Məhkəmə qərarları › İş №1(102)-1768/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1768/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1768/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfər oğlu Cəfərov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 və Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Rasim Sadıxov) 1(101)-71/2022 nömrəli 05 mart 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 3 08.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilm əklə 6 ( altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərək 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir, 20 avqust 1977-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələrində nəzərdə tu tulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Məhkum CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5,308.2-ci maddəsi ilə 1( bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum CM-in 32.5,313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, barəsində CMin 70-ci maddəsi tətbiq edilməklə, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, onun barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən direktoru olmaqla həmin Cəmiyyətin Nizamnaməsinə əs asən, mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi 2013-cü ildən "xxxx" MMC-nin təsisçisi olan Şahid5 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, həmin cəmiyyətin əvvəllər 2006-2013-cü illər ərzində direktoru vəzifəsində işləmiş Məhkum məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu, özü və Şahid5 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlə rindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 3 ünvanında inşa olunmuş 13 mərtəbəli 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzili Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, sonuncunun tanıdığı Məhkum vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitini həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 ödəməklə satın alıb buna dair sonuncu tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməsinə baxmayaraq, Şahid5 və Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında Məhkum mənzil almaq üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi Məhkum və Şahid5lə birlikdə təqdim edib həmin mənzili 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəyini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 3 ünvanında yerləşən satış ofisində Məhkum vasitəsilə Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Şahid5 də iştirakı ilə alıb, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində inandırmaq üçün həmin ofisdə Məhkum məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə vəzifəli şəxs qismində tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqısatqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla qəsdən fərqli formada imzalayıb və Şahid5 tərəfindən Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra Məhkum vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncudan aldıqları həmin pul vəsai tini Şahid5 və Məhkumla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 və Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum köməkçiliyi ilə, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, Məhkum köməkçiliyi ilə etdiyi həmin hərəkətlərlə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 2006-2013-cü illər ərzində direktoru vəzifəsində işləyərkən tanış olduğu, 2013-cü ildən "xxxx" MMC-nin təsisçisi olan Şahid5 və xx.xx.2017-ci il tarixdən həmin Cəmiyyətin direktoru olan Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə sonuncular ın xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 3 ünvanında inşa olunmuş 13 mərtəbəli 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzilin Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 tərəfindən 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, özünün vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaiti həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 ödənməklə satın alıb buna dair sonuncu tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməsinə baxmayaraq, Şahid5 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında mənzil almaq üçün özünə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzilin əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi Şahid5 və Təqsirləndirilən şəxs ilə birlikdə təqdim edib həmin mənzili 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəklərini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 20 18-ci il tarixdə Cəmiyyətin ünvan 3 ünvanında yerləşən satış ofisində Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs və Şahid5 də iştirakı ilə şəxsən aldıqdan sonra sonuncular qabaqcadan əlbir olan bir qrup şəxs qismində inandırmaq üçün həmin ofisdə özünün məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqısatqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla Təqsirləndirilən şəxs tərəfindən qəsdən fərqli formada i mzalanıb, Şahid5 tərəfindən isə Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra həmin sənədləri Zərərçəkmiş şəxs1 şəxsən təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini Şahid5 və Təqsirləndirilən şəxs ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid5 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və qeyd edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Qədim Babayev) 1(103)-969/2022 nömrəli 07 iyun 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-71/2022 nömrəli 05 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Ağı r Cinayətlər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1(103)-969/2022 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-969/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum Mecdun oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs şikayətinin dəlillərinə düzgün qiymət verməmişdir. Kassator şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə digər təqs irləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tam, hərtərəfli və obyektiv yoxlasaydı, onu təhlil edib, digər sübutlarla müqayisə etsəydi həmin ifadənin işin hallarına uyğun olmadığını aydın görərdi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri tanımaması və onlarla birbaşa ünsiyyətdə olmaması dəlilinə qiymət verərkən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslanaraq bu halın onun cinayət əməllərini törətməsini istisna edən hal kimi qiymətləndirilə bilmədiyini göstərmişdir. Lakin, nəzərə almamışdır ki, CM-in 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Hazırki işdə olduğu kimi, mülahizələrə əsas ən şəxsin cinayətin iştirakçısı olması qənaətinə gəlinmir. Beləliklə apellyasiya məhkəməsi prosessual normalara düzgün əməl etməmiş, onların tələblərini pozmuş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. İşdə olan sübutlar Təqsirləndirilən şəxs təqsirsiz olduğunu göstərdiyi halda onun qanunsuz və əsassız məhkum olunması ilə razılaşmışdır. Məhkum müdafiəçisi Müdafiəçi5 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlində cinayət tərkibi yoxdur, ona bəraət verilməlidir. Belə ki, məhkəmənin araşdırması zamanı tam aşkar olunmuşdur ki, rəsmi təsisçi Şahid5 və onun qardaşı oğlu Təqsirləndirilən şəxs 2018-ci ildə Məhkum ilə düşmənçilik münasibətlərində olmuşlar, onlar Zərərçəkmiş şəxs1 qeyd edilən mənzilin pulunu hissəhissə 2017-ci ildən verilməsinə başlanmasına, 2018-ci il də yekunlaşmasına baxmayaraq ona hər hansı bir sənəd verməmişlər, bunun üstündə aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 İlkinlə şirkətin ofisinə gəlmiş, X4 sənədinin verilməsini tələb etmiş, bundan sonra Şahid5 və Təqsirləndirilən şəxs mənzilin sənədlərini tərtib edərək İlkin və Ramidə vermişlər. Göründüyü kimi, Şahid5 və Təqsirləndirilən şəxs aşkar surətdə 38 saylı mənzilin Ramil Ağamalıvevə satılmasını bildikləri halda həmin mənzilə dair yeni sənəd tərtib edərək Zərərçəkmiş şəxs1 vermişlər. Məhkum ilk məhkumluğudur. Ailələrində heç vaxt məhkum olunmuş şəxs olmamışdır. İş materialları ilə və məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Məhkum heç bir zərərçəkmiş şəxsləri aldatmamış, onların etibarından sui-istifadə etməmişdir, onun niyyəti mənzillərin satılması, əldə edilən məblə ğin bir hissəsi ilə tikinti işlərinin davam etdirilməsi olmuşdur. Binanın tikintisinin məhz Məhkum tərəfindən aparması iş materialları ilə tam sübut olunmuş, zərərçəkmiş şəxslər, şahidlər, Təqsirləndirilən şəxs və Şahid5 belə bunu təkzib etməmişlər. Göründüyü kimi Məhkum verilmiş ittiham heç bir sübuta əsaslanmır. İttihamın əsası müstəntiqin ehtimallarından və pulların bir hissəsinin Məhkum vasitəsi ilə verilməsindən ibarətdir. Pulların bir hissəsinin Məhkum tərəfindən alınmasını Məhkum özü də etiraf etmiş, lakin o, törədilən cinayətdən xəbərsiz olmuşdur. O, bilməmişdir ki, qeyd edilən mənzil təkrarən satılmışdır. Məhkum bunu bilə bilməzdi, çünki, o, heç bir hesabat aparmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirak çılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi və təqsirsiz olduqları barədə bəraət hökmünün çıxarılmalı olduğu halda məhkəmələr əsassız və qanunsuz olaraq barələrində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinay ətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 ifadələri, istintaq hərəkətlərinin protokolları və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum onlara elan edilmiş ittihamda özlərinin təqsirli bilməmələri barədə məhkəmədə verdikləri ifadələrini işin faktik i halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən onların həmin ifadələrini həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-c i maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs və Məhkum qarşı irəli sürülmüş özgənin əmlakını ələ keçirmə məqsədi ilə başqası ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil etməklə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmə, bundan əlavə əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış protokolları və digər iş materialları ilə tam sübuta yetirilmiş, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs və Məhkum əməlləri nə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CMin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs və Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 4 2-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Təqsirləndirilən şəxs və Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumların müdafiəçilərinin kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsinə gətirdikləri halların mövcud olubolmamasına münasibət bildi rməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutları yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya mür aciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlayır. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, habelə Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayə ti təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs və Məhkum hazırki qərarın “işin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs və Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun nor malarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumların əməllərinin CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun məhkum Təqsirləndirilən şəxs və Məhkum əməlində Azərbaycan R espublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir. Odur ki, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, Məhkum əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, qanun çərçivəsində hüquq normalarına r iayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətlərinin bu barədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Prosessua l Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar