Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1768/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-173/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 1(060)-81/2024 nömrəli hökmü ilə (hakim Ramiz Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 7 iyun 2023-cü il tarixdən 9 iyun 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılması və ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 12 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-173/2024 nömrəli qərarı ilə (hakimlər: A.İ.İsmayılov (sədrlik edən), R.O.Əsgərova və R.Ə.Ağayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci i nstansiya məhkəməsinin hökmünə görə Məhkum ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,582 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon Ü.Hacıbəyov küçəsi, “Nilson elektroniks” mağazasının yaxınlığında yol kənarında dayanmış vəziyyətdə olan taksi kimi əyləşdiyi “Hyundai Elantra” markalı **-CO-*** dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,582 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, təkrarən, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrıayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında küçədə saxlanılaraq 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçir ilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram, ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram, ümumi təmiz çəkiləri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil ed ən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki h allarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi ümumi olaraq 9 bükümdə metametamin və heroin əldə etməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmələr yalnız təqsirləndirilən şəxsin istintaq və məhkəmədə verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə onun ifadələrini təhlil etməmiş, sonda Məhkum narkotik vasitəni satmaq niyyətində olmasına dair ibtidai istintaqda toplanmış kifayət qədər sübutların məcmusuna hüquqi qiymət vermədiklərindən yanlış nəticəyə gəlmişlər. Dövlət ittihamçısı hesab edir ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə üzərindən aşkar edilmiş, üm umi 9 büküm narkotik maddə və psixortop maddəni özü əldə etdikdən sonra dərhal bükümlərə bölməklə üzərində daşıması təqsirləndirilən şəxsin həmin narkotik maddə və psixotrop maddələri bükümlərə bölməkdə məqsədinin satış niyyəti olmuşdur. Əks halda, təqsirləndirilən şəxs bükümlərə bölməz və istifadə edən zaman öz istifadəsi qədər götürməklə kifayətlənərdi. Təqsirləndirilən şəxs Məhkum məhkəmədə narkotik maddənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsi özünü müdafiə xarakterli olub qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda məhkəmələr bu hala münasibət bildirməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əla qəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Protestdə göstərilmiş dəlillərlə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyası nın 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə görə “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 2-ci maddəsinə əsasən həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, h abelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göst ərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşınması ilə əlaqədar törətmiş olduğu cinayət əməllərini tövsif edərkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermişlər. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs Məhkum 7 iyun 2023-cü il tarixdə üzərində aşkar olunmuş narkotik vas itə heroini şəxsi istehlak üçün əldə etmiş, 12 sentyabr 2023-cü il tarixdə üzərində aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrı-ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kusta r üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində daşımışdır. İşin hallarında təsvir olunduğu kimi birinci instansiya məhkəməsi və bununla razılaşan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum hər iki halda üzərində aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edərək daşımışdır və ona görə də məhkəmələr onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişlər. O cümlədən: - istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,582 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon Ü.Hacıbəyov küçəsi, “Nilson elektroniks” mağazasının yaxınlığında yol kənarında dayanmış vəziyyətdə olan taksi kimi əyləşdiyi “Hyundai Elantra” markalı **-CO*** dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,582 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. - təkrarən, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədə n satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrı-ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış və xx.xx.2023cü il tarixdə saat 17:50 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında küçədə saxlanılaraq 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram, ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kim yəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram, ümumi təmiz çəkiləri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Müdafiə tərəfindən məhkəmələrin gəldiyi nəticə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası Məhkum ittiham olunduğu birinci epizod üzrə təqsirliliyi və əməlinin tövsifi mübahisələndirilmədiyindən həmin epizoda münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum ittiham olunduğu ikinci epizod, yəni onun, təkrarən, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrı-ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram ümumi təmiz çəkilə ri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşıması və xx.xx.2023cü il tarixdə saat 17:50 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında küçədə saxlanılaraq 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 05 ədəd ayrı ayrılıqda kağız bükümlər də təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram, ümumi təmiz çəkiləri 0,336 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan 04 ədəd ayrı ayrılıqda kağız bükümlərdə təmiz çəkiləri 0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram, ümumi təmiz çəkiləri 0,199 qram olan ağ rəngli kristallik maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi epizodu üzrə gəldikləri nəticəni, yəni Məhkum həmin narkotik vasitələr və psixotrop maddələri satış məqsədi olmadan əldə etməsinə dair gəlinən nəticənin əsaslandırılmasını kifayət hesab etmir. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “......Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum irəli sürülmüş ittihamın ikinci epizodu üzrə onun satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddəni əldə etməsi ilə bağlı təqsirliliyini təsdiq edən sübutlar nəinki birinci instansiya məhkəməsində istintaq zamanı müəyyən edilməmiş, bu sübutlar istintaq orqanının özünün topladığı istintaq materiallarında belə olmamışdır. Məhkəmə kollegiyası hesab ed ir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təsdiq olunmur və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, hesab etmişdir ki, ibtidai istintaq orqanının Məhkum qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayətini satış məqsədi ilə törətməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə g ələrkən yalnız sonuncunun üzərində aşkar edilmiş narkotik vasitənin bükümlərinin sayına istinad etmişdir. İş materiallarından görünür ki, Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün əldə etdiyi və üzərindən aşkar olunan narkotik vasitəni məhz özü şəxsi istifadəsi üçün xırda bükümlərə ayırdığını səmimi olaraq etiraf etmişdir. Məhkum məsuliyyətdən yayınmaq kimi niyyəti olmuş olsaydı aşkar olunmuş narkotik vasitəni xırda bükümlərə bölünmüş şəkildə aldığını bildirərdi. Lakin Məhkum belə niyyəti olmadan, heç nəyi gizlətmədən hətta narkotik vasitəni xırda bükümlərə şəxsən ayırdığını səmimi olaraq etiraf etmişdir. İş materiallarından görünür ki, ibtidai istintaqı aparan orqan Məhkum götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop mad dələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığı araşdırılmış və cavab verilmişdir ki, Məhkum götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar olunmuş bükümün 9 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Bundan başqa iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” qərarda Məhkum narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmış və bu məqsədlə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. Bundan başqa iş materiallarından da görünür ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas olan ilk in məlumat məhz şəxsin narkotik vasitələrinin şəxsi istehlakı ilə bağlı olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, şəxs saxlanıldıqdan sonra onun üzərindən aşkar edilmiş bükümlərin sayı ilə ibtidai istintaq orqanı onun narkotik vasitənin satışı və ya satmaq niyyətinin olması qənaətinə gəlmişdir. Başqa hər hansı sübut işdə mövcüd deyildir. Hər hansı sübuta söykənməyən yalnız ehtimala əsaslanan fikir ilə şəxsə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilə bilməz. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün yuxarıda istinad edilən əsaslandırmasını kifayət hesab etmir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni özü şəxsən xırda bükümlərə ayırmış, buna səbəb isə gün ərzində iki hətta üç dəfə olmaqla narkotikdən istifad ə etməsi olmuşdur. Narkotiki hər hansı xüsusi texniki üsul və ya vasitələrlə deyil, gözəyarı olmaqla xırda bükümlərə ayırmışdır. Belə ki, hər dəfə həm metamfetamin həm də heroin olmaqla hərəsindən bir büküm birlikdə qarışdıraraq narkotik vasitədən istifadə etmişdir. Heç kimə narkotik vasitə satmamış və ya belə niyyəti olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında yaşayan Məhkum narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbir nəticəsində 12 sentyabr 2023-cü il tarixdə saat 17:50 radələrində Məhkum narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmiş sonuncunun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə PB-nə müdafiəçi dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl saxlanılan Mahmudova hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Məhkum əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd sellofan büküm çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, həmin sellofan büküm açıldıqda iç ərisində bir ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli kağız bükümlər aşkar edilmişdır. Qızılı rəngli büküm açıldıqda içərisindən 04 ədəd kağız bükümlər aşkar edilmiş, həmin bükümlər ayrı ayrılıqda açılmış və içərisində ağ rəngli, kristalşəkilli maddə olması müəyyən edilmişdir. Həmin 04 ədəd kağız bükümlərin içərisində olan kristalşəkilli maddələrlə birlikdə elektron tərəzidə ayrı ayrılıqda çəkilərək çəkilərinin 0,08, 0,06, 0,08, 0,10 qram qızılı rəngli bükümün içərisində olan 04 ədəd bükümlə birlikdə çəkisinin isə 0,44 qram olması müəyyən edilmişdir. Daha sonra gümüşü rəngli büküm açıldıqda içərisindən 05 ədəd kağız bükümlər aşkar edilmiş, həmin bükümlər ayrı ayrılıqda açılmış və içərisində tünd qəhvəyi rəngli, maddə olması aşkar edilmişdir. Həmin 05 ədəd kağız bükümlər içərisində olan t ünd qəhvəyi maddələrlə birlikdə elektron tərəzidə ayrı ayrılıqda çəkilərək 0.10, 0.11, 0.13, 0.10, 0.09 qram gümüşü rəngli bükümün içərisində olan 05 ədəd bükümlərlə birlikdə çəkisinin 0,60 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Məhkum təqdim etdiyi bükümləri Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən öz istifadəsi üçün 30 manata aldığını, üstündə saxladığını bildirmişdir. Həmin vaxt Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman “Panasonic” markalı video kameradan istifadə edilmişdir. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarından görünür ki, Şahid2 ibti dai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarışın keçirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum xx.xx.2023-cü il tarixdə saat 17.50 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PB-nə dəvət edilmiş, bölmənin əməkdaşlarının və Məhkum hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 iştirakı ilə 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Məhkum əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd sell ofan büküm çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, həmin sellofan büküm açıldıqda bir ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli kağız bükümlər aşkar edilmişdir. Qızılı rəngli büküm açıldıqda içərisindən 04 ədəd kağız büküm aşkar edilmiş, həmin 04 ədəd kağız bükümlər ayrı ayrılıqda açılmış və içərisində ağ rəngli, kristalşəkilli maddənin olduğu müəyyən edilmişdir. Həmin bükümlər içərisində olan kristalşəkilli maddələrlə birlikdə elektron tərəzidə ayrı ayrılıqda çəkilərək çəkilərinin 0,08, 0,06, 0,08, 0,10 qram qızılı rəngli bükümün içərisində olan 04 ədəd bükümlə birlikdə çəkisinin isə 0,44 qram olması müəyyən edilmişdir. Daha sonra gümüşü rəngli büküm açıldıqda içərisindən 05 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin 05 ədəd kağız bükümlər ayrı ayrılıqda açılmış və içərisində tünd qəhvəyi rəngli, maddə olması aşkar edilmişdir. Həmin bükümlər içərisində olan tünd qəhvəyi rəngli maddələrlə birlikdə elektron tərəzidə ayrı ayrılıqda çəkilərək 0,10, 0,11, 0,13, 0,10, 0,09 qram, gümüşü rəngli bükümün içərisində olan 05 ədəd bükümlə birlikdə isə çəkisinin 0,60 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Məhkum təqdim etdiyi bükümləri Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən öz istifadəsi üçün 30 manata aldığını, üstündə saxladığını bildirmişdir. Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman “Panasonic” markalı video kameradan istifadə edilmiş, sonra bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4850 nömrəli, 13 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün 125 nömrə” dairəvi möhür əksləri olan, “Məhkum üzərindən aşkar edilmiş maddələr, Məhkum “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd bükümdən: Üzəri gümüşü rəngli olan bükümün içərisindən aşkar edilmiş 05 (beş) ədəd kiçik bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,060 qram, 0,078 qram, 0,065 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,336 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzəri qızılı rəngli olan bükümün içərisindən aşkar edilmiş 04 (dörd) ədəd kiçik bükü mlərdə ayrıayrılıqda təmiz çəkiləri-0,032 qram, 0,055 qram, 0,041 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,199 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki ümumi sayı 04 (dörd) ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki ümumi sayı 05 (beş) ədəd bükümdə olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Res publikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6163 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Məhkum OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiya məhkəməsi Məhkum üzərində aşkar edilmiş ümumi olaraq 9 bükümdə narkotik vasitə heroni və psixotrop maddə metamfetamini əldə etdikdən sonra dərhal bükümlərə bölməklə üzərində daşıması məqsədini araşdırarkən təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşmalı və həmin ifadələrə istinad etməklə kifayətlənməməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum üzərində aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etməkdə məqsədinin müəyyən eüdilməsi zamanı onun verdiyi ifadələrin həqiqəti əks etdirib-etdirməməsinin müəyyən edilməsi üçün onun verdiyi ifadələri səmimi ifadələr kimi qəbul edilməsinin səbəblərini araşdırmalı idi. İlk növbədə qeyd edilməlidir ki, Məhkum birinci instansiya məhkəməsində verdiyi sərbəst ifadəsində bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olan əvvəllərdən tanımadığı şəxsdən 30 manat dəyərində 5 ədəd bükümdə narkotik vasitə heroin və 4 ədəd bükümdə psixotrop maddə almış və üzərində saxlamışdır, yəni aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri özünün hissələrə böldüyünü etiraf etməmiş, yalnız verilən sualların cavabında aşkar olunan narkotik vasitələri və psixotrop maddələri özünün hissələrə böldüyünü etiraf etmişdir. Bu fakt isə məhkəmə qərarında göstərildiyinin əksinə olaraq Məhkum ifadələrinin səmimi olmadığının göstəricisidir. Lakin Məhkum ifadəsində göstərdiyi kimi, şəxs istifadəsi üçün aldığı və hissələrə böldüyü narkotik vasitələrin hamısının üzərində gəzdirərək daşımaqda məqsədi məhkəmələr tərəfind ən araşdırılmamışdır. Bu həm də ona görə zəruri idi ki, Məhkum özünün də etiraf etdiyi gündəlik istifadə etdiyi narkotik vasitələrə və psixotrop maddələrin miqdarına nisbətdə aşkar olunanlar bir neçə dəfə çox olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların ki fayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hö km və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini qismən təmin etməklə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419. 12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.
Məhkəmə qərarları › İş №1(102)-1768/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1768/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver