Məhkəmə qərarları › İş №1(102)-1762/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1762/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1762/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxx 2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Koroğlu küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, hazırda cəz a çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-63/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(091)-215/2022 nömrəli hökmü ilə (hakimlər R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov və N.N.Mirzəyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə m üddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-ci il tarixli qərarı ilə, (hakimlər: A.M.Eyvazov (sədrlik edən), X.H.Səmədov və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs ( X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini istintaqa məlum olmayan mənbədən əldə edərək həmin fotoşəkili istifadəsində olan adı istintaqla müəyyən edilməyən “İnstaqram” sosial şəbəkəsində olan profil hesabından Zərərçəkmiş şəxs istifadəsində olan istintaqla adı müəyyən edilməyən profil hesabının mesajlar bölməsinə göndərməklə həmin fotoşəkli yaymamaq üçün 2022-ci ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Üç Qardaş” marketin yaxınlığında Zərərçəkmiş şəxs qəsdən hədə-qorxu ilə 100 (bir yüz) manat pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu alaraq ələ keçirtmişdir. Bundan başqa Məhkum təkrar ən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 08 mart 2022-ci il tarixdə saat 10 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən “İdeal” parfumeriyanın qarşısında Zərərçəkmiş şəxs qəsdən təkrar hədə-qorxu ilə 200 (iki yüz) manat pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu alaraq ələ keçirmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 08 mart 2022-ci il tarixdə günorta saat 15 radələrində Yevlax şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs qəsdən təkrar hədə-qorxu ilə 100 (bir yüz) manat pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu alaraq ələ keçirmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 10 mart 2022-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs qəsdən təkrar hədə-qorxu ilə 100 (bir yüz) manat pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu alaraq ələ keçirmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedi ci məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 2022-ci ilin mart ayının 10-dan 15-dək olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən gündə saat 18 radələrində Yevlax şəhəri Xəqani küçəsi ilə Q.Əşrəfbəyov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs qəsdən təkrar hədə-qorxu ilə 195 (bir yüz doxsan beş) manat pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu alaraq ələ keçirmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 2022-ci ilin mart ayının 10-dan 15-dək olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən gündə saat 16 radələrində Yevlax şəhəri Q.Əşrəfbəyov küçəsində Zərərçəkmiş şəxs qəsdən təkrar hədə-qorxu ilə 100 (bir yüz) pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu alaraq ələ keçirmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 2022-ci ilin mart ayının 10-dan 15-dək olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməyən gündə axşam saatlarında Yevlax şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs qəsdən təkrar hədə-qorxu ilə 100 (bir yüz) manat pulunu tələb edərək orada Zərərçəkmiş şəxs həmin pulu a laraq ələ keçirmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs yarıçılpaq halda fotoşəklini yaymamaq üçün 15 mart 2022-ci il tarixdə saat 20 radələrində Yevlax şəhər Q.Əşrəfbəyov küçəsində yerləşən 10 nöməli binada Zərərçəkmiş şəxs 80 manat pulunu qəsdən təkrar hədə qorxu ilə tələb edib həmin puldan 20 (iyirmi) manat məbləğində olan hisssəsini orada Zərərçəkmiş şəxs alaraq ələ keçirtmişdir. Bundan başqa Məhkum təkrarən qəsdən yetkinlik yaşına çatmamış tanışı Zərərçəkmiş şəxs (X) haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə hədə-qorxu ilə pulunu tələb edib almaq niyyətilə özündə saxladığı Zərərçəkmiş şəxs sifət nahiyyəsi görsənməyən yarıçılpaq halda 02 ədəd fotoşəklini istifadəsində olan “djdjdjaaaaaooo999” adlı “İnstaqram” sosial şəbəkəsində olan profil hesabından 17 mart 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs istifadəsində olan istintaqla adı müəyyən edilməyən profil hesabının mesajlar bölməsinə yenidən göndərməklə həmin fotoşəkli yaymamaq üçün həmin “djdjdjaaaaaooo999” adlı “İnstaqram” sosial şəbəkəsində olan profil hesabından Zərərçəkmiş şəxs istifadəsində olan istintaqla müəyyən edilməyən profil hesabının mesajlar bölməsinə mesaj yazmaqla Zərərçəkmiş şəxs 250 manat pulunu qəsdən təkrar hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübut lar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, həmçinin məhkumun ittihamı təkzib edən ifadələri verməsi nəzərə alınmamış, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslə yaxın münasibətdə olan şahidlərin qərəzli ifadələri və yarıçılpaq bədənli qadın şəklindən başqa heç bir sübut, əməlində cinayət tərkibi olmadığı halda yəni Məhkum zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yaymadığı, bu yolla zərərçəkmiş şəxsdən pul tələb etmədiyi halda, onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmış və həmin hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi araşdırmalar aparılmadan qüvvəsində saxlanılmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 08 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nət icəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi2 kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla Məhkum əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bildiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum zərərçəkmiş şəxsi onun barəsində rüsvayedici məlu matları yaymaqla hədələmədiyini, bu yolla zərərçəkmiş şəxsdən pul tələb etmədiyini, məhkəmələrin zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslə yaxın münasibətdə olan şahidlərin qərəzli ifadələri və yarıçılpaq bədənli qadın şəklinə istinad edərək Məhkum təqsirli bilib məhkum etmələrini iddia etməklə, Məhkum əməlində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmə cinayətinin tərkiblərinin olmaması, onun cinayət törətməməsi haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya şikayətində gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmi ş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilm əsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələbin (o cümlədən, Məhkum əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində sadalanan maddi hüquq normasının tərkib əlamətlərinin olmasını, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən məhkumun müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılması zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməm iş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib, Məhkum və onun müdafiəçisinin ardıcıl olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində müdafiə etdikləri dəlillər lə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri təkzib edə biləcək, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum cəza təyin edilərkən və cəzanın tə yin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum cəzasını yüngülləşdirən hallar qismində onun yaşadığı və xidməti yer üzrə müsbət səciyyələndirilməsi, cinayəti törədərkən yetkinlik yaşına çatmaması və ağırlaşdıran halların olmaması, cinayətlərin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə bir likdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Müdafiəç i2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-63/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(107)-63/2023 nömrəli qərarı məhkumum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar