Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1766/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəs inin nümayəndəsi X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(103)1089/2023 nömrəli qərarından iş üzrə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Təqsirləndirilən şəxsin Allahverdiyev Yaşar Böyükağa oğlu 22 oktyabr 1958-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarına əsasən Allahverdiyev Yaşar Böyükağa oğlunun barəsində tibbi xarakterli məcburi tədbir kimi ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi, Alla hverdiyev Yaşar Böyükağa oğlunun sağaldığı halda, təyin edilmiş tibbi xarakterli məcburi tədbir uzadıldıqda, dəyişdirildikdə və ya ləğv edildikdə, bu barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məlumat verilməsi,qərarın icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 həvalə edilməsi və Allahverdiyev Yaşar Böyükağa oğlunun hal-hazırda Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 müalicədə olmasının nəzərə alınması, Allahverdiyev Yaşar Böyükağa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Allahverdiyev Yaşar Böyükağa oğlu sağalanadək və tibbi xarakterli məcburi tədbirlər ləğv edilənədək dayandırılması qərara alınmışdır. 3.Dövlət ittihamçısı X6 tərəfindən apellyasiya protesti verilmişdir. 4.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2023-cü il tarixli, 1(103)1089/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, İş üzrə təqsirləndirilən şəxs Allahverdiyev Yaşar Böyükağa oğlunun barəsində tibbi xarakterli məcburi tədbir kimi ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi və Allahverdiyev Yaşar Böyükağa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Allahverdiyev Yaşar Böyükağa oğlu sağalanadək və tibbi xarakterli məcburi tədbirlər ləğv edilənədək dayandırılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(004)-4/2023 saylı qərarı ləğv edilmişdir. Allahverdiyev Yaşar Böyükağa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məhkəmə baxışına göndərilmişdir. 5.Qərardan təqsirləndirilən şəxs Allahverdiyev Yaşar Böyükağa oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
6. Şikayət müəəlifi qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin “məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Allahverdiyev Yaşar Böyükağa oğlunun, müdafiəçiləri ilə hər birinin ayrı-ayrılıqda, apellyasiya protestinin dəlillərini qəbul etməyərək apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə B akı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarnın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etməsi barədə” nəticəsi də tamamilə əsassız olmuşdur. 7.Belə ki, əvvəla təqsirləndirilən şəxs Allahverdiyev Yaşar Böyükağa oğlu, ümumiyyətlə, səhhəti ilə əlaqədar ifadə vermək imkanına malik deyildir. Təbii ki, belə olan halda, Allahverdiyev Yaşar Böyükağa oğlu apellyasiya protestinin dəlillərini qəbul etməyərək apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə Yasamal Rayon Məhkəməsinin qərarnın dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkə məsinin həmin nəticəsi Allahverdiyev Yaşar Böyükağa oğluna münasibətdə doğru deyil, ona görə ki, o, hətta sədrlik edən tərəfindən verilən adı, soyadı və atasının adı barədə suallara adekvat cavab verə bilməmiş, həmin prosesdə apellyasiya protesti və protestin dəlilləri ilə bağlı ona suallar verilməmiş, ümumyyətlə dindirilməmiş və təbii ki, heç bir münasibət bildirməmişdir. Bu faktı müəyyən etmək üçün məhkəmə iclasının audio-videoyazısına baxmaq kifayətdir.
8. Apellyasiya instansiyası məhkəməsinin ““Birinci instansiya məhkəməsi tərəfindən isə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin və Ali Məhkəmənin müvafiq Plenumunun qərarının tələblərini pozaraq Allahverdiyev Yaşar Böyükağa oğlu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutu lan cinayət əməllərini törədib-törətməməsi, əməlində cinayət tərkibinin olub-olmaması, həmin əməlin onun tərəfindən törədilib-törədilməməsini yoxlamaması, qanunun tələblərinə riayət etməyərək pozuntusuna yol verərək həmin əməllərin toplanmış sübutların məcmuyu ilə təsdiq olunub-olunmaması barədə nəticəyə gəlmədən Yaşar Allahverdiyev barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməsi barədə” nəticəsi də tamamilə əsassız olmuşdur. Belə ki, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarının 15-ci bəndində qeyd edilir ki, cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və xüsusi ittiham qaydasında şikayət üzrə işə birinci instansiya məhkəmə sində baxılarkən təqsirləndirilən şəxsin CM-nin 21.3-cü maddəsinin təsiri altına düşən xəstəliyə düçar olması müəyyən edildikdə məhkəmə işə baxılmasını davam etdirməklə əməlin törədilibtörədilməməsi, həmin əməldə cinayət tərkibinin olubolmaması, həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, şəxsin psixi xəstəliyə tutulub-tutulmaması, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmaması və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyacı olması kimi məsələləri yoxlamalı və araşdırılmış sübutlarla şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə eht iyacı olması təsdiq olunduqda, onun haqqında belə tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarır.İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarının 15-ci bəndində qeyd edilmiş hüquqi mövqeyə (tövsiyələrə) uyğun qərar qəbul etmişdir 10.Bundan başqa qeyd edilmişdir, ittiham tərəfi hüquqlarını müdafiə etdiyim Allahverdiyev Yaşar Böyükağa oğluna elan edilmiş əsassız ittihamın təsdiq olunması üçün bütün vasitələrdən, o cümlədən qanunsuz vasitələrdən istifadə edir, apellyasiya instansiya məhkəməsi isə buna şərait yaradır. Belə ki, hesab edirəm ki, məhz ittiham tərəfinin hüquqlarını müdafiə etdiyim şəxs Allahverdiyev Yaşar Böyükağa oğlu əsassız təqib etməsi nəticəsində, o, bir sıra, o cümlədən psixi xəstəliyə tutulmuş və 2 ilə yaxın müddətdə, yəni hal-hazıra qədər “Respublika Psixiatriya Xəstəxanası”nda stasionar müalicə alır. Odur ki, hesab edirik ki, Məhkəmə Kollegiyası yekun qərar qəbul edərkən bu halları da nəzərə almalıdır
11. CPM-in 410-cı maddəsinə əsasən: 410.1. Kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan 410.1.1. bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından— onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində. CPM-in 416-cı maddəsinə (Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar) əsasən: 416.0. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 419-cı maddəsinə (Kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması) əsasən: 419.1. Kasasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyri nə yekun qərar qəbul edir. 419.10. Cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında aşağıdakı qərarlardan birini çıxarırlar: 419.10.1. apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq; 419.10.2. məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək; 419.10.3. qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək; 419.10.4. apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək; 419.10.5. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul etmək (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin).
12. Beləliklə yuxarıda qeyd ediləmləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1089/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxarılması xahiş edilmişdir. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi nin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1089/2023 nömrəli, 05 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Res publikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
20. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331 /09, § 45, 2 aprel 2020-ci il).
21. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından müvafiq olaraq apellyasiya protesti nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
22. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
23. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayə tində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür.
24. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tər əfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Allahverdiyev Yaşar Böyükağa oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1089/2023 nömrəli, 05 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Allahverdiyev Yaşar Böyükağa oğlu barəsind ə olan 05 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.