Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1767/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyev) 26 sentyabr 2023-cü il tarixli 1(124)306/2023 nömrəli hökmü ilə xx xxxxxx 1961-ci il tarixdə Quba şəhəri, Qırmızı Sloboda qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq satış məqsədilə, külli miqdarda, yəni ümumilikdə 19 ədəd sellofan torbada ümumi təmiz çəkisi 11198,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib hissələrə bölməklə yaşadığı evdə saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 03 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən evinin qarşısında saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman məişət avadanlıqlarının saxlanıldığı otaqda döşəmə üzərinə qoyulmuş 19 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 120,0 qram, 140,0 qram, 1020,0 qram, 670,0 qram, 935,0 qram, 1360,0 qram, 1200,0 qram, 595,0 qram, 240,0 qram, 965,0 qram, 360,0 qram, 1693,0 qram, 1005,0 qram, 370,0 qram, 410,0 qram, 50,0 qram, 10,0 qram, 35,0 qram və 20,0 qram çəkidə olmaqla ümumi təmiz çəkisi 11198,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi hakim), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 05 mart 2024-cü il tarixli 1(105)-42/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 1(124)-306/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2024-cü il tarixli, 1(105)-42/2024 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, Məhkum istər istintaq dövründ ə, istərsə də məhkəmə istintaqında verdiyi ifadədə bildirmişdir ki, o ağır xəstəliklərdən əziyyət çəkir, ağrıların azaltmaq üçün narkotik vasitədən istifadə etmişdi. Məhkum “ağrıları azaltmaq üçün narkotikdən istifadə edirdim” ifadəsi digər sübutlarla təkzib olunmur və hökmdə onun satış məqsədilə narkotik maddələrin saxlanması barədə sübut yoxdur. Belə olan halda onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli və o, şəxsi istehlak miqdarından artıq narkotik maddənin saxlanmasına görə cinayət məsuliyyətinə cəlb edilməli idi. Məhkəmə məhkumun əməlini düzgün tövsif etməyib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin müalicə müəssisəsinin arayışından görünür ki, Məhkum 14 fevral 2024-cü il tarixdə 3 saylı İstintaq təcridxanasından “Ürəyin işemik xəstəliyi. Hipertoniya xəstəliyi İİ dərəcə’’ diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilmiş, döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi zamanı ağ ciyərdə törəməyə xas əlamət izlənilmişdir. Xəstəyə Milli Onkologiya Mərkəzinin onkoloqu tərəfindən baxış keçirilmiş, diaqnozun dəqiqləşdirilməsi üçün döş qəfəsi orqanlarının KT müayinəsi məsləhət görülmüşdür. Xəstə Milli Onkologiya Mərkəzində adı qeyd edilən müayinədən keçirilmiş, ağciyər törəməsi aşkar edilmişdir. Xəstəyə təkrar onkoloqun baxışı zamanı törəmənin növünün dəqiqləşdirilməsi üçün biopsiya müayinəsi məsləhət görülmüşdür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilə nlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bi ldirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkə tlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq 11198,0 qram miqdarında narkotik vasitə qur udulmuş marixuananı əldə etmiş və yaşadığı evdə saxlamışdır. Həmin narkotik maddə onda aşkar edilən zaman 19 ədəd sellofan torbalarda olmuş, həmin torbaların çəkisi 120,0 qram, 140,0 qram, 1020,0 qram, 670,0 qram, 935,0 qram, 1360,0 qram, 1200,0 qram, 595,0 qram, 240,0 qram, 965,0 qram, 360,0 qram, 1693,0 qram, 1005,0 qram, 370,0 qram, 410,0 qram, 50,0 qram, 10,0 qram, 35,0 qram və 20,0 qram olmuşdur. Həmçinin onun evində iki ədəd elektron tərəzi aşkar edilmişdir. Kassasiya şikayətində işin bu halları mübahisələndirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndind ə göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, yəni Məhkum yaşadığı evdə aşkar edilmiş qurudulmuş marixuananın miqdarını (11 kq 198 qram), həmin narkotik maddənin 19 ədəd sellofan torbada olmasını və əlavə olaraq 2 ədəd elektron tərəzinin aşkar olunmasını, habelə məhkumun bu qədər çəkidə narkotik vasitənin saxlamasının hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsini onun narko tik vasitənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan marixuananı məhz satış məqsədi ilə əldə etmiş və saxla mış, Məhkum ona istinad olunan CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfind ən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1767/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1767/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver