Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1763/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına və Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 156.1 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata həmin hissədə xitam verilərək cinayət məsuliyyətindən azad edilməsi barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim X6) 15 sentyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1999-cu il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hi ssədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsi müddətinin başlanğıcının tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-c i maddəsi ilə təqsirli bilinib cinayət işi üzrə icraata həmin hissədə xitam verilərək cinayət məsuliyyətindən azad edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-344/2021 saylı hökmü dəyişdirilmişdir. Məhkum təyin olunmuş Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 145.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə üzrə cinayət təqibinə xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Zərərçəkmiş şəxs, yəni özgəsinin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib talamaqla dələduzluq etmiş, həmçinin sonuncu ilə birgə yaşadıqları dövrdə onu qısqanclıq zəminində qanunsuz olaraq azadlıqdan məhrum etmiş, habelə ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə amansız rəftar edib, mütəmadi olaraq alçaltmaqla, həmçinin ona hədə-qorxu gəlməklə özünü öldürməyə cəhd həddinə çatdırmış, eləcə də onun şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən video və foto çəkiliş materiallarını qanunsuz olaraq ə lə keçirməklə toplayıb, başqasına ötürməklə yaymışdır. Belə ki, o, 2020-ci ilin mart ayının sonundan başlayaraq iyun ayının əvvəllərinə kimi olan dövrdə qeyri-rəsmi münasibətdə olub birgə yaşadığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun mülkiyyətində olan pul və qızıl zinət əşyalarının olduğunu bilib bu əmlakı aldatma yolu ələ keçirmək qərarına gələrək sonuncuya Türkiyə Respublikasına gedib, orada ailə həyatı quraraq birlikdə yaşayacaqlarını və bir müddət dolanışıqlarını təmin etmək üçün onlara pul lazım olacağını bildirərək sonuncunun mülkiyyətində olan pul və qızıl zinət əşyalarını bu məqsədlə etibarlı yerdə saxlamaq üçün ona verilməsini deyib əslində isə həmin pul və qızıl zinət əşyalarını saxlamaq niyyəti olmadan bu bəhanə ilə ələ keçirərək talamaq üçün Zərərçəkmiş şəxs ona xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H Əliyev prospekti, “Fresco” marketin binasında blok 2, mənzil 150-də sonuncuya məxsus saxlamaq üçün verdiyi ümumi dəyəri 5000 manat olan bir ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan çəkisi 35 qram təşkil edən boyunbağını, bir ədəd çəkisi 13 qram təşkil edən qızıl qolbağını, bir ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan ümumi çəkisi 8 qram təşkil edən üzərində at nalı formalı klonu olan boyunbağını, eyni əyyarlı, Rusiya istehsalı, ümumi çəkisi 12 qram təşkil edən bir cüt qotazlı qızıldan sırğa və üzükdən ibarət dəsti, eyni ilə Rusiya istehsallı, eyni əyyarlı qızıldan ortası göy ətrafına xırda ağ qaşlar düzülmüş çəkisi 6 qram təşkil edən bir cüt qızıl sırğa və onun bir ədəd üzüyünü, iki ədəd Rusiya istehsalı, 583 əyy arlı qızıldan qırmızı qaşlı çəkisi 8 qram təşkil edən üzüyü, bir ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan ortasında qızılgül asması (klonu) olan çəkisi 11,5 qram təşkil edən boyunbağını və 3000 manat nağd pulu valideynlərinin evində saxlamaq adı ilə alaraq ələ keçirib, həmin əmlakı etibarlı yerdə saxladığını bildirsə də, əvvəlcədən planlaşdırdığı kimi talamaqla zərərçəkmiş şəxsə ümumi məbləği 8000 manat təşkil edən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs ilə birgə kirayədə yaşadıqları ünvan 2 ünvanında onunla ər-arvad münasibətində olmaqla ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs əvvəllər Şahid4 ilə də bir müddət qeyri-rəsmi ər- arvad münasibətində olduğunu bilib qısqanaraq TBəşirovanın Şahid4lə mobil telefon vasit əsi ilə əlaqə saxlamaqda əvvəlki münasibətlərini bərpa edəcəyindən ehtiyat edərək tanışlıqlarının ilk dövründə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Samsung A30” markalı mobil telefonunda olan TBəşirovanın Şahid4lə birgə çəkdirdiyi intim və özünün tək paltarsız çəkdirdiyi erotik görüntüləri əks etdirən “Whatsapp” sosial tətbiqi vasitəsi ilə, özünün ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “İphone” markalı mobil telefonuna Zərərçəkmiş şəxs xəbərsiz köçürməklə qanunsuz yolla ələ keçirib topladığı şəxsi həyatın sirri olan məlumatları özündə əks etdirən video və foto çəkiliş materiallarını Zərərçəkmiş şəxs qarşı təhdid vasitəsi kimi istifadə edib dəfələrlə ona nümayiş etdirərək nalayiq ifadələr işlətməklə bununla şəxsiyyətini mütəma di olaraq alçaltmış, eyni zamanda sonuncuya mütəmadi hədə-qorxu gələrək ondan Şahid4lə əvvəlki münasibətlərini bərpa edəcəyi təqdirdə bu görüntüləri yaxın və uzaq qohumlarına göndərərək rüsvay edəcəyini bəyan etməklə, habelə T Bəşirovaya qarşı eyni niyyətlə, yəni ondan ayrılmaması üçün mütəmadi olaraq döyməklə və fiziki ağrılar yetirməklə müşayiət olunan zor göstərməsi səbəbindən onun təhdidlərindən yaxa qurtarmaq üçün ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs özünü öldürmək qərarına gəlib 2020-ci ilin may ayının ortalarında sol qolunu ülgüclə kəsərək özünə sol said nahiyəsinin aşağı 1/3-nin çapıq toxumalarının kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi ilə nəticələnən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd h əddinə çatdırmış, bu hadisədən sonra onun təhdidlərindən yaxa qurtarmaq məqsədi ilə 2020-ci ilin may ayının sonuncu on günlüyündə rəfiqəsi Şahid3 evinə qaçmış Zərərçəkmiş şəxs zəng edərək sonuncuya birgə yaşadıqları mənzilə qayıtmadığı və onunla birlikdə yaşamaqdan imtina etdiyi təqdirdə Şahid4 ilə arasındakı intim görüntüləri özündə əks etdirən videoları və foto çəkiliş materiallarını yayacağını bildirməklə yenidən hədələmiş, rüsvay olacağını düşünən T. Bəşirova geri qayıdaraq onunla yenidən həmin ünvanda birgə yaşamağa başladıqdan sonra o, 2020-ci ilin may ayının sonuncu on günlüyündən iyun ayının ilk günlərinə qədər olan vaxt ərzində TBəşirovanın yenidən mənzili tərk etməsinin qarşısını almaq məqsədilə hər dəfə mənzili tərk etdiyi təxminən bir saat vaxt müddətində özünün gətirdiyi zənci r və qıfılla ayağından mənzilin yataq otağındakı istilik radiatoruna bağlamaqla Zərərçəkmiş şəxs sərbəst hərəkət etmək hüququnu tam məhdudlaşdıraraq onu qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Bundan başqa o, tanışlıqlarının ilk dövründə T Bəşirovanın istifadəsində olan 050688-0049 saylı mobil nömrə ilə istifadə etdiyi "SamsungA30” markalı mobil telefonunda olan Zərərçəkmiş şəxs Şahid4lə birgə çəkdirdiyi intim və özünün tək paltarsız çəkdirdiyi erotik görüntüləri əks etdirən "Whatsapp” sosial tətbiqi vasitəsilə özünün ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi "İphone” markalı mobil telefonuna Zərərçəkmiş şəxs xəbərsiz köçürməklə qanunsuz yolla ələ keçirib topladığı şəxsi həyatın sirri olan məlumatları özündə əks etdirən 04 ədəd video və 07 ədəd foto çəkiliş materiallarını 05 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs birgə yaşadıqları mənzildən qaçaraq birdəfəlik onunla əlaqəsini kəsdiyinə görə sonuncunu əvvəllər etdiyi təhdidi icra edərək xx.xx.2020-ci il tarixdə "Whatsapp” sosial tətbiqi vasitəsilə özünün ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi "İphone” markalı mobil telefonundan Zərərçəkmiş şəxs bacısı oğlu Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə etdiyi "Samsung” markalı mobil telefona göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları əks etdirən video və foto çəkiliş materiallarını rüsvay etmək məqsədi ilə qanunsuz olaraq yaymışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, himayəsində iki azyaşlı uşağı var, valideynləri qoca və yaşlıdır, hər ikisi şək ərli diabet xəstəliyinin ağır formasından əziyyət çəkirlər. Zərərçəkmiş şəxslə barışmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur və bu barədə məhkəməyə notariat qaydada ərizə təqdim etmişdir. Özü keçmiş idmançıdır, beynəlxalq yarışlarda dəfələrlə ölkəni layiqincə təmsil etmişdir. Sadaladığı hallar layiqincə qiymətləndirilməmiş, ona ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarının dəyişdirməklə, barəsində nisbətən daha aşağı həddə daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçı sının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhk um edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətl iliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəx sə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınma sına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15 -ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olu nur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımd an cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmişlə barışıq əldə edilməsi və zərərin ödənilməsini qeyd etmiş və ağırlaşdıran halın olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirə n halları və ağırlaşdıran halın olmadığını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində cəza təyin edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın on un islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-344/2021 saylı hökmünü dəyişdirmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edərək, və həmin maddə üzrə cinayət təqibinə xitam verimişdir. Müvafiq olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 145.1-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplayarkən qəti cəzanın müddətini azaltmışdır. Məhkəmə ko llegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi halları na yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cə miyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkuma cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkumun kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının də yişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1763/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1763/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver