Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1768/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X3 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Məhkum oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2020 saylı, 28 iyul 2020-ci il tarixli hökmü (hakimlər Ə.Hacıyev (sədrlik edən), F.Qəribov və T.Hüseynov) ilə xx xxxxxx 1982-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Yuxarı Remeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona 11 (on bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə üzərində saxlanılan 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş qalan 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il azadlıqdan məhrum e tmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 11 iyul 2019-cu il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-303/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qərarı (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Məmmədov) ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 23 4.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmlə Məhkum Azərbaycan Respublikası CMnin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) müddətinə azadlqdan məhrumetmə cəzasının 4 (dörd) il müddətinə azadlqdan məhrumetmə cəzası ilə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətinə azadlqdan məhrumetmə cəzasının 8 (səkkiz) il müddətinə azadlqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaların qismən toplamaq yolu ilə ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə müvaiq olaraq Abşeron Rayon Məh kəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə üzərində saxlanılan 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş qalan 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 9 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilməməsi, apellyasiya şikayətlərinin qismən təmin edilməsi qərara alınmışdır. Dövlət ittihamçısı Zəfər Ramazanov qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 1(102)-812/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı (hakimlər T.Kazımov (sədrlik edən və məruzəçi), Ə.Seyidov və Ş.Yusifov) ilə kassasiya protestinin təmin edilməsi, Məhkum haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə) 22 oktyabr 2021-ci il tarixli 1(105)-513/2021 saylı qərarı ilə məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şirvan Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli 1(105)-513/2021 saylı qərarıından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsində köməkçi qismində iştirak etməklə qanunsuz olaraq saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməklə saxlanılması, daşınması və satılması barədə İran İ slam Respublikasının vətəndaşı “Şahı” adlı şəxs və qeyriləri ilə cinayətkar razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, öz istifadəsində olan “Bakcell” mobil operatoruna məxsus +**********58 saylı nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə “Şahı” adlı şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +**********46 saylı nömrə ilə 08 iyul 2019-cu il tarixdə əlaqə saxlayarkən “Şahı” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçiriləcək külli miqdarda narkotik vasitə heroini 500 manat qazanc müqabilində onun bildirdiyi yerdən götürüb deyəcəyi şəxsə təhvil vermək barədə təklifi ilə razılaşmış, hə min tarixdə axşam saatlarında Məhkum “Şahı” adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayarkən sonuncunun verdiyi məlumata əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilib daşınmaqla Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan yerdə gizlədilmiş bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 300,710 qram və bir ədəd yapışqan lentlə bağlanmış üzərində «Avromed» yazısı olan ağ rəngli polietilen torbada təmiz çəkisi 1210 qram olmaqla, ümumilikdə külli miqdarda 1510,710 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini oradan götürüb əldə etməklə faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci kilometr ünvanında yerləşən “ünvan 2ına daşıyaraq yaşayış sahəsində gizlətməklə saxlamış, 11 iyul 2019-cu il tarixdə “Şahı” adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayarkən sonuncudan bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 300,710 qram olan narkotik vasitə heroini götürüb ona zəng edəcək şəxsə verməsi və bunun müqabilində həmin şəxsdən 500 manat pul əldə etməsi barədə tapşırıq aldıqdan sonra Məhkum qeyd olunan çəkidə narkotik vasitə heroini götürüb üstündə saxlamaqla yaşadığı evin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 iyul 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum həmin gün saat 23:30-da yaşadığı Abşer on rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şosesi 7-ci kilometr ünvanında yerləşən “ünvan 4nılmış və baxış zamanı özü əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 300,710 qram olan külli miqdarda narkotik vasitə heroini və kirayə yaşadığı mənzilin yataq otağında olan qəhvəyi rəngli paltar dolabının üst hissəsindən bir ədəd yapışqan lentlə bağlanmış üzərində «Avromed» yazısı olan ağ rəngli polietilen torbada təmiz çəkisi 1210 qram olan külli miqdarda narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlillərini kimi məhkuma cəza təyin edilərkən Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmayan halları nəzərə almamış, məhkə mə yalnız öz gəldiyi qənaətinə əsaslanmış, ona yuxarı həddə cəza vermiş və öz qəbul etdiyi qərarını əsaslı hesab etmişdir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmayan halları barəsində tətbiq etməmiş və ona yuxarı həddə cəza verilmişdir. Azerbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsində yüngülləşdiri hallar sırasında olan və həmin maddənin sanksiyasında nəzərdə tutulmayan halları, məsələn, onun birinci dəfə cinayət törətdiyini, əməlindən peşman olduğunu, bu peşmançılığını məhkəmə etiraf etdiyini, yeni ailə qurması ilə əsaslandırmış,bu səbəbdən də məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiy a məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərba ycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi5 kassasiya şikayətində məhkumun ilk dəfə məhkum olduğunu, etdiyi əməldən səmimi peşman olmasını, onun yeni ailə qurmasını bildirmiş, bu səbəbdən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi h issəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ə dalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini v ə cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59. 1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün m üəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkmunun əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmiş və məhkuma təyin edilmiş cəza tam ədalətli olmuşdur. Odur ki, məhkumun kassasiya şikayətində onun cəzasının daha da yüngülləməsinə dair gətirdiyi dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli 1(105)-513/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli 1(105)-513/2021 saylı qərarı kassasiya şikayətinə münüasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1768/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1768/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver