Məhkəmə qərarları › İş №1(102)-1769/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1769/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1769/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından Məhkum oğıu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X2 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) 8 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 döngə 4, ev 29-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 7 (yeddi) il müddətə azadlıqdan məhrum et mə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X7 və X3 ibarət tərkibdə) 1 fevral 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 1(101)-1291/2022 saylı hökmü təqsirləndirilən Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, təqsirl əndirilən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 06 (altı) il 6 (altı) ay müddətə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum adı istintaqa İran İslam Respublikasının vətəndaşı "Musa” kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün ümumi razılığa gələrək "Musa” adlı şəxsin göstərişinə əsasən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda bir ədəd sellofan kəsiyi büküm ündə və bir ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 48,366 qram və 0,441 qram, ümumi təmiz çəkisi 48,807 qram narkotik vasitə heroin, eləcə də külli miqdarda iki ədəd sellofan kəsiyi bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,349 qram, 6,410 qram və 0,136 qram ümumi təmiz çəkisi 16,395 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla müvəqqəti yaşadığı ünvan 3 ünvanın qarşısına qədər daşımış, 16 noyabr 2021-ci il tarixdə saat 19:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şö bəsinin inzibati binasına gətirilmiş, orada həmin gün şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə və bir ədəd gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 48,366 qram və 0,441 qram, ümumi təmiz çəkisi 48,807 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə iki ədəd sellofan kəsiyi bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümündə ayrıayrılıqda təmiz çəkiləri 9,849 qram, 6,410 qram və 0,136 qram ümumi təmiz çəkisi 16,395 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin “Kent” yazısı olan siqaret qutusunun və ağ rəngli kağız salfetin içərisindən aşkar edilərək götürülmüşdür. Kassa siya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Apellyasiya məhkəməsi iş üzrə yüngülləşdirici halları düzgün nəzərə almamış, faktiki halları qiymətləndirmədən ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsind ə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hö kmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsi n azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci m addəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində cinayət işi üzrə sübutların düzgün araşdırılmamasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmu ş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, C PM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: xx.xx.2021 -ci il tarixli rapotun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir; Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021 -ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən içərisində 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 2 (iki) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan siqaret qutusu və içərisində 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli maddə olan metamfetaminə bənzər kütlələr olan salfeti təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** GSM mobil nömrə olan "Samsung" markalı mob il telefon, Məhkum məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd ödəniş qəbzi, **********342399 nömrəli və **********236226 nömrəli plastik bank kartları aşkar olunaraq götürülmüşdür. Daha sonra Məhkum təqdim etdiyi heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 54,80 (əlli dörd tam yüzdə səksən) qram, metamfetaminə bənzər kütlələr qablaşdırma ilə birlikdə 17,39 (on yeddi tam yüzdə otuz doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır; Materialların məhkəmə ekspertizasının xx.xx.2021 -ci il tarixli, 6/5088 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zər flər üçün № 7” möhür əksi, "Məhkum təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,849 qram; 6,410 qram; 0,136 qram; ümumi təmiz çəkiləri 16,395 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram; 48,366 qram; ümumi təmiz çəkiləri 48,807 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; Şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə olunmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 16 noyabr 2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılması hərəkəti zamanı 3-cü dəqiqədə Məhkum əynində olan şalvarın sağ yan cibindən "Kent” yazısı olan siqaret qutusunun və ağ rəngli kağız salfetin içərisindən bir ədəd sellofan kəsiyi bükümündə və bir ədəd gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroin, habelə iki ədəd sellofan kəsiyi bükümlərində və bir ədəd gümüşü rəngli kağız bükümündə psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmışdır; Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1688 saylı rəyindən görünür ki:

1. Ekspertizaya təqdim ed ilmiş, cinayət işinin 12-ci vərəqində xx.xx.2021 -ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 13cü vərəqində xx.xx.2021 -ci il tarixli ərizədə "İmza: Məhkum” qrafasındakı imza, 15-ci vərəqində xx.xx.2021 -ci il tarixli şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 20-ci vərəqində xx.xx.2021 -ci il tarixli, vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 21 -ci vərəqində xx.xx.2021 -ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokolda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 24-cü vərəqində xx.xx.2021 -ci il tarixli şübhəli şəxsin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyas ında nəzərdə tutulan hüquqları haqqında bildirişdə "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 25-26-cı vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1 -ci vərəqinin aşağı hissəsində və 2-ci vərəqində "Şübhəli şəxs: Məhkum” qrafasındakı imzalar, 28-ci vərəqində olan xx.xx.2021 -ci il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 29-cu vərəqində xx.xx.2021 -ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 30-31-ci vərəqlərində olan xx.xx.2021 -ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1 -ci vərəqində "İmza:” qrafasında və aşağı hissədə "3.” rəqəmi qarşısındak ı imzalar və 2-ci vərəqində "3. Məhkum” qrafasındakı imza, 33-34-cü vərəqlərində xx.xx.2021 -ci il tarixli şübhəli şəxsin izahatının 1 -ci vərəqində "İmza/ Məhkum” qrafasında və həmin vərəqin aşağı hissəsindəki imzalar və 2-ci vərəqində "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza, 36-cı vərəqində xx.xx.2021 -ci il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza və 45-ci vərəqində xx.xx.2021 -ci il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda "Şübhəli şəxs: Məhkum” qrafasındakı imza - Məhkum tərəfindən icra olunmuşdur; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özü qismən etiraf etsə də, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq Məhkum məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, çoxsaylı polis əməkdaşlarının ifadələrini, keçirilmiş əməliyyat tədbirinin və təqsirləndirilən şəxsin saxlanmasını əks etdirən tərtib olunmuş sənədləri kimi sübut növü kimi qəbul edərək əməlin tam təsdiq olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onları n prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, d aşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcə llənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdard a narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddəni satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-i n 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmişdir. Kassasiya şikayətinin cinayət işi üzrə sübutların araşdırılmaması barədə dəlilləri əsası olmayan və öz təsdiqini tapmayan subyektiv mülahizələrdən ibarətdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-1 46-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq norm aları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarını n Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə ria yət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar