Məhkəmə qərarları › İş №1(102)-1765/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1765/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1765/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 213-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(105)-56/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 01 avqust 1981-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, sürücü işləyən, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla yaşayır.

2. Birinci inst ansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 19 iyun 2023-cü il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə külli miqdarda, 2002 manat dəyərində cəmi 260 qutu siqaret və 11 ədəd alkoqollu içkiləri əldə etmiş, onlardan 1 ədədinin qiyməti 7 manat olmaqla, 700 manat dəyərində 100 qutu “X9” markalı siqaretləri idarə etdiyi “DAF" markalı, 99XA385/99ZF385 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin sağ tərəfində əşyalar üçün nəzərdə tutulmuş yerdə, 1 ədədinin qiyməti 28 manat olmaqla 56 manat dəyərində 2 ədəd 1 litrlik “Russkiy Standart” və 1 ədədinin qiyməti 14 manat olmaqla 126 manat dəyər ində 9 ədəd 0,5 litrlik “Pyat Ozer” markalı araqları yataq yerinin boşluqlarında, 1 ədədinin qiyməti 7 manat olmaqla, 1120 manat dəyərində 160 qutu “X9" markalı siqaretləri nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində ehtiyyat hissələri üçün nəzərdə tutulmuş yeşiklərdə yerləşdirib satış məqsədilə saxlamış və Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən 19 iyun 2023cü il tarixdə, saat 05 radələrində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda həmin yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd olunan tütün məmulatları və alkoqollu içkilər saxlanıldığı yerlərdən aşkar edilərək götürülmüşdür.

3. Qusar Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 31 oktyabr 2023-cü il tarixli, 1(0 29)-93/2023 nömrəli hökmü ilə Məhkum CM-in 213-1.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməsi, davranışına nəzarət etməyin yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində) 27 fevral 2024-cü il tarixli, 1(105)56/2024 nömrəli qərarı ilə Məhkum CM-in 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin 1(029)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(105)-56/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsind ə məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanı qüvvədə saxlayarkən onun tərifindən törədilmiş cinayət əməlinin obyektinin aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların dövriyyəyə buraxılması aksiz vergisinin ödənilməməsinə, nəticədə isə dövlətin iqtisadi sisteminə zərər yetirilməsinə səbəb olmasına, digər tərəfdən, aksiz markası olmayan malların dövriyyəyə çıxarılması onların istehsal mənşəyini və lazımı standartlara cavab verib-verməm əsini də şübhə altına almasını, həmin cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını və həmin əməlin ağır nəticələrə səbəb olmasını nəzərə almamışdır. Həmçinin xüsusi vurğulanmalıdır ki, CM-in 213-1.2.1-ci madəsinin sanksiyasında yalnız beş ilədək mücjdətə azadlıqdan məhrum etmə cəzası nəzərədə tutulmuşdur ki, bu da bu kateqoriya cinayətlərin nə dərəcədə ictiıyıai təhlükəli olmasının göstəricisidir. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin edilmiş şərti cəzanı qüvvədə saxlamaqda haqlı olmamışdır.

8. Belə ki, kassasiya protestinin dəlilləri apellyasiya protestinin dəliləri ilə eynilik təşkil edərək, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM ) 416.1.21 maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(105)-56/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya protes tinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələb lərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qə rarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(105)-56/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və h əm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci madd əsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

22. Cəzanı ağırlaşdıran halların tam siyahıs ı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.

24. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ha belə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

25. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

26. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

27. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

28. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmama lı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

29. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın şərti hesab edilməsinin qanunsuz və əsassız olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

30. Azərbaycan Respublikası CM-in 213-1.2.1-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

31. Məhkum Azərbaycan Respublikası CM-in 213-1.2.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin e dilmiş və həmin cəza CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.

32. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab etmiş, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.

33. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinin onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmamasına münasibətdə kollegiya qeyd edir ki, sözügedən hallar birinci instansiya və apellyasiya insta nsiyası məhkəmələri tərəfindən araşdırılaraq, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi qənaətinə gəlmişdir. Hazırki halda isə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək eyni əsaslarla yenidən yeni baxışa qaytarılması üçün əlavə əsaslar müəyyən edilmir.

34. Belə ki, əmələ görə barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın CM-in 70ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməlidir.

35. Kassasiya kollegiyası kassasiya protestində göstərilən “... onun tərəfindən törədilmiş cinayət əməl inin obyektinin aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların dövriyyəyə buraxılması aksiz vergisinin ödənilməməsinə, nəticədə isə dövlətin iqtisadi sisteminə zərər yetirilməsinə səbəb olmasına, digər tərəfdən, aksiz markası olmayan malların dövriyyəyə çıxarılması onların istehsal mənşəyini və lazımı standartlara cavab verib-verməməsini də şübhə altına almasını, həmin cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını və həmin əməlin ağır nəticələrə səbəb olmasını nəzərə almamışdır...” dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən halın mövcudluğu şəxsin təqsirli bilindiyi cinayət əməlində cinayət tərkibinin mövcud olması elementlərindən biri qismində çıxış edir. Cinayət əməlinin obyektiv cəhəti qismində həmin halın çıxış etməsi şəxsin barəsində şərti məhkum etmə institutunun tətbiq edilməsini istisna edən hal qismində qiymətləndirilə bilməz. Çünki cinayət qanunu şərti məhkum etmə institutunun tətbiqinə münasibətdə məhdudiyyət müəyyən edərkən cinayət tərkibinin elementlərinə deyil, təyin edilmiş cəzanın növlərinə münasibətdə üstünlük müəyyən etmişdir.

36. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

37. Qeyd edilir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Bununla yanaşı, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Yəni, şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Təhlil edilənlər ə əsasən dövlət ittihamçısının qeyd edilən dəlili əsassız dəlil qismində qiymətləndirilir.

38. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) şərti tətbiq edilməklə təyin edilmiş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

39. Bütün bunlar kassasiya prote stinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 fevral 2024-cü il tarixli, 1(105)-56/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 213-1.2.1-ci maddəi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(105)-56/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar