Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1762/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – “De fendo” Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 2 34.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) 23 sentyabr 2024-cü il tarixli 1(124)-649/2024 nömrəli hökmü ilə xx xxxxxx 1998-ci il tarixdə xxxx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, xxx-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirl i bilinərək, onun 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 1 fevral 2024-cü il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qı zı (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət məhkəmə tərkibində) 5 fevral 2025-ci il tarixli 1(105)-15/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü cəza təyini hissədə dəyişdirilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 7 (yeddi) il müddətinə endirilməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tar ixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış cinayətkar razılaşmaya uyğun olaraq alacağı külli miqdarda narkotik vasitə heroinin dəyərini ona veriləcək bank hesabına ödəyəcəyini öhdəsinə götürmüş, bundan sonra həmin razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxs ümumilikdə 620,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroini 1 (bir) ədəd sellofan bükümdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq baxçasının yaxınlığındakı əraziyə istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə gizlədib yerləşdirərək, daha sonra həmin bükümün geolokasiya və fotoşəkillərini Məhkum istifadəsində olan mobil telefonuna göndərmiş, Məhkum isə sonuncunun təlimatı əsasında yaşadığı Bakı şəhərindən Sumqayıt şəhərinə gedərək ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün göndərilmiş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qoyulduğu yerdən götürüb üzərində saxlamaqla daşıyarkən 1 fevral 2024-cü il tarixdə saat 00:25-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq baxçasının yaxınlığında saxlanılıb polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən satış məq sədilə əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 620,0 qram külli miqdarda, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 5 fevral 2025-ci il tarixli qərarı tamamilə qeyri-qanuni və əsassız olduğu üçün ləğv olunmalı və Məhkum bəraət verilməlidir. Belə ki, apellyasiya instansiyası ittiham hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə istintaqının qismən aparılması barədə qərar qəbul etsə də, məhkəmə, məhkəmə istintaqının aparılması görüntüsü yarad araq apellyasiya şikayətinin dəlillərini araşdırmadan, formal məhkəmə iclasları təyin edərək son nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkum haqlı olaraq özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə qətiyyən təqsirli bilmir və onun əleyhinə toplanmış sübutlar polis əməliyyatında iştirak etmiş şəxslərin təhrikindən (polisin müdaxiləsindən) sonra onun törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımır. Birinci instansiya məhkəməsi tərəfindən hadisənin baş vermə mexanizmi dəqiqləşdirilməmişdir. Eyni zamanda, məhkəmə istintaqı çəkişmə prinsipi əsasında aparılmalı olduğu halda buna əməl edilməmiş, yalnız ittiham tərəfinin təqdim etdiyi şahidlər dindirilmiş, polisin müdaxiləsi nəticəsində əldə olunmuş sübutl ar araşdırılmadan mötəbər sübutlar qismində qiymətləndirilmiş, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vəsatət tipli ifadələrinə heç bir önəm verilməmiş, təqsirləndirilən şəxsin təqsirsizliyinə şübhə doğurmayan sübutlar tədqiq olunaraq hüquqi qiymət verilməmiş, saxlandığı andan təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasına önəm verilməmişdir. İş materiallarında olan sms yazışmaları araşdılılmadan təqsirləndirilən şəxsin əleyhinə istifadə olunmuş, axtarış və götürmə aparılması zamanı Məhkum Azərbaycan dilini bilmədiyi halda tərcüməçinin iştirakı olmadan üzərinə baxış keçirilməsi və ifadəsinin alınmasına əhəmiyyət verilməmiş, işgəncə faktına məruz qaldığı halda (dəfələrlə vurğulayır) bununla bağlı məhkəmə araşdırması aparılmamışdır. Beləliklə də, məhkəmə iş üzr ə mövcud qanun pozuntuları və kifayət qədər ziddiyyətləri araşdırmamışdır. Eyni zamanda müdafiə tərəfi təəssüflə qeyd edir ki, qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən də, obyektiv qiymətləndirilməmiş, apellyasiya şikayətinin dəlilləri araşdırılmadan, Məhkum təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlara köklənərək, məhkəmə istintaqını birtərəfli qaydada, ittihamedici mövqe ilə təşkil etmişdir. Qeyd olunanların nəticəsi olaraq, təqsirləndirilən şəxsin öz müdafiəsini həyata keçirməsinə və təşkilinə məhkəmə tərəfindən heç bir vasitə ilə şərait yaradılmamışdır. Məhkum həm ibtidai istintaq, həm də bütün məhkəmə istintaqı boyu verdiyi ifadələrində o yalnız öz istifadəsi üçün 5 qram (50-60 manat qarşılığında) marixuana sifariş etdiyini, heroindən heç bir va xt istifadə etmədiyini vurğulamış, məhkəmə istintaqı zamanı isə polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldıqdan sonra külli miqdarda narkotik vasitəni üzərinə götürərək etiraf etdiyini israrla bildirmişdir. Lakin, apellyasiya instansiyası tərəfindən birinci instansiya məhkəməsinin Məhkum döyülmə faktına heç bir əhəmiyyət verilmədiyi, ümumiyyətlə bununla bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmadığı müəyyən edilərək müəyyən araşdırma aparılsa da, nəticə etibarı ilə, Məhkum işgəncə faktına hüquqi qiymət verilməsi öhdəliyini prokurorluq orqanına həvalə edərək, prokurorluq orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarı ilə kifayətlənməklə öz üzərindən işgəncə faktına hüquqi qiymət verilməsi vəzifəsini atmışdır. Müdafiə tərəfi Məhkum məxsus ***-***-**-* * nömrəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsə məxsus ***-***-**-** mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrindən xx.xx.2024-cü il tarix saat 01:00 radələrinə qədər olan vaxt aralığında qeydə alındığı anten dairələri üzrə hərəkət trayektoriyasıhərəkət istiqamətləri, dəqiq vaxtları (saat və dəqiqəsi) göstərilməklə müəyyən edilməsi üçün müvafiq mobil operatora sorğu verilməsi məqsədi ilə, əsaslandırılmış vəsatət vermiş, lakin apellyasiya instansiyası əsassız olaraq rədd etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası formal olaraq məhkəmə istintaqına keçməsi barədə qərar qəbul etmiş və bütün əsaslı şübhə doğuran faktları, ən əsası isə apellyasiya şikayətinin dəlillərini araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Sumqayıt Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, əməlindən peşman olduğunu, əvvəllərdə bir neçə dəfə həmin şəxsdən marixuana aldığını, bu dəfə də marixuananı götürmək üçün deyilən yerə getdiyini, orada ona deyilən yerdə daşa bənzər nəyisə görən zaman oradan uzaqlaşdığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prok urorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məh kəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbay can Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün ə saslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisə sinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılma sı, müdafiə tərəfinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunveric iliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətmə si onun məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid1 ifadələri, 1 fevral 2024-cü il tarixli “Raport”, baxış keçirilməsi haqqında 1 fevral 2024-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 1 fevral 2024-cü il tarixli 3-1616/2-6/733 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 29 mart 2024-cü il tarixli 1998 nömrəli rəyi, mobil telefona baxış keçirilməsi haqqında 11 may 2024-cü il tarixli protokol, diskə baxış keçirilməsi barədə 16 may 2024-cü il tarixli protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri ( psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinay ət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş k imi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psi xotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittiha mda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, cinayət işinin materiallarında olan Məhkum istifadəsində olan “Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, “WhatsApp” bölməsində adı “X” kimi qeyd edilmiş +98 914 *** **** saylı mobil nömrə arasında mütamadi olaraq sms mətnləri göndərilmiş, danışıqlar aparılmışdır. Saat 22:53 mobil telefona geolokasoya, bundan sonra saat 22:53-də “Konum olan yerdə kaspi usaq bagcasi var ordan saga piyada yol gedir 20 metre gedennen sonra sağda direy gorecey onun icinde qoymusam” məzmununda sms mətni göndərilmiş, saat 22:53-də üç ədəd fotoşəkli göndərilmiş, foto şəkillərin üzərində istiqamətləndirici işarələrin olduğu, həmçinin ikinci şəkildə “Kaspi” uşaq bağçasının giriş hissəsinin əks olunduğu, saat 22:53də həmçinin yenidən geolokasiya göndərilmiş, saat 22:54-də “hardasan” “San” məzmununda sms mətnləri, saat 22:55-də yenidən geolokasiya, saat 22:55-də yenidən “Ramin çatıram, 2 faiz zaryadkam qalıb, onnanda taksi sifariş verməliyim” məzmununda səsli sms göndərilmiş, saat 23:07-də “Gotr dun”, “Ay elkin”, saat 23:12-də “Ay ilkin”, “Mni bedbet eldin”, “Hardasan”, “Brat, saat 23:13-də “Hardansn”, “Burdayam”, “Ba”, “Telefonu”, “Obyekete”, “Zaryadkadi”, “Ay birat malı basgasi gutorr” məzmununda sms mətnləri göndərilmiş, saat 23:13-də “Kaspi uşaq baxçasının arxasındayam”, ‘Təndir, təndir çörəyi var burda, tükanı Həcioğlu, burdayam indi telefonu zaryadkaya qoymuşam” məzmununda səsli sms göndərilmiş, saat 23:14-də “Brat”, “Zarafat”, “Edirsen?”, “Men burdayam” məzmununda sms mətnlərinin göndərilmiş, saat 23:15-də yenidən geolokasiya göndərilmiş, saat 23:15-də “deyirem mal qalıb amarda indi başqasi gedib götürəcək nağayracam ged onu götür da” məzmununda səsli sms göndərilmiş, saat 23:16- da “Telefon”, “Zaryadkadi”, “Hardadi”, “Hardadi”, “Hara girim”, saat 23:17-də “??”, “Bajanin ec hinda”, “Yazib da”, “Bajaja” məzmununda sms mətnlərinin, saat 23:17-də üzərində istiqamətləndirici işarə olan fotoşəklin göndərildiyi, saat 23:18-də “Oki”, “Tm”, saat 23:29da “Ramin”, “Men”, “Cixiram”, “Obyekten”, “Gedirem”, “Konuma”, “Bunun”, saat 23:30-da “İcindedi?”, “Seka saridin mni”, “He da”, “Yigiram senj indi”, “5 sate”, “Jamahat mni dali eladi” məzmununda sms mətninin göndərilmiş, saat 23:31-də video zəng, saat 23:38 və 23:40-da audio zəng edildiyi, saat 23:41-də “Ramin, ay Ramin ay əlimi atdım ora nəsə yumru hiss elədim daş kimi” məzmununda səsli sms göndərildiyi, saat 23:42-də “Ramin” məzmununda sms mətni və geolokasiya göndərildiyi, saat 23:43-də “He ele odu, ele odu, ele odu heç ne das kimi götüreceydin” məzmununda səsli sms göndərildiyi, saat 23:45-də fotoşəkil göndərildiyi, saat 23:45-də audio zəng edildiyi, saat 23:48-də ödəniş qəbzi göndərildiyi, saat 23:53-də “Na uldo” məzmununda səs mətninin göndərilmiş, saat 23:55də iki ədəd video zəng edildiyi, saat 23:58-də saat 00:14-də “Na ldo”, “Gotrdon” məzmununda sms mətnlərinin göndərilmiş, saat 23:57-də vodeo zəng edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad ed ilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “psixoloji təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsi ni məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəs inin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bel ə ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba qoşma kimi əlavə edilən “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının surətindən görünür ki, Məhkum xx.xx.2024-cü il tarixdə saat 04.13 radələrində gətirilmiş, saat 11:30 radələlərində ilkin müayinə zamanı xəsarət aşkar olunmamış, şikayəti olmadığı qeyd edilmişdir. Həmin məktuba əlavə edilən “MSY-də saxlanılan şəxslərin uçotu” kitabından görünür ki, Məhkum xx.xx.2024-cü il, saat 00:25-də tutulmuşdur. Tutma protokolu xx.xx.2024-cü il, saat 04:45-də tərtib olunmuşdur. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 27 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Məhkum xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-də təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmişdir. Sorğu zamanı h.e.ş. xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ bazı nahiyəsində sarımtılyaşılaçalar rəngli qançır aşkar edilmişdir. Lakin cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsi (Kompleksi) tərəfindən göndərilmiş Məhkum aid tibbi kitabçasından çıxarışdan görünür ki, Məhkum həbsdən əvvəl xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ bazı nahiyəsində sarımtıl-yaşılaçalar rəngli qançır, hər iki said nahiyəsində köhnə çapıq toxumaları aşkar edilmişdir. Belə ki, qeyd normaların tələblərindən çıxış edərək məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət işinin materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum polis əməkdaşları tərəfindən işgəncə və qeyri-insani davranışa məruz qalması xüsusatı ilə əlaqədar, bədəni üzərində olan xəsarətlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və Məhkum saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə material üzrə 17 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar isə nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Odur ki, istər Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası göstərilən dəlilləri araşdırarkən haqlı olaraq Məhkum t əzyiq altında işgəncə nəticəsində ondan ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərarı əsas götürərək mötəbər hesab etməmişdir. Məhkum ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübute tmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələ blərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 23 4.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzər də tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1762/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1762/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver