Məhkəmə qərarları › İş №1(102)-1764/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1764/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1764/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx xxx 1956-cı il tarixdə Füzuli rayonu Dilağarda kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, xxx qeydiyyatda olmaqla, tutulan günə kimi ünvan 1 ünva nında yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-80/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qobustan Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(026)-17/2023 nömrəli hökmü ilə (hakim: M.Q.Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin ə vvəli 03 iyun 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11 aprel 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində otlaq sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus, hər biri 2500 manat dəyərində 4 baş inək, Zərərçəkmiş şəxs2 məxsus, hər biri 2500 manat dəyərində 2 baş inək olmaqla cəmi 6 baş iribuynuzlu heyvanı həmin ərazidən apararaq gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 10000 (on min) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 5000 (beş min) manat məbləğində olmaqla ümumilikdə 15000 (on beş) min manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Qobustan rayonu Cəngi kəndi ərazisində yerləşən örüş sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus, orta diri çəkisi 205 kiloqram olan 2000 (iki min) manat dəyərində 1 baş inək və Zərərçəkmiş şəxs3 məxsus, orta diri çəkisi 184 kiloqram olan 2200 (iki min iki yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 176 kiloqram olan 2000 (iki min) manat dəyərində 1 baş, orta diri çəkisi 153 kiloqram olan 1600 (bir min altı yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 127 kiloqram olan 1300 (bir min üç yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 132 kiloqram olan 1400 (bir min dörd yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 108 kiloqram olan 1200 (bir min iki yüz) manat dəyərində 1 baş inək olmaqla cəmi 7 baş iribuynuzlu heyvanı həmin ərazidən apararaq gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 2000 (iki min) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 isə 9700 (do qquz min yeddi yüz) manat məbləğində olmaqla ümumilikdə 11700 (on bir min yeddi yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən zərərçəkmiş şəxslə barışması və ağır ailə vəziyyətini nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzr ə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirə n əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngü lləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normaların da təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsi ilə təqsi rli bilindiyi cinayət əməli – qəsdən sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, baxılan işdə Məhkum zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin cəzanı ağırlaşdıran halların olmamasına və Məhkum cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınm asına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də Məhkum ailə vəziyyətini kifayət qədər araşdırmamış, nəticədə onun himayəsində azyaşlı uşağın olmasını nəzərindən qaçırmış, müvafiq olaraq cəzanın həddini müəyyən edərkən qeyd olunan cəzanı yüngülləşdirən halı nəzərə almamaqla yanaşı, təyin olunan cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsirini də lazımınca dəyərləndirməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən sorğu əsasında əldə olunmuş elektron məlumata əsasən, həmçinin cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 30 avqust 2018-ci tarixli hökmdən görünür ki, Məhkum himayəsində 22 noyabr 2016-cı il tarixdə doğulmuş Hüseyn adında oğlu var. Yuxarıda istinad o lunduğu kimi, təqsirkarın himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin birbaşa təsbit etdiyi və bu üzdən CM-in 58.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi və onun məhkumun ailəsinin həyat şəraitinə təsirinin dəyərləndirilməsi zamanı mütləq şəkildə nəzərə alınmalı olan haldır. Cinayət qanunun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Məhkum himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Sözügedən cəzanı yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum himayəsində azyaşlı uşağının olması hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən cəzanı yüngülləşdirən, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, Məhkum cəzasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin ən aşağı həddinədək deyil, altı a y azaldılmasını mümkün edən əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum 03 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahedici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə məhkumun, kassasiya şikayətinin təmin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-80/2024 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-80/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) aydan 03 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar