Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1769/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum2, müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarından Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X23 oğlunun sədrliyi ilə, X9 və X1 ibarət tərkibdə) 17 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1987-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, «AB» massivi ev 80 mənzil 81dəqeydiyyatda olamaqla həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tu tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması və onun davranışı üzərində nəzarətin daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Suraxanı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmlə digər şəx s-Məhkum1 da məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X2 ibarət tərkibdə) 07 oktyabr 2020-ci il tarixli qərari ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə) 02 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası CM-in 204.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X13 və X7 ibarət tərkibdə) 06 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2020 saylı, 17 iyun 2020-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum2 apellyasiya şikayəti təmin edilməmişdi r. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum2 faktiki sahibliyində olan və işlətdiyi, arvadı X14 mülkiyyətində olmaqla Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyriyaşayış sahəsində fəaliyyət göstərən aptekin satıcısı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın siyahısının 79-cu bəndinə daxil olan külli miqdarda təsir edici maddəsinin ümumi miqdarı 57,775 qram təşkil edən «Tramadol Hydrochloride» güclü təsir edən maddəsini - cəmi 71 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 3,55 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və cəmi 241 əd əd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 54,225 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» dərman preparatlarını əldə edib daşıyaraq işlətdiyi aptekə gətirməklə orada saxlamış, onun təlimatı əsasında Məhkum1 31 iyul 2019-cu il tarixdə,saat 11 radələrində qeyd olunan güclü təsir edən maddələrdən hərkonvalyutda 10 ədəd olmaqla 2 ədəd konvalyutda cəmi 20 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 1,0 qramtəşkil edən «Tramadol Hydrochloride 50 mq» və 1ədədkonvalyutdacəmi 10 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 2,25 qramtəşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərmanpreparatlarını aptekdə müvafiq resept olmadan 42 manata Şahid1 qanunsuz olaraq satmış, Şahid1 aptekdən çıxdıqdan sonra Şabran rayon Polis Şöbəsinin əməkdaşl arının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri, Heydər Əliyev prospektində saxlanılmış və Polis Şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncudan Məhkum1 tərəfindən satılmış 20 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,0 qramtəşkil edən «Tramadol Hydrochloride 50 mq» və 10 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 2,25 qramtəşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərmanpreparatları aşkar olunub götürülmüşdür. Bundan sonra, Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 iyul 2019-cu il tarixdə, saat 12.00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şabran şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən həmin aptekə baxış keçirilərkən Məhkum1 satış üçün nəzərdə tutulan dərman preparatl arının saxlanıldığı rəfdən Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısının 79-cu bəndinə daxil olan Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı külli miqdarda - təsir edici maddəsinin ümumi miqdarı 54,525 qram təşkil edən «Tramadol Hydrochloride» güclü təsir edən maddəsini - cəmi 51 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 2,55 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və cəmi 231 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 51,975 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatlarını polis əməkdaşlarına təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum2 və Məhkum1 məhkəməyə verdikləri ifadələrində sözügedən cinayət işi üzrə xüsusi əhəmiyyət daşıyan hallar, yəni hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olmağına dair kifayət qədər sübutlar aşkar edilsə də, müvafiq məhkəmə tərkibi həmin hallara obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, Məhkum1 məhkəməyə verdiyi ifadəsində sözügedən cinayət işi üzrə Şabran RPŞ-də verdiyi ilkin izahatının polis əməkdaşlarının hədə və təzyiqi altında, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi sonrakı ifadəsinin də, əvvəlcədən Şabran RPŞ-nin əməkdaşlarının şifahi təzyiqləri ilə verdiyini bildirmişdir. Bundan əlavə məhkəmə iclasında ona qarşı olan ittihamların saxta əsaslar üzərində, qərəzli əsaslarl a qurulmasını, Şabran ŞPŞ-nin rəhbərliyinin sifarişi ilə barəsində sözügedən cinayət işinin başlanılmasını, sonradan onun polis zabiti olması DİN-in rəhbərliyinə məlum olduğundan sonra cinayət işinin DİN in rəhbərliyinin xüsusi nəzarətinə götürüldüyünü, Məhkum1, ifadələrinin aldatma və hədə yolu ilə, polis əməkdaşlarının təzyiqləri altında verildiyini və təqsirsiz olduğunu bildirmişdir. Məhkum2 Sumqayıt Apellyasiya Məhkəməsində bildirdiyi kimi, Şahid2 dərmanlar resept əsasında satılan vaxt həmin dərmanların satışı ilə bağlı hər hansı qadağa olmamışdır. Məhkum2 əməlində cinayət tərkibinin əlamətləri yoxdur. Məhkum1 "Əczaçılıq" fakültəsini bitirmişdir və dərman prepatlarının xüsusi resept əsasında satılmalı olduğunu bilməli idi. Aptekə faktiki sahibliyi həyata keçirən Məhkum2 əczaçılıq fəali yyəti ilə deyil, təşkilati-sərəncamverici fəaliyyəti həyata keçirmişdir. Bəşirov X18 Əzim Musa oğluna dərman preparatlarını resept əsasında satılması tapşırığını bilavasitə özü vermişdir. Məhkum2 barəsində ittiham hökmü çıxarılması ilə nəticələnən cinayət işi ilə bağlı şahid qismində dindirilmiş Şahid6 əvvəllərdə oxşar cinayət işlərində hal şahidi qismində çıxış etdiyi hallar məlumdur. Belə ki, Əlmurad Nəsbulla oğlu 1 (031)-38/2019 saylı xx.xx.2019 tarixli X21 barəsində hökmündən, 1 (031)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli X4 və X10 barəsində hökmündən də görünür ki, hal şahidi qismində çıxış etmişdir. Bu hal isə yolverilməz olmasına baxmayaraq,əldə olunan həmin şəxsin dindirilməsi ilə əldə olunan ifadə sübut kimi qiymətləndirilmişdir, bu fakt CPM-in 115-ci maddəsinin tələblərininin p ozuntusudur. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum2 bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də görü ndüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına s əbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında t ədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məq sədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum2 Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum2 Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi yekun nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirlə ndirilən şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini və iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlil etmiş, baş vermiş hadisənin mexanizmini və nəticəsini araşdıraraq Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə tövsifi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternati v tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixl i Qərarı). Apellyasiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxs Məhkum2 ifadəsində göstərdi ki, 2009-cu ildə Şabran rayonu M.Rəsulzadə və T.İsmayılov küçələrinin kəsişməsində yerləşən, qaynanası Qəribcan Camalovanın mülkiyyətində olan 45 kv. m sahəli qeyri-yaşayış sahəsində aptek açmışdır. Həmin aptek «Zeytun» adı altında dərman vasitələri, uşaq bezləri, uşaq qidası, kosmetoloji vasitələr, bioəlavələr və s. məhsullarının pərakəndə satışını həyata keçirir. Bundan başqa, həyat yoldaşı Günay Bəşirovanın mülkiyyətində Şabran rayonu Şahid7 prospektində 80 kv. m ölçülü qeyri- yaşayış sahəsi vardır. Həmin yerdə aptek açmaq qərarına gələrək bu məqsədlə Günay Bəşirova ilə "xxxx" MMC-nin tərkibində olan "xxxx" MMC-nin nümayəndəsi X15 arasında həmin qeyri-yaşayış sahəsinin icarəsi müqaviləsi ba ğlanmışdır. "xxxx" MMC həmin sahəni icarəyə götürmüş və Məhkum1 ilə əmək müqaviləsi bağlayaraq onu həmin qeyri-yaşayış sahəsində açılan aptekə əczazçı-satıcı kimi işə qəbul etmiş, aprel ayının ortalarından həmin qeyri-yaşayış sahəsində aptek fəaliyyət göstərməyə başlamışdır. 31 iyul 2019-cu il tarixdə günorta radələrində satıcı Əzim ona zəng edib demişdir ki, o, aptekdə rayon sakini olan Şahinin xalası oğluna reseptsiz 20 ədəd «Tramadol 50 mq» və 10 ədəd «Tramadol 225 mq» dərman həbini satmış, bundan sonra polis əməkdaşları gələrək aptekə baxış keçirmişlər və baxış zamanı aptekdə 231 ədəd «Tramadol 225 mq» dərmanı həbi və 51 ədəd «Tramadol 50 mq» dərmanı həbi aşkar olunub götürülərək protokollaşdırılmışdır. Aptekdən aşkar olunan və eləcə də Əzim tərəfindən Şahinin xalası oğluna satılmış «Tramadol» dərman vasitələrini o özü gətirib həmin aptekə qoymuşdur. Belə ki, 2018-ci il ərzində «Zeytun» adlı aptekinə mütəmadi olaraq "xxxx" MMC-nin deposundan «Tramadol 50 mq» və «Tramadol 225» mq dərman həbləri satın alınmış və sonra aptekdə həmin həblərin resept əsasında pərakəndə satışı həyata keçirilmişdir. 2019-cü ilin yanvar ayında həmin həblərin satışı üçün xüsusi icazə tələb olunması haqqında qərar qəbul edilmiş, lakin həmin vaxtadək göstərilən dərmanın satışına heç bir məhdudiyyət olmamış, satışı resept əsasında azad olmuşdur. Yanvar ayında dərmanın xüsusi icazə olmadan satışının qadağan edilməsi barədə qərar qəbul edildikdən sonra aptekdə həmin dərman vasitələrinin satışı dayandırılmışdır. Lakin, həmin dərmanlar "xxxx"in Deposundan nağd pula satın alındığı üçün onları geri qay tara bilməmiş və yanvar ayında qadağa haqqında qərar qəbul edildikdən sonra həmin dərman vasitələrini götürüb Şahid7 prospektində yerləşən gələcəkdə aptek açılması nəzərdə tutulan boş olan qeyri-yaşayış sahəsinə aparıb qoymuşlar. Orada aptek açıldıqdan sonra da həmin «Tramadol» dərmanlarını şkafın bir gözünə qoymuşdur. Aptekə təxminən 200-250 ədəd «Tramadol 225 mq» dərman həblərini və 50-80 ədəd «Tramadol 50 mq» dərman həblərini qoymuşdur. Həmin ərəfədə Şahid2 adlı Şabran rayon sakini olan uzaq qohumu ona yaxınlaşaraq onkoloji xəstə olan arvadı üçün «Tramadol» dərman vasitəsini tapmaqda ona köməklik etməsini xahiş etmiş, o da Şahinə həkim resepti təqdim etdiyi halda ona köməklik edəcəyini söyləmişdir. Şahinin arvadının həqiqətən onkoloji xəstə olduğunu bildiyindən Əzimə demişdir ki, əgər Ş ahin resept təqdim etsə, ona «Tramadol 50 mq» dərmanının 1 listini 12 manata, «Tramadol 225 mq» dərmanının 1 listini 18 manata satar. May ayının sonlarında o, aptekə baş çəkəndə Əzim demişdir ki, Şahin aptekə gələrək arvadı üçün yazılmış möhürlü resept təqdim etmiş və ona həmin resept əsasında 1 list - 10 ədəd «Tramadol 50 mq» dərman həbini 12 manata satmışdır. Əzimə bir daha demişdir ki, Şahinin arvadı ağır xəstədir, güclü ağrıları olur, gələcəkdə Şahin yenə həmin dərmanı almaq üçün gəlsə, resept olsa - olmasa, pulu olmasa da belə ona həmin «Tramadol» dərmanından versin. 31 iyul 2019-cu ildə Şahinin Elşən adlı xalası oğlu aptekə gəlib, Şahinin adından yoldaşının ağır vəziyyətdə olmasını bildirərək «Tramadol» dərmanı istəmiş, lakin reseptin evdə qalmasını söyləmişdir. Əzim də Şahinin xalas ı oğlunu tanıdığı üçün, Şahin əvvəllər xalası oğlu ilə birlikdə aptekə gəldiyi üçün və həqiqətən Şahinin arvadının onkoloji xəstə olduğunu bildiyi üçün ona 1 list - 10 ədəd «Tramadol 225 mq» dərman həbini 18 manata, 2 list - 20 ədəd «Tramadol 50 mq» dərman həbini 12 manata, cəmi 42 manata reseptsiz satmışdır. Elşən aptekdən çıxdıqdan sonra Şabran RPŞ-nin əməkdaşları onu saxlamışlar və üzərindən həmin dərman vasitələri aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları aptekə gələrək baxış keçirmişlər və aptekdə 231 ədəd «Tramadol 225 mq» və 51 ədəd «Tramadol 50 mq» dərmanı həbi aşkar olunaraq götürülmüşdür. Bir daha bildirir ki, o özü Əzimə demişdir ki, tanıdığı ağır xəstəsi olan rayon sakini müraciət etsə, resept əsasında və yaxud reseptsiz, pulu olmasa belə «Tramadol» dərmanını həmin şəxsə satsın. Apellyasiya məhkəməsi hesab etmişdir ki, istintaq zamanı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, təqsirləndirilən şəxslərə və şahidlərə təzyiq göstərilməsi hallarının araşdırılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsində dindirilmiş polis əməkdaşı Şahid3 və müstəntiq Şahid4 də təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi” təzyiqlərə məruz qalma” barədə dəlilləri təkzib edərək, istintaq hərəkətlərinin tam prosessual əsaslarla aparıldığını, hər hansı pozuntulara yol verilmədiyini bildirmişlər. Həmçinin, hal şahidi qismində dəvət edilmiş şəxslərin müxtəlif cinayət işləri üzrə təkrarlanması barədə müdafiə tərəfinin dəlili ilə əlaqədar müstəntiq Şahid4 icraatında olan cinayət işləri üzrə belə hallarla rastlaşmadığını qeyd etmiş və təqsirlə ndirilən şəxsin müdafiə olunmaq məqsədi ilə qeyd olunan hala istinad etdiyini bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, Məhkum2 icarədarı olduğu aptekdə axtarış aparılan zaman hal şahidi qismində dəvət edilmiş Şahid6 Şabran rayon Polis Şöbəsinin icraatında olan digər cinayət işləri üzrə də hal şahidi qismində iştirak etməsi həmin hal şahidinin iştirakı ilə keçirilmiş istintaq hərəkətinin sübutlar siyahısından çıxarılmasına əsas vermir. Belə ki, cinayət işinin materiallardan görünür ki, Şahid6 yalnız aptekdə axtarış aparılan zaman hal şahidi qismində iştirak etmiş və axtarış zamanı aşkar edilən güclü təsir edən psixotrop dərman vasitələrinin aptekdə müəyyən edilməsi nəinki təkzib edilmir, əksinə təqsirləndirilən şəxs Məhkum2 etirafedici ifadəsi ilə də təsdiq edilir. Cinayət işi üzrə mü əyyən edilmiş hallardan göründüyü kimi aptekdə aparılan axtarış zamanı müəyyən edilən psixotrop maddələrin aptekdə aşkar edilməsi, növü və sayı ilə bağlı cinayət işinin materiallarında hər hansı ziddiyyət mövcud deyildir. Belə ki, aptekin satıcısı Məhkum1 da aptekdə Tramadol adlı psixotrop maddənin olmasını etiraf etmişdir. Belə olan halda, hal şahidi Şahid6 digər cinayət işləri üzrə hal şahidi qismində iştrak etməsi təqsirləndirilən şəxs Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 240.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olması barədə ittihamı təkzib etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 CM-in 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla müdafiə çi qəbul olunmasının yolverilməzliyini iddia etsə də öz təsdiqini tapmışdır. Kassasiya məhkəmə kollegiyası Məhkum2 ibtidai araşdırma zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd etmişdir ki, məhkum ibtidai istintaq dövründə bu barədə hər hansi şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamışdır. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək ic raatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya məhkəmə kol legiyası təqsirləndirilən şəxs Məhkum2 satışı qadağan olunmuş güclü təsir edən psixotrop maddələrin satışı ilə məşğul olması barədə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın cinayət işinin materiallarında toplanmış sübutlarla təsdiq olunması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni düzgün hesab edir və qeyd edir ki, cinayət işinin materiallarında toplanmış sübutlar Məhkum2 əməlində Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin tərkibinin olmasını kifayət qədər təsdiq edir. Apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2- ci maddəsi ilə təqsirli olması barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum2 istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mö təbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlməsi, onun əməlini CM-nin 240.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşd irən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən olunan hallar əsasında məhkumun CM-in 240.3.2-cü maddəsi i lə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 4 2.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkuma CM-in 240.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin qərar qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1769/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1769/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver