Məhkəmə qərarları › İş №1(102)-1761/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1761/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1761/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X8 (məruzə hakim) və X1 ibarət tərkibdə) 14 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş, ona CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il m üddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin “həbs” növ ündə qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkməsinin başlanğıcının 14 fevral 2022-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə) 13 iyun 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair G əncə Ağır Cinayətlər Məhkəməsinin «14» fevral 2022-ci il tarixli, 1(100)-171/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, 04 iyul 2021-ci il tarixdə saat 18 radələrində tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 3-cü döngə, 42 saylı evin həyətinə qanunsuz daxil olaraq X3 məxsus velosipedi gizli yolla talayıb, zərərçəkmiş şəxsə 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 3,275 qram olan külli miqdarda narkotik vasit ə-heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 13 iyul 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri M.Y.Axundzadə küçəsində yerləşən ”Oba” marketin yaxınlığında saxlanılaraq işlədikləri Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz rayon polis bölməsinə gətirilmiş və onun üzərinə şəxsi axtarış keşirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 3,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cinayət əməlində CM-nin 234.1-ci maddəsinin tər kib elementləri mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad edilməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı ağlabatan əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə Məhkum əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Apelyasiya Məhkəməsinin məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşaraq qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkəmə ibtidai istintaq zamanı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş məlumatları qeyd etsə də, əməliyyat-axtarış tə dbirləri nəticəsində əldə olunmuş Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini də satış məqsədi ilə üzərində gəzdirməsinə dair əməliyyat məlumatlarını təkzib edən hər hansı hala istinad etməmiş, bununla bağlı məntiqi və ağlabatan əsaslandırmalar aparmamışdır. Məhkəmə, yalnız polis əməkdaşlarının ifadələrində təcrübədə rast gəlinən müəyyən digər işlərlə bağlı halları qabartmaqla, konkret olaraq işinin faktiki hallarına zidd olan əsaslandırmalar aparmağa çalışmışdır. Eyni zamanda, məhkəmə Məhkum əməlini tövsif edərkən istinad etdiyi digər hal ondan ibarət olmuşdur ki, Məhkum aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamışdır. Halbuki, Məhkum narkotik vasitəni s atışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər onun kiməsə narkotik vasitə satması müəyyən olunsaydı, o zaman Məhkum satış faktı ilə bağlı ittiham irəli sürülə bilərdi. Bundan başqa, məhkəmə Məhkum narkomaniya xəstəliyindən əzab çəkən şəxs olmasına istinad etməklə, ondan aşkar olunmuş narkotik vasitənin çəkisinin o qədər də çox olmamasını əsas gətirməklə Məhkum narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi qənaətinə gəlmişdir. Lakin məhkəmənin istinad etdiyi həmin hallar heç bir halda, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasını təkzib edən amil kimi çıxış edə bilməz. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1 -ci maddəsinə tövsif edilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmas ına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqı nda tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə tövsif edilməsi barədə nəticənin düzgün olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2021ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sol y an cibindən bir ədəd bükülüdə 3,275 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq DİN-nin 181 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz rayon polis idarəsinin baş təhqiqatçısı, polis mayoru X14, Kəpəz rayon polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, operator polis nəfəri Rizvan Yusifov, müdafiəçi X10 və şübhəli şəxs Məhkum iştirakları ilə sonuncunun üzərində şəxsi axtarış keçirilir. Məhkum şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Məhkum saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet, narkotik varsa çıxardıb təqdim etməsi təklif olunanda o, əynindəki idman şalvarının sol yan cibindən bir ədəd bağlamanı çıxardıb təqdim edir. Baş təhqiqatçı Əli Əlizadənin sorğusuna cavab olaraq Məhkum üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bağlamada içərisində narkotik vasitə olan heroin olduğunu, 2 gün əvvəl Gəncə şəhərində, Totanlı küçəsində yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etmədiyini bildirdi. Baş təhqiqatçı Əli Əlizadə tərəfindən həmin bir ədəd bağlamanın içərisinə baxış keçirilən zamanı bağlamada tünd rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilər ək aptek tərəzidə çəkilir və çəkinin 3,45 qram olması müəyyən olunur. Sonra həmin kütlə zərfə qoyulub qablaşdırılır, zərf DİN-in 181 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Şübhəli şəxs Məhkum müdafiəçisi Cəfər Hacıyevin iştirakı ilə diskə baxış keçirilən zamanı videogörüntüdə olan şəxsin özü olduğunu bildirmiş və şəxsi axtarış zamanı videoçəkilişdə dediklərini bir daha etiraf etmişdir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Kəpəz RPB-nin 28 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, kecirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum əlaqələri, narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə e tməsini müəyyən etmək mümkün olmamışdır. Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq məqsədi ilə əldə edib üzərində saxlamışdır. Məhkum həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə tədbirlər davam etdirilir. Gələcəkdə hər hansı müsbət nəticə əlda olunarsa dərhal bildiriləcəkdir. Cinayət işinin materiallarında görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Məhkum üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 3,275 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin materiallarında ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1306 saylı rəyindən görünür ki, Məhkum narkotik vasitə olan heroindən sui- istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi cinayət işinin materialları ilə sübuta yetirilmir. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilmiş şahidlər təqsirləndirilən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatların və faktların, narkotik vastəni kimə və necə satması barədə heç bir sübut olmadığını göstərmişlər. Qeyd olunan şəxslər v ə ittiham tərəfi yalnız daxil olmuş əməliyyat məlumatını əsas gətirərək, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını göstərsələr də, qeyd olunan əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Məhkum təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsi aydın deyil. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psix otrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum narkotik vasitənin s atışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hə r hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış s übutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması barədə ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmış və məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhli l olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə mü zakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yaln ız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cina yətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyr ənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar m övcud deyildir. Kassasiya protestində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh oluna n hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar