Məhkəmə qərarları › İş №1(102)-1761/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1761/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1761/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihxxxx ın müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihxxxx ın müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4, Məhkum oğlunun və onun müdafiəçi ləri Müdafiəçi3 oğlunun və Müdafiəçi4 iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Heydərov (sədrlik edən və məruzəçi), Səxavət Bəylərli və İsfəndiyar Nağıyev) 20 sentyabr 2021-ci il tarixli, 1(109)-3/2021 nömrəli hökmü ilə xx xxxxx 1994-cü ildə Naxçıvan MR, Babək rayonu, Kalbaoruc Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, bir uşaq atası, işsiz, məhkum olunmamış, xxxx rayonu, xxxxx kəndində qeydiyyatda olmaqla ünvan 1 ü nvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsi ilə təqsirli bilinmiş, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin əvvəlindən 2021-ci ilin may ayınadək dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək, varlanmaq məqsədilə 2018-ci ilin mart ayından etibarən Zərərçəkmiş şəxs1 ilə birlikdə siqaret alveri etməyə başlamış, aralarında olan şifahi razılaşmaya əsasən siqaretlərin alış pulunu Zərərçəkmiş şəxs1 vermiş, siqaretləri xxxxlə bi rlikdə dükanlara satdıqdan sonra qazancın 40 faizini, 60 faizini isə götürmüş, ilk vaxtlarda xxxx Samirin etibarını qazanmaq məqsədilə onun pulunu ödəmiş, 2020-ci ilin fevral ayında 600 qutu siqaret alması üçün Samir xxxxə 210000 manat vermiş, etibarını qazanmaq məqsədilə siqaret satışından xxxx ona 8 ay müddətində hər ay qazanc adı altında 7000 manat pul ödəmiş, qalan pul isə xxxx qalmış, 2020-ci ilin noyabr ayında xxxx xxxx əlavə olaraq 1000 qutu siqaret üçün 275000 manat aldıqdan sonra ona aylıq qazanc verməmiş, nəticədə Məhkum Zərərçəkmiş şəxs1 məxsus 485000 manatı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa Məhkum 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 2021-ci ilin yanvar ayının sonunda qaytarmaq adı altında Naxçıvan şəhərində 70000 manat istəmiş, xx xx ona inanaraq xxxxə 70000 manat vermiş, sonra xxxx Bakı şəhərinə getmiş və xxxx əlavə pul istəmiş, xxxx xxxxə dostu Zaur Əliyevdən dollara çevirmək məqsədilə aldığı 102000 manatın onda olduğunu, yanvar ayının 17-də Bakı şəhərinə gələcəyini və həmin pulu dollara çevirəcəyini bildirmiş, xxxx həmin məbləğdə pulu özünün borclu olduğu X2 verməsini və həmin pulu da yanvar ayının 27-də dollara çevirib xxxx ə qaytaracağını bildirdiyindən, xxxx 102000 manatı xxxxin borclu olduğu Nemət Rzayevə ödəmiş, yanvar ayının 27-də xxxx xxxxdən 172000 manatı istəyəndə sonuncu ağlayaraq pulu batırdığını və ******* manat borcu olduğunu bildirməklə pulu qaytarmaqdan imtina etmiş, sonrakı müddətdə xxxx xxxx ə pul və natura qaydasında 7350 manat qaytarmış, qalan pulu qaytarmaqdan imtina edərək Zərərçəkmiş şəxs2 m əxsus 164650 manatı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 14 yanvar 2021-ci il tarixdə Məhkum 185000 manat dəyərində siqaret alması üçün sifariş vermiş, həmin məbləğin 110000 manatını Naxçıvan şəhərində xxxxin qayınatası Şahid1 vasitəsilə ona çatdırmış, 2020-ci ilin oktyabr ayında xxxxə siqaret almaq üçün verdiyi 85000 manatdan 40000 manatlıq siqareti sataraq həmin pulun üstünə hesablamış, 2021ci ilin yanvar ayının axırında xxxxlə Naxçıvan şəhərində görüşərək əlavə 35000 manatı ona vermiş, beləliklə, xxxx Qurbandan 185000 manat pul almış, lakin ona siqaret verməmiş və pulunu qaytarmamış, nəticədə Zərərçəkmiş şəxs3 məxsus 185000 manatı etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirmişdir. Habelə 2020-ci ilin dekabr ayında Məhkum “Cahan” ticarət mərkəzində ərzaq mağazası işlədən Zərərçəkmiş şəxs4 1 qutusunun dəyəri 350 manat olan "Oscar" siqaretinin 1 qutusunu 400 manata satacağını deyib, 157500 manat dəyərində 450 qutu "Oscar" siqareti, təxminən 1 ay sonra Sənandan əlavə olaraq 192500 manat dəyərində 550 qutu "Oscar" siqaretini alıb qazanc əldə edərək ona qaytaracağı ilə bağlı yalan vəd verməklə Sənandan ümumilikdə 350000 manat dəyərində 1000 qutu "Oscar" siqareti almış, həmin siqaretləri borclu olduğu şəxslərə vermiş, sonra Sənana 252000 manat qarşılığında 60 qutu siqaret, Naxçıvan və Bakı şəhərlərində ev vermiş, qalan 98000 manatı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmişdir. Beləliklə, Məhkum dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus 932650 manatı vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov və Sənan Qarayev) 15 noyabr 2021-ci il tarixli 1(108)-17/2021 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 1(109)-03/2021 nömrəli hökmü verilən apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 ayrı-ayrılıqda verdikləri ka ssasiya şikayətlərində Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli 1(108)-17/2021 saylı qərarının dəyişdirilməsi, toplanmış sübutlar Məhkum təqsirsizliyini təsdiq etdiyindən, CPM-nin 42.2.4 və 42.1.4-cü maddələrinə əsasən ona bəraət verilməsini, bu mümkün olmadıqda isə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli 1 (108)-17/2021 saylı qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 noy abr 2021-ci il tarixli 1(108)-17/2021-004 saylı qərarı qanunsuz, əsassızdır və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslərin ifadələrinə diqqət yetirilərkən bəlli olur ki, onlar əvvəlcədən alış-veriş niyyəti ilə münasibətlər qurmuş və xeyli müddətdə bu münasibətlər onların arasında davam etmiş, sonradan hazırki iş üzrə təqsirləndirilən şəxsin maddi vəziyyətinin pişləşməsi münasibətləri bu yerə qədər gətirib çıxarmışdır. Təqsirləndirilən şəxsin niyyəti (hər bir zərərçəkmiş şəxsə ayrı-ayrılıqda münasibətdə) onları aldatmaq və ya etibardan sui-istifadə etməklə pullarını ələ keçirmək deyil, onlarla siqaret alış-verişi etməklə birgə şəkildə müəyyən gəlir əldə etmək olmuşdur. Hansı ki, bu alış-veriş münasibətlərindən zərərçəkmiş şəxslər də müəyyən məbləğdə gəlir əl də etmişlər. Məhkum cinayət işi üzrə zərərçəkmiş şəxslərə borcunun bir qisminin ona aid olduğunu ibtidai istintaqda, birinci instansiya və apellyasiya məhkəmələri proseslərində qismən etiraf etmiş, lakin onun tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş (gəlir kimi verilmiş) pulların çıxılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə ibtidai istintaqda və məhkəmə proseslərində dindirlmiş zərəçəkmişin hamısı ifadələrində bildirmişlər ki, Məhkumlə gəlir əldə etmək məqsədi ilə siqaret alış-verişi ilə əlaqəli davamlı işgüzar münasibətləri yaranmış, Məhkum onlara olan borcu işgüzar münasibətlərdən əmələ gəlmişdir. Yəni, işin faktiki hallarından göründüyü kimi, Məhkum dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək, varlanmaq məqsədi olmamışdır. Cinayət iş və materiallarda zərərçəkmişlərə qarşı göstərilən borc məbləğləri onların arasında baş vermiş alış-veriş nəticəsində yaranmış, yəni aralarında cinayət deyil, mülki xarakterli mübahisə yaranmışdır. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə yönəlmiş əməllərin vahid niyyəti olmamış, onla r ümumi məqsədlə birləşməmişdir. Zərərçəkmişlərlə (borc tələbi ilə çıxış edən şəxslərlə) aralarında siqaret alış-verişi ilə əlaqəli şifahi razılaşmalar ayrı-ayırıqda baş vermis, vahid niyyət olmamışdır. Məhkəmə əməllərin faktiki əlaqədə olması qənaətinə səhv gəlmişdir. Məhkum iş üzrə dörd şəxsə qarşı törətdiyi əməllərin hər birinin niyyəti müstəqil yaranmış, vahid qəsdlə törədilməmişdir. Məhkum hər dəfə müstəqil yaranmış niyyətlə ayrıayrı şəxslərə ziyan vurmuş, yəni üç zərərçəkmiş şəxsin pulunu mənimsəmiş, sonuncu zərərçəkmişin isə malını (siqareti) mənimsəməklə ona maddi ziyan vurmuşdur. Bu halda isə əmlakın dəyərinin toplanmasına yol verilməməli, bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməli və törədilmiş cinayətlər ayrı-ayrılı qda hökmdə təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilməli idi. Beləliklə, Məhkum əməlləri vahid qəsdlə əhatə edilməmiş, zərərçəkmiş şəxslərə ayrıayrılıqda vurduğu ziyanın məbləği əsassız olaraq birləşdirilmişdir. Buna görə kassator hesab edir ki, 1-ci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilinməklə məhkum edilən Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və ona uyğun cəza müəyyən edilməlidir. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinə verilmiş əlavəni onunla əsaslandırılmışdır ki, hazırki cinayət işi üzrə Məhkum ittiham elan olunarkən və onun barəsində ittihamedici hökm çıxarılarkən Azərbaycan Respublikası Konstitusiyasının 63-c ü maddəsində və CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulmuş, onun barəsində ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmuşdur. İbtidai istintaqı, habelə birinci və apellyasiya instansiyası məhkəmələri zamanı işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, Məhkum alveri etdiyi siqaretlərin Əli Ələkbərlinin direktoru və təsisatçısı olduğu "xxxx" MMC-dən götürməsinə və satışdan əldə olunmuş pulların Əli Ələkbərliyə ödənilməsinə əhəmiyyət verilməmiş, bununla bağlı heç bir araşdırma aparılmamış, qeyd olunan MMC-nin ümumiyyətlə rəsmi olaraq mövcud olub-olmamagı, əgər mövcuddursa vergi orqanlarında və digər orqanlarda qeydiyyata alınıb-alınmaması, illik dövri yyənin məbləği, malların buraxılması və satışdan əldə olunan pulların qəbulu ilə bağlı hər hansı sənədlərin (gömrük sənədləri, qaimələr, mədaxil, məxaric sənədləri, gündəlik, aylıq və illik hesabatlar, üzləşmə aktları və sair) mövcud olub-olmaması yoxlanılmamışdır. Bununla yanaşı, eyni zamanda iş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə inanılsa belə, Məhkum əməlində cinayət tərkibi yoxdur, iş üzrə təsvir olunan əməllər uğursuz kommersiya fəaliyyətinin nəticəsidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti və ona verilmiş əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin olunmalı və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cin ayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum tərəfindən brinci instansiya məhkəməsinin hökmündə göstərilmiş şəraitlərdə zərərçəkmiş şəxslərə məxsus müxtəlif məbləğlərdə pul vəsa itlərinin etibardan sui-istifadə yolu ilə ələ keçirilməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə digər sübutlarla tam təsdiq edilmişdir. Kassasiya şikayətindən görünür ki, müdafiəçi tərəfindən Məhkum göstərilən əməllərin törətməsi deyil, məhkəmələr tərəfindən həmin əməllərin hüquqi qiymətləndirilməsi mübahisələndirilir. Belə ki, kassasiya şikayətində qeyd olunub ki, məhkum bir neçə zərərçəkmiş şəxslərlə işgüzar münasibətləri olmuş, onlarla arasında siqaretin alqı-satqısı ilə bağlı münasibətləri üzrə öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar onlardan alınmış pulları tam və ya qismən qaytarmışdır. Kassator işin bu hallarına əsaslanaraq hesab edir ki, zərərçəkmiş şəxslərə münasibətdə məhkumun əməlləri mülki xarakter daşıyır və dələduzluq kimi qiymətləndiri lə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, h ər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göründüyü kimi kredit, borc və ya müəyyən xidmətlərin göstərilməsi barədə müqavilələrin mövcüdluğu həmin müqavilələr üzrə pulun əldə edilməsi ilə əlaqədar əməlin dələduzluq kimi qiymətləndirilməsini istisna etmir. Belə olan halda dələduzluq cinayət əməllərinin mülki münasibətlərdən fərqlənən əsas amil ondan ibarətdir ki, şəxs həmin müqavilə üzrə pul alarkən niyyəti həmin pulun müqabilində müqaviləyə uyğun olaraq üzərinə götürülmüş öhdəliyin yerinə yetirməsi deyil, həmin pulun əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun. Cinayət i şinin materiallarından görünür ki, Məhkum 3 nəfər zərərçəkmiş şəxsdən müxtəlif məbləğlərdə pul, digər zərərçəkmişdən isə siqarət məhsulları alıb onları aldadaraq, həmin pulların müqabilində üzərinə götürülmüş öhdəliklərin yerinə yetirmək niyyətində olmamış, öhdəliklərin yerinə yetirməsi ilə əlaqədar işlərin görülməsi barədə görüntü yaratmaq üçün bəzi zərərçəkmişlərə həmin müəyyən məbləğdə pul vəsaiti onlara düşən gəlir payı kimi qaytarmışdır. İşin bu halları açıq göstərir ki, Məhkum zərərçəkmiş şəxslərlə aralarında siqaret məhsullarının alqı-satqısı ilə bağlı öhdəliklərini icra etmək niyyətində olmamış, həmin hərəkətləri zərərçəkmişlərin etibarını qazanmaq və bu yolla onların pullarını və əmlaklarını əldə etmək məqsədi ilə bağlamışdır. Məhkəmə kollegiyası pulun qaytarılması ilə əlaqədar hə min zərərçəkmiş şəxslərə münasibətdə məhkumun əməlində dələduzluq cinayəti tərkibinin olmamasına dair kassasiya şikayətinin dəlilini də əsaslı hesab etmir, çünki cinayət nəticəsində vurulmuş ziyanın tamamilə və ya qismən ödənilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır və şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum əməlləri əsaslı olaraq dələduzluq kimi qiymətləndirilmiş və kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Kassasiya şikayətinin digər dəlili Məhkum əməlinin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsindən həmin Məcəlləni 178.3.2-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə cəza təyin edilməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası kassasiya şika yətinin bu dəlili ilə razılaşaraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum 2018-ci ilin əvvəlindən 2021-ci ilin may ayınadək 4 nəfər zərərçəkmiş şəxsə məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini və “Oscar” siqarət qutularını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. İstintaq orqanı Məhkum 4 nəfər zərərçəkmiş şəxslərə məxsus pul vəsaitlərini və əmlakı etibardan sui-istifadə yolu ilə ələ keçirməsi vahid qəsdlə törədilmiş əməl kimi qiymətləndirərək, həmin əməl nəticəsində cəmi 932.650 manat məbləğində pulun və əmlakın ələ keçirilməsini nəzərə alıb onun bu dələduzluq əməllərini Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə tövsif etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri də ittiham tərəfinin bu mövqeyi ilə razılaşaraq məhku mun dələduzluq əməllərini Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə tövsif etmiş və həmin maddə ilə onun barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası məhkəmələrin bu mövqeyi ilə razılaşmır və kassasiya şikayətinin məhkumun 4 nəfər zərərçəkmiş şəxsə qarşı törədilmiş dələduzluq əməllərinin vahid qəsdlə törədilmiş kimi deyil, təkrar törədilmiş müstəqil epizodlar kimi tövsif edilməsi barədə dəlili əsaslı və qanuna müvafiq hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarına əsasən təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədi lir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Cinayət işi üzrə toplanmış sübutlarla Məhkum əməli dələduzluq cinayətinin tərkibini yaratması müəyyən edilsə də, onun həmin əməlləri vahid niyyətlə törətməsini müəyyən olunmamışdır. İşin halları da, yəni onun tərəfindən cinayət əməllərinin il ərzində ayrı-ayrı şəxslərə qarşı törədilməsi, cinayət epizodlarının arasında hər hansı bir əlaqənin olmaması, hər bir cinayət epizodun onun tərəfindən müstəqil, digər epizodlarla bağlı olmayan qəsdlə törədilməsi həmin cinayət epizodlarının vahid qəsdlə törədilmiş eyni cinayət kimi qiymətləndirilməsini istisna edir. İstintaq orqanı və məhkəmələr Məhkum törətdiyi ayrı-ayrı dələduzluq cinayətlərin eyni üsulla törədilməsini əsas götürərək, onların vahid qəsdlə törədilməsi nə dair düzgün olmayan nəticəyə gəlmiş və məhkumun əməli Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinə tövsif edərək hüquqi səhvə yol vermişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum dələduzluq cinayət əməlləri nəticəsində zərərçəkmişlərin heç birinə xüsusilə külli miqdarda, yəni 500.000 manatdan yuxarı ziyan vurulmamış, Zərərçəkmiş şəxs1 485000 manat, Zərərçəkmiş şəxs2 164650 manat, Zərərçəkmiş şəxs3 185000 manat, Zərərçəkmiş şəxs4 isə 98000 manat, yəni külli miqdarda ziyan vurulmuşdur. Cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 16-cı maddəsində əks olunmuşdur. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab e dir ki, Məhkum törətmiş olduğu dələduzluq əməlləri Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, cinayət qanunvericiliyində təkrar törədilən cinayətlərə görə təyin ediləcə k cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 1(108)-17/2021 nömrəli Məhkum haqqındakı qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 8 (sə kkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 1(108)-17/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar