Məhkəmə qərarları › İş №1(102)-1762/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1762/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1762/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsalə Qasımova) 22 iyun 2023cü il tarixli hökmü ilə 15 noyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Çullu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təq sirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 1 mart 2023-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və İsmayılov Azər İbrahim oğlundan ibarət tərkibdə) 2 avqust 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Ray on Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 5 (beş) ay 1 (bir) gün müddət ona təyin edilən 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elekt ron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından həbsdən dərhal azad olunması qərara alınmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum “Ətraf mühit in mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin tələbinə zidd olaraq, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.7.4-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında” Əsasnamənin 3.7.8-ci bəndinin tələblərinə əsasən meşələrdə əsas istifadə qırıntısı qadağan edilməsinə baxmayaraq, 1 dekabr 2021-ci il tarixdən 4 dekabr 2021-ci il tarixədək olan müddət ərzində xüsusi mühafizə olunan təbiət əraziləri hesab olunan Milli Parkın Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yolun kənarında 8 saylı dolayın 15 və 16-cı kvartallarında yerləşən cəmi 13.188 manat dəyərində 31 ədəd müxtəlif cinsli və diametrli köküstə yaş ağacları, o cümlədən 15-ci kvartal üzrə palıd ağacı - 360 manat dəyərində 1 ədəd diametri 58 santimetrlik, 1.010 manat dəyərində 1 ədəd diametri 71 santimetrlik, 260 manat dəyərində 1 ədəd diametri 56 santimetrlik, 60 manat dəyərində 1 ədəd diametri 51 santimetrlik, 210 manat dəyərində 1 ədəd diametri 55 santimetrlik, 620 manat dəyərində 2 ədəd diametri 57 santimetrlik, 610 manat dəyərində 1 ədəd diametri 63 santimetrlik, 160 manat dəyərində 1 ədəd diametri 54 santimetrlik, 120 manat dəyərində 2 ədəd diametri 50 santimetrlik, 100 manat dəyərində 2 ədəd diametri 47 santimetrlik, 1.210 manat dəyərində 1 ədəd diametri 75 santimetrlik, 1.160 manat dəyərində 1 ədəd diametri 74 santimetrlik, 460 manat dəyərində 1 ədəd diametri 60 santimetrlik, vəl əs ağacı - 18 manat dəyərində 1 ədəd diametri 32 santimetrlik, 16-cı kvartal üzrə palıd ağacı - 60 manat dəyərində 1 ədəd diametri 51 santimetrlik, 1.460 manat dəyərində 1 ədəd diametri 80 santimetrlik, 330 manat dəyərində 3 ədəd diametri 53 santimetrlik, 610 manat dəyərində 1 ədəd diametri 63 santimetrlik, 50 manat dəyərində 1 ədəd diametri 46 santimetrlik, 360 manat dəyərində 1 ədəd diametri 58 santimetrlik, 510 manat dəyərində 1 ədəd diametri 61 santimetrlik, 2.060 manat dəyərində 1 ədəd diametri 92 santimetrlik, 260 manat dəyərində 1 ədəd diametri 56 santimetrlik, 160 manat dəyərində 1 ədəd diametri 54 santimetrlik, 210 manat dəyərində 1 ədəd diametri 55 santimetrlik, 760 manat dəyərində 1 ədəd diametri 66 santimetrlik, ümumilikdə 30 ədəd palıd və 1 ədəd vələs ağacı olmaqla, cəmi 13.18 8 (on üç min yüz səksən səkkiz) manat dəyərində bioloji inkişafda olmuş köküstə yaş ağacları verdiyi tapşırıq əsasında istintaqa məlum olmayan şəxs(lər) vasitəsilə kəsib götürərək külli miqdarda ziyan vurmaqla xüsusi mühafizə olunan təbiət ərazilərində ağacları vahid niyyətlə qanunsuz kəsmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini onunla əsaslandırılır ki, cinayət işi tam, hərtərəfli və obyektiv araşdırılmadığından qəbul edilmiş birinci instansiya məhkəməsinin hökmü və Apellyasiya məhkəməsinin qərarı qanunsuzdur. Məhkəmə yalnız ittiham tərəfinin gətirdiyi sübutları, (hansı ki qeyri mötəbərdir və həqiqiliyi iş materialları ilə öz təsdiqini tapmır) əsas götürmüş, müdafiə tərəfinin gətirdiyi arqumentləri, dəlilləri görməzdən gəlmiş və nəticədə belə bir ədalətsiz qərar çıxa rılmışdır. Şahid6, X1, X6, X5 və X8 polis bölməsinə aparıldıqdan sonra akt tərtib edilsə də, sözügedən 4 dekabr 2021-ci il tarixli 43873 saylı aktda Şahid6, X1, X6, X5 və X8un aktı imzalamaqdan imtina etdikləri göstərilmişdir. Bu isə o deməkdir ki, aktın tərtib edilməsində həmin şəxlər ümumiyyətlə iştirak etməmiş, aktın imzalanması onlara təqdim edilməmiş, ümumiyyətlə artıq axşam saatları olduğundan özü də, həmin dövrdə qış ayı olduğu üçün havanın erkən saatlarda qaraldığından, ərazinin ölçüsünü nəzərə alsaq aktın məhz göstərilən tarixdə tərtib edilməsinin fiziki cəhətdən mümkün olmadığından, aktın məzmununa həqiqətə uyğun olmayan məlumatlar daxil edilməklə aktın saxtalaşdırıldığı məlum olur. Onu da qeyd edirəm ki, meşə ərazisindən çəkilmiş fotoşəkillərdəki kölgələrdən açıq-aşkar müayinəni n havanın günəşli vaxtında aparıldığı məlum olur. Samur-Yalama Milli Parkının direktoru Şahid1 ifadəsində Yalama meşə sahəsinin 8 saylı dolayın 15 və 16-cı kvartallarına 5 dekabr 2021-ci il tarixdə (aktda isə 4 dekabr 2021cil tarix göstərilib) baxış keçirilərək hansı sayda və növdə ağacların kəsildiyinin müəyyən edildiyini bildirmişdir. Cinayət işinin materiallarında hadisə yerinə polis əməkdaşlarının gəlməsi və şəxslərin polis bölməsinə aparılmasını təsdiq edən hər hansı sənəd ümumiyyətlə yoxdur. Qeyd edilən 4 dekabr 2021-ci il tarixli aktda Şahid6 aktı imzalamadan imtina edildiyi göstərilsə də "Mersedes" markalı **-UU-*** və QAZ 66 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə baxış keçirilməsinə dair xx.xx.20221-ci il tarixli baxış aktında Şahid6 iştirak etdiyi və aktı imzaladığı göstərilmişdir. Şahid6 meşə sahəsinə baxış keçirilməsinə dair aktı imzalamadığı halda nəqliyyat vasitələrinə baxış keçirilməsinə dair aktda imza etməsi özü-özlüyündə artıq şübhə doğurur. Xüsusən də nəqliyyat vasitələrinə baxış keçirilməsinə dair aktdakı imza ilə Şahid6 ifadələrində olan imzaların vizual olaraq ilk baxışdan uyğun gəlməməsi aktların mötəbər sübut kimi qiymətləndirilə bilməzliyini göstərir. Xətşünaslıq ekspertizası təyin edilsə nəqliyyat vasitələrinə baxış keçirilməsinə dair aktdakı imzanın Şahid6 məxsus olmadığının müəyyən ediləcəyinə inanırıq. Bundan əlavə, "Mersedes" markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi Şahid6 aktda adı göstərilsə də QAZ 66 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 adı ümumiyyətlə akta dax il edilməmiş və ya iştirakı təmin edilməmişdir. Məhkum ittiham elan edilməsinə əsas olmuş, ittiham orqanının və məhkəmənin sübut kimi istinad etdiyi Zərərçəkmiş şəxs Samur-Yalama Milli Parkı Yalama meşə sahəsinin əməkdaşları - Şahid4, Şahid5, Şahid2 və Şahid3 tərəfindən imzalanmış 4 dekabr 2021-ci il tarixli akt CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermədiyindən, kobud pozuntulara yol verildiyindən sübut kimi qiymətləndirilə bilməz. X6, X5, X8, X1 Məhkum ilə əlaqələrini təsdiq edən hər hansı sübut yoxdur. Müdafiə tərəfi olaraq hesab edir ki, Samur-Yalama Milli Parkının əməkdaşları ağac kəsimi faktını xx.xx.2021-ci il tarixdə meşə ərazisində saxlanmış şəxslərin üzərinə atmaqla özlərinin ən azından əraziyə nəzarət etməmə əməllərini ört-basdır etmişlər. Məhkum 1-ci Qarabağ mühar ibəsində iştirak etmiş, 2-ci Qarabağ müharibəsində arxa cəbhədə fəaliyyət göstərərək cəbhəyə müxtəlif yardımlar çatdırmış, özü Ağdam rayon sakini kimi 1993-cü ildən məcburi köçkün həyatı yaşayır, himayəsində 3 uşağı vardır. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarının ləğv edilərək, Məhkum cinayət törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxm ış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə y ekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya Məhkəməsinin qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o dem əkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, şəxsin əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim oluna n sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum külli miqdarda ziyan vurmaqla xüsusi mühafizə olunan ərazilərdə ağacları verdiyi tapşırıq əsasında istintaqa məlum olmayan şəxs (lər) vasitəsi ilə kəsib götürərək, külli miqdarda ziyan vurmaqla xüsusi mühafizə olunan təbiət ərazilərində ağacları vahid niyyətlə qanunsuz kəsərək nəticədə 13.188 manat məbləğində zərər vurması şahid ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Aşağı instansiya məhkəmələri cinayət tərkibini təşkil edən əlamətləri nəzərə almaqla sözügedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 259. 2.4-cü maddəsi ilə tövsif etməklə gəldikləri nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Kassasiya şikayətinin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən, ittiham olunan əməlin mübahisələndirilməsinə və ittihamın əsassızlığına dair göstərdikləri xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilərək formal mülahizə kimi dəyərləndirilmişdir. Belə ki, şahidlərin ifadələri, ekspert rəyləri və həmçinin istintaq hərəkəti aparılmasına dair protokolların müqayisəli təhlili məhkuma qarşı irəli sürülmüş ittihamın əsaslılığı qənaətini qaçılmaz etməklə məhkəmə iclasında tədqiq edilmiş sübutların biri digərini tamamlamaqla vəhdət təşkil etməsi ittihama uyğun cinayət hadisəsinin vahid mexanimzinin müfəssəl şəkildə gerçək və ardıcıl təsvirini for malaşdırır. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş –şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiq indən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin əhkumla birgə verdiyi kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansi yası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblər inin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və onun müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar