Məhkəmə qərarları › İş №1(102)-1769/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1769/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1769/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 1 may 1990-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, nata mam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Niftalılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-140/2025 nömrəli 9 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-46/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər E.Q.Məmmədova (sədrlik edən), N.N.Hüseynov və N.H.Məmmədovdan ibarət məhkəmə tər kibində) Məhkum - Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının N noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-140/2025 nömrəli 9 aprel 2025-ci il nömrəli qərarı ilə (hakimlər Y.X.Həşimov (sədrlik edən), E.İ.Əliyev və H.X.Bəhmənovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-46/2024 nömrəli 17 oktyabr 2024-cü il t arixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum şəxsiyyəti istintaqa “Sinan” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanması barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq N noyabr 2022-ci il tarixdə Sinan ona məlumat verdikdən sonra yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksindən Biləsuvar rayonu, Arazbarı kəndi ərazisinə gedərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsi 4-cü sərhə d zastavasının yerləşdiyi 28-ci sahənin arxa tərəfindən bir ədəd bağlamada olan külli miqdarda narkotik vasitəni N noyabr 2022-ci il tarixdə, saat 23 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 4.438,9 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin dövlət ittihamçısı çıxışında Məhkum əməllərində həmin maddədə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 17 oktyabr 2024-cü il tarixli qərarı ilə Məhkum barəsində həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-140/2025 nömrəli 9 aprel 2025-ci il qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum məhkəmə iclasında “cinayət işinin materiallarında olan imzaların heç biri ona məxsus deyil və onun imzalan saxtalaşdırılıb” dediyindən sonra müdafiə tərəfindən verilmiş vəsatət əsasında məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin 30 yanvar 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir k i, cinayət işinin materiallarında olan Məhkum imzası kimi göstərilmiş imzalar onun özü tərəfindən icra edilib. Amma cinayət işinin materiallarına diqqət yetirdikdə açıq-aydın görünür ki, Məhkum imzaları saxtalaşdırılmışdır. Bundan sonra, cinayət işinin İ cildinin 64-65-ci səhvəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqındakı qərarla Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 4(009)-539/2022 nömrəli işə əlavə edilmiş eyni adlı qərarın ştamp nömrələri də ibtidai istintaqı aparan müstəntiq tərəfindən saxtalaşdırılmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqındakı qərarın ştamp nömrəsi ******* olduğu halda, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 4(009)539/2022 nömrəli işə əlavə edilmiş eyni adlı qərarın ştamp nömrəsi ******* kimi göstər ilmişdir. Cinayət işində olan üzləşdirmə protokolundan görünür ki, 30 noyabr 2022-ci il tarixdə, saat 15:00-dan 15:50-yə kimi olan müddət ərzində cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətinin vaxtına fikir verdikdə məlum olur ki, həmin istintaq hərəkəti 30 noyabr 2022-ci il tarixdə, saat 15:00-dan 15:50-yə kimi davam etmişdir. Lakin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 4(009)-539/2022 nömrəli işə baxılarkən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, 4(009)-539/2022 nömrəli iş üzrə məhkəmə iclası 30 noyabr 2022-ci il tarixdə saat 15:00-da açılmışdır. Bununla bağlı müdafiəçi şikayətdə qeyd edir ki, eyni tarixdə və eyni saatda həm üzlə şmə istintaq hərəkətinin (xx.xx.2022-ci il saat 15:00-15:50), həm də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə məhkəmə nəzarəti qaydasında baxılması (xx.xx.2022-ci il saat 15:00) qeyri-mümkündür. Çünki hər iki proseslərin aparılmasında təqsirləndirilən şəxsin iştirakı göstərilib. Belə olan halda, cinayət işi üzrə təqsirləndirilən şəxslə Şahid2 oqlu arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməməsi müəyyən olunur. Həmin istintaq hərəkətinin keçirilməsi ilə bağlı cinayət işinin materiallarına əlavə edilmiş protokolun saxta olması təsdiqlənir. Əlavə olaraq bildirilir ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında həm təqsirləndirilən şəxsin özü, həm də iş üzrə şahidlər bildirdilər ki, ibtidai istintaq zamanı onlar arasında üzləşmə istintaq hərəkəti keçirilməmişdir. Şahidlər Şahid3 və Şahid4 hər biri ayrı-ayrılıqda həmin ifadələrin onlara məxsus olmadığını bildirmişlər və məhkəməyə demişlər ki, bu işlə bağlı onların izahatı alınmamışdır. Həmçinin, onlar hər biri ayrı-ayrılıqda bildirmişdirlər ki, cinayət işində olan imzaların heç biri onlara məxsus deyildir. Cinayət işi üzrə hal şahidləri Şahid4 və Şahid3 cinayət işinin materiallarında olan sənədlərdə onların adından çəkilmiş imzaların həqiqətən onların özləri tərəfindən çəkilibçəkilməməsinin müəyyən edilməsi barədə 12 mart 2024-cü il tarixli və 4 iyul 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair qərarlar qəbul edilmiş, həmin ekspertiza rəylərində də göstərilmişdir ki, “Şahid” və “İmza’’ qrafalarında olan imzalar (6 ədəd imza) - Şahid4 oqlu və Şahid3 oqlu tərəfindən yo x, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Hal şahidi Şahid3 N nömrəli hərbi hissənin hərbiçiləri ilə aralarında münasibətin olması, bir-birlərini tanıması, hətta sərhəd xidmətinin əməkdaşlarının ona məxsus malqaranın zastavanın ərazisində otlamasına şərait yaratması, həmçinin onun əvvəllər bir neçə dəfə hal şahidi kimi iştirak etməsi onu deməyə əsas verir ki, o, hazırkı cinayət işinin nəticəsində maraqlı şəxs olmuşdur. Həmçinin o, əvvəllər hal şahidi kimi başqa işdə iştirak etmişdir. Onun hazırki cinayət işində hal şahidi qismində iştirak etməsi isə kobud qanun pozuntusudur. Bundan əlavə şikayət müəllifi qeyd edir ki, adı mütəxəssis kimi qeyd olunmuş Şahid6 məhkəmədə əlavə şahid qismində dindirilərkən, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, N noyabr 2022-ci il tar ixdə N nömrəli hərbi hissənin təhqiqatçısı vəzifəsini icra edən, kapitan Zaur Kamilov ona zəng vuraraq narkotik vasitə ələ keçirildiyini, bununla bağlı baxış keçiriləcəyini, onun da mütəxəssis kimi iştirak etməli olduğunu bildirmiş, əvvəl hərbi hissəyə getmiş, oradan da Biləsuvar rayonunu keçib, İmişli istiqamətində gedərək hadisə yerinə çatmış və təqsirləndirilən şəxs Məhkum yanında böyük bir “paketlə” orada olduğunu görmüş, ondan izahat alınmasında iştirak etmiş, təqdim olunan üç-dörd sənədin məzmununu saxlanılan şəxs üçün oxumuş, sonuncu da heç bir etiraz etmədən sənədləri imzalamışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli qərarları və protokollarından görünür ki, Məhkum Azərbaycan dilini bilməsi, lakin latın qrafikalı Azərbaycan əlifb ası ilə oxumaqda çətinlik çəkməsini nəzərə alaraq, ona latın və kiril qrafikalı Azərbaycan əlifbasında sərbəst yazıb-oxuya bilən, 2018-ci ildən Dövlət Sərhəd Xidmətində kadrlar şöbəsinin rəisi əvəzi vəzifəsində işləmiş Şahid6 mütəxəssis qismində təyin edilmiş, sonuncuya hüquqları, vəzifələri, məsuliyyəti elan olunmaqla o, şəxsə təqdim olunmuş, habelə, Məhkum şübhəli şəxs qismində tutulduğu andan hüquqlarının müdafiəsi üçün öz ərizəsi əsasında dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mübariz Məmmədov vəkil qismində təyin olunmaqla təqdim olunmuşdur. Mütəxəssis Şahid6 cinayət prosesində şəxsi marağının olmamasını müəyyənləşdirmək vəzifəsi prosesi həyata keçirən şəxsin üzərinə düşən məsələ olmasına baxmayaraq, hazırki cinayət i şi üzrə mütəxəssisi dəvət edən şəxsin Şahid6 hazırki iş üzrə maraqlı olmasını bilməməsi qeyri-mümkündür. Çünki, iş üzrə adı keçən mütəxəssis Şahid6 DSX-nin əməkdaşı olmuş və məhz buna görə də, onun hazırki işin nəticəsində maraqlı olmaması qeyri-mümkündür. Mütəxəssisin hazırki işin nəticəsində maraqlı olması iş materiallarında olan sübutlarla bir daha təsdiq edilir. Həmçinin şikayətdə göstərilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin D/p-117/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinə daxil olmuş 21 dekabr 2024-cü il tarixli 76/vk 1112 nömrəli sorğu ilə əlaqədar bildirilir ki, Məhkum Biləsuvar oğlunun barəsində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə N noyabr 2022-ci il tarixli qərar Biləsuvar Rayon Məhkəməsinə daxil olmamışdır. Həmin məktubla da bir daha təsdiq olunur ki, Məhkum barəsində Biləsuvar rayonu, Arazbari kəndində N noyabr 2022-ci il tarixdə əməliyyataxtarış tədbirinin qanuniliyinin yoxlanılmasına Biləsuvar Rayon Məhkəsində baxılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cinayət işi üzrə “əməliyyat tədbirinin keçirilməsi barədə” N noyabr 2022-ci il tarixli qərar və həmin qərar əsasında əldə edilmiş sübutlar sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)46/2024 nömrəli 26 aprel 2024-cü il tarixli məktubuna cavab olaraq 3-cü SD əməliyyataxtarış şöbəsinin rəisi 1 nömrəli 15 may 2024-cü il tarixli məktubunda bildirmişdir ki, DSX SQ 3-cü SD-nın ƏAŞ-i tərəfindən Məhkum barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Bununla bağlı şikayət müəllifi hesab edir ki, Məhkum barəsində əməliyyat-qeydiyyat işinin açılmaması, həmçinin N noyabr 2022-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarın qanunuliyinin yoxlanılmaması N noyabr 2022-ci il tarixdə Biləsuvar rayonu Azarbari kəndi istiqamətində küllü miqdarda narkotik vasitələrin İİR-dən keçirilərək Biləsuvar-İmisli avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsinin 39-cu kilometrliyində, yolun kənarında gizlədiləcəyi barədə əməliyyat məlumatının mövcud olmamasına dəlalət edir. Bundan əlavə şikayətdə qeyd edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/479 nömrəli 7 may 2024-cü il tarixli və 4/1117 nömrəli 2 avqust 2024-cü il tarixli rəyləri ilə sübut olunur ki, 28 novabr 2022-ci il tarixli şəxsi axtarış, hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında və baxış keçirilməsi istintaq hərəkətləri aparılarkən CPM-nin 236, 244, 246-cı və İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 92.1 və 92.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işinin materiallarında olan N noyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Məhkum Biləsuvar oğlunun saxlanıldığı yerdə bir ədəd ağ rəngli bağlamanın olması müşahidə edildi, vətəndaş Məhkum Biləsuvar oğlu həmin əraziyə narkotik vasitə olan torbanı götürmək üçün gəldiyini bildirmişdir. Baxış zamanı ərazidə hər hansı bir şübhəli əşya və ya predimet aşkar olunmadı. Həmin protokoldan da görünür ki, hal şahidlərinin iştirakı ilə bir ədəd ağ rəngli bağlama açılmamış, onun içində olan əşyanın fərdi əlamətləri və çəkisi müəyyən edilməmişdir. Şikayətçi qeyd edir ki, narkotik vasitənin ekspertizaya daxil olmasından əvvəl xx.xx.2022-ci il tarixli protokolun tərtib edilməsi qanunsuz və əsassızdır. Aşkar olunmuş vasitənin ekspertizaya təqdim olunmasından əvvəl onun tərkibinin müəyyən edilməsi və bununla bağlı protokolun tərtib edilməsi kobud prosessual pozuntu olmaqla yanaşı, təqsirləndirilən şəxsə verilmiş ittihamın saxta olmasını bir daha sübut edir. Həmçinin, təqsirləndirilən səxs Dövlət Sərhəd Xidmətinin inzibati binasında dindirilərkən keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum olmuşdur. Belə ki, təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixli ərizəsində guya qeyd etmişdir ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə vəkilə ehtiyacı yoxdur, hüquqlarını özü müdafiə etmək istəyir və vəkil tələb etməməyinin səbəbi maddi çətinliyi ilə əlaqədar deyildir. Lakin xx.xx.2022-ci il tarixli ərizəsində o, qeyd etmişdir ki, barəsində aparılan cinayət təqibi zamanı onun hüquqlarını müdfiə etmək üçün onu dövlət hesabına vəkillə təmin olunsun. Keçirilmiş məhkəmə istintaqı zamanı da təqsirləndirilən səxs bildirmişdir ki, tutulduğu andan vəkil istəmiş, lakin ona vəkil təyin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağ ıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Şahid5 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə cinayət məsuliyyəti; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu M əcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsi n azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm mən tiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi i lə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Şahid5 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığ a, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələbləri nə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Şahid5 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında istinad edilmiş Azərbaycan R espublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin N noyabr 2022-ci il tarixli məktubu və 3-cü X8-Axtarış Şöbəsinin eyni tarixli raportundan görünür ki, N noyabr 2022-ci il tarixdə 4cü sərhəd zastavasının arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş məlumat əsasında “pusqu” xidməti təyin olunmuş, Məhkum həmin tarixdə, saat 23:30 radələrində İmişli rayonu, Arazbarı kəndi istiqamətində, İmişli-Biləsuvar yolunun kənarında avtomobildən düşüb, ərazidə olan torbanı götürərkən sərhəd naryadı tərəfindən saxlanılmış, torbanın daxilinə baxış keçirilərkən orada ümumi təmiz çəkisi bükümlə birlikdə 5050 qram narkotik vasitə olan marixuanaya bənzər maddələrin olması müəyyən edilmiş və Məhkum ilkin dindirmə zamanı həmin narkotik vasitəni götürmək məqsədi ilə gəldiyini bildirmişdir. 3-cü X8-Axtarış Şöbəsinin N noyabr 2022-ci il tarixli qərarının çıxarışından görünür ki, həmin tarixdə Biləsuvar rayonu, Arazbari kəndi istiqamətində (1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 28-29-cu sahələri) külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək Biləsuvarİmişli avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsinin 39-cu kilometrliyində, yolun kənarında gizilədiləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar rayonunun Arazbari kəndi istiqamətində əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolu, ona əla və edilmiş sxem və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N saylı nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 28-ci sahəsidir və ərazi düzənlik relyefə malikdir. Həmin istiqamətdə Biləsuvar rayonu, Arazbarı kəndi yaxınlığında Məhkum saxlanıldığı kolluq sahədə bir ədəd ağ rəngli bağlama aşkar edilərək götürülmüş və Elçin həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. N nömrəli hərbi hissənin N noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolu və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Məhkum saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən 5.050 qram kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1358 nömrəli, 30 noyabr 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbadakı beş ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda ağ rəngli sellofan torbada ayrıayrılıqda təmiz çəkiləri 1631,8 qram, 1249,8 qram, 548,7 qram, 440,8 qram, 567,8 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 4438,9 qramdır və istifadə olunduqdan sonra qalıq çəkisi - 4438,65 qram istintaq orqanına geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “mobil telefona baxış keçirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, N noyabr 2022-ci il tarixdə Məhkum istifadəsində olan 051 ***-**-** nömrəli mobil telefon vasitəsilə telefonun yaddaşına qeyd edilməmiş +**********76 saylı nömrə ilə “WhatsApp” tətbiqi vasitəsilə N noyabr 2022-ci il tarixdə, saat 10:15-də üç halda, saat 12:20-də bir halda, saat 13:10-da iki halda, saat 16:10-da bir halda, 17:38-də bir halda, 19:10-da iki halda, saat 22:15-də bir halda həm zəng, həm də səs göndərməklə əlaqə yaradılmışdır (səs yazıları və mesajlar silinmişdir). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Əməliyyat-Axtarış Baş İdarəsinin “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində (İAMAS) mövcud olan məlumatlardan görünür ki, Məhkum xx.xx.2019-cu il, saat 08:25-də X4 Məntəqəsindən çıxışı, xx.xx.2019-cu il, saat 14:39-da X4 Məntəqəsinə girişi, xx.xx.2019-cu il, saat 07:03 və xx.xx.2019-cu il, saat 07:17də X4 Məntəqəsindən çıxışları, xx.xx.2019-cu il, saat 12:16-da X4 Məntəqəsinə girişi, xx.xx.2019-cu il, saat 03:29-da X4 Məntəqəsindən çıxışı, xx.xx.2019-cu il, saat 04:41-də X11 Məntəqəsinə girişi, xx.xx.2019cu il, saat 16:04-də X11 Məntəqəsindən çıxışı, xx.xx.2019-cu il, saat 09:28-də X11 Məntəqəsinə girişi, xx.xx.2019-cu il, saat 06:58-də X4 Məntəqəsindən çıxışı, xx.xx.2019cu il, saat 20:59-da X4 Məntəqəsinə girişi, xx.xx.2020-ci il, saat 02:08-də X11 Məntəqəsindən çıxışı, xx.xx.2020-ci il, saat 10:29-da X11 Məntəqəsinə girişi, xx.xx.2020-ci il, saat 09:36-da X4 Məntəqəsindən çıxışı, xx.xx.2020-ci il, saat 23:15-də X4 Məntəqəsinə girişi, xx.xx.2020-ci il, saat 22:21-də X11 Məntəqəsindən çıxışı, xx.xx.2020-ci il, saat 00:24-də X11 Məntəqəsinə girişi qeydə alınmışdır (cild 01, i.v. 141142). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3 fevral 2023-cü il tarixli, 2718 nömrəli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı təqsirləndirilən şəxs Məhkum istifadəsində olan (051)387-81-83 mobil nömrənin öz adına rəsmiləşdirilməsi, həmin nömrənin anten dairəsi məlumatlarına əsasən Məhkum N noyabr 2022-ci il tarixdə, saat 16:39-dan saat 17:23-dək Abşeron rayonu, “Qobu” yaşayış kompleksində, saat 17:24-də Biləsuvar rayonu, 10-cu Cəbrayıl Qaçqın şəhərciyi, saat 18:04-dən 18:06-dək Qaradağ rayonu, Sədərək Ticarət-Lökbatan yolu, saat 19:48-də Sabirabad rayonu, Şəhriyar qəsəbəsi ərazisində olması, bundan başqa 29 yanvar 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tari xinədək olan müddətdə ayrı-ayrı vaxtlarda müxtəlif nömrələrlə arasında “Qaqa elə belke sen dediyinkimi eliyek? Sendeki, qalan patini verib pula cevirib telefonun ekranin deyisek. Sen oz teli isdet menimkinde ver ozum isdedim”; “Mend sene cekmeye pati verecem. He, qaqa ne deyisen? Eliyek sen diyeni, yoxsa necə..”; “Falqa varindi? Geti blokdayam”; “Ay qaqa mennen elaqe saxlade, dunen biz vewderin daliyca gedeciydik neqeder yiqdim acmadin. Senol bütün isder sarvat oldu. Ozumde dunennen lomkadan.”; “Qaqa o, pulu kartdan cıxardaqde. Danismisam men gedirem tema daliyca. Teli ac”; “Qaqa neynedin? Sennen xeber gozdurem evde”; “Afete kola vere bilersen?”; “Qaqa soz verme ecemiye, dinen hele alinmir qaqa”; “Mene biraz pati verde cekmeye, 2 gundu cekmirem senol draznit olmusam. Hardasan?”; “Weherdeye m Şenol pat ne... güya bilmirsen men 3 yatmiram duwmu”; “Booy saqolee, pulnan diyende, varidi, indi men cekmeye istedim yoxdu,? He birdeki menegore niye, hara surdumusem benzin vurmusam. 1 qepiy pulun cixmadan,”; “herdefe en azi 1,2 qram patin olub. Men tema goturmesem kim verer sene pulsuz patini, neyse, elcin istemirem seni sinadim. Bayaq evde sesin geldi, ama dedin deyin yoxdu evde. Men patinide qocaya gore isdirdim. Eybiyox. Tapacam men. Bilsem aqiz acmazdim. Ok saqol”; “Ber o, patilarin hamisi puldude qardasim olari saymirsanki, halal xosun olsun. Men billemki, isin gucun yox prablemin borcun var, onagore patiye deymirem”; “temani pul eliyib borclarini prablemini hell edesen. Halalindi, cunki, mene elemisen.”; “Qaqa terezi mende, gotur gelde bize tez”; “qaqa salam netersen danisa bil mirem emim yanimdadi, qaqa oraynan yiq danis gor pul vursaq tezbazar atabilecek. Danis qaqa mene yazde”; “qaqa oraynan danis dinen uzaqi saat 9 da diyecem kart atsin. men usaqi gozdurem gelsin gorusub gelem size evde ol qaqa”; “Vusal gelsem yari vere bilersen mene kola.”; “bu ne mesajdardi yazisan ayibdiye, menim heckesden qorxum yoxdu, indi durmusam yuxudan. narahat olma senol birde iranniya gore sene hecne demiyecem. saqo”; “lsun qocanin telefonuynan danisib gedib goturerem. adam elediyin adamin basina cirpmaz. mende cox seyler elemisem. hec temanin pulu cixmiyib hami uje tem”; “a isdiyir pulun cixartmamiş heckese vermiyecem. kim nece basa dusur dussun. heckesdende hecne gizletmirem.”; Ay indi Ruslan nazimden mal otumsen”; “Nazim tez gel menim abiyekdim elcindi cebrayili”; “Vusal sen balavin can varsa rasime biraz pati otur onunkun alib cekmisem beynim... onan birde bele weye görə salam verenin ağız payina varyoxun...”; “Orxan birde deme.mene nese yaxwim Senol 1 Qiram duwdu elime verdim vusala balamin can yazdim qoz qoymadi mende verdim ona sen apar pul ver al pulsuz nene”; “Qaqa get ozum yigacam verecem birazdan”; cixacam Senol artixlamasiyla”; “Qaqa birinci arxadan ata bilersen Awaxi Soruwuram 2 deki daniwim yoxsam yox qaldim men qadasin alim her ikisin cavab ver iwim bilim ora getsem evezin”; “Afiq noldu guzgu bilem iwin coxdu amma guzgun goturmey lazimdir”; “Vusal saxol hurmetli ol qaqa elimden yaman tutdum”; “... 2 qiram yarim ozumdedir”; “... qutarmiwam ay beledi heledi her weyden melumatım dunen goturduyun zakilatqandanda bugunkunende abiyekde oturubsen gozduy uram guzgun getir isdeyen var y”; “animde oturub sen gozduyuram 50 manata bax getirmesen Senol senden Alacam 50 manati... 1sahad burdayam 10: 16 di”; “Evde deylem likbatandayam. Saxla temani gellem goturem. Bideki, adam var 8 dene isdiyir. Degor getire biler”; Ay qaqa o, bayaqki senol hec 2 de deyilmise Gel bize qaqa orada yiqde bunu sene niye iki yari adiynan veribler. Belesey olar bes”; “qaqa biyaxki yanindaki uwaq vardi on gönder abiyekde qadan alim”; “Gelir gor olsa qaqana balaca das oturde elborcu gonder”; Qaqa qadan alim ora yiqib soruca bilersen? 2,..3 dene goturmek olar? Tezbazar. Mene he yox dinende. Ayniyon isdiyen var tema qalmadiki verem. Gozduremde qaqa”; “Kabinetivin tema vardi yatmisan otureceyidim sen”; “Qaqa qadan alim senol cox berk direnibde, usaqlar hereden biraz pul al misam. Ozumde olurem aqridan tema tapmisiq pul yoxdu meni yiqde qaqa”; “Qaqa senol cox pis veziyyetdeyem qurban olum berkde aqridayam bayaqdanda qapini doyur usaqlar aca bilmirem. Sen hardasanki, meni yiq qaqa”; “Qaqa.manim.zajqalkamlda.qoy.cola”; N noyabr 2022-ci il tarixdə isə 051 ***-**-** mobil nömrəsi ilə “qaqam at kart qadan alaram balamin olmuş sen yaniva gellem oyun zad yoxdu başqa nüse düşünmü”; “Qaqa hələ pul məndə deyil dedim deyir gələndə verəcəm başqa yerdəyəm”; “Qaqa hazır maşinla menle gedib şehere gele bilirsen yoxsan yox deyirem belkem gelim goturum gedey geley sen alindirsan denen gelim goruşum qaydim he yox de” məzmunda yazışmaların olduğu müəyyən edilmişdir (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin dən AZF/LGL-2279/23 nömrəli 7 mart 2023cü il tarixli məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsinin X3 adına rəsmiləşdirilməsi göstərilmişdir. Bu faktı Məhkum məhkəmə istintaqı zamanı ifadəsində təsdiq etmiş və bildirmişdir ki, Şəmsi Hüseynov onun dayısıdır və həmin mobil nömrə üç ay müddətində onun istifadəsində olmuşdur. Həmin nömrənin anten dairəsi məlumatlarına əsasən Məhkum N noyabr 2022-ci il tarixdə, Sabirabad, Saatlı rayonlarının, İmişli rayonunun Məzrəli, Çaxırlı, Aranlı kəndləri, Bəhrəmtəpə qəsəbəsi, Biləsuvar rayonunun Arazbarı ərazilərində olması, bundan başqa 29 yanvar 2022-ci il tarixdən 29 noyabr 2022ci il tarixinədək olan müddətdə ayrı-ayrı vaxtlarda müxtəlif nöm rələrlə arasında narkotik vasitələrin alqı-satqısı məzmununda yazışmaların olduğu müəyyən edilmişdir (CD diskdə olan məlumatlar çap edilərək iş materiallarına əlavə olunmuşdur). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X1 xx.xx.2023-cü il tarixli 191 nömrəli rəyindən görünür ki, Məhkum psixostimulyatorlardan istifadə etmə halları olub, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 14 dekabr 2023-cü il tarixli, 3-16xx/xx/28509/2023 nömrəli məktubu və ona ə lavə edilmiş Məhkum adına olan 10921/2022 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Məhkum 1 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sağ said nahiyəsində köhnə çapıq toxumu müşahidə olunmuşdur. Məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin ibtidai istintaq zamanı ifadə verərərkən ona qarşı təzyiqlərin göstərildiyini qeyd etmiş, həmçinin ibtidai istintaq zamanı cinayət işi üzrə icraatın kobud prosessual pozuntularla aparılmasını göstərmişdir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü tarixli xüsusi qərarında sözügedən pozuntulara diqqət yetirlmiş və məhkəməyədək icraa t zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol vermiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin təhqiqatçısı vəzifəsini icra edən, kapitan X7 və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə baş leytenantı X13 barələrində xüsusi qərar çıxarılmış, Zaur Kamilov və Talıb İsayevin əməllərində vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi və müvafiq tədbirlər görülməsi üçün qərar Azərbaycan Respublikasının Baş prokuroruna və Dövlət Sərhəd Xidmətinə göndərilmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ə saslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkoti k vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Şahid5 əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin material larına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Şahid5 əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sü butlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə lər Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiy a müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əm əlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsind ə nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-140/2025 nömrəli 9 aprel 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)140/2025 nömrəli 9 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar