Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1760/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər X4 və X5 ibarət tərkibdə) 15 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1970-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 4, mənzil 28-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 2 (iki) il müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə) 08 iyun 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «15» mart 2022-ci il tarixli, 1(100)181/2022 nömrəli hökmü apelly asiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, qanunsuz olaraq tamah və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Bele ki, o, 14 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Xan bağı adlanan ərazidə yerdən tapıb əldə etdiyi külli miqdar hesab edilən ümumi təmiz çəkisi 2,104 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədi ilə üzərində daşımaqla saxlamış, 15 dekabr 2021-ci tarixdə saat 19:30 radələrində o, Göygöl rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsi ndə Göygöl rayonu Üçtəpə kəndində «Vüsal» şadlıq sarayının qarşısında saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qara-boz rəngli gödəkcənin sağ yan cibindən “Prima” sözü yazılmış siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq saxlayıb daşıdığı bir ədəd qızılı rəngli kağız bükümdə və dörd ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,281 qram, 0,276 qram, 0,483 qram, 0,362 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,104 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, məhkəmə bükümlərdə olan heroinin Məhkum aid olmaqla onun üzərindən aşkar edil ib götürülməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, həmin narkotik vasitənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. İşin faktiki hallarından görünür ki, özünün dediyi və ibtidai istintaq orqanın müəyyən etdiyi mənbə kimi, Məhkum ondan aşkar edilib götürülmüş narkotik vasitəni tutulmamışdan bir gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Xan bağı ərazidə yerdən tapmaqla əldə edib üzərində saxlamış, xx.xx.2021 -ci tarixdə saat 19:53- də Göygöl rayonu ərazisində tutulmuşdur. İş materiallarında olan raport, qərar və ifadələrdən görünür kiT Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və satışı ilə məşğul olması, bununla əlaqədar olara q tez-tez Göygöl rayonu ərazisində olması barədə əməliyyat məlumatı daxi olmuşdur. Şahid qismində dindirilmiş Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 verdikləri ifadələrində Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını, 15 dekabr 2021-ci il tarixdə saxlanılıb şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 5 ədəd bükümdə 2,104 qram heroin aşkar edilib götürülməsini bildirmişlər. Bundan başqa, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Məhkum narkotik vasitə olan heroindən epi zodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyatda alınması məsləhət görülür. Qeyd edilənlərin ziddinə olaraq məhkəmə Məhkum əməlini tövsif edərkən əsas istinad etdiyi hal ondan ibarət olmuşdur ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni kiməsə satması ilə bağlı hər hansı sübut olmamışdır. Halbuki, Məhkum narkotik vasitənin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə narkotik vasitə satması müəyyən olunsaydı, o zaman ona satış faktı ilə bağlı ittiham irəli sürülərdi. Odur ki, məhkəmənin həmin istinadı özlüyündə absurddur. Məhkum əməlinə münasibətdə həmin xüsusatl ara baxdıqda aydın olur ki, ondan beş ədəd bükümdə 2,104 qram çəkidə heroin aşkar edilmiş, Məhkum narkomaniya xəstəliyi aşkar edilməmişdir. Narkotik istifadəçisi olmayan şəxsin üzərində bu qədər narkotik vasitəni və 5 ədəd bükümdə saxlamaqla daşıması ağlabatan deyildir. Məhkəmə Məhkum əməlinə qiymət verib satış məqsədinin olmaması qənaətinə gələrkən həmçinin sonuncunun həmin narkotik vasitəni bükümlər şəklində tapmasını əsas götürmüşdür. Halbuki, istintaq orqanı Məhkum ittiham verərkən narkotik vasitəni ayrı-ayrı bükümlərə ayırması əlaməti ilə bağlı ona ittiham irəli sürməmişdir. Hazırki iş üzrə digər əhəmiyyətli hal ondan ibarətdir ki, məhkəmə əməliyyat məlumatına və əməliyyat tapşırığına cavab məktubuna qiymət verərkən qeyd edilən sənədlərdə Məhkum Daşkəsən rayonunda yaşamaqla narkotik v asitələrin dövriyyəsilə məşğul olması, bununla bağlı da onun mütəmadi olaraq Göygöl rayonuna gəlib-getməsi xüsusatını nəzərə almamışdır. Göygöl şəhərində yaşamayan təqsirləndirilən şəxsin Gəncə şəhərində tapdığı narkotik vasitə haqda, ələlxüsus həmin narkotik vasitənin satış məqsədilə əldə edilməsi barədə Göygöl RPŞ-nin CAB-də əməliyyat məlumatının olması maraqlı olmaqla yanaşı, Daşkəsən şəhərində yaşamaqla Gəncə şəhərində narkotik vasitə tapan Məhkum bir gün sonra Göygöl şəhərində üzərində 5 bükümdə olan həmin narkotik vasitə ilə saxlanması tamamilə absurddur. Narkotik vasitəni istehlak edən şəxsin eyni zamanda 5 bükümdə olmaqla külli miqdarda narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması ağlabatan deyildir. Nəzərə alsaq ki, Məhkum narkotik vasitənin mütəmadi olaraq istifadə çisi deyil, o zaman məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə tamam ziddiyyət təşkil edir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsəl ələrinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə g örə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalan an cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə tövsif edilməsi barədə nəticənin düzgün olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarından ola 15 dekabr 2021-ci il tarixli şəxs i axtarış və götürmə haqqında protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Məhkum üzərində narkotik vasitə və qanunla saxlanması qadağan edilmiş əşyanın olub-olmadığı soruşulan zaman Məhkum əynində olan qara-boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxıldıqda 1 ədəd qızılı rəngli kağız bükümdə və 4 ədəd sellefon bükümdə kütlələr aşkar edilmiş, Məhkum verilən suallara cavab olaraq, narkotik vasitə istifadə etdiyini, həmin kütlələri Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən siqaret qutusunun içərisindən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı elektron tərəzi vasitəsilə ölç ülən zaman ilk görünüşdən narkotik vasitəyə oxşar kütlələrdən 1 ədəd kağız büküm ilə birlikdə 1 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,59 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,34 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,34 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,43 qram, ümumilikdə 5 ədəd bükümün ümumi çəkisi 2,71 qram olması müəyyən edilmiş, baxış zamanı həmin kütlə bükümlərlə siqaret qutusunda zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, baxış video kamera vasitəsi ilə videolentə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16 dekabr 2021-ci il tarixli, 16/1329 nömrəli ekspert rəyindən görünür ki, t ədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Məhkum üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd “Prima” adlı siqaret qutusunun içərisində, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 4 (dörd) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,281 qram, 0,276 qram, 0,483 qram, 0,362 qram ümumi təmiz çəkisi 2,104 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi 2,104 qram çəkidə olan narkotik vasitə hesab edilən heroindən tədqiqata 0,1 qram istifadə edilmişdir. Tədqiqatdan sonra qalıq 2,004 qram qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 yanvar 2022-ci il tarixli, 04 nömrəli ekspert rəyind ən görünür ki, Məhkum narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından olan xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, cinayət işinin istintaqı ilə bağlı Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni konkret olaraq kimdən əldə etməsinin, kimlərə satmasının və həmin şəxslərin müəyyən edilib istintaqa təqdim olunması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair əməliyyat tapşırığı verilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Prokurorluğundan Göygöl Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixl i “Göstəriş”dən görünür ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin konkret olaraq kimdən əldə etməsi, kimlərəsə verib-verməməsi, aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olub-olmamasının müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair göstəriş verilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən tapmışdır. O, narkotik vasitəni satış məqsədilə üzərində daşımaqla saxlamışdır. Lakin narkotik vasitəni konkre t olaraq kimlərə satmasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi cinayət işinin materialları ilə sübuta yetirilmir. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilmiş şahidlər təqsirləndirilən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatların və faktların, narkotik vastəni kimə və necə satması barədə heç bir sübut olmadığını göstərmişlər. Qeyd olunan şəxslər və ittiham tərəfi yalnız daxil olmuş əməliyyat məlumatını əsas gətirərək, Məhkum narkotik vas itəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını göstərsələr də, qeyd olunan əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Məhkum təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsi aydın deyil. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozis iyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum narkotik vasitənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəx sə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tə rəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndi rməklə Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması barədə ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmış və məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəs inin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbə yinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişd ir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanu nunun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətlə ndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dis pozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən ko nkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya protestində iddia olunanların əksinə olaraq həmin dəlillər apellya siya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən sax lanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1760/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1760/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver