üzvünün tapşırığı ilə bir qismini sonuncunun təyin etdiyi ünvanlara daşımış, yeddi bükümünü isə üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunun içərisinə qoyub əynində olan boz rəngli gödəkçənin içəri sol yan cibində saxlamaqla daşımış, 26 oktyabr 2021-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Oğuzxan» restoranının yaxınlığında piyada hərəkət edən zaman Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilib orada saat 23:30-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki olan boz rəngli gödəkçənin içəri sol yan cibində saxladığı üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunun içərisindən yeddi ədəd bükümdə, ayrı-a yrılıqda təmiz çəkiləri 0,312 qram, 0,879 qram, 0,875 qram, 0,900 qram, 0,943 qram, 0,898 qram və 3,304 qram olmaqla ümumi təmiz çəkisi 8,111 qram olan, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 19 aprel 2022-ci il tarixli, 1(101)-717/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 oktyabr 2021-ci il t arixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinin tələblərinə əsasən, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verib əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət məhkəmə tərkibində) 15 avqust 2022-ci il tarixli, 1(103)1344/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı Ağır Ci nayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair 19 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilərək 5 (beş) il müddətə endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2022-ci il tarixli, 1(103)-1344/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, cinayət işi üzrə nə ibtidai istintaq, nə də məhkəmə araşdırması zamanı narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir sübut, dəlil aşkarlanmamışdır. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2022-ci il tarixli, 1(103)-1344/2022 nömrəli qərarının dəyişdirilməsini, onun təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda çıxış edib kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş et dilər.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə bir inci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin s əlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməllərinin hüquqi tövsifini mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və b u müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2022-ci il tarixli, 1(103)-1344/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Məhkəmə kollegiyası Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
20. Belə ki, Məhkum əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndir ilməsi üzrə özü və müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
21. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər onun və müdafiəçisinin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, səs yazıları, sms mətnlər, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinay ət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
23. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
24. Bundan əlavə cinayət işi materialları ilə müəyyən edilir ki, Məhkum apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab etmişdir ki, Məhkum daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilməsi mümkündür və qeyd edilən əsaslarla çıxış edərək hökmlə barəsində təyin edilmiş cəzanın həddi azaldılmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsində dəyişdirilərək, məhkumun cəzasının yüngülləşd irilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
27. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2022-ci il tarixli, 1(103)1344/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2022-ci il tarixli, 1(103)-1344/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.