Məhkəmə qərarları › İş №1(102)-1764/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1764/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1764/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx xxxxx-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 dekabr 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin f aktiki hallarına görə, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən 8,667 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşıyıb ünvan 2 ünvanında yerləşən tanışı Təqsirləndirilən şəxs yaşadığı evə apararaq 22 iyul 2023-cü il tarixdə, saat 15 radələrində 1,505 qramını 10 manat müqabilində sonuncuya satıb, qalan 7,162 qramını isə üzərində saxlamaqla daşımışdır. Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən polis bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə 23 iyul 2023-cü il tarixdə, saat 18:25-18:30 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə 7,162 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-427/2024 nömrəli, 13 sentyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində n əzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-427/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya ş ikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində məhkəmələr tərəfindən iş üzrə araşdırma aparılmadığı, təqdim edilmiş vəsatətlərin təmin edilmədiyi, Məhkum saxlayan polis əməkdaşlarının məhkəməyə dəvət edilərək dindirilmədiyi qeyd edilmişdir. Bundan başqa, Məhkum məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən tutularkən işgəncələrə və dəfələrlə döyülməyə məruz qaldığını və yalnız bu səbəbdən etirafedici ifadələr verməyə məcbur olduğunu bildirsə də, məhkəmələr işin bu hallarına da düzgün hüquqi qiymət verməmişlər. Həm müdafiəçi tərəfindən, həm də məhkəmə tərəfindən məhkumun saxlanılarkən Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət olunub-olunmaması barədə sorğular verilmiş və həmin xəstəxananın verdiyi cavaba görə 10 (on) gün ərzində Məhku m ilə əlaqədar yeddi dəfə təcili tibbi xidməti çağırılmışdır. Yəni bu faktın özündən də açıq-aydın görünür ki, məhkum həm qanunvericiliyin tələblərinin pozulması ilə 10 gün müddətində Xaçmaz Rayon Polis İdarəsində saxlanılmış, həm də işgəncələrə məruz qalmışdır. Məhkum tanınmaz dərəcədə döyüldüyü üçün onun istintaq təcridxanasına verilməsi yubadılmışdır. Buna baxmayaraq məhkəmələr Məhkum şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübutlar siyahısından çıxarmamışlar. Həmçinin, cinayət işinin materiallarında narkotik vasitələrin həqiqətən Məhkum tərəfindən digər Təqsirləndirilən şəxs İsgəndər oğluna satılmasını təsdiq edən heç bir sübut yoxdur. Yeganə sübut Təqsirləndirilən şəxs İsgəndər oğlunun ifadəsidir ki, həmin ifadələr də polis əməkdaşları tərəfindən döyülmə və işgəncələr nəticəsində əldə edilmiş ifadələrdir. Narkotik vasitələrin satışı üçün istifadə olunan tərəzi Təqsirləndirilən şəxs evindən tapıldığı halda, Məhkum narkotik vasitələrin satışında günahlandırılmışdır. Cinayət işinin materiallarında məhkum edilmiş şəxsin cinayət əməlini törətməsini təsdiq edən heç bir qanuni əsas və sübut yoxdur. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsi və ya ən aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səl ahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi kassasiya şikayətində məhkəmənin cinayət proses i tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyini, Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi halda barəsində ittiham hökmünün çıxarıldığı əsası ilə ona bəraət verilməsini və ya cəza həddinin azaldılmasını xahiş edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlill əri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayə t tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum məhkəmə qarşısında özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutul an cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin cinayətin törədilməsində təqsiri məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, digər məhkum Təqsirləndirilən şəxs və şahidlərin istintaqda və məhkəmədə verdikləri ifadələri, mənzilə baxış keçirilməsi haqqında protokol, video çəkilişdən istifadə edilməklə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokol, üzləşdirmə və digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar və işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Belə olan halda birinci instansiya məhkəməsi Məhkum ittiham olunduğu cinayət əməlini törətmədiyi, polis əməkdaşları tərəfindən döyüldüyü və işgəncəyə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyi ilə bağlı məhkəmədə bildirdiklərini və gətirdiyi dəlillərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirib, ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etmişdir.

25. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq məhkumun etirafedici ifadəsinin təzyiq nəticəsində verdiyinə dair iddialarına münasibətdə qeyd etmişdir ki, o, həmin xüsusatları nə məhkəməyədək icraatı aparan orqan qarşısında səsləndirmiş, nə də ki, cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstən tiqin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət qaldırmamış, eləcə də təzyiqə və ya digər amansız rəftara məruz qalmaqla hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

27. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəmə si”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

28. Hazırki cinayət işində isə cinayət təqibinin bütün mərhələlərində peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər məhkum özü, istərsə də onun müdafiəçisi ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericil iklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu hal-hazırda da hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir.

29. Məhkumun məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddialara münasibətdə məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarının 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir əsaslı dəlillə möhkəmləndirilməyən iddiaları sadəcə ifadənin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq və zifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

30. Bununla belə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin verdiyi vəsatətlərə əsasən ibtidai istintaq dövründə işgəncə faktının olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı müvafiq araşdırma aparılmış, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, Xaçmaz Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına sorğular göndərilmişdir.

31. Həmin sorğular əsasında əldə edilmiş məlumatlara istinadən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-427/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarı ilə müdafiəçi tərəfindən verilmiş Məhkum barəsində məhkəmə-tibbi e kspertizasının təyin edilməsinə dair vəsatəti təmin edilməmişdir.

32. Birinci instansiyası məhkəməsinin qeyd edilən qərarında vəsatətin təmin edilməməsinə əsas olaraq göstərilmişdir ki, məhkəmənin sorğusu ilə ələ edilmiş və cinayət işi materiallarına əlavə edilərək tədqiq olunan məktublardan görünür ki, Məhkum 23 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmiş, 25 iyul 2023-cü il tarixdə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxslərin keçirilmə qrafikinə uyğun olaraq 28 iyul 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş tibbi müayinə keçirilməsinə dair sənədlərdən görünür ki, Məhkum bədənində ağrılar, təngnəfəslik və ürək tələsməsi kimi narahatlıqla r olmuş və o, acil servisə aparılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Məhkum 27 iyul 2023-cü il tarixdə “Alkoqol qəbulundan yaranmış psixi və davranış pozuntuları” diaqnozu ilə xəstəxananın TTY (acil) bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə xəstəxanaya hər hansı xəsarət aldığı üçün deyil, “alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları” diaqnozu ilə yerləşdirilmişdir. Bundan əlavə o, Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerinə daxil olarkən hər hansı xəsarət aldığını deməmiş, sadəcə ağrıları olduğunu bildirmişdir.

33. Göründüyü kimi kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddialara münasibətdə məhkəmələr tərəfindən ətraflı araşdırma aparılmaqla artıq müvafiq cavablandırma verilmişdir.

34. Müvafiq olaraq, məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin Məhkum fiziki və ya psixi zorakılığa məruz qalmasına dair dəlillərinin cinayət işi materiallarında olan sübutlarla təkzib edildiyini nəzərə alaraq, onun ibtidai istintaq dövründə etirafedici ifadəsini işgəncə təsiri altında məcbur olaraq verdiyi barədə iddianı cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq qaldırılan dəlil kimi qiymətləndirir və bu dəlili əsassız hesab edir.

35. Məhkumun müdafiəçisinin məhkəmələr tərəfindən çoxsaylı vəsatətlərinin əsassız olaraq təmin edilmədiyinə dair kassasiya şikayətində qaldırdığı digər dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı qəra rlarına görə, 6-cı maddənin 1-ci bəndi məhkəmələr üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, bu vəzifə hər bir qaldırılan məsələnin ətraflı cavablandırılmasını tələb edən şərt kimi başa düşülməməlidir (Kikabidze Gürcüstana qarşı, № 57642/12, § 62, 16 noyabr 2021-ci il). Qərarların əsaslandırması vəzifəsinin tətbiqi dərəcəsi onların mahiyyətindən asılı olaraq fərqli ola bilər və işin halları nəzərə alınmaqla müəyyən edilməlidir (Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il).

36. Kassasiya şikayətinin müəllifi aşağı instansiya məhkəmələrinin tərəfindən verilən vəsatətlərin təmin edilməməsindən şikayətlənsə də, lakin cinayət işinin materialları əsasında həmin vəsatətlərin əsaslı olması, eyni zamanda işin nəticəsinə təsiri müəyyən edilmədiyindən, həmin vəsatətlərin təmin edilməməsi barədə məhkəmələrin gəldiyi mövqeləri əsaslı olmuşdur.

37. Belə ki, hər iki instansiya məhkəməsində müdafiəçisi vəsatət verərək, məhkumun ona verdiyi ifadəsində saxlanıldığı gündən təqribən 10 gün əvvəl müddət ərzində ümumiyyətlə Təqsirləndirilən şəxs İsgəndər oğlu ilə görüşmədiyini bildirdiyini, işin faktiki hallarının təhrif edildiyini iddia edib, buna görə də məhkumun daimi istifadəsində olan mobil telefona dair məlumatların "xxxx" MMC-dən alınaraq cinayət işinin materiallarına əlavə edilməsini xahiş etmişdir.

38. Lakin məhkəmə istintaqı zamanı vəsatətdə göstərilən hallar təkzib olunduğundan, əsaslı olaraq məhkəmələr tərəfindən təmin edilməmişlər.

39. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində 29 mart 2024-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş digər məhkum Təqsirləndirilən şəxs məhkumun müdafiəçisinin sualına cavab olaraq bildirmişdir ki, məhkumdan narkotik vasitəni telefonla əlaqə saxlayaraq almamışdır, çünki məhkum özü onun yanına mütəmadi gəlib-getmişdir. Məhkum isə müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq axırıncı dəfə təqsirləndirilən şəxslə 20-21 iyul tarixlərində görüşdüyünü və görüş zamanı sonuncunun ondan maddi kömək istədiyini, ərzaq aparmasını xahiş etdiyini, onun da alıb apardığını, təqsirləndirilən şəxsə kömək etdiyini bildirmişdir (cild 2, vərəq 54-55 ).

40. Hər iki məhkum edilmiş şəxslərin ifadələri əsasında onlar arasında birbaşa əlaqənin olması, saxlanılmamışdan qısa müddət əvvəl görüşmələri təsdiq olunduğundan, vəsatət üzrə həmin faktların aydınlaşdırılması üçün mobil telefon məlumatlarının yoxlanılmasına zərurət olmamışdır.

41. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin qənaətinin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

43. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsi ilə müqayisədə sərt mövqedən çıxış edən aşağı instansiya məhkəmələri Məhkum təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan daha yuxarı həddə cəza seçmələrini hər hansı formada əsaslandırmamışlar.

44. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təq sirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 15, § 45, 24 dekabr 2021ci il).

45. Bu səbəbdən məhkəmə kollegiyası baxılan cinayət işinin müəyyən edilmiş hallarını mövcud məhkəmə təcrübəsi ilə müqayisə edərək hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun qəbul edilsə də, cinayət işinin müəyyən edilmiş halları, məhkumun şəxsiyyəti və onun ailə vəziyyəti kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.

46. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyinə görə, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərb aycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).

47. Avropa Məhkəməsinin presedent hüququnda da şəxsin azadlıqdan məhrum edilməsinə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı həmçinin həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

48. İsti nad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən cinayət əməlinin törədilməsi halları, məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran hər hansı halın olmaması kimi xüsusiyyətlər, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-427/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 07 (yeddi) il müddətə azadl ıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

49. Məhkəmə kollegiyasının fikrincə, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

50. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlə ri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-427/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 07 (yeddi) il müddətə azadlıqdan m əhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılsın və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı qalan hissələrdə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar