Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1766/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi5 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 14 noyabr 2024-cü il tarixli 1(105)-730/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Aynur Rzayeva və Fəhmin Hümbətov) 16 sentyabr 2024-cü il tarixli, 1(124)619/2024 nömrəli hökmü ilə 6 yanvar 1971-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla və ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir, ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Mahan” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə ona veriləcək müəyyən məbləğdə pul müqabilində külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qoyulan yerlərdən götürüb deyiləcək yerlərə qoymaqla, satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, “Mahan” adlı şəxsin bir qrup şəxs halında 3 yanvar 2024-cü il tarixdə axşam vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yolun kənarında qoyduğu, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Q anunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan beş bükümdə ayrı-ayrılıqda çəkiləri 51,312 qram, 8,741 qram, 9,129 qram, 0,474 qram və 2,001 qram olan ümumi çəkisi 71,657 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki bükümdə ayrı-ayrılıqda çəkiləri 73,860 qram və 37,90 qram olan ümumi çəkisi- 117,76 qram narkotik vasitə marixuana və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan üç bükümdə ayrı-ayrılıqda çəkiləri 20,349 qram, 1,734 qram və 0,379 qram olan ümumi çəkisi- 22,462 qram külli miqdarda kustar üsulla hazırl anmış psixotrop maddə metamfetamin götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı ünvan 1-ə daşımış və saxlamış, 10 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olan zaman Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq, bölmənin inzibati binasına gətirilib, orada həmin gün saat 16:54-dən saat 17:08-ə kimi üzərində şəxsi axtarış aparılan zaman çiynində olan qırmızı rəngli əl çantasının içərisində həmin 05 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkiləri 71,657 qram olan narkotik vasitə heroin, 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkiləri 22,462 qram olan psixotrop maddə metamfetamin,02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkiləri 117,76 qram olan narkotik vas itə marixuana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 14 noyabr 2024-cü il tarixli, 1(105)-730/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 1(124)-619/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(105)-730/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Kassator qeyd edir ki, məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutları əsas götürmüş, iş üzrə zəruri halları nəzərə almamış, nəticədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkumun üzərində marixuana və heroin olmamışdır. Eyni zamanda onun evindən narkotik vasitə aşkar olunmamışdır. Bu xüsusat ittiham tərəfinin təqdim etdiyi sübutların yetərsiz və hüquqi cəhətdən əsassız olduğunu bir daha təsdiqləyir. Xüsusi olaraq Məhkum polis əməkdaşları tərəfindən küçədə saxlanılmamış, əksinə, 2 fevral tarixində polis əməkdaşları onun evinə daxil olmuşdur. İş üzrə istintaqın aparılması zamanı prosessual normalara tam riayət olunmadığı, obyektivlik və hərtərəfli araşdırma prinsiplərinin pozulduğu müşahidə olunmuşdur. İttiham tərəfinin təqdim etdiyi sübutlar əsassız və cinayət məsuliyyəti yaratmaq üçün yetərli deyildir. Xüsusilə qeyd edilmişdir ki, iş üzrə aparılan istintaq hərəkətlərində Məhkum müdafiəçisinin iştirak edib-etməməsinin müəyyən edilməsi üçün təşəbbüs göstərilməmiş, anten dairəsi məlumatlarının əldə edilməsi üçün məhkəmə tərəfindən sorğu verilməmişdir. İş üzrə kifayət qədər ziddiyyətli hallar mövcuddur. İş üzrə ziddiyyətli halların olması və bunun araşdırılmaması ədalətli məhkəmə araşdırması prinsipinin pozulması ilə nəticələnir. Əgər bu hallar araşdırılmırsa, o zaman hökm hüquqi deyil, formal xarakter daşıyır. Hüquqları müdafiə olunan şəxsin əvvəllər məhkumluğunu n olmaması da onun şəxsiyyətinin müsbət xarakteristikasını göstərir. Eyni zamanda məhkumun qadın olması, sosial vəziyyətini, ailə münasibətlərini nəzərə alaraq daha humanist, ədalətli yanaşmanın tətbiq edilməsinin zəruri olduğu vurğulanmışdır. İttiham tərəfinin təqdim etdiyi sübutların mənbəyi və əldə olunma üsulu şübhəlidir, sübutların toplanması zamanı prosessual qaydalar pozulmuşdur, təqsirli bilinməni təsdiqləyəcək yetərli, aydın və şübhəsiz sübutlar təqdim olunmamışdır. Bütün bu hallara nəzərə alaraq qeyd olunmuşdur ki, ittiham tərəfin sübutları qətiyyən etibarlı və əsaslı deyil, araşdırma isə natamamdır. Qanunvericiliyə görə “şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir” prinsipi tətbiq edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı şəxsə cəza təyin edilərkən yüngüll əşdirici halların nəzərə alınmaması hissəsində də qanunsuz və ədalətsizdir. Təyin olunmuş cəza yuxarıda qeyd olunan yüngülləşdirici hallar nəzərə alınacağı halda təqsirləndirilən şəxsin əməlinin və şəxsiyyətinin ictimai təhlükəliliyinə münasibətdə çox ağır olmuşdur. Yüngülləşdirici hallar olduğu təqdirdə təqsirləndirilən şəxsə bu qədər ağır cəza təyin edilirsə, yüngülləşdirici hallar olmadığı halda şəxsə hansı həddə cəza təyin edilməsi sualına cavab tapmaq mümkün deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdaf iəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, lakin buna baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutul muş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı h esab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər X5, X4 və X2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə bax ıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi özünün etirafedici ifadəsi ilə yanaşı, onun elan edilmiş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, onun üzərində şəxsi axtarış və g ötürmə, məhkumun müvəqqəti yaşadığı evinə baxış və götürmə barədə və digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə cinayət işinin digər materialları ilə təsdiq olunmuşdur. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən etməmişdir. Belə olan halda məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsizliyi barədə irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Eləcə də, cinayət işinin materiallarından görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs Məhkum öz hüquqlarının pozulması və polis əməkdaşlarının onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə digər sübutlarla təsdiq edildiyindən aşağı instansiya məhkəmələri əsaslı olaraq onun məhkəmə iclasında şəxsi axtarışı zamanı üzərində aşkar edilmiş narkotik vasitələrinin növü və miqdarı barədə verdiyi ifadəni həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlilləri də əsassızdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırki cinayət iş üzrə sübutlar əld ə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərinə riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, iş üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apel lyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməllərinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234. 4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişd irilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(105)730/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(105)-730/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1766/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1766/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver