Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1760/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızının iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünv an 2 ünvanında kirayədə yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-787/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(101)-279/2023 nömrəli hökmü ilə ( hakimlər İ.X.Həsənzadə (sədrlik edən), Ə.Q.Quliyev və A.İ.Paşayevdən) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına m əhkum olunmuş, Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarı ilə, (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təyin edilm iş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarından Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 32.5, 206.3.2-ci maddələri irəli sürülmüş ittiham əsasən, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Dədə ləqəbli şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət ə laqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Dədə ləqəbli şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Dədə adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qad ağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən külli miqdarda 3.965,089 qram olan narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 6.020,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil edilən ümumi təsiredici miqdarı 18,4 qram olan 460 ədəd narkotik vasitə metadon tərkibli həbləri və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 905 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə X2 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə göstərilən çəkidə narkotik vasitə heroinin 50,089 qramını bir ədəd sellofan bükümdə, narkotik vasitə qurudulmuş marixuananın isə 50,0 qramını bir ədəd sellofan bükümdə qablaşdırmaqla üzərində, narkotik vasitə heroinin qalan 3.915 qramını 970 qram, 1.000 qram, 970 qram və 975 qram çəkidə olan hissələrə bölərək dörd ədəd bükümdə, narkotik vasitə qurudulmuş marixuananın qalan 5.970 qramını 1.095 qram, 1.300 qram, 1.325 qram, 1.210 qram və 1.040 qram çəkidə olan hissələrə bölüb beş ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini bir ədəd bükümdə qablaşdırıb eləcə də «Methadone 40» markalanma göstəricisi olan konvalyutda, ümumilikdə 460 ədəd, ümumi təsiredici miqdarı 18,4 qram olan üzərilərində «F/M40» yazısı həkk olunmuş narkotik vasitə metadon tərkibli həbləri yaşad ığı ünvan 3 ünvanındakı 1980 nömrəli mənzilə daşımaqla orada saxlamış, daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2022-ci il iyunun 29-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin tarixdə saat 15:25-də ünvan 3 ünvanının yaxınlığında saxlanmaqla ünvan 4nvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 50,089 qram çəkidə narkotik vasitə olan heroin əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, 50,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynindəki cins şalvarın arxa sol cibindən bir ədəd sellofa n bükümdə aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2022-ci il iyunun 29-da saat 18:00-da Məhkum ünvan 3 ünvanında yaşadığı 1980 nömrəli mənzilə özünün iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 3.915 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 970 qram, 1.000 qram, 970 qram və 975 qram olmaqla dörd ədəd sellofan bükümdə, külli miqdarda 5.970 çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda 1.095 qram, 1.300 qram, 1.325 qram, 1.210 qram və 1.040 qram olmaqla beş sellofan bükümdə, külli miqdarda 905 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə, ümumi təsiredici miqdarı 18,4 qram, «F/M 40» yazısı həkk olunmuş 460 ədəd üzərində «Methadone 40» markalanma göstəricisi konvalyutda narkotik vasitə metadon tərkibli həblər mənzilin yataq otağındakı çarpayının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması müəyyən olunsa da, narkotik və psixotrop maddələrin qaçaqmalçılığı cinayətində onun iştirak etməsi sübuta yetirilməmişdir. Bu səbəbdən Məhkum qarşı CM-in 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilmiş, o, yalnız Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yuxarıda təsvir edilən ə məlləri törətməkdə təqsirli bilinmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə və psixotrop maddəyə Məhkum aidiyyəti olmamış, iş üzrə sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, sonuncuya fiziki və psixi təsir göstərilmişdir. Müdafiəçi2 kassasiya şika yətində (məzmunundan) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnı z hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nət icələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinay ət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi2 kassasiya şikayətindən görünür ki, Məhkum cinayət törətmədiyini, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə və psixotrop maddəyə aidiyyətinin olmadığını, iş üzrə sənədlərin polis əməkdaşları tərəfindən saxtalaşdırdığını, sonuncuya fiziki və psixi təsirlər olduğunu iddia etməklə, işdə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq onun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Hə min halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Müdafiəçi2 kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü nün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlləri ni törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, polis əməkdaşlarının ifadələri, "şəxsi axtarış və götür mə aparılması haqqında» 2022-ci il 29 iyun il tarixli protokol (...sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə və arxa sol cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri çıxarıb təqdim etməklə bükümlərdə narkotik vasitələr heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri Dədə adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri Binəqədi rayonunun ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, əvəzində ona pul veriləcəyini, yaşadığı mənzildə də narkotik vasitə olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmişdir...), 2022-ci il 29 iyun tarixli ərizə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli protokol (...Məhkum razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına videoçəkilişlə müdafiəçinin və X5 (x) iştirakı ilə baxış və götürmə keçirilərkən Məhkum könüllü surətdə yataq otağındakı çarpayının alt hissəsindən 10 ədəd bükümü, 460 ədəd həbi və iki ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümlərin beşində narkotik vasitə qurudulmuş marixuana, dördündə narkotik vasitə heroin, birində psixotrop maddə metamfetmin, həblərin narkotik vasitə metadon olduğunu, həmin maddələri Dədə adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri Binəqədi rayonunun ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, əvə zində ona pul veriləcəyini bildirmişdir...), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 30 iyun tarixli 6/3610 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 30 iyun tarixli 7/708 nömrəli, ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 30 iyul tarixli 4177 nömrəli rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tə rtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Adı çəkilən və digər sübutlar hökmdə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğunu, onun ifadələrin saxtalaşdırılmasını bildirsə də, bu hal hər hansı sübutla təsdiq edilməmişdir. Əksinə cinayət işində olan “Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 08 oktyabr tarixli 17/387095 N-li məktubu ilə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun 5718/2022 nömrəli tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Məhku m bədən səthində xəsarət aşkarlanmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-c ü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X6 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 02 may 2023-cü il tarixli, 1(103)-787/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 may 2023-cü il tarixli, 1(103)-787/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1760/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1760/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver