Məhkəmə qərarları › İş №1(102)-1761/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1761/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1761/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 2 34.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(105)-212/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1963-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi, ev 33-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi BTZ bağları fərdi tikilmiş evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəss isəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” deyilən yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 6,844 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram və 0,326 qram, ümumi təmiz çəkisi 34,885 qram külli miqdarda narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,383 qram psixotrop maddə olan metamfetamini və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,411 qram psixotrop maddə metamfetamini, 3 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamini, ümumilikdə külli miqdarda 53,018 qram narkotik vasitə heroini və külli miqdarda 6,185 qram psixotrop maddə metamfetamini əldə edib bir qismini üzərində digər bir qismini isə yaşadığı ünvana daşıyaraq saxlamış, 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram, 0,326 qram, 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 46,174 qram külli miqdarda narkotik vasitə heroini və 1 ədəd sellofa n bükümdə təmiz çəkisi 1,411 qram psixotrop maddə metamfetamini və ayrıayrılıqda təmiz çəkiləri'0,332 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq Təqsirləndirilən şəxs1 satmış, xx.xx.2021-ci il tarixdə saat 18.50-də Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi BTZ bağları ərazisində yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-ə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,914 olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış eyni tərkibli miqdarda psixotrop maddə olan metamfetamin, 3 ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,780 qram, 0,830 qram, ümumi təmiz çəkisi 2,465 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Məhkum yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində olan 1 otaqlı evinə baxış keçirilən zaman otaqda olan televizor dolabının içərisindən qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə ilə eyni tərkibli olan ümumi təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış eyni tərkibli miqdarda psixotrop maddə olan metamfetamin, 5 ədəd üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinlə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 qram, 0,869 qram, 0,854 qram 0,882 qram, 0,888 qram, ümumi təmiz çəkisi 4,379 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli külli midarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X11 və X2 ibarət məhkəmə tərkibində) 25 dekabr 2023-cü il tarixli, 1(124)-32/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 06 oktyabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hök m qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 29 avqust 2024-cü il tarixli, 1(105)-212/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Məhkum, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(124)-32/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(105)-212/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində tək ailə başçsı olması, himayəsində dörd övlad ının və dörd nəvəsinin olması, səhhəti ilə bağlı narahatçılıqlar yaşaması, təzyiq və digər xəstəliklərinin olması, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olması, törətdiyi cinayət əməllərindən dərs çıxarması, yaşının, səhhətinin barəsində təyin edilmiş cəzanın çəkilməsinə imkan verməməsi qeyd edilərək, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(105)-212/2024 nömrəli qərarını dəyişdirərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövl ət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya ins tansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

15. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mü raciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(105)-212/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

17. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumla r, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməs inə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

20. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

21. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

23. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxl adıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

24. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(124)-32/2023 nömrəli hökmü ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar (müəyyən edilməmişdir), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüng ül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

26. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlan ılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CP M-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il ta rixli, 1(105)-212/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(105)-212/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar