Məhkəmə qərarları › İş №1(102)-1764/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1764/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1764/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-17/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu elektrik idarəsində nəzarətçi mühəndis işləyən, ünvan 1 ünvanında yaşayır. 2. 15 may 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 23 avqust 2019-cu il tarixdə, saat 21:00-da ünvan 2 ünvanında yerləşən yerüstü piyada keçidinin pilləkanı üzərində keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəfil yaxınlaşa raq, kənarda söhbət etmə barədə etdiyi təklifinin rədd edilməsini cüzi səbəb kimi göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, yəni əli ilə arxadan sonuncunun saçından tutub yerə yıxaraq sürükləməklə yanaşı əl və ayaq zərbələri ilə müxtəlif bədən nahiyələrinə zə rbələr endirməyə davam etmiş, ardınca sonuncuya məxsus “Xiaomi” markalı, “Mi 5” modelli mobil telefon aparatını qısqanclıq niyyəti ilə əlindən almaq istəyərkən müqavimətlə qarşılaşdığı üçün dişləri ilə Zərərçəkmiş şəxs1 sol əlini dişləyib fiziki ağrı yetirərək mobil telefona yiyələnməklə konstruksiya cəhətdən digər məqsədlər üçün olan, lakin məhv etmə və zədələmə xüsusiyyətinə malik olan mobil telefonu silah qismində istifadə edərək qeyd edilən əşya ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə ardıcıl zərbələr endirməklə Zərərçəkmiş şəxs1 sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulması na səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum 12 sentyabr 2019-cu il tarixdə, saat 21:00-da keçmiş arvadının ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinin qarşısında olarkən keçmiş qayınatası Zərərçəkmiş şəxs2 ilə rastlaşaraq aralarında baş tutan söhbət zamanı əlində saxladığı planşetin yaddaşında sonuncunun qızı Zərərçəkmiş şəxs1 Bayram qızı ilə əlaqəli əxlaq normalarına zidd məlumatların olmasını iddia etdiyi anda Zərərçəkmiş şəxs2 deyilənlərə müstəsna məhəl qoymamasını cüzi səbəb kimi göstərərək, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aş kar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə mübahisə yerini tərk edən Zərərçəkmiş şəxs2 təqib edib ona yetişərək əli ilə sonuncunun baş nahiyəsinə zərbə vurub zərərçəkmiş şəxsə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək təkrarən qərəzli xu liqanlıq etmişdir. 3. 18 iyun 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-110/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 dekabr 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə a pellyasiya şikayəti verib məhkəmənin gədiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini qeyd edərək hökmün ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.

6. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, məhkəmənin işin həqiqi hallarını nəz ərə almadan, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirmədən obyektiv nəticəyə gəlmədiyini, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan, hadisənin obyektiv səhnəsinə və məntiqə uyğun olmayan mövqeyə əsaslandığını qeyd etmiş, hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-17/2022 nömrəli, 02 mart 2022-ci tarixli hökmü ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyas iya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 14 dekabr 2019-cu il tarixdən 09 (doqquz) ay müddətdə çəkdiyi azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla və təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasından 18 (on səkkiz) ay çıxılmaqla üzərində 01 il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası s axlanılmış, “8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci və 30-cu hissəsinə əsasən cəzasının həmin Qərar qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış və üzərində 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin tövsifində səhvə yol vermişdir. Kassasiya protestinin müəllifi qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-17/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Məhkum kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını iddia edərək, bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)17/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilir.

12. Kassasi ya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllə lərinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyas iya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin tövsifində səhvə yol verdiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Məhkum kassasiya şikayətində əməlində cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilməli olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmiş dir.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-17/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən hə yata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Hazırki kassasiya protesti ilə mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin qərarı istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların müddəaları ilə müqayisəli şəkildə təhlil edildikdə, dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərin əsassız olduğu müəyyən edilir.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı aparılmış qismən məhkəmə istintaqı ilə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum 12 sentyabr 2019-cu il tarixdə, saat 21 radələrində keçmiş arvadının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 h nömrəli fərdi yaşayış evinin qarşısında olarkən keçmiş qayınatası Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı dalaşması və onlara yüngül dərəcəli bədən xəsarəti yetirməsinə dair gəldiyi nəticə əsassız olmaqla, Məhkum həmin hissədə törətmiş olduğu əməlinə düzgün hüquqi qiymət verilməmiş və həmin əmələ düzgün tövsif edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi məhkumun və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini, digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkumun cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq Məhkum əməlini haqlı olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə tövsif etmişdir. Ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

27. Məhkum onun əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına dair hazırki kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətlərinə və apellyasiya protestinə apellyasiya instansiyası məhkəməsində baxılarkən ətraflı təhlil edilmiş, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla müqayisədə əsassız olması haqqında nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tər kibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi qənaəti işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu m addə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən və müvafiq nəticələr həmin sübutların üzərində qurulduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

30. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclasında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanla r apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 31.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-17/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-17/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar