Məhkəmə qərarları › İş №1(102)-1763/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1763/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1763/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1991-ci il tarixdə Ağsu rayonunun Nuran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində beş azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Nuran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə yaşayan. 2. 08 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW 320 MİNİK” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 may 2023-cü il tarixdə, saat 08:20-də Bakı şəhəri Xəzər rayonu Mərdəkan şosesində Mərdəkan qəsəbəsi istiqamətində olan körpünün sağ tərəfində Buzovna qəsəbəsi istiqamətində olan yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək ehtiyatsızl ıqdan avtomobilin qabaq hissəsi ilə hərəkət etdiyi istiqamətdə yolun 1-ci zolağı ilə adi yerişlə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərərvurmaya aid baş-beyin silkələnməsi alında olan qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yarası, burun sümüklərinin yerdəyişən sınığı, burunun, sağ gözətrafı nahiyənin hematomaları xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-138/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum Ehtiram oğluna daha ağır cəza təyin olunması və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Vəliyev Eynulla Hüseyn oğlu da apellyasiya şi kayəti verib, hökmün ləğv olunmasını və Məhkum bəraət verilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-138/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, dəfələrlə zərərçəkmiş şəxslə barışığa nail olmaq üçün cəhd edilsə də, barışıq yalnız 30 aprel 2024-cü il tarixdə əldə edilmişdir. K assasiya şikayətində Azərbaycan Respublikası CM-nin 58.3 və 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə istinad olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyind ən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeydinin 2-ci bəndinin müddəalarını nəzərə alınmaqla Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsi əsası ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsi xahiş olunur.

17. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

19. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində t əqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda çıxarılır.

20. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi, Məhkum Ehtiram oğluna daha ağır cəza təyin olunması və ona vurulmuş maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, iclasda iştirak etmiş zərərçəkmiş şəxsin nümayəndəsi verdiyi apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda məhkumun müdafiəçisi tərəfindən verilmiş ape llyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Baxılan kassasiya şikayətinə əlavə edilən zərərçəkmiş şəxsin nümayəndəsi L.M.Məmmədova tərəfindən verilmiş barışıq ərizəsi 5 saylı Bakı “ASAN” xidmət mərkəzində Notariat ofisində 30 aprel 2024-cü il tarixdə, yəni apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarının qəbul edilməsindən sonra təsdiq olunmuşdur.

23. İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə dair şikayətinə apellyasiya instansiya məhkəməsində baxılarkən, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasına dair hər hansı sənədi məhkəmələrə təqdim edilməmiş, əksinə zərərçəkmiş şəxs məhkumdan şikayətçi olduğunu, buna dair birinci instansiya məhkəməsinin hökm ü üzrə məhkuma təyin edilmiş cəzanın yüngül olması və ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı nümayəndəsi vasitəsilə apellyasiya şikayəti ilə müraciət etmiş, apellyasiya baxışı dövründə də zərərçəkmiş şəxsin nümayəndəsi şikayətini müdafiə edib məhkumla barışıq əldə edilmədiyini bildirmişdir. Bu isə o deməkdir ki, həmin dövrdə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsinə əsas verən hallardan heç biri mövcud olmamışdır.

24. Azərbaycan Respublikası CPM-nin 419.11-ci maddəsinin tələbinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

25. Cinayət-Prosessual Məcəlləsinin istinad edilən tələbindən göründüyü kimi, qanunverici kassasiya məhkəməsinə yeni faktlar araşdırma səlahiyyətini verməmiş, bu instansiyada məhkəmə baxışının həddi məhduddur. Kassasiya instansiyası məhkəməsi yalnız aşağı instansiya məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

26. Bu o deməkdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini təsdiqləyən ərizə Məhkum tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim edilmədən və bununla məhkəmələrə həmin fakta münasibət bildirməyə imkan yaratmadan verildiyindən, kassasiya instansiya məhkəməsi həmin ərizə üzrə hər hansı formada hərəkət edə və yaxud bu hala qiymət verə bilməz, buna g örə də kassasiya şikayətinin təmin edilməsi qeyri-mümkündür.

27. Qeyd edilənlərə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, baxılan kassasiya şikayətində qaldırılan tələblərdən kənar götürüldükdə, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

28. İstinad edilənlər apellyasiya instansiyası məhkəmə si tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-774/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar